Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix03.08.2018
ölçüsü295,1 Kb.
#60583
1   2   3   4   5   6

 

 

məktələrinin sayının artmasına baxmayaraq, onlar təhsilə getdikcə artan tələbatı ödəyə 



bilmirdi və buna görə  də mollaxanaların sayı  və rolu Azərbaycanda XIX əsrdə  və XX 

əsrin əvvəlində üstün olaraq qalırdı. 

Azərbaycanda maarifçiliyin inkişafında Qori şəhərindəki Zaqafqaziya Müəllimlər 

Seminariyası, o cümlədən onun 1879-cu ildə maarifçi Mirzə  Fətəli Axundov və 

Zaqafqaziya Sünni Ruhani İdarəsinin müftisi Mirzə Hüseyn Qayıbzadənin (Qayıbov) 

qüvvəsi ilə açılmış Tatar (Azərbaycan)  şöbəsi;  İrəvan Müəllim Seminariyası,  İrəvan 

pansionu, Tiflis Pedaqoji institutu böyük rol oynamışdır. 

XIX  əsrin ikinci yarısında dövri mətbuatın yaranması Azərbaycanın mənəvi 

həyatında mühüm bir hadisə oldu. 1875-1877-ci illərdə Azərbaycan dilində çap olunan 

(56 nömrə) «Əkinçi» qəzetinin redaktoru Həsənbəy Məlikovun (Zərdabi) bu işdə xidməti 

olduqca böyükdür. Qəzet doğma dilin təmizliyi uğrunda yorulmadan mübarizə aparırdı 

və azərbaycan publisistika dilinin yaradılmasında onun xidməti əvəzsizdir. 1879-cu ildə 

Tiflisdə Azərbaycan dilində digər bir qəzet – «Ziya» da çıxmağa başladı. 

XIX  əsrin ikinci yarısında Azərbaycanda tarixi bilik inkişaf etməyə başlayır. 80-ci 

illərdə Mirməhsəti Haşımzadə «Kitabi-tarixi Qarabağ»  əsərini yazır və burada həmin 

xanlığın yaranmasından başlayaraq Türkmənçay sülh müqaviləsi bağlanana kimi olan 

siyasi tarixini əks etdirir. 

Qarabağ tarixi ilə bağlı kiçik, amma olduqca məzmunlu bir əsər  1883-cü ildə 

Əhmədbəy Cavanşir (1828-1903) tərəfindən rus dilində yazılmışdır. Seyidəli Kazımbəy 

oğlu və Mirzəəhməd Xudaverdi oğlu (1792-XIX  əsrin 90-cı illəri) Talış xanlığının və 

Lənkəran  şəhərinin tarixini tərtib etmişdilər. Seyidəli Kazımbəy oğlunun «Lənkəran 

ziynətlərinin kitabi» adlı əsəri 1869-cu ildə fars dilində yazılmışdı. 

Çingizxan imperiyasının süqutundan başlayaraq Rusiya tərəfindən zəbt 

olunmasına qədər Azərbaycana fars padşahlarının hücumu tarixini işıqlandıran 

Bəhmənmirzə Qacar (1808-1884) olmuşdur. Azərbaycan və bütövlükdə Yaxın  Şərq 

tarixinin ayrı-ayrı  məsələləri XIX əsr Azərbaycan mədəniyyətinin tanınmış 

nümayəndələri Mirzə  Fətəli Axundov, Nəriman Nərimanov, Sultanməcid Qənizadə, 

Həbibbəy Mahmudbəyovun əsərlərində araşdırılmışdır. 

Həsənbəy Məlikov (Zərdabi), N.Nərimanov, Firidun Köçərli, Mirzə  Əbdülhəsən 

Vəzirov, Mirzəyusif Qarabaği, Mirmövsüm Nəvvab (1833-1918) də  ədəbiyyat tarixi və 

nəzəriyyəsi ilə məşğul olmuşlar. 

Mirzə  Fətəli Axundov, Seyid Əzim  Şirvani, Cəlil Məmmədquluzadə, Nəriman 

Nərimanov, Nəcəfbəy Vəzirov kimi mütəfəkkirlərin  əsərlərində demokratik ideyalar 

özünü biruzə verir. Azərbaycan  ədəbiyyatı tarixində çox güclü satirik və maarifçi şair 

kimi tanınan Seyid Əzim Şirvani kiçikyaşlı uşaqlar üçün xrestomatiya tərtib edərək oraya 

süjetinə görə lap sadə olan xırdahəcmli hekayələr və  təmsillər daxil etmişdi. 

S.M.Qənizadə bir sıra nəsr  əsərlərinin («Müəllimlərin iftixarı» hekayəsi, «Gəlinin 

boyunbağısı» povesti) müəllifi idi. Məhəmməd Tağı Sidqinin də  qələmindən bəzi nəsr 

əsərləri çıxmışdı. XIX əsrin sonunda Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, 

Nəcəfbəy Vəzirov,  Əbdürrəhimbəy Haqverdiyev kimi əsərləri  əsasını M.F.Axundovun 

ölməz komediyalarının qoymuş olduğu Azərbaycan dramaturgiyasının inkişafına yardım 

edən yazıçılar ədəbi fəaliyyətə başlayır. 

XIX  əsrin ikinci yarısında milli teatrın yaranması Azərbaycanın mənəvi həyatında 

möhtəşəm bir hadisə oldu. İri  şəhərlərdə – Şuşada, Naxçıvanda, Bakıda istedadlı 

pedaqoqlar, mütəfəkkirlər, ictimai xadimlərin köməkliyi ilə  həvəskar teatr truppaları 

yaradılırdı. 1873-cü il 10 (23) martda Bakıda, Azərbaycan dilində ilk tamaşa göstərildi. 

Bakıda teatr binasının görkəmli mesenat, neft sənayeçisi və mütəfəkkiri Hacı 

Zeynalabdin Tağıyev tərəfindən yenidən qurulması yaddaqalan bir hadisəyə çevrildi. 

XIX əsrin sonu – XX əsrin əvvəlindəki qısa bir müddətdə Hüseyn Ərəblinski, Cahangir 

Zeynalov və başqaları kimi çox istedadlı teatr xadimləri, artistləri meydana gəldi. 




 

 

Maarifçilik, humanizm, vətənpərvərlik ideyalarının yayılmasında Cəlil 



Məmmədquluzadənin çap etdirdiyi «Molla Nəsrəddin» jurnalının rolu misilsiz idi. 

Musiqi – aşıq və xanəndə sənəti xüsusi inkişaf edirdi. Şuşa, Ordubad, Şamaxıdakı 

şer məclisləri, həmçinin həmin cəmiyyətlərin və Azərbaycan mesenatlarının təşkil etdiyi 

musiqi gecələri buna yardım edirdi. Azərbaycanın musiqi sənətinin yüksəliş zirvəsi 

bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun ölməz 

operaları və musiqili komediyaları oldu. 

Azərbaycan cəmiyyətinin qabaqcıl hissəsinin bu prosesə kömək etməyə can atdığı 

və buna görə də ayrı-ayrı sahələrdə – maarif, tarix, ədəbiyyat, dramaturgiya, mətbuat, 

musiqidə özünüifadə üsulu tapa bildiyi bərpa olunan milli özünüdərk  şəraitində  həmin 

proseslərdə Azərbaycan qadınlarının rolu olduqca mühüm bir məsələyə çevrilir. Şimali 

Azərbaycanda qadına münasibətin necə  dəyişdiyini və XIX əsrin sonu – XX əsrin 

əvvəlində  cəmiyyətin inkişafında onun hansı rolu oynadığını daha dəqiq 

qiymətləndirmək üçün araşdırdığımız məsələ baxımından Rusiya tarixinə və bütövlükdə 

Rusiya imperiyasında qadının vəziyyəti məsələsinə müraciət etməliyik. Şübhəsiz ki, bu 

prosesin başlanğıcı maarifçiliklə bağlıdır, çünki məhz təhsil sayəsində qadın cəmiyyətdə 

kişi ilə yanaşı, eyni pillədə dayanmaq imkanı verən layiqli intellektə malik ola bilir. 

İncəsənətdə, pedaqogikada ixtisaslı qadınlara cəmiyyətdə olan ehtiyac qadın təhsili 

sahəsində islahat aparılmasını  tələb edirdi. Və bu islahatlar II Yekaterinanın dövründə 

həyata keçirildi. Rusiya pedaqogikasının  əsas vəzifəsini o, qısa bir müddətdə «yeni 

cinsli insanların» tərbiyə olunmasında görürdü. Təhsil islahatının icraçıları ictimai 

tərbiyənin əsasını uşaqların ən ilkin yaşdan daxil olacağı müəssisədə görürdülər. Tarixçi 

Karamzinin yazdığına görə, məhz II Yekaterina 200 nəcib qız üçün Tərbiyə evinin 

əsasını qoymuşdu ki, onları qadın ləyaqətinin nümunəsi etsin. Volter, Qrim, Didro bu 

plana valeh olmuşdular, amma bütövlükdə zadəganlar ona laqeyd yanaşdı. Həmin evdə 

tərbiyə alacaq qızlar altı yaşından «Cəmiyyət»ə daxil olur və 12 il ərzində orada qalırdı. 

4 yaş qrupuna bölünərək qızlar burada rus və bir neçə xarici dil, Allah qanunlarını, 

hesabı, şəkil çəkməyi, rəqs və əl işi, həmçinin tarixi, coğrafiyanı, ədəbiyyatı, memarlığı 

və ev işlərini öyrənirdilər. Cəmiyyətə başçılıq edən Betski tərbiyənin  əsas məqsədini 

xarakterin xoşagəlməz xüsusiyyətlərini dəyişdirməkdə, amma onun sındırmamaqda 

görürdü. Burada cismani cəza qadağan olunmuşdu. Qızlarla mehriban, humanist və 

xeyirxah münasibətdə olmaq tələb edilirdi. Smolnı monastırının nəzdindəki «Nəcib 

qızlar cəmiyyəti»  1765-ci ildə açılmışdı  və onun başında Dolqorukova dururdu. Elə 

həmin ildə Smolnının nəzdində «Meşşan peşə  məktəbi» də  təsis olundu və buraya 

həmin  şərtlər  əsasında qeyri-zadəgan təbəqəsinə aid olan qızlar qəbul edilməyə 

başladı. Burada qayğı daha böyük idi: kurs başa çatdıqda məktəbin rəhbərliyi məzun 

qızların ərə verilməsinin də qayğısına qalırdı; imperatriça 100 min manat pul vermişdi ki, 

kəbin kəsdirərkən qızlara bu məbləğdən müəyyən hissəsi verilirdi. Tarixçi Karamzin bu 

cəmiyyəti «gülüstan» adlandırırdı. Bu məktəbin ilk buraxılışı 1773-cü ildə oldu. XIX əsrin 

ilk onilliklərində Rusiyada yeni qadın obrazı yaranmağa başlayır. Bu qızlara incə hiss və 

duyğuların romantizmi xas idi. Qızların bu nəsli XVIII əsrin humanist ənənələri əsasında 

tərbiyə edilirdi. Onlar Volteri, Russonu, Höteni oxuyur, amma eyni zamanda onlara sırf 

xristian sevgi, sədaqət ideyaları, qadının  əri və ailəsi qarşısında mənəvi borc naminə 

qurban verə  və  əzab çəkə bilməsi hissləri aşılanırdı. Puşkinin Fyodor Dostoyevski 

tərəfindən milli-bədii tip adlandırıldığı Tatyana Larina obrazı bu qəbildəndir. 

Dekabristlərin həyat yoldaşlarının rus qadın xarakterinin formalaşmasına 

(qəhrəmanlıq və təmənnasız qurban verə bilmək notları xüsusi vurğulanaraq) çox güclü 

təsiri olmuşdur. Dostoyevski yazırdı ki, «məhz ən yüksək mənəvi borc naminə hər şeyi 

qurban verən bu qadınlar bizi yeni bir yola istiqamətləndirdi». Təhsilli rus cəmiyyəti 

tərəfindən bu qadınların göstərdiyi qəhrəmanlığın qəbul edilməsi onun daxilində yeni 

ideyanın – emansipasiyanın yaranmasına təkan verdi. Cəmiyyətdə hakim olan qadın 

idealı onun kişinin sədaqətli rəfiqəsi, ana və uşaqların tərbiyəçisi ilə bağlı təsəvvür idi. 



Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə