Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix03.08.2018
ölçüsü295,1 Kb.
#60583
1   2   3   4   5   6

 

 

dilində 1859-cu ildə üç cilddə nəşr olunmuş «Qafqaz» əsərində yazmışdır. Qeyd etmək 



lazımdır ki, şairə həm də yüksək zövqlü bədii əl işləri yaradır və gözəl şəkil çəkirdi. 

XIX  əsrdə daha iki Azərbaycan  şairəsi: Naxçıvanda Qönçəbəyim,  Şuşada isə 

Fatma xanım Kaminə (1840-1898) öz lirik şerləri ilə tanınırdı. 

XIX  əsrin sonlarından başlayaraq,  Şimali Azərbaycanda ictimai-siyasi 

münasibətlərin güclü inkişafı Azərbaycan qadınının özünə cəmiyyətdə yer tapması üçün 

geniş imkanlar və perspektivlər yaradır. 

Şimali Azərbaycanda XIX əsrin sonunda kişi təhsili ilə yanaşı qadın orta təhsili də 

inkişaf etməyə başlayır.  1874-cü ildə Azərbaycanda  1883-cü ildən sonra Mariinskaya 

adını almış ilk gimnaziya açılır. Bakı quberniyasında XIX əsrin sonunda 4915 şagirdin, o 

cümlədən 64 qızın təlim keçdiyi 245 məktəb fəaliyyət göstərirdi. Eyni zamanda 

Yelizavetpol quberniyasındakı 268 məktəbdə 4384 şagird, o cümlədən  145 qız 

oxuyurdu. XIX əsrin sonu – XX əsrin  əvvəli xeyriyyəçiliyin imkanlı insanlar üçün 

yazılmamış qanun olduğu bir dövr idi. Fəxri himayəçilik institutunun geniş yayılması 

buna parlaq sübutdur; Bakının bütün məktəblərində, gimnaziyalarında və 

progimnaziyalarında  şəhər tacirləri və zadəganlarının  ən görkəmli nümayəndələrindən 

ibarət olan himayədarlıq  şuraları  fəaliyyət göstərirdi. Onların böyük həcmdə etdiyi 

ianələr çox vaxt inqilabdanqabaqkı Bakının tədris müəssisələrinin əsasını  təşkil edirdi. 

Ən iri sənayeçi və mesenat Hacı Zeynalabdin Tağıyevin geniş  və çoxcəhətli 

xeyriyyəçilik fəaliyyəti hamıya məlumdur. Bakı inşaat-texniki və Bakı kommersiya 

məktəblərinin, Bakı Mariinskaya qadın gimnaziyasının fəxri himayəçisi olan H.Z.Tağıyev 

Bakı Aleksandrinskaya adını almış ilk rus-müsəlman pedaqoji məktəbini açmışdı ki, bu - 

onun maarif sahəsindəki fəaliyyətinin tacı sayılır. Qadın məsələsinin həllini H.Z.Tağıyev 

cəmiyyətin normal fəaliyyət göstərməsi, ictimai inkişafın sürətlənməsi üçün vacib şərt 

hesab edirdi. H.Z.Tağıyev maarifə böyük üstünlük verir, onu qadın məsələsinin 

həllindəki  əsas halqa sayırdı. Azərbaycan qızları üçün xüsusi məktəbin yaradılması 

barədə Tağıyev hələ XIX əsrin 90-cı illərində düşünmüşdü. Belə ki, tanınmış ictimai 

xadim M.A.Şaxtaxtinskiyə yazdığı 4 may 1896-cı il tarixli məktubunda Tağıyev qeyd 

edirdi: «Müsəlman qadınını olduğu qapalı həyatdan çıxarmaqdan ötrü yeganə bir yol var 

– yalnız məktəb; və bu məktəbi elə yaratmaq və elə qurmaq lazımdır ki, müsəlmanlar 

ona rəğbətlə yanaşsın və tam əminliklə öz qızlarını ora oxumağa göndərsinlər». 

Buradan görünür ki, belə məktəbin açılması o zaman üçün aktual və eyni zamanda 

olduqca mürəkkəb iş idi. Və yalnız Tağıyevin qətiyyəti və inadı, üstəgəl müdrikliyi və 

bakılılar arasındakı nüfuzu, həmçinin onun vəsaiti bu ideyanı sona çatdırmağa imkan 

verdi. Və bu yolda Tağıyev yerli hakimiyyətin gizlin narazılığını  və  həm də  şəhərin 

ortodoksal dairələrinin açıq müqavimətini dəf etməli oldu. Bütün bunlar Hacı 

Zeynalabdini bir sıra diplomatik manevrlər etməyə vadar etdi. 

Belə ki, 24 aprel 1896-cı ildə Qafqaz Tədris Dairəsinin nəzarətçisi 

K.P.Yankovskiyə ünvanladığı  məktubda o, «məktəbin açılışını II Nikolayın taxta 

çıxmağına həsr etdiyini elan edir: «İmperator  Əlahəzrətlərinin tacqoyma mərasimini 

Bakıda mənim vəsaitim hesabına rus-müsəlman məktəbi açmaqla qeyd etməyi qərara 

aldım». Eyni zamanda H.Z.Tağıyev gələcək məktəbə imperatriçə Aleksandra 

Fyodorovnanın adını verərək – «Aleksandrinskaya» adlandırmağı  vəd etdi. Bu 

diplomatik addım təsirsiz qalmadı: tezliklə Azərbaycanlı  qızlar üçün ilk məktəbin 

açılışına «yuxarıdan icazə» verildi. 

İkinci maneəyə gəldikdə isə burada məsələ daha çətin idi, çünki müsəlman qızları 

üçün məktəbin açılmasını  şəriət qanunlarının tapdanması kimi qəbul edən ruhanilərin 

müəyyən hissəsinin etirazını dəf etmək lazım gələcəkdi. Sonralar tanınmış Azərbaycan 

artisti Sidqi Ruhulla Axundovun xatırladığı kimi, əvvəl Z.Tağıyev quberniyanın qazısı 

Mirməhəmməd Kərimin və Axund Mir Abutarabın, həmçinin bir neçə mollanın razılığını 

ala bildi. Daha qatı yolagəlməyənləri inandırmaq üçün isə H.Z.Tağıyev molla Mirzə 

Məmmədoğlunu «diplomatik səyahət» olaraq Mədinə, Xorasan və Bağdad  şəhərlərinə 



 

 

göndərdi və o da, ən iri, hamının hörmət etdiyi müctəhidlərlə  (şiələrin mənəvi liderləri) 



görüşərək onlardan müsəlman qızları üçün məktəb açılmasına yazılı icazə ala bildi. 

Mirzə  Məmmədoğlu qayıtdıqdan sonra Tağıyev Bakıda açılacaq məktəbin hər bir 

əleyhdarına həmin şəxsin ən çox inandığı müctəhidin məktubunu təqdim etdi. Bu da işin 

istedadlı mütəfəkkir-mesenatın xeyrinə  həlli ilə  nəticələndi.  1896-cı ildə bütün 

razılaşmalardan sonra Bakı  Şəhər Upravası H.Z.Tağıyevin yaratdığı  məktəb üçün 

ayırdığı qızılla 150 min rubl (bundan 125 mini assiqnasiya şəklində toxunulmaz kapital 

olaraq bankda yerləşdirilmişdi) ianəsini Dövlət bankına verdi. 1896-1901-ci illər ərzində 

Bakının mərkəzi küçələrindən birində, hazırkı  Əlyazmalar Fondunun binasında 

məktəbin tikintisi davam etdirildi və bu tikinti 183 min rubla başa gəldi. 1898-ci il mayın 

16-da  İmperatriçə Aleksandra Fyodorovna adına Bakı qadın rus-müsəlman pedaqoji 

məktəbinin Nizamnaməsi təsdiq edildi. Bu – Qafqaz tədris dairəsinə aid olan qapalı 

tədris-tərbiyə müəssisəsi idi və  məktəbə  gəlib-gedən tələbələri də vardı. Qızları 

məktəbə 4 il müddətinə 7 yaşdan başlayaraq qəbul edirdilər. Tərbiyə müsəlman 

ailəsinin adət və  ənənələri üzərində qurulmuşdu. H.Z.Tağıyev o zamanın təhsil 

sistemini,  ən tanınmış  tədris müəssisələrinin strukturunu dərindən öyrənərək  Şərqin 

özünəməxsusluğunu nəzərə almışdı. Məktəbin Himayədarlar  şurası  təşkil olundu. Bu 

şuraya Tağıyev və onun həyat yoldaşı Sona xanım Tağıyeva (Ərəblinskaya) başçılıq 

edirdi. Nizamnaməyə  əsasən, bu vəzifə irsən keçməli idi. Himayədarlar  şurasına 

həmçinin Bakı Şəhər Başçısı L.L.Bıç, Bakı quberniyasının qazısı Mirməhəmməd Kərim 

Mircəfərzadə, Bakının qadın gimnaziyalarından birinin müdiri və kişi gimnaziyalarından 

birinin direktoru, iki nəfər fəxri şəhər müsəlmanı, Həsənbəy Məlikov (Zərdabi), Nəcəfbəy 

Vəzirov, Əlimərdanbəy Topçubaşov daxil idi. 

H.Z.Tağıyev məktəbə Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı  Hənifə xanım 

Məlikovanı direktor təyin etdi. Paytaxt qəzetləri vasitəsi ilə Tağıyev bütün müsəlman 

qadın müəllimlərinə ilk müsəlman qadın məktəbinə kömək çağırışı ilə müraciət etdi. 

Tağıyev məktəbinin cəmiyyətdə öz potensial intellektual imkanlarını reallaşdırmağa 

imkan verdiyi görkəmli qadın maarifçilərin adlarını çəkmək yerinə düşərdi: Rəhilə xanım 

Terequlova (Hacıbababəyova), Məryəm xanım Sulikeviç, Adilə xanım  Şaxtaxtinskaya, 

Gülbahar xanım  Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə xanım  Əfəndizadə, 

Mina xanım Aslanova, Gövhər xanım Qazıyeva, Nabat xanım Nərimanova,  Şəhrəbanı 

xanım  Şabanova, Səkinə xanım Axundzadə  (1865-1927; ilk qadın dramaturq, yazıçı). 

Tədris proqramına gəldikdə isə buraya Azərbaycan və rus dili (dil, ədəbiyyat), hesab, 

tarix, coğrafiya, təbiətşünaslıq, hüsnxət, nəğmə, musiqi, etika, anatomiya, tibbin əsasları 

və şəriət daxil idi. 

1901-ci il oktyabrın 9-da Aleksandriya rus-müsəlman qadın məktəbinin təntənəli 

açılışı oldu. Bu, Şərqdə müsəlman qızları üçün açılan ilk dünyəvi məktəb oldu. 20 nəfər 

şagird üçün nəzərdə tutulmuş məktəb pansionu açılış günü 35 pulsuz məktəbli, 15 nəfər 

isə ildə  100 rubl ödəməklə  gəlib-gedən tələbə  qəbul etdi. Qızlar Zaqafqaziyanın hər 

yerindən,  Şimali Qafqazdan qəbul olunurdu. Bakıda Tağıyev qız məktəbinin açılması 

Azərbaycan ziyalı  cəmiyyəti tərəfindən böyük heyranlıqla qarşılandı. Məşhur vəkil

sonradan Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri olmuş 

Əlimərdanbəy Topçubaşov məktəbin açılışında söyləmişdi: «gələcək tarixçi bu hadisəni 



müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl 

varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır». Görkəmli jurnalist 

Əhmədbəy Ağayev qeyd edirdi: «İndən belə müsəlman qadınları ailəyə maarifin 



canlandırıcı  şüasını  səpmək imkanı qazanacaqlar... Onlar gələcək nəsillərə inkişafa

yaxınlarına, xeyirxah insanlara və  işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı 

cəmiyyət ölümə  məhkumdur». Qazan müsəlmanlarının H.Z.Tağıyevə göndərdiyi 

məktubda deyilirdi: «Bu ilk məktəbdir ki, bütün şəriət qaydalarına riayət olunmaqla 



müsəlman qızları Qərb sivilizasiyası ilə tanış olacaq və bu təhsil məbədində müsəlman 

əhalisinin müxtəlif təbəqələri qarşılaşacaq və ümuminsani qardaşlıq və  məhəbbət 


Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə