MÖVZU. 2.
MAŞINLAR HAQQINDA ÜMUMI MƏLUMAT
Plan :
1. Texnoloji maşınların quruluşu
2. Texnoloji avadanlıqların təsnifatı
3. Texnoloji maşınların məhsuldarlığı və gücü
ƏDƏBİYYAT VƏ MATERİALLAR:
1.Mustafayev X.S. Texnoloji-ticarət avadanlıqları.
“
Elm” nəşiriyyatı,
2002.
2.Оборудование предприятий торговли и общественного питания.
/Под.ред. проф. В.А.Гуляева. М.: ИНФРА – М, 2002. 543 с
3.Главацкая В.И., Киселева И.Е., Родникова Т.Н. Механическое и
холодильное оборудование предприятий общественного питания. Изд.2-е
переб. и доп. М.Экономика 1977 404с.
4.Елихина В.Д., Журин А.А., Проникина Л.П. Богачев М.К.
Оборудование предприятий общественного
питания Механические
оборудование- М: Экономика, 2000.
Texnoloji maşınların quruluşu
Qida məhsullarının mexaniki emalında istifadə olunan texnoloji maşınları
öyrənmək üçün ilk növbədə onların quruluşunu və hissələrinin funksional
təyinatlarını bilmək lazımdır.
Müasir texnoloji maşınlar bütöv bir gövdədə və çatıda quraşdırılmış
hərəkət mənbəyindən, ötürücü
və icraedici mexanizimlətrdən, həmçinin
tənzimləmə, idarəetmə, mühafizə qurğularından ibarətdir.
Hərəkət mənbəyi texnoloji maşınların icraedici mexanizimlkərinin işlək
üzvlərini hərəkətə gətirmək üçün təyin edilmişdir. Qida emalı
müəssisələrinin
texniloji maşınlarında əsasən hərəkət mənbəyi kimi asinxron elektrik
mühərriklərindən istifadə edilir.
Ötürücü mexanizimlər hərəkət mənbəyindən icraedici mexanizmin işlək
üzvlərinə hərəkətin verilməsi üçün təyin edilmişdir və onların
kinematik sxemi
icraedici mexanizimlərin işlək üzvlərinin hərəkətindən, həmçinin sürətindən
asılıdır. emal müəssisələrinin texnoloji maşınlarında ötürücü mexanizimlər başlıca
olaraq üç müxtəlif konstruktif tərtibatda hazırlanır.
1. ötürmə qurğusu ayrıca gövdədən və yaxud çatıdan ibarətdir.
Bu halda
belə ötürmə qurğuları təyinatından asılı olaraq istənilən maşında istifadə edilə
bilər. Buna reduktorlar, multiplikatorları, sürətlər qutusunu və s.
Misal göstərmək
olar.
2. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə birləşdirilmişdir. Belə
qurğu intiqal adlanır.
3. ötürmə qurğusu ümumi çatıda hərəkət mənbəyi ilə idarəedici
mexanizilmlə birləşdirilmişdir. Bu cür konstruktiv tərtibat ümumilikdə texnoloji
maşını təşkil edir.
Icraedici mexanizim maşının işlək üzvünü hərəkətə
gətirmək üçün təyin
edilmişdir. Mexanizmin aparılan bəndinə işlək üzvləri bərkidilir, aparılan bənd isə
intiqal mexanizminə birləşdirilir.
Verilmiş texnoloji proseslərə uyğun olaraq maşının işlək üzvü emal olunan
məhsula bilavasitə təsir edir. əksər hallarda texnoloji proses maşınlarda bir neçə
işlək üzvlərlə yerinə yetirilir. Belə maşınlar bir işlək üzvə malik olan sadə
maşınlartdan mürəkkəbliyi ilə fərqlənirlər.
Icraedici mexanizimlər işlək üzvlərin iş şəraiti ilə xarakterizə olurlar. Belə
ki, fasiləsiz işləyən icraedici mexanizimlərdə bütün hərəkət
tsikli müddətində işlək
üzv bilavasitə emal olunan
məhsulla təmasda olur;
fasiləli
işləyən
mexanizilmlərdə isə hərəkət tsiklin müəyyən hissəsində
işlək üzv emal olunan
məhsulla təmasda oluar, tsiklin yerdə qalan hissəsində mexanizmin işlək üzvü boş
gediş vəziyyətini alır.
`idaretmə mexanizimləri maşının işəsalınmasını və dayandırılmasını,
həmçinin istismar zamanı ona nəzarət edilməsini həyata keçirir. Tənzimləmə
mexanizmi maşının verilmiş iş rejiminə gətirilməsinə xidmət edir,
mühafizə
mexanizmi isə maşının düzgün işə qoşulmamasının aradan qaldırlmasınada istifadə
edilir.