MÖVZU 1.
GİRİŞ
Plan:
1.Fənnin predmeti, məqsədi və vəzifələri
2 . Ə l v a n m e t a l l a r d a n
3 . Q e y r i m e t a l l a r
ƏDƏBİYYAT VƏ MATERİALLAR:
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları.
“
Elm” nəşiriyyatı,
2002.
2.Оборудование предприятий торговли и общественного питания.
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и
холодильное оборудование предприятий общественного питания. Изд.2-е
переб. и доп. М.Экономика 1977 404с.
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К.
Оборудование предприятий общественного
питания Механические
оборудование- М: Экономика, 2000.
Texnoloji avadanlıqlar təsir xarakterinə görə aparatlara və maşınlara
bölünürlər. Aparatlarla istilik və kütlə mübadiləsi, fiziki-kimyəvi, biokimyəvi və
başqa proseslər yerinə yetirilir. Bu proseslər nəticəsində emal edilən məhsulun
fiziki və kimyəvi xassələri və ya onun aqreqat vəziyyəti dəyişir. Aparatın işləməsi
üçün müxtəlif işçi mayelərin (soyuq, isti su) qazın, buxarın, tüstünün,
istilik və
soyuqluq amilinin və s. olması vacibdir.
Maşınlarda məhsula mexaniki təsir göstərilir və bunun nəticəsində onun
həndəsi və fiziki-mexaniki göstəriciləri dəyişilir.
Maşın və aparatlara tələbatlar ondan ibarətdir ki, maşın və aparat yüksək
keyfiyyətli, etibarlı, az enerji və az material sərfli olmalıdır. Avadanlığın
uzunömürlü və fasiləsiz işləməsinin əsas şərti onun mexaniki etibarlığı və
konstruktiv
təkmilliyidir.
Mexaniki
etibarlığı
möhkəmlik,
davamlılıq,
uzunömürlük, kermetiklik xarakterizə edir.
Aparatın konstruktiv təkmilləşdirilməsini konstruksi-yanın sadəliyi, az
metaltutumluğu, texnolojiliyi, yüksək faydalı iş əmsalı xarakterizə edir.
Yeyinti
istehsalılı öz spesifik xüsusiyyətləri ilə əlaqədar konstruksiyası və materialı ilə
fərqlənir, avadanlığın işlənməsini və hazırlanmasını tələb edir. Maşın və
aparatların hazırlanmasında adətən poladdan, çuqundan, əlvan metallardan və
plastmasdan istifadə olunur.
P o 1 a d 1 a r yüksək mexaniki möhkəmliliyi, plastikliyi ilə fərqlənməlidirlər.
Maşın və aparatların hazırlanmasında karbonlu CTl, CT2, CT3 markalı
poladlardan
istifadə
olunur.
Kompressorların,
nasosların,
quruducuların,
istilikdəyişənlərin və s. əsas hissələrinin hazırlanmasında
keyfiyyətli karbonlu,
aşkarlanmış polad-lardan istifadə olunur.
Ç u q u n 1 a r dəmirin karbonla, silisiumla, marqansla, fosforla
çoxkomponentli qarışığıdır. Çuqunlardan maşınların ayrı-ayrı
hissələri və
aparatların: nasosların və kompressorların silindirləri, dişli və sonsuz vint
çarxlarının, borular və boru kəmərləri armaturunun hazırlanmasında istifadə
olunur. Çuqundan olan hissələr tökmə ilə hazırlanır. Çuqunlar sıxılmağa davamlı,
əyilməyə, uzanmağa, qəlpələnməyə davamsızdır.
Ə l v a n m e t a l l a r d a n , əsasən
aliminyum və misdən yeyinti
maşınqayırmasında istifadə olunur. Aliminyum möhkəmliyə, aşağı sıxlığa, yaxşı
istilik keçirmə qabiliyyətinə malikdir.
O
asan ştamplanır və yastılanır. Aparatların
hazırlanmasında A00 və AO markalı alimin-yumdan istifadə olunur.
Mis qiymətli konstruksion materialdır. Maşın və aparatlarda M2 və M3
markalı misdən istifadə olunur. Mis yaxşı uzanır, ştamplanır, yastılanır. İstilik
dəyişən aparatlarda və rektifikasiya avadanlığında yanmış misdən istifadə olunur.
Misin bürünc və latun ərintilərindən istifadə olunur.
Q e y r i m e t a l l a r yeyinti sənayesində üzvi və qeyri-üzvi mənşəli
materiallardan müxtəlif aparatların hazırlanmasında geniş tətbiq olunur. Qeyri-üzvi
mənşəli materiallardan şüşədən müxtəlif aparatların (distilə və buxarlandırıcı,
istilikdəyişən, fermentatorlarda, rektifıkasiya kolonnalarında, borukəmərlərində və
s.) hazırlanmasında istifadə olunur. Şüşənin istifadəsi sanitar-gigiyenik tələbatlara
cavab verir.
Üzvi mənşəli materiallardan
plastik kütlələr, polietilen, polikarbonat,
polisulfon, poliamid, ftoroplast-4, polistirol və s. istifadə olunur. Yeyinti
məhsulunu aparatlara vermək üçün həcmlərin hazırlanmasmda polietilendən
istifadə olunur.
Polikarbonat və poliamiddən bəzi avadanlıqların düyünləri və qabları
hazırlanır. Ftoroplast-4-dən araqatları, kipləşdirici hissələr və s. hazırlanır.
Polisulfon və polikarbonatdan membranlı (nasos) aparatların plyonkası hazırlanır.
Polistirol qablaşdırmada istifadə olunur.