MÖVZU 12.
DOZALAŞDIRMA-FORMALAŞDIRMA AVADANLILQARI
PLAN
1.Qida məhsullarının dozalaşdırılması üçün maşınlar
2.Xammal və yarımfabrikatın formalaşdırılmsaı üçün maşınlar
ƏDƏBİYYAT VƏ MATERİALLAR:
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları.
“
Elm” nəşiriyyatı,
2002.
2.Оборудование предприятий торговли и общественного питания.
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и
холодильное оборудование предприятий общественного питания. Изд.2-е
переб. И доп. М.Экономика 1977 404с.
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К.
Оборудование предприятий общественного
питания Механические
оборудование- М: Экономика, 2000.
Qida məhsullarının dozalaşdırılması üçün maşınlar
Dozalaşdırma prosesi –verilmiş məhsul porsiyasının
çəkisinə və yaxud
həcminə görə ölçülüb bərabər hissələrə ayrılmasıdır, yəni məhsulun eyni çəki və ya
həcmi üzrə müəyyən edilmiş porsiyalara bölünməsidir.
Formalaşdırma prosesi isə məhsul porsiyasına müəyyən forma verilməsidir
və sonrakı texnoloji emal zamanı həmin forma saxlanılmalıdır.
Bir sıra emal müəssisələrində tətbiq olunan bu qrup maşınlarda
bəzən hər
iki proses eyni bir maşınla həyata keçirilir.
Qida istehsalında xammal komponentlərinindozalaşdırılması
proseslərinin
böyük əhəmiyyəti var. Dozalaşdırma üsuluna görə dozalaşdırıcı qurğular həcmi və
çəki qurğularına bölünürlər. Çəki üsulu ilə dozalaşdırma xəta 0,1-0,5% ,
həcmi
dozatorlarda isə 2-3% təşkil edir.
Qida istehsalında məhsulun maşına verilməsi üçün həcmi dozatorlar əsasən
mexanizim kimi istifadə edilir.
Dostları ilə paylaş: