Mövzu Fənnin mahiyyəti və vəzifələri


Maliyyənin planlaşdırılması və idarə edilməsi



Yüklə 329,29 Kb.
səhifə5/5
tarix27.03.2018
ölçüsü329,29 Kb.
#34994
1   2   3   4   5

13.3 Maliyyənin planlaşdırılması və idarə edilməsi
Hər bir sahibkarın və biznesmenin ən başlıca vəzifəsi – müəssisənin resurslarından səmərəli istifadə edilməsi hesabına işin daha mənfəətli olmasına nail olmaqdır. Bu məqsədlə maliyyə planının tərtib olunması yolu ilə daha yaxşı nəaliyyətlər əldə etmək olar. Maliyyə planı fəaliyyətinin həyata keçirilməsinin nəzərdə tutduğu bazar haqqında məlumat verməli olan satışın həcminin proqnozlarını özündə birləşdirir. Bazara tələbat qiymətləndirilərkən tələb və təklifin mümkün hərəkəti, qiymətlərin dəyişməsi və rəqibin inkişafını nəzərə almaq lazımdır. Planlaşdırma funksiyaları arasında qısamüddətli və uzunmüddətli funksiyaları ayırmaq olar.

Qısamüddətli planlaşdırmada maliyyə ehtiyatlarından qısamüddətli istifadə etmək imkanları böyükdür. Kredit dərəcələri 1 % -dən 5 % - ə qədər dəyişir. Qısamüddətli kreditin verilməsinin müddəti müştərinin arzusu ilə uzadıla bilməz. Uzunmüddətli planlaşdırmada maliyyələşdirmə xeyli mürəkkəbdir. Bu halda kapitalın büdcələşdirilməsi, yəni kapitalın xərclənməsinin optimal strukturu, istehsalın genişləndirilməsində uzunmüddətli investisiyalar, fəaliyyət göstərən aktivlərin yerləşdirilməsi və yaxud təzələnməsinin müəyyən edilməsi və digər işlər yerinə yetirilir. Maliyyənin idarə edilməsində faktorinq və lizinq əməliyyatları mühüm əhəmiyyət kəsb edir. Maliyyə axınlarının səmərəli idarə edilməsi üçün dövriyyə kapitalının optimal miqdarının müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Nəğd pul vəsaitlərinin çatışmaması müəssisəni iflasa apara bilər, həm də firmanın artım sürəti nə qədər yüksəkdirsə, nəğd pulsuz qalmaq riski o qədər böyükdür. Maliyyənin səmərəli idarə edilməsi ona cəhd edilməsini nəzərdə tutur ki, müəssisənin öz borclarını ödəməsi müddəti borc məbləği nəzərə alınmaqla debitorlar tərəfindən ona olan borcun ödənilməsi müddətindən çox olsun. Haqqı ödənilməmiş alışların məbləğinin haqqı ödənilməmiş satışların məbləğindən çox olması tələb olunan dövriyyə kapitalının miqdarını azaltmağa və əticədə əlavə gəlirlər əldə etməyə imkan verir.




13.4 Maliyyə və valyuta bazarları

Maliyyə bazarı alıcı və satıcıların, yəni müxtəlif təsərrüfat əlaqələrini və ya öz aralarında iqtisadi agentlər qrupunun qarşılıqlı əlaqəsidir. Maliyyə bazarının tələb və təklifin görüş yeri kimi də təsəvvür etmək olar. Lakin bir çox iqtisadçılar hesab edirlər ki, tələb və təklifin yeri eyni zamanda qiymət əmələgəlmə yeri kimi çıxış etsin. Ancaq bu heç də o demək deyildir ki, daha sərbəst ticarət şəraitinə malik olur, ancaq müxtəlif vaxtlarda müstəqil həyata keçirə bilər. Nəhayət, maliyyə bazarlarının tənzimlənməsi üzrə dövlətin müdaxiləsini nəzərdə tutan elə hallar da mövcuddur ki, onların nəticəsində bazarın fəaliyyəti müəyyən çərçivədə dövlət nəzarəti altında baş verir. Maliyyə bazarları təşkili formalarına görə mütəşəkkil və qeyri – mütəşəkkil bazarlara bölünürlər. Bu bazarların fəaliyyətinə dövlət tərəfindən icazə verilməyən valyuta satışı aiddir. Milli maliyyə bazarlarının fəaliyyəti qanunvericilikdə nizamlanan bazarları özündə əks etdirir.

Maliyyə bazarlarının ixtisaslaşdırılmış seqmenti valyita qiymətlərinin ticarətinə xidmət edən beynəlxalq valyuta bazarlarıdır. Valyuta bazarlarının iqtisadi əhəmiyyəti onun funksiyalarında meydana çıxır:

- kommersiya funksiyası – iqtisadi fəaliyyətin iştirakçılarının xarici və milli valyuta ilə təmin edilməsi;

- qiymət funksiyası – valyuta məzənnəsinin elə səviyyəsi müəyyən edilmişdir ki, onda valyuta bazarı və bütövlükdə iqtisadi sistem tarazlıqda olsun;

- tənzimləyici funksiya – valyuta bazarında nizam və mütəşəkkilliyin təmin edilməsi.

Hazırki valyuta bazarı – çoxlu iqtisadi, siyasi, psixoloji amillərin təsirini hiss edən və dərhal onların dəyişməsinə cavab verən dinamik sistemdir. Valyuta bazarı nəinki valyuta riskləri generatorunu, həm də onların qarşısının alınması sistemidir. O sığortaçı rolunu oynayır, sığorta üzrə əməliyyatlar isə həcmlə müəyyənləşdirilir.

14. Biznes əlaqələrində konsepsiya
14.1 Biznes konsepsiyasının işlənib hazırlanması

14.2 Biznes konsepsiyasının işlənib hazırlanması və məqsədləri

14.3 Konsepsiyanın inkişaf strategiyası

14.4 Konsepsiyanın təşkili mərhələləri

Yeni müəssisə və fəaliyyət sahəsi sahibkarın öz istəyilə müəyyən olunur. Buna görə də biznes konsepsiyası müəssisənin yaradılması və inkişafı mərhələsini xarakterizə edir. Konsepsiyasının işlənib hazırlanması qarşıya qoyulan məqsədə çatmağa və kollektivi sıx birləşdirən fəaliyyət istiqamətini müəyyən etməyə imkan verir. Düzgün müəyyən edilmiş konsepsiya müəssisənin fəaliyyətində müsbət şərait yaradır və insanları konkret fəaliyyətə səfərbər edir.

Konsepsiya dedikdə - müəssisənin (firmanın ) məqsəd kimi onun bütün fəaliyyətini birləşdirən davranış xəttidir. Bunsuz müəssisə və hər hansı təşkilat fəaliyyət göstərə bilməz. Konsepsiya müəssisə üçün daha geniş anlayışdır. Biznesmen və ya sahibkar öz işini təşkilini planlaşdırarkən bu və ya digər sahəyə daxil olmaq üçün müəyyən iqtisadi məhdudiyyətləri də nəzərə almaq lazımdır. Bununla yanaşı həmçinin sahədə və nəzərdə tutulmuş regionda iqtisadi konyukturanı da yaddan çıxarmaq olmaz. Konyuktura tələb və təklif arasında nisbətləri, qiymət və məhsul ehtiyatlarının hərəkətini, digər göstəriciləri özündə əks etdirən formalaşmış iqtisadi şəraitdir. Adətən elə hallar olur ki, bəzi bölgələrdə güclü inkişaf olduğu halda, digərləridə durğunluq müşahidə olunur. Həmişə biznesmen və sahibkar çox vaxt inkişafda olan regionlara can atırlar. Səmərəli və iqtisadi cəhətdən seçilmiş konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Hər bir məqsədyönlü sistem bir neçə qolları ifadə edir. Məsələn istehsalçı, istehlakçı, tədarükçü, muzdlu, ticarətçi vergi ödəyicisi rolunu yerinə yetirir. Konsepsiyaya daxildir:

- biznesin məqsədinin müəyyənləşdirilməsi;

- fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret yolların tapılması;

- qarşıda duran məqsədlərə təcrübi nail olmaq vasitələrinin seçilməsi.

Konsepsiyanın işlənməsi biznesin qurulmasında və inkişafında mühüm rol oynayır. Onun biznesin uğuruna təsiri aşağıdakıları müəyyən edir:

1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki müəssisənin rəhbərliyinə onun fəaliyyətinin əsasında olan amilləri hərtərəfli qiymətləndirməyə imkan verir.

2. Konsepsiyanın dərk edilməsi biznesin geniş sahələrini əldə etməyə kömək edir ki, bu da həm firmanın rəhbərliyinə, həm də heyətinə baş verənlərə yaxından baxmaq imkanı verir.

3. Konsepsiya müəssisədaxili, kənarda əlqələr üçün böyük imkanlar yaradır.



14.2 Biznes konsepsiyasının işlənib hazırlanması və məqsədləri
Biznes konsepsiyası işlənib hazırlanarkən müəssisənin fəaliyyətinin əsas xəttini istehlakçıların arzularından başlamaq lazımdır. Müəssisənin əsasnaməsində və ya nizamnaməsində verilmiş təyinatlar mövcud vəziyyəti tam əhatə etmir. Müəssisənin fəaliyyət xətti, rəqabət mübarizəsi öz məhsulunun istehsalına inana bilməsidir. Biznes konsepsiyasının işlənib hazırlanması onun məqsədlərinin müəyyən edilməsini nəzərdə tutur. Məqsədlər müəssisənin öz fəaliyyətində can atdığı əsas nəticələrdir. Biznesmen və sahibkar qarşılarına müəyyən məqsədlər qoymaqla öz istiqamətlərini əsas götürür ki, onlar müəssisənin bütün fəaliyyətinə nəzarət edə bilsin.

Məqsədlər təşkilatı, motivləşdirici və nəzarət funksiyalarını yerinə yetirərək müəssisənin idarəetmə sisteminin əsas elementi hesab olunur.

Müəssisənin məqsədləri təşkilatın fəaliyyətini təyin edir, nəticələrə nail olmaq üçün kollektivi səfərbər edir. Satış bazarında müəssisənin rolu, biznesin həcminin artması, onun mənfəəti, rentabelliyi və digər xüsusiyyətlərlə əlaqədar məqsədlər əsas sayılır. Məqsədlərin qoyuluşu müəssisənin fəaliyyət xəttində istifadə olunan əsas funksiyaların yerinə yetirilməsinə kömək edir. Bundan başqa funksional nəticələrin əldə olunmasına yönəldilmiş yardımçı məqsədlərdə müəyyən edilir.

14.3 Konsepsiyanın inkişaf strategiyası
Biznesin xəttini və məqsədlərini təyin etdikdən sonra strategiyanın işlənməsi mərhələsi başlayır. Strategiya qoyulmuş məqsədlərə nail olmaq üçün lazimi hərəkətlərin ümumiləşdirilmiş xəttini ifadə edir. Strategiya öz məqsədlərinə çatmaq və missiyanı yerinə yetirmək üçün təşkilatın haraya getmək istəyini müəyyən edir. O, təşkilatın fəaliyyət xüsusiyyətlərini və istiqamətlərini əks etdirən məhdudiyyətləri yaradır və seçim etməyi lazım bilir.

Düzgün seçilmiş strategiya dəyişkən, qeyri – müəyyən və risklərlə dolu mühitdə müəssisəyə daha düzgün istiqamət göstərəcəkdir. Bütün bunları ümumiləşdirərək, strategiyaları müəssisələrin həyatında başlıca əhəmiyyətini aşağıdakı kimi qeyd edə bilərik.

- strategiya hər şeydən əvvəl ətraf mühiti lazımınca qiymətləndirməyə və gələcək planları daha da mükəmməl hazırlamağa imkan verir.

- strategiya müəssiyə öz – özünü hərtərəfli qiymətləndirməyə imkan verir. Strateji qərarlarda müəssisəyə mövcud vəziyyəti və imkanları hərtərəfli təhlil etməyə imkan verir.

- strategiya, müəssisədə alınan qərarların və gələcək layihənin mükəmməliyini və doğruluq dərəcəsini artırmağa xidmət edir.

Qeyd etmək lazımdır ki, biznes aləmində yeganə strategiya mövcud deyil. Hər bir firma (müəssisə) öz – özlüyündə sərbəstdir. Ona görə də strategiyanın işlənib hazırlanması mövcuddur. Çünki bazarda müəssisənin mövqeyindən, onun inkişaf dinamikasından, potensialından, rəqiblərin davranışından, istehsal edilən məhsulun və digər göstəricilərin, xidmətlərin xüsusiyyətindən asılıdır. Strategiyanın seçilməsində aşağıdakı vacib amillər nəzərə alınmalıdır:

- sahənin güclü tərəfləri;

- firmanın güclü tərəfləri;

- firmanın məqsədləri;

- firmanın maliyyə resursları;

- işçilərin ixtisas səviyyəsi;

- xarici mühitdən asılılıq dərəcəsi.

Nəzərə almaq lazımdır ki, strategiyaya təsir edən amillər heç də həmişə vaxtında gözə çarpmır, bəzən onlar artıq öz təsirini göstərdikdən sonra müşühidə olunur. Seçilmiş strategiya onun həyata keçirilməsi imkanlarını müəyyənləşdirərkən amillərin hərtərəfli, əhatəli təhlili əsasında qiymətləndirilir. Qiymətləndirmənin əsas meyarı seçilmiş strategiyanın firmanın qarşısında duran məqsədlərinə nail olmağa gətirib çıxarır. Firmanın strategiyasını müəyyən edərkən rəhbərlik firmanın bazardakı mövqeyi ilə bağlı məsələlərlə qarşılaşır:

- hansı biznesə xitam verilsin;

- hansı biznes davam etdirilsin;

- hansı biznes həyata keçirilsin.




14.4 Konsepsiyanın təşkili mərhələləri
Biznes ilə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin, müvəffəqiyyətə gətirən yeni ideyanı tapsın, mümkün risk nöqteyi nəzərdən onu hərtərəfli qiymətləndirsin və sonra isə nəzərdə tutulan konkret nəticə alınana qədər həyata keçirsin.

Biznesin təşkili bir neçə mərhələləri əhatə edir:

- yeni ideyanın düzgün izah edilməsi;

- onun hərtərəfli qiymətləndirilməsi;

- bazarda boşluğun axtarışı;

- biznes planın işlənib hazırlanması;

- fəaliyyət konsepsiyasının formalaşdırılması, biznesin məqsədlərinin seçilməsi;

- fəaliyyət strategiyasının işlənməsi;

- layihənin reallaşdırılması;

- müəssisənin təşkili və idarə edilməsi.

Ən mühüm strategiyalardan əsası müəssisənin yerinin seçilməsidir. Müəssisələrin yerləşdirilməsində aşağıdakı amilləri nəzərə almaq məqsədəuyğundur.

Ticarət müəssisəsi üçün:

- nəqliyyat axınları;

- piyada axınları;

- ictimai nəqliyyat dayanacaqlarıa yaxın olmaq imkanı;

- icarə şərtləri;

- sahəni qiyməti;

- regionun istehlak dərəcəsi.

Müəssisəni yeri haqqında məsələyə baxılarkən xammalın göndərilməsinə və hazır məhsulun istehlakçılara çatdırılmsına sərf edilən məsrəfləri nəzərə almaq lazımdır. Müəssisənin təsis edildikdən və dövlət qeydiyyatından keçdikdən sonra lazimi materialların cəlb edilməsindən, tədarükçüləri seçdikdən, müəssisənin yeri müəyyənləşdikdən sonra hazırlanmış biznes plana uyğun işin təşkili vacibdir. Təşkil etmək bu və ya digər fəaliyyət növünün yerinə yetirilməsinə vacib funksiyaları və hərəkətləri müəyyənləşdirmək və planlaşdırmaq, həmçinin bunların bütün müəssisə daxilində birləşdirilməsi vacibdir. Göstərilənlərlə yanaşı səmərəli iş üçün əməkdaşların funksional vəzifələrini dəqiq və aydın müəyyənləşdirmək lazımdır.

Mövzu 15. Korporativ idarəetmənin prinsipləri

15.1 Korporativ idarəetmənin mahiyyəti

15.2 Korporativ idarəetmənin prinsipləri

15.3 Korporativ strateji planlaşdırma

15.4 Səmərəli korporativ idarəetmə
15.1 Korporativ idarəetmənin mahiyyəti

Təsərrüfatçılıq fəaliyyətinin korporativ forması son dövrlərdə yaranmaqla nisbətən yeni təsərrüfatçılığın yeni fəaliyyət növüdür. Biznesin korporativ forması zamanın müəyyə tələblərinə cavab olaraq meydana gəlmişdir. Hüquqi baxımdan, korporasiya müxtəlif şəxslərin təşkilatıdır. Korporasiya müstəqil iqtisadi subyekt kimi özünün ayrı – ayrılıqda hər bir üzvünə məxsus olan hüquq, imtiyaz və öhdəliklərdən fərqli olan müəyyən hüquqlar, imtiyazlar və öhdəliklər verir. Hazırda investorlar üçün biznesin korporativ formasını 4 xüsusiyyəti: korporasiyanın hüquqi şəxs kimi müstəqilliyi; fərdi investorlara məxsus olan səhmlərin digər şəxslərə verilməsi imkanı; fərdi ivestorların məsuliyyəti; mərkəzləşdirilmiş idarəetmə daha cəlbedici hesab olunur.

Korporativ idarəetmə elmi XX əsrin ən mühüm nəaliyyətlərindən biridir. Digər ölkələrdən daha tez ABŞ – da korporativ idarəetmənin bütün “klassik” struktur elementləri: mülkiyyətçilərin, menecerlərin hüquq və funksiyalarının məhdudlaşdırılması, ierarxiyalı piramida, hüquq və vəzifələri dəqiq təsvir edilmiş xətti və ştablı menecerlər rəsmiləşdirildi.

“Korporativ idarəetmə” anlayışını müəyyən etmək üçün qeyd edilməlidir ki, “corporatio” latınca tərcümədən birlik, ittifaq, yoldaşlıq deməkdir. Korporativ idarəetmə probleminin böyük aktuallığına baxmayaraq indiyə qədər bir sıra ölkələr üçün korporativ idarəetmə anlayışı fərqli təsvir olunur.

Eyni zamanda səhmdar cəmiyyətinin orqanları və onun mülkiyyətçiləri arasında cəmiyyətin fəaliyyətinin idarə edilməsinə dair münasibətlər sistemi də korporativ idarəetmə hesab edilir. Korporativ idarəetməni düzgün başa düşmək üçün öncə korporatizm kimi tarixi anlayışa baxmaq lazımdır.

Korporatizm korporativ birliyin yaxud tərəfdaşlığın mülkiyyətinə ortaq olmalıdır. Bu şəxsi və ictimai maraqların qane edilməsində müqavilə münasibətləridir. Korporatizm maraqların balansını təmin etmək məqsədilə kompromisli təsərrüfatçılıqdır. Konsensus, kompromislər əsasında maraqların nisbətən tarazlığına nail olunması imkanı korporatist modelin fərqləndirici xüsusiyyətidir.

İndiki gündə dünya təcrübəsində korporativ idarəetmənin ümumi qəbul edilən tərifi yoxdur. Lakin Dünya Bankının istifadə etdiyi korporativ idarəetmənin təyin etməsinə önəm verilir.

Korporativ idarəetmə dedikdə özəl sektorda cəmiyyətlərə maliyyə və insan resurslarını cəlb etməyə, təsərrüfat fəaliyyətini səmərəli həyata keçirməyə imkan verən qanunvericilik normalarının, normativ müddəaların və təsərrüfatçılq təcrübəsinin birləşdirilməsi başa düşülür. Bu birlik cəmiyyətlərin fəaliyyətlərinin davam etdirilməsinə, səhmlərinin dəyərinin artırılmsı yolu ilə uzunmüddətli iqtisadi dəyərinin artırılmasına, bununla səhmdarları və bütövlükdə cəmiyyətin maraqlarının qorunmasına riayət edir.


15.2 Korporativ idarəetmənin prinsipləri

Korporativ idarəetmənin prinsipləri bir sıra ölkələrdə fərqlidir. Məsələn, Ukraynada korporativ idarəetmənin prinsipləri aşağıdakılardır:

1. Strateji rəhbərlik və korporasiyanın fəaliyyətinə görə onun iştirakçılarına nəzarət.

2. Korporasiyanın idarə edilməsində iştirakçıların korporasiyadakı kapitala üzvlüklərinin ölçüsündən bilavasitə asılılıq dərəcəsi.

3. Korporativ azlıqların maraqlarının qorunması.

4. Korporasiyanın idarə edilməsinin mərkəzləşdərilməsi və orqanlarının səlahiyyətlərinin ayrılması (ali orqan – nəzarətedici orqan – icraçı orqan).

5. Korporasiyanın iştirakçıları olmayan şəxslərin onun idarə edilməsinə cəlb edilməsi imkanları.

Amerikanın hüquq institutunun əməkdaşları 1992 –ci ildə korporativ idarəetmənin 6 prinsipini dürüst ifadə etdilər:

1. Hesabatlıq 4. Səsvermə

2. Şəffaflıq 5. Kodekslərin prinsipləri

3. Ədalətlilik 6. Strateji planlaşdırma

Hesabatlıq seçilmiş yaxud təyin edilmiş idarəetmə orqanlarının səhmdarlar qarşısında əsas öhdəlikləri kimi şərh edilir. Bu mexanizm nəzarəti həyata keçirməyə, daimi müşahədələr aparmağa və rəhbərlərin, eləcə də bütün səhmdar cəmiyyətinin seçdiyi istiqamətlər və ayrı – ayrı səhmdarların maraqları nöqteyi – nəzərindən qiymət verməyə imkan verir.

Şəffaflıq əvvəlki prinsiplə sıx əlaqədardır. Bu hesabatların hazırlanmış standartlarına əsaslanır və səhmdarlarla qarşılıqlı əlaqənin prinsipləri kodeksinin saxlanmasının nəticəsidir. Şəffaflıq elan edilən və həyata keçirilən real məqsədlərin uyğunluğunu, istiqamətləri, korporasiyaların fəaliyyət prinsiplərini qiymətləndirməyə, kənarlaşmaları qeydə almağa, onların yaranma səbəblərini tədqiq etməyə imkan yaradır.

Korporativ idarəetmənin ədalətlilik prinsipi korporasiyanın fəaliyyətini bərabər hüquqluğun təmin edilməsinə, bütün səhmdarların vətəndaşlıqlarından, həmçinin onların sahib olduqları səhmlərin miqdarından asılı olmayaraq səhmdarlara eyni münasibətə yönəldir. Bu prinsipə müvafiq olaraq 1 səhmin 1 səs verməsi danılmazdır.

Səsvermə korporasiyasının fəaliyyətinə dair ən vacib qərarların qəbul prinsipidir. Bu prinsipin reallaşdırılması fərdi səsvermənin texnologiyasına və həvalə edilməyə görə səsverməyə tələblərin yüksəldilməsini, səhmdarların yığıncaqlarının təşkilini, onları aparılmasını (o cümlədən səslərin hesablanmasını ), səhmdarların hüquqlarının müdafiəsini və s. irəliyə çəkir.

Kodekslərin prinsipiin hazırlanması və istifadəsi səhmdar cəmiyyətinin rəhbər tərkibi, həmçinin menecmentlə səhmdarların bütün qrupların qarşılıqlı münasibətlərinə aiddir. Bu onu göstərir ki, korporasiyanın fəaliyyəti beynəlxalq standartlara uyğun sahibkar davranışının formalaşması yolu ilə rəqabət qabiliyyətini yüksəltməyə imkan verə səmərəli əlaqələrin qurulmasına istiqamətləndirilmişdir. Kodekslərin prinsiplərinə onların təkmilləşdirilməsi məqsədilə daim yenidən baxılmalıdır. Belə ki, korporasiyanın fəaliyyət göstərdiyi mühit dəyişkəndir.


15.3 Korporativ strateji planlaşdırma
Strateji planlaşdırma korporasiyanın fəaliyyətini uzunmüddətli perspektivə yönəlir. Bu prinsip korporativ mülkiyyət formalı iri müəssisələr üçün xüsusilə vacibdir. Belə ki, korporasiyanın fəaliyyətində qarşılıqlı asılı, lakin müxtəlif vektorlu istiqamətlər mövcuddur. Məsələn, dividentlərin ödənilməsi – mənfəətin yenidən investisiyalaşdırılması qısamüddətli ( təcili ) nəticələrin əldə edilməsi – uzunmüddətli mənfəətliyin təmin edilməsi, ayrı - ayrı idarəetmə orqanları arasında münasibətlərin stabilləşdirilməsi – müəssisənin inkişafının zəruriliyi və s. Bu problemlərin həll edilməsi, bir qayda olaraq, yalnız uzunmüddətli əsaslarda tədrici fəaliyyətlərin köməyilə mümkündür. Başqa sözlə, həmin problemlər korporasiyaların uzunmüddətli perspektivdə mövcud olmasının mütləq şərti olan strategiyaların, strateji planların, proqramların layihələrinin hazırlanması yolu ilə həll edilə bilər.

Avropanın Əməkdaşlıq və İnkişaf Təşkilatının (AƏİT ) üzvləri olan ölkələr korporativ idarəetmənin aşağıdakı prinsiplərini hazırladılar və qəbul etdilər:

1. Səhmdarların hüquqları. Bura kompleks hüquqlar, səhmlərə mülkiyyət hüquqlarının qorunması, səsvermədə iştirak, korporativ əmlakın satqısı yaxud transformasiyası haqqında qərarların qəbulu daxil olmaqla, o cümlədən şirkətlərin qovuşması və yeni səhmlərin buraxılması daxildir.

2. Səhmdarlarla ədalətli münasibət. Burada sxemlərin hazırlanması yolu ilə direktorları və menecerləri sui – istifadədən saxlayan, azlıqdakı səhmdarları müdafiə edilməsi nəzərdə tutulur.

3. Korporativ idarəetmədə digər maraqlı şəxslərin rolu. Məsələn, əməkdaşlar şirkətlərdə qərarların qəbulu və icrasında maraqlı şəxslərdir.

4. Tam informasiya və şəffaflıq. AƏİT əsas informasiyanın dərc edilməsinə dair bir sıra müddəaları təklif edir. İllik auditi müstəqil auditorlar həyata keçirir.

5. İdarəetmə şurasını məsuliyyəti. AƏTİ – nin təklif etdiyi əsas prinsiplər şirkətin müdafiəsi üzrə idarəetmə şurasının, onun səhmdarlarının funksiyalarını təfsilatı ilə göstərir. Bura strategiyaların hazırlanması, riskin müəyyən edilməsi, rəhbərliyin əmək haqqının ölçüsü və s. daxildir.

AƏTİ – nin prinsipləri bir qədər ümumiləşdirilmiş hesab edilir. İngilis – amerikan və alman sistemləri tamamilə onlara uyğundur. Korporativ idarəetməyə klassik misal olaraq, AƏİT – nin bir çox prinsiplərini istifadə edən, “General Motors”un ümumi strategiyasını göstərmək olar. Həmin strategiyadan digər şirkətlər korporativ idarəetmənin kodeksi kimi istifadə edirlər.

Korporativ idarəetmənin prosedurlarında autsayder modellərinə (böyük miqdarlı kiçik səhmdarlara ) böyük zərurət vardır.

Korporativ idarəetmənin qeyd edilən prinsipləri onun bütün çoxcəhətli məzmununu tükəndirmir. Müəssisələrin praktiki işlərində bu prinsiplərin istifadəsinin zəruriliyinə və mümkün olmasına dair dəqiqləşdirilməsi,genişləndirilməsi və gələcəkdə tətbiq edilməsi tələb olunur.

İndiki gündə sənayesi inkişaf edən ölkələrdə korporativ idarəetmənin gücləndirilməsinin qlobal gücləndirilməsi mövcuddur. Belə ki, ABŞ –da müstəqil auditin “müstəqillik” səviyyəsilə narahatlıq artır, auditorların yoxlama apardıqları şirkətlərdə auditorlara investisiyalandırmanı qadağan edən qaydaların pozulması halları mövcuddur.

Güclü korporativ idarəetmə sistemi dövlət üçün böyük üstünlükdür. Aparılan tədqiqatlar göstərdi ki, kiçik səhmdarların müdafiəsinə yönələn güclü korporativ idarəetmə sisteminə malik olan dövlətlər daha iri və likvidli kapital bazarlarına malikdirlər. Korporativ idarəetmə sistemi bir qədər zəif olan ölkələrdə şirkətlərin əksəriyyətinə əsas investorlar nəzarət edir. Bu da səhmlərə xırda investorların vəsait qoyuluşunu stimullaşdırmır. Beləliklə, investorları cəlb etməyə səy göstərən ölkələr üçün korporativ idarəetmə çox böyük əhəmiyyət kəsb edir.

Korporativ idarəetmə həm də korrupsiya ilə mübarizə kimi əsas məsələ ilə əlaqəlidir. Məsələn, şirkətlərin birləşdirilməsi və əldə edilməsi tutarlı iqtisadi səbəblərlə baş verməlidir.
15.4 Səmərəli korporativ idarəetmə

Səmərəli korporativ idarəetmə dedikdə investisiyaların cəlb edilməsi üzrə şirkətin özünün potensial imkanlarını reallaşdırmağa imkan verən, əldə edilən vasitələri rasional istifadə edən, həmçinin səhmdarların kapitallarının dəyərinin yüksəldilməsini təmin edə idarəetmə başa düşülür.

Hazırki vaxta qədər səmərəli korporativ idarəetmənin dəqiq tərtibi müəyyə edilməmişdir. Məsələn, şirkətin nəzarət paketinin səhminə görə ödənilən mükafatın orta ölçüsü maliyyə göstəricisi hesab edilir. Əgər səhmin bazar dəyəri nominal dəyərindən nisbətən azacıq artıqdırsa, onda korporativ idarəetmə bölüşdürülməyən mənfəətin maksimallaşdırılmasının stimullaşdırılması və dividentlərin proporsional ödənilməsi nöqteyi – nəzərindən səmərəli hesab edilir. Belə şəraitdə portfel investorları böyük olmayan səhmlər paketinin nominal dəyərini ödəməyə razı olacaqlar. Bu da öz növbəsində səhmlərin buraxılması yolu ilə maliyyələşdirmə təcrübəsini genişləndirəcəkdir.

Beləliklə, səmərəli korporativ idarəetmə bölüməyən mənfəətin maksimallaşdırılması və dividentlərin proporsional ödənilməsidir (əgər səhmlərin nəzarət paketinə investorlar sahib olarsa ).

Bazar iqtisadiyyatına keçən bir çox ölkələrdə mülkiyyət hüquqlarının qeyri – proporsional bölgüsü ilə əlaqədar problemlər mövcuddur. Məsələn, insayderlər xarici səhmdarların səhmlərinin dəyərini azaldır, aktivləri mənimsəyir, dividentləri ödəmirlər.

Korporativ idarəetmənin səmərəsizliyiin səbəbləri bunlardır:

1. İdarəetməni şəffaflığının kifayət qədər olmaması.

2. Korporativ qanunvericiliyin pozulmasına görə səmərəli məhkəmə cəzalarının olmaması.

3. Məhkəmənin qərarlarının icra edilməməsi.

Bundan başqa özəlləşdirmənin başlanğıc şərtləri və şirkətin əmlakının ilk bölgüsü çox vacibdir.

Əgər insayderlər şirkətin əmlakına sərəncam verirlərsə, digər səhmdarların hüquqlarını məhdudlandırmaq üçün özlərinin hüquqlarından istifadə edirlərsə, onda korporativ aktivlər xərclənə bilər. Belə ki, Rusiyanın və Ukraynanın təcrübəsi bütün nəzəri və empirik tədqiqatları təkzib edir. Bu təcrübənin nəticələri sübut edir ki, iri səhmdarlar tərəfindən nəzarət şirkətin səmərəliliyini həmişə yaxşılaşdırır. Bu ölkələrdə direktorlar müəssisələr üzərində nəzarəti əldə etməklə daxili sazişləri ( qeyri – kommersiya şərtlərilə aparılan sazişləri ) geniş aparırdılar. Bir çox müəssisələr minimal qiymət üzrə satılmışlar.

Ölkəmizin sosial - iqtisadi inkişafının indiki mərhələsi üçün müxtəlif ölkələrdə istifadə edilən korporasiyaların idarəetmə prinsiplərinin öyrənilməsi, xarici mühitlə korporasiyaların qarşılıqlı fəaliyyət variantları aktualdır.



Korporativ idarəetmənin “ tipik səmərəli sisteminin” yaradılması üçün ən yaxşı elementlərin kombinələşdirmə cəhdləri istiqamətində dünya təcrübəsi sübut etdi ki, korporativ idarəetmənin istənilən mövcud modellərinə xas olan bütün çatışmamazlıqlardan azad olan ideal mexanizm mövcud deyil.
Yüklə 329,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə