1.Bişirmə aparatlarının təsnifatı və konstruksiyası haqqında ümumi
məlumat
Istifadə olunan yanacağın növündən asılı olaraq bişirmə avadanlıqları
elektrik, qaz, uxar və bərkyanacaqla işləyən aparatlara, qızdırılma üsuluna görə isə
dolayısı ilə və birbaşa qızıdırlanlara bölünürlər. Bununla yanaşı bişirmə qabının
tutumu 100 dm
3
-ən çox olan tərpənməz və 100 dm
3
–dən az olan çevrilən
aparatlara ayrılırlar.
Aparatları tutumundan və yanacağın növündən asılı
olmayaraq bişirmə
aparatların konstruksiyası oxşardır və prinsipial sxemləri şəkil 12. 1 də
göstərilmişdir.
Bişirmə aparatları əsasən polad vərəqlərlə örtülmüş örtüklü V gövdədə
yerləşmiş III yerləşmiş bişirmə qabından I ibarətdir. Örtüklə xarici gövdə
arasındakı fəza boşluğu istilik izolyasiyası IV ilə doldurulmuşdur.
Buxar
generatoru II xarici qazanının alt hissəsində quraşdırılmışdır. Bişirmə qabının
konstruksiyası bütövlükdə əsasa VI bərkidilmişdir. Daxili və xarici qazan
arasındakı fəza boşluğu hermetik tipli olan buxar köynəyini təşkil edir. Buxar
köynəyinə birləşmiş boru kmərində hava klapanı və ölçüsü–nəzarət
qoruyucu
armatura
VII
quraşdırılmışdır.
Aparatın
qapağında
isə
klapan
turbin
yerlşdirilmişdir.
Buxar generatorunda suyun səviyyəsinə səviyyə kranının köməyi ilə
nəzarət edilir.
Bişirmə
aparatlarının
prinsipial
fərqi
buxar
generatorlarının
konsteruksiayının müxtəlif olması ilə xaraktüerizə olunur. Tərpənməz elektrik
apartalarının buxar generatorları metal qutu içərisində quraşdırılmış qızıdrıcı
elemntlərdən (ieq-lər) ibarətdir. Çevrilən elektrik aparatlarının
buxar generatoru
bilavasitə buxar-su köynəyində yerləşir, ieq-lər köynəyin aşaöı hissəsində
quraşdırılmışdır.
Qazla və bərk yanacaqla işləyən aparatların buxar generatorlarının
qızıdırılması bilavasitə yanma məhsulları zamanı
əmələ gəlmiş alovla həyata
keçirilir. Bu tipli aparatlarda yanma məhsulları ilə itən istiliyin miqdarını azlatmaq
məqsədi ilə buxar-generatorları ocaqlıqda yerləşdirilir. Qazla işləyən bişirmə
aparatların buxar generasiyası qurğusunun əsasını qaz qorelkaları təşkil edir.
Yanma məhsulları halqavari qaz yolu ilə hərəkət edərək tüsütü yolundan atmosferə
verilir. Bərk yanacaqla işləyən aparatların yanma kamerasının aşağı hissəsində
kömürün, odunun və s. yerləşdirilməsi üçün ocaq qəfəsəsi quraşdırılmışdır. Ocaq
qəfəsəsinin altında külün xaric edilməsi məqsədi ilə qapı nəzərəd tutulmuşdur.
Buxar, aparatın köynəyinə ventili açmaqla kəmər vasitəsi ilə verilir. Bu
zaman əmələ gəlmiş kondensant köynəyin alt hissəsində quraşdırılmış kondensant
ayrıcıdan kəmərlə axıdırlır.
Çevrilən bişirmə aparatlar çəngəlformalı çatı üzərində yerləşir. Aparatın
bişirmə qabının çevrilməsi nazım çarxı fırlatmaqla sonsuzvint ötürülmsəi ilə həyata
keçirilir.
Dostları ilə paylaş: