Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 5. FH-da əhalini mühafizə etmək üçün rabitə xəbərdarlığın təşkili



Yüklə 296,18 Kb.
səhifə19/50
tarix18.05.2022
ölçüsü296,18 Kb.
#87299
1   ...   15   16   17   18   19   20   21   22   ...   50
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 5. FH-da əhalini mühafizə etmək üçün rabitə xəbərdarlığın təşkili.


Xəbərdarlıq-müvafiq MM rəhbərinin və yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahı tərəfindən təkrar edilir.
Rabitə sistemi - sülh dövründə mövcud olan rabitə qovşaqları, stansiyaları və xətlərindən, eləcədə MM qərargahlarınm tabel rabitə vasitələrindən istifadə olunmaqla təşkil edilir.
Şəhər (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcud qüvvə və vasitələri, о cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətində) cəmləşdirmək, onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür.
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəsisənin rabitə qovşağını. Obyekt idarəetmə məntəqəsinin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə birləşdirir.
Iri müəssələrin rabitə qovşaqlarında, adətən, istesalat avtomat telefon stansiyası (İATS), radio yayım qovşağı, texnoloji rabitə xətləri (sexlərdə, şöbələrdə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə mənteqələrindəki rabitə qovşağında isə kommutator (telefon stansiyası) radio rabitə vasitələri (əsasən ultra qısa dalğa radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son bloklu xəbərdarlıq aparatları olmalıdır.
Rabitə və xəbərdarlıq sistemi

  • MM-in bütün səviyyələrində (obyektlərdə, rayon və şəhərlərdə, respublikada) müvafiq rabitə və xəbərdarlıq sistemi yaradılır.

    • Bu sistemə mövcud olan bütün rabitə qüvvələri və vasitələri cəlb edilir:

  • Dövlət və özəl televiziya və radio sistemləri;

  • Ümumdövlət və sahə rabitə xətləri;

  • Radio, radio-rele və məftilli rabitə qovşaqları;

  • Avtomat telefon stansiyalar;

  • MMQərargahlarının tabelli texniki rabitə avadanlıqları;

  • MN və digər giicnazirliklərinin müvafiq strukturları;

  • Səyyar və siqnal vasitələri .

Bütün səviyyələrdən olan rahilə sisteminin əsas vəzifələri:

  • tabelikdəkilərin fasiləsiz idarə edilməsi;

  • qarşılıqlı fəaliyyətin təşkil olunması;

  • sərəncamların siqnallann və məlumatiarın vaxtında verilməsi və qəbul olunması Rabitənin növləri :

    • Radio və radiotelefon rabitərabitənin növü ən mürəkkəb şəraitdə belə, istənilən məsafədəki çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.

- Məftilli rabitə
Bu növ rabitə vasiətələrindən isə həm sülh, həm də müharibə dövründə mülki müdafiənin bütün vasitələrindən daha geniş istifadə olunur.

    • Səyyar rabitə

Bu növ rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cür-bə-cür operativ sənədləri, şifahl sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardarı da istifadə edilə bilər.

    • Siqnalla rabitə

Siqnalla rabitə vasitələrindən - əhalini xəbərdar etmək, habelə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal raketlərindən, yəni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.
MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur.Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına, əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.
Xəbərdaqlıq müvafiq MM rəhbərinin və yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil olunur. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahı tərəfindən təkrar etdirilir.
Rabitə - idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən, fövqəladə hallar yaranan dövürdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü istehsalat qəzaları baş verən şəraitdə rabitə çoc böyük əhəmiyyət kəsb edir. Buna görə də MM-in bütün vasitələrində - obyektlərdə,rayon və şəhərlərdə, respublikada onun rəhbərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM-in rabitə sisteminin mövcud olan bütün rabitə qüvvələri və vasitələrinin, o cümlədən də obyektdaxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radiorele və məftilli rabitə qovşaqlarından və stansiyalarından, eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabellikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanması, həmçinin sərəncamların, siqnalların və məlumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın etibarlı surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verilməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq və avadanlaşdırmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə hallarda rabitə sisteminin dayanıqlığını artıran tədbirlərin həyata keçirilməsi, qərargah və xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi
heyətin və avadanlığın etibarlı mühafizəsinin təmin olunması da bu sahdəki əsas tədbirlərdəndir.
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir: Xəbərdarlıq siqnallarının həm respublika FHN-i tərəfindən regional bölmələrə verilir, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər. Birinci halda - Respublika FHN-in müvafiq qurumlardan, yaxud onun regional idarələrində rayon mərkələrinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbardar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərində müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radio yayım şəbəkəsi ilə çatdırılır.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM-in mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər.



Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə