Unu əl ilə yükləmə bunkerinə itələmək olmaz. MPM-800 tipli ələyicidən
istifadə edtdikdə məhsul yükləmə bunkerinə bilavasitə un kisəsindən tökülür.
Iş qurtardıqdan sonra elektrik mühərrikini söndürməli,
ələyicinin üstündən
quru şotka ilə un tozunu süpürülər, ələyici barabanı çıxarır və bunların hamısını
quru əski ilə silirlər. Xarici səthi əvvəlcə nəm,
sonmra isə quru əski ilə
qurulayırlar.
MPMB-300 tipli maşının istismarı zamanı debalanslaşdırıcı yükün elektrik
mühərrikinin valına düzgün bağlanmasını və yay –amartizatorların sazlığının
etibarlığını izləməli. Yayın sınması ilə işçi kameranın rəqsi xarakteri dəyişəcək və
maşının işgörmə qabiliyyətinə böyük təsir göstərəcəkdir. Buna görə də sıradan
çıxmış yayı tezliklə dəyişmək lazımdır.
Ələyici maşınların texnniki xarakteristikası cədvəl 3.1. də verilmişdir.
Dostları ilə paylaş: