İstilik aparatlrının təyinatından və onların növündən asılı
olmayaraq
ümumi əsas aşağıdakı hissələrdən ibarətdir:
Işçi kameradan, qızdırma qurğusundan, gövdədən, istilik izolyasiyasından,
örtükdən və nəzrət-ölçü cihazından.
Müxtəlif forma və ölçülərə malik olan işçi kamerad qida məhsullarının isti
emal prosesləri aparılır. Işçi kameralar tərpənən və tərpənməz ola bilər.
Qızdırma qurğusunda müxtəlif növ enerjinin istiliyə çevrilməsi nəticəsində
yaranmış istilik işçi kameranın divarına verilir. Qızdırma qurğusu istilik
mənbəyindən asılı olaraq bərk və qaz yanacaqla işləyən aparatlarda –ocaqlıq, buxar
aparatlarında –
buxar köynəyi, elektriklə işləyən aparatlarda-buxar generatoru
adlanır. Bir neçə aparatlarda (məsələn, elektrik qızartma şkaflarında) qızdırm
qurğusu bilavasitə işlək kamerada yerləşir.
Gövdə-aparatın əsas hissəsi olub, bütün qovşaq və hissələri quraşdırmaq
üçündür. Bəzən çatı gövdə ilə birlikdə bütöv hazırlanır.
Istilik izolyasiyası istiliyin ətraf mühitə itgisinin azaldılması və aparatda
qulluq edən heyətin yanmadan mühafizəsi üçün xidmət edir.
Örtük hissəsi izolyasiya materialını zədələnmədən qoruyur və aparatın
xarici görünüşünə gözəllik verir.
Ölçü-nəzarət cihazları aparatın işə qoşulması, dayandırılması və düzgün
istismarı üçün təyin edilmişdir.
Bunlara klapan-turbin, ikiqat qoruyucu klapan,
manometr, səviyyə kranı, boşaltma qısaborusu olan kran daxildir.
Emal və kütləvi qidalanma müssisələrində tətbiq olunan istilik
avadanlıqları texnoloji təyinatından asılı olaraq universal və xüsusi təyinatlı
ixtisaslaşıdırlmış avadanlıqlara bölünürlər. Universal apartalarda misal olaraq
pilətələri göstərmək olar və bu tip aparatlarda demək olar ki, qida məhsullarının
mövcud olan isti emal üsullarını həyata keçirmək mümükündür.
İxtisaslaşdırılmış avadanlıqlar bişirmə, qızartma və köməkçi avadanlıqlara
ayrılırlar. Bişirmə avadanlıqlarına qazanlar, avtoklavdalar, vakkum aparatlar və s.
daxilidir. Qızartma avadanlıqlarına tavaları, frityur aparatlarını,şkafları
misal
göstərmək olar. Köməkçi avadanlıqlara isə marmitlər, istilik dayaqları və s.
daxildir.
Istilik avadanlıqları qızdırlma üsulundan asılı olaraq kontakt və səthi istilik
mübadiləsi aparatlarına bölünürlər. Səthi istilik mübadiləsi aparatları öz
növbəsində bilvasitə və vasitəli üsulla qızdırılma aparatlarına ayrılırlar. Bu
aparatlarda istilik “isti” axından, yəni temperaturu yüksək olan mühitdən “soyuq”
axına, yəni temperaturu aşağı olan mühitə, onları ayıran metal divarın istilik-
mübadilə səthi vasitəsilə verilir. Istilik mübadiləsi qurğularının
quruluşu və
təsnifatı xüsusi ədəbiyyatlarda verilir.
Enerji mənbəyini növündən asılı olaraq müəssisələrdə tətbiq olunan istilik
avadanlqıları dörd qrupa bölünürlər:
1.elektrik; 2. qaz; 3buxar; 4.bərk və maye yanacaqlarla işləyən aparatlar.
Elektriklə qızdırlan aparatların əsas elementlərindən biri elektrik
qızdırıcılarıdır. Bu qrup aparatlardan müəssisələrdə geniş istifadə edilməsi ilk
növbədə istilik rejiminin tənzimlənməsi mümkünlüyü,
sanitar-gigiyenik şəratitin
yaxşı olması, həmçinin enerji sərfinin dəqiq hesablanması, aparatların
konstruksiyasının sadə olması və s.ilə bağlıdır.
Qazla qızdırılan istilik avadanlığının bərk yanacaqla işləyən aparatlara
nisbətən əhəmiyyətli üstünlükləri vardır. Həmin aparatlarda istilik emalı prosesi
avtomatlaşdırılmışdır, bu isə qaz sərfini azaldır və xidmətçi heyətin işini
yüngülləşdirir. Bu apartaların əsas hissəsi qaz odluqlarıdır.
Buxar ilə qızdırılan aparatlarda nəm doymuş buxar işlədilir, çünki yaxşı
istilikvermə qabiliyyətinə malikdir və soyuyarkən ondan çoxlu istilik ayrılır. Nəm
doymuş buxar, buxar köynəyinə və ya buxarla qızıdırılan aparatların
spiral
borusuna daxil olaraq soyuyur, suya çevrilir və aparatın içərisindəki məhsulu
qızdırır.
Bərk və maye yanacaqla işləyən avadanlığın yanacaq yandırmaq üçün
ocaqlığı vardır. Ucuz yerli bərk və maye yanacaqla zəngin olan yerlərdə belə
avadanlığın tətbiqi iqtisadi cəhətdən əlverişlidir. Lakin bu avadanlıqlar müasir
texnoloji və texniki tələblərə, habelə sanitariya tələblərinə cavab vermir.
Istilik avadanlıqlarının istismarı
təcrübəsi göstərmişdir ki, bu aparatların
iqtisadi səmərələliyi ilk növbədə onların istehsalatda yerləşdirilmə prinsipindən
asılıdır. Bununla bağlı hazırda sənayemiz texnoloji təyinatlı müxtəlif xətlərin
komplektəlşdirilməsi üçün seksiyalı modullaşdırılmış avadanlıqların istehsalata
tətbiqinə xüsusi fikir verir. Modullaşmış seksiualı avadanlıqların tətbiqi aparatların
qovşaq və detallarının standartlaşmasını və unifikasiyasını asanlaşdırır, bu isə öz
növbəsində onların istismarını, təmirini və quraşdırılmasını sadələşdirir.
Dostları ilə paylaş: