Iş qurtardıqdan sonra elektrik mühərrikini dayandırır, intiqaldan
dəyişdirilən mexanizmi çıxarır, sökür,
təmizləyir, yuyur, qurudur, yağlayır və
yeniudən yığırlar. Elektrik mühərriki tam dayanan kimi dəyişdirilən mexanizmi
çıxartmaq qadağandır.
Altı ayda bir dəfə intiqalın reduktorundakı yağı dəyişdirmək lazımdır.
Bunun üçün reduktorun aşağı hissəsindəki deşiyin tıxacını burub çıxarır,
işlənmiş
yağı axıdır, sonra aşağıdakı tıxac burub taxılır, üstündəkini isə burub açırlar,
reduktora 1,5 l ə qədər kerosin tökülür, elektrik mühərrikini 5-10 dəqiqliyə qoşur,
sonra isə kerosini aşağı deşikdən axıdırlar. Reduktoru yuduqdan sonra orta tıxacı
burub açır, reduktoru orta (nəzarət) deşiyinə kimi yağla doldururlar. Bundan əlavə,
arabacıq çarxlarının tormoz qaykalarını vaxtaşırı yağlamaq lazımdır.
Dostları ilə paylaş: