Mətbəx maşını P
1
-0,6 intiqalından və intiqal dəstinə dəyişdirilən aşağıdakı
mexanizimlər daxil ola bilər:
MS2-70 ətçəkən mexanizmi - ət və ya balıq qiyməsini hazırlamaq üçün;
MS 2-4-8-20 tipli çoxməqsədli mexanizim- qənnadı qarışıqların çalmaq,
sıyıq xəmirini yoğurmaq , qiymə qarışdırmaq və kartof püresini əzmək üçün;
MS10-160 tərəvəzdoğrayanı –çiy tərəvəzi
müxtəlif forma və ölçülərdə
doğramaq üçün;
MS18-160 tərəvəzdoğrayanı –suda bişmiş tərəvəzləri doğramaq üçün;
MS19-1400- ət yumşaldıcısı - ət tikələrinin
isti emaldan əvvəl
yumşaldılması üçün;
MS28-100 tərəvəzdoğrayanı- çiy tərəvəzin fiqurlu kəsilməsi üçün;
MC24-300 tipli ələyici –unun,
şəkər tozunun, duzun və xırdalanmış
yarmanın ələnməsi üçün.
P-II-1 tipli universal mətbəx maşını. Maşın
P-II intiqaldan və müxtəlif
təyinatlı dəyişdirilən icraedici mexanizimlər dəstindən ibarətdir:
MMP II-1 ətçəkən mexanizmi -ət və balıq farşı hazırlamaq üçün ;
MVP-II-1 –çalma mexanizmi –müxtəlif qarışığın çalınması üçün;
MOP-II-1 tərəvəzdoğrayan-şiy və suda bişmiş tərəvəzlərin doğranılması
üçün;
MRP-II-1 ətdöyəcləyən mexanizim- ət tikələrinin isti emaldan əvvəl
mexaniki olaraq yumşaldılması üçün;
MBP-II-1 ət xırdalayıcı mexanizim -ət tikələrinin doğranılması üçün;
MKN –II tipli universal mətbəx maşını. Maşın MKN –II intiqalından və
aşağıdakı göstərilmiş dəyişdirilən mexanizilmələr kompleksindən ibarətdir: MKM
-82 tipli ət mexanizmi; MKR-25 tipli çalma-qarışdırma mexanizmi; MKF-270 tipli
kartofun doğranılması üçün mexanizim; MKK-120 tipli qəhvənin üyüdülməsi üçün
mexanizim; MKJ-250 tipli çiy tərəvəzlərin doğranılması
üçün mexanizim; MKU-
250 tipli kolbasa və çörəyin doğranılması üçün mexanizim; MKT-150 –tipli
pendirin doğranılması üçün mexanizim;
MKN-II universal maşını həmçinin alətlərin itilənməsi
üçün xüsusi qurğu
ilə təchiz edilmişdir.