Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix03.08.2018
ölçüsü295,1 Kb.
#60583
1   2   3   4   5   6

 

 

Qadının təhsili barəsində  məsələ, ümumilikdə qadın məsələsi kimi, XIX əsrin 50-



60-cı illərində – təhkimçilik hüququnun ləğvi  ərəfəsində  və ondan sonra – rus 

cəmiyyətinin diqqətini özünə cəlb etdi. 

 Bu, bir tərəfdən, Rusiyada bərabərlik və ictimai fayda haqqında liberal ideyaların 

yayılması ilə, digər tərəfdən isə islahatdan sonra zadəganların  əksər hissəsinin sosial 

vəziyyətində baş verən dəyişikliklərlə bağlı idi. Məlumdur ki, təhkimçilik hüququnun ləğvi 

sakinlərinin yaşayış üçün vəsaitsiz qaldığı bir çox zadəgan mülklərinin dağıdılmasına 

səbəb olmuşdu. Və  əgər zadəgan kişi işə girməklə bu problemi həll edə bilirdisə

qadının müstəqil  şəkildə qazanc əldə etmək imkanı olduqca məhdud idi. XIX əsrin 

sonundan başlayaraq qadınların xüsusi təhsil alması vacib ictimai vəzifəyə çevrilmişdi. 

Və XIX əsrdə emansipasiya uğrunda qadın hərəkatının əsas məqsədi ali təhsil uğrunda 

mübarizə idi. Bu məsələnin geniş müzakirəsinə  1869-cu ildə keçirilən təbiətşünaslar 

Qurultayı  və  həmin qurultaya xanım E.İ.Konrodinin qadının ali təhsil alması vacibliyi 

haqda və bu ideyanın həyata keçirilməsinə yardım barəsində  məktubu təkan verdi. 

Sonra 400 nəfərin imzası ilə kollektiv bir məktub tərtib olundu və maarif naziri qraf 

Tolstoya təqdim edildi. 1869-cu ilin payızında Sankt-Peterburqda hər iki cinsdən olan 

insanlar üçün axşam kütləvi kursları  təşkil olundu ki, burada universitet professorları 

Beketov, Butlerov, Mendeleyev və başqaları mühazirə oxuyurdu. İlk tələbə  qızlar 

arasında N.Kosini, A.Blyumer, M.Boqdanova, N.Suslova, M.Bokova da vardı. Pedaqoji 

tərkibin onlara münasibəti müxtəlif idi: açıq-aydın düşməncəsinədən tutmuş  əsasən 

üstünlük təşkil edən rəğbətlə yanaşanlara kimi. Tələbələr isə öz aralarında qızların 

olmasına dostcasına yanaşırdı. 

Qadın təhsili sistemində dəyişiklik etməyin vacibliyi barədə məsələni qoyan pioner 

isə görkəmli rus cərrahı və pedaqoqu N.İ.Piroqov idi. 1865-ci ildə «Moskva məcmuəsi» 

adlı jurnalda o bir məqalə çap etdirdi və məhz qadının insanın ilk tərbiyəçisi olduğu üçün 

onun həmin ictimai funksiyanı  uğurla yerinə yetirə bilməsi üçün təhsil alması ilə 

əlaqədar qadın təhsili sahəsində köklü dəyişikliklərə ehtiyac olduğunu bir daha 

vurğuladı. 

1850-ci illərin sonunda Rusiya cəmiyyətində qadının universitet təhsili ala bilməsi – 

qadının elmi fəaliyyətə  cəlb olunması üçün ən vacib əsas – məsələsi artıq geniş 

müzakirə olunurdu. 1859-cu ildə Peterburq universiteti öz qapılarını elmlə sistematik 

məşğul olmağa cəhd edən qadınların üzünə açdı. Yüzlərlə qadın azad dinləyici sifətində 

həmçinin Kiyev və Xarkov universitetlərinin auditoriyalarında özünə yer aldı. O zaman 

təlimin geniş yayılmış formalarından biri də  şəxsi mənzillərdəki «səyyar universitetlər» 

idi: burada aparıcı professorlar pulsuz mühazirə oxuyurdu. 

1861-ci ildə universitet əsasnaməsinə yenidən baxılan zaman Xalq təhsili Nazirliyi 

qadınların rəsmi  şəkildə universitetdə kurs dinləməyə «buraxıldığı» və onların elmi 

dərəcə almaq üçün sınaqdan keçmək hüququ barədə  məsələ müzakirəyə qoydu. 

Universitetlərin  əksəriyyəti bu məsələyə  dəstək verdi. Yalnız Moskva və Derpt 

universitetləri öz protestlərini hər iki cinsdən olan tələbələrin birlikdə mühazirə 

dinləməsinin gənc insanlarla aparılan məşğələnin gedişinə  mənfi təsir göstərə biləcəyi 

ilə  əsaslandıraraq buna qarşı  çıxış etdilər. Lakin 1863-cü ildə qadınların universitetdə 

mühazirə dinləmək hüququ ləğv olundu və  1864-cü ildə universitetlərdə artıq qadın 

qalmamışdı. Hakimiyyət 60-cı illərin qadın tələbələrindən bərabərsizliyə  və qadınların 

əsarətinə qarşı etirazlarda iştirak etdiyi üçün bu cür intiqam aldı. Bu və sonrakı analoji 

hadisələr Rusiya Nazirlər Şurasının gələcək sədri S.Y.Vitteyə qadınların «pozucu ideya 

daşıyıcıları  və  həvəsləndiriciləri olduğu» üçün birgə  təhsilin ali məktəbi inqilablaşdıra 

bilməsini elan etməyə əsas verdi. 

Ərlə-arvadın bərabərliyi haqda ən sadə, ağlabatan reformist ideya Pisarevin və 

Çernışevskininin  əsərlərində daha parlaq şəkildə  əks olunmuşdur. Onlar qadını  hər 

şeydə kişiyə  bərabər tuturdular: qadın həm iş yoldaşıdır, həm dostdur, həm anadır, 

uşaqların tərbiyəçisidir. XIX əsrdə oxumaq arzusunda olan qızlar valideynlərin buna 



 

 

razılıq verməməsi üzündən saxta kəbin kəsdirməyə  məcbur olurdu. Bu cür kəbinin 



əsasında bir qayda olaraq, valideyn himayəsindən yaxa qurtararaq müstəqil  şəkildə 

maarif yaxud elmlə  məşğul olmaq istəyi dururdu. Görkəmli rus yazıçıları N.Leskov, 

F.Dostoyevski, L.Tolstoy saxta kəbinlərə qarşı  qətiyyətlə  çıxış edirdi. Rus pravoslav 

kilsəsi də saxta kəbinləri qəbul etmir və buna qarşı  fəal mübarizə aparırdı. XIX əsr 

cəmiyyətində ailə  və  kəbin problemləri  ən kəskin mübahisələrin mövzusu olmuşdu

məhz onlar qadın «azadlığı»na yol açmışdı. Səciyyəvi haldır ki, emansipasiya ideyası 

əvvəlcə onun tərəfdarları və əleyhdarlarına bölünmüş kişilər arasında müzakirə edilirdi; 

qadınlar özləri isə bu mübahisələrdə  iştirak etmirdi. Nəticədə Rusiyada qadın 

hərəkatının özü hələ ideoloji cəhətdən formalaşmamışdı və onun nə ümumi platforması, 

nə  də  hərəkət proqramı vardı. Qadın mübarizəsinin  əsas istiqaməti kişilərlə  bərabər 

işləyə bilmək imkanına malik olmaq idi ki, qadınların maddi müstəqilliyini və ali təhsil 

almaq hüququnu təmin edə biləcəkdi. 

Qadınların ali təhsilə  və elmi məşğuliyyətə buraxılmasına qarşı  nəinki siyasi 

xadimlər, hətta kişi alimlər də (düzdür, başqa səbəbdən) etiraz edirdi. 

A.Babel yazırdı ki, bir çox kişilər, xüsusən də elm sahəsindəki kişilər qadının 

universitet təhsili almasına qarşı ona görə  çıxış edir ki, əgər qadın özünü elmə  həsr 

etmək imkanı qazanarsa, onlar elmin nüfuzunun aşağı düşəcəyindən qorxurlar; həm də 

onlar elmi məşğuliyyətdə  təkcə kişi cinsindən olan seçilmiş insanlara aid xüsusi bir 

imtiyaz görürlər. 

Rus ziyalılarının qabaqcıl hissəsinin qadının təhsil hüququna tərəfdar olmasına 

rəğmən dövlət siyasəti fəal ayrıseçkilik xarakteri daşıyırdı. Qadın bərabərliyinin qatı 

tərəfdarı olan görkəmli alim Seçenovun nümunəsi Rusiyada XIX əsrin ikinci yarısındakı 

sosial vəziyyət üçün qeyri-tipikdir. O zaman qadınların dövlət ali təhsili və elm 

sahəsində total diskriminasiyası üstün meyil olaraq qalırdı. 

Rusiya hakimiyyətinin bu siyasətinin real nəticələrindən biri qadınların ali təhsil 

almaq və elmlə  məşğul olmaq məqsədi ilə  Qərbi Avropa ölkələrinə emiqrasiya etməsi 

oldu. Oxumaq üçün hər  şeydən  əvvəl  İsveçrə, Fransa, Almaniya kimi ölkələrin 

universitetlərinə yollanırdılar. XIX əsrin ikinci yarısında  İsveçrə qadınların kişilərlə 

bərabər ali təhsil müəssisələrində oxuduğu ilk Avropa ölkəsi oldu. O dövr tələbələrinin 

sosial vəziyyəti və emiqrasiya istiqamətinin aparıcı tədqiqatçısı A.Y.İvanov qeyd edir ki, 

60-cı illərdən başlayaraq Sürixdəki universitet və politexnikum müxtəlif səbəblər 

üzündən vətənində ali təhsildən kənarda qalmış rus gənclərinin axın mərkəzinə 

çevrilmişdi. O dövrdə bu, əsasən qadınlar idi. 

Qeyd etmək lazımdır ki, qadınların ali təhsil alması ilə bağlı  çətinliklər təkcə 

Rusiyada deyil, digər ölkələrdə  də mövcud idi. Məsələn, Almaniyada qadınlar yalnız 

1890-cı ildən sonra universitet təhsili almaq hüququna malik olmuşlar. Almaniyanın ali 

məktəblərində qadınların təmsil olunmasına mane olan ciddi əngəl universitet 

müəllimlərinin tələbə kontingentini seçməkdə qeyri-məhdud hüquqa malik olması idi. 

Almaniyanın bir sıra universitetlərində qadın tələbələrin mühazirədə  iştirakı professor 

kişilərin razılığından asılı olurdu. Təkcə Veymar republikası (1919) dövründə qadının ali 

təhsil və professional fəaliyyəti Almaniya konstitusiyası ilə möhkəmləndirildi.  İlk alman 

qadın professorları  1923-cü ildə bu vəzifəyə layiq görülmüş  və uzun illər həmin fəxri 

elmi ada malik yeganə qadınlar olan M.Vrangel və M. Vertinq idi. Maraqlı bir fakt: o vaxt 

kı qanunvericiliyə  əsasən, Almaniyada qadın professor ərə gedə bilməzdi. Baden-

Vürtenberq torpağının hökuməti yalnız dünya şöhrəti qazanmış professor Vrangel üçün 

istisna etmişdi. Sürix universitetində  1871-ci ildə artıq  17 rus qadını,  1872-ci ildə  182 

rusiyalı arasında  104 qadın (universitetdə  cəmi 462 nəfər) təhsil alırdı.  1873-cü ildə 

Sürix universitetində və politexnikumunda Rusiyadan 300 tələbə vardı ki, onların 103-ü 

qadın idi. Sonrakı illərdə  də rus tələbələr arasında qadınların sayı  nəzərə çarpacaq 

dərəcədə idi və fakültənin istiqamətindən asılı olaraq dəyişirdi.  

 



Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə