havanın oksigeni ilə zənginləşir. Belə unun xəmiri yaxşı gəlir, hazır məmulat isə
dadlı və yumşaq olur.
Maşın əsasən ümumi çatıda quraşdırılmış
intiqal qurğusundan, ələyici və
qidalandırıcı bunkerlərdən ibarətdir. Maşının
ötürmə qurğusu içi boş qutu
formasında hazırlanmış çatının 1 daxilində yerləşir. Çatının üst tərəfində isə
elektrik mühərriki 2 quraşdırılmışdır. Elektrik mühərrikinin valına
bərkidilmiş
aparan qasnaq pazvari qayış ötürməsi vasitəsilə fırlanma hərəkətini qidalandırıcı
şnekə 3 verilir. Digər tərəfdən unun şnekə verilməsi üçün fırlanma hərəkəti pazvari
qayışla kürəklərə ötürülür.
Şəkil 3.2
MPM-800 tipli ələyici. A-ümumi görünüşü; b-kinematik sxem
Unun ələmə bunkerinə verilməsi elektrik mühərriki ilə yanaşı yerləşmiş və
maşının çatısına bərkidilmiş boru 4 içərsində fırlanma hərəkəti edən qidalandırıcı
şneklə həyata keçirilir. Ələmə bunkeri işçi kameradan5, fırlanan slindrik ələkdən 6
və yumşaldıcı bıçaqları olan xaçvari 7 hissədən ibarətdir. Kamera üst hissəsindən
qapaqla kip örtülür və metal qarışıqlarını tutub saxlamaq üçün kameranın alt
hissəsində maqnit quraşdırılmışdır.
Yükləmə bunkeri 8 maşının çatısına işçi boru ilə yanaşı quraşdırılmışdır.
Bunkerin dibində işçi kürəkciklər yerləşdirilmişdir.
Kürəkciklərin üzərində içşi
orqana kənar predmetlərin düşməməsinin qarşısını almaq məqsədi ilə qoruyucu tor
9 qoyulmuşdur.
Şəkil 3.3. MPP-II-11 tipli ələyici.
Elektrik mühərrikini dövrəyə qoşduqda fırlanma hərəkəti qidalandırıcı
şnekə, slindrik ələyə və bunkerin kürəkciklərinə verilir. Kürəkcikləri fırlanaraq unu
borunun pəncərəsinə doğru istiqamətləndirir və buradan qidalandırıcı şneklə
fırlanan ələyin daxilinə verilir. ələyin yüksək sürətlə fırlanması
sayəsində
kameranın daxilində burulğanlı hava axını əmələ gəlir ki,
bu da un hissələrinin
fırlanma hərəkəti etməsinə səbəb olur. bununla yanaşı əmələ gəlmiş
mərkəzdənqaçma qüvvəsinin təsiri ilə un fırlanan
ələk səthinə doğru hərəkət
edəcəkdir. Bu zaman ələyin deşiklərinin ölçüsündən kiçik olan məhsul hissəcikləri
həmin deşiklərədn keçərək kameranın tərlənməz sthinə dəyərək boşaltam qabına
töküləcəkdir.
ələnmiş un hissələri metal qatışıqlarla birlikdə kameranın daxilində
müəyyən qədər yığıldıqdan sonra, elektrik mühərrikini saxlamaqla dövrü olaraq əl
ilə boşaldılır.
Dostları ilə paylaş: