İntiqal P
1
-0,6-1,1
. Intiqal çuqun gövdədə yerləşən elektrik mühərrikindən
və ikipilləli slindrik reduktordan ibarətdir. Gövdə ilə elektrik mühərriki dekorativlə
örtülmüş və yan səthində intiqalın işəsalma qurğusu quraşdırlmışdır.
Reduktorun gövdəsinin bir tərəfinin qurtaracaq hissəsində boğazlıq1,
bunun əks tərəfində elektrik mühərrinin flansı üçün deşik nəzərdə tutulur. İntiqalın
gövdəsində metal tıxacla bağlanmış üç deşik vardır: yuxarı deşikdən reduktora yağ
tökülür, aşağı deşikdən işlənmiş yağ maxıdılır, orta deşikdən reduktordakı yağın
səviyyəsinə nəzarət edilir.
Qurtaracaq hissəsi fiqur şəklində olan işçi val 2 diyirlənmə daytaqlarında
yerləşmişdir. Val boyu üzrə yağın axmasının qarşısını
almaq üçün kipgəc
manjetdən 3 istifadə edilir. Bununla belə işçi valda yaranan ox boyu yüklənmələrin
aradan qaldırlıması üçün intiqalda kürəcikli yastıqlı 4 dayaqlar nəzərdə
tutulmuşdur.
Aralıq çarxla birləşmiş olan dişli çarx 5 işçi vala
şayba vasitəsilə bolt və
içliyin köməyi ilə bərkidilmişdir. Digər tərəfdən elektrik mühərrikinin 7 valına
bərkidilmiş aparan dişli çarx 6 aralıq çarxı ilə birləşir.
Gövdənin boğazlığı 120
0
bucaq altında yerləşmiş iki xüsusi vintlə 8 təchiz
edilmişdir, hansı ki, bunlar dəyişdirilən mexanizimlərin quyruq hissələrinə
bağlanır.
Şəkil 2.1. P
1
-0,6-1,1 a- ümumi görünüş, b-kinematik sxemi
Təyinatından və növbəli kopleks icraedici mexanizimlərindən asılı
olaraq
intiqal 1 işçi stolunb və ya xüsusi altıəlığın çatısı 2 üzərində quraşdırılır. Xüsusi
altlıqlı olan çatı üzəridə quraşdırlmış intiqal şəkil 2.2. göstərilmişdir.
Dostları ilə paylaş: