Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan


İqtisadi hüquqda mənbə anlayışı



Yüklə 0,56 Mb.
səhifə2/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

İqtisadi hüquqda mənbə anlayışı.

Ümumilikdə hüquq mənbəyi dedikdə hüququ normalarının ifadə edildiyi forma başa düşülür. Bu hüquq normalarının ifadə edildiyi forma başa düşülür. Bu hüquq normalarının ümumməcburi əhəmiyyətli olmasını əks etdirir. Bu dövlət iradəsinin, onun yazılı formada təsbit olunmasının ifadəsi kimi çıxış edir. Başqa sözlə hüququn mənbəyi –odur ki, ona konkret hüquqi məsələnin həlli zamanı zəruri olan hüquq normasının müəyyən edilməsi üçün müraciət olunur.

Hüquq mənbəyi bilavasitə dövlətlə əlaqədardır. Belə ki o hüquqyaratma ilə bağlı dövlət orqanlarının fəaliyyəti nəticəsində meydana gəlir. Belə orqanlara- Azərbaycan Respublikasının Milli məclisi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və s. aiddir.

Hər bir dövlət öz çoxcəhətli fəaliyyətini dövlət orqanları vasitəsilə həyata keçirir. Bütün bu rəngarəngliyə baxmayaraq onlar ümumi xüsusiyyətə malikdir. Onlardan hər biri dövlət orqanları sisteminə daxil olmaqla dövlət aparatını tərkib hissəsidir və dövlətin konkret sferadakı funksiyalarını həyata keçirir. Dövlət orqanlarının hakimiyyət səlahiyyətinə malik olması, fəaliyyətin hakimiyyət xarakteri daşıması onun son dərəcə vacib xarakterik cəhətlərindəndir. Bununla o, digər bütün təşkilatlardan ictimai orqanlardan fərqlənir.

Dövlət orqanları öz hüquqları çərçivəsində səlahiyyətlərinə aid məsələlərlə bağlı qərarlar qəbul edir, hüquqi aktlar verir, onların icrası üçün öhdəliklər müəyyən edir, qəbu olunmuş qərarların icrası ilə bağlı tədbirlər həyata keçirilir. Dövlət hakimiyyətinin həyata keçirilməsi zəruri hallarda dövlət məcburiyyəti ilə təmin olunur. Dövlət orqanının hakimiyyət səlahiyyəti onun idarəetmə predmetini təşkil edən hüquq və vəziflərinin məcmusundan ibarət olan səlahiyyətləri çərçivəsində həyata keçirilir.Yerinə yetirdiyi işdən fəaliyyət dairəsindən asılı olaraq müxtəlif dövlət orqanlarının səlahiyyətləri də fərqlidir.. Dövlət orqanlarının səlahiyyətləri qanunla, digər normativ aktlarla müəyyən olunur.

Beləliklə, dövlət orqanı- dövlət hakimiyyət səlahiyyəti verilən və öz imkanlarına uyğun olaraq müəyyən edilmiş qaydada bu səlahiyyəti həyata keçirən dövlət aparatının bir hissədidir. Dövlət orqanları vahid sistemində birləşmələrinə baxmayaraq müxtəlifliyə malikdirlər, belə ki müxtəlif funksiyalar həyata keçirir, əlamətlərinə görə bir-birindən fərqlənir. Buna görə də onlar bir neçə meyarlara görə növlərə bölünürlər.

Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq dövlət orqanlarının qanunvericilik icra və məhkəmə hakimiyyəti kimi növlərə bölünməsinin çox böyük əhəmiyyəti var. Belə təsnifat respublika səviyyəsində keçirilir. Hakimiyyətin qanunvericilik qolu –Azərbaycan Respublikasının nümayəndəli orqanı olan Milli Məclisdir.

İcra Hakimiyyəti orqanlarına- ali icra hakimiyyət orqanı (Azərbaycan Respublikasının prezidenti)yuxarı icra hakimiyyəti orqanı ( Azərbaycan Respublikasının Nazirlər Kabineti), mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri, komitələr, dövlət xidmətləri) və yerli icra hakimiyyəti orqanları (rayon (şəhər) icra hakimiyyəti başçıları daxildir). Məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə yalnız Azərbaycan Respublikasının Konustitusiya Məhkəməsi, Azərbaycan Respublikasının ali məhkəməsi Azərbaycan Respublikasının apelyasiya məhkəmələri və digər məhkəmələr)

Mərkəzi icra hakimiyyəti orqanları arasında əsas yeri nazirlik tutur. Nazirliklər sosial-iqtisadi və siyası həyatın ən mühüm sahələri dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə yaradılır və onların hər birinin səlahiyyəti aid olduğu sahə ilə məhdudlaşır.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı- ayrı sahələrinin inkişafı, xarici iqtisadi və ticarət əlaqələri, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, daxili ticarət, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı, rəqabətin inkişafı və təşviqi, o cümlədən haqsız rəqabətin aradan qaldırılması, istelakçılarının hüquqlarının qorunması, ölkə iqtisadiyyatında struktur və innovasiya sahəsində dövlət siyasətini işləyib hazırlayan və həyata keçirən, fəaliyyət dairəsinə aid olan məsələlər üzrə normativ hüquqi tənzimlənməni müvafiq fəaliyyət sahələri üzrə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İqtisadi idarəetmə prosesində İİN-nin xüsusi yeri vardır. Belə ki nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir.



  • Öz səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, digər bazar subyektlərinə və onların vəzifəli şəxslərinə, o cümlədən qanun pozuntularının dayandırılması və onun nəticələrini aradan qaldırılması ilə bağlı icrası məcburi olan qərarlar qəbul etmək;

  • Nazirliyin fəaliyyət dairəsinə daxil olan məsələlər üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada zəruri məlumatlar (sənədlər) və arayışlar sorğu etmək və almaq;

  • Tabeliyində olan qurumlar tərəfindən olan fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin istifadəsinə nəzarəti həyata keçirmək və lazım olan tədbirlər görmək;

  • Qanunvericiliyə müvafiq olaraq Nazirliyin fəaliyyət istiqamətləri, vəzifə və səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada fəaliyyət dairəsinə aid olan bütün sahələr üzrə normativ hüquqi aktlar hazırlamaq və qəbul (təsdiq) etmək, onların icrasını təşkil etmək və yerinə yetirilməsinə nəzarət etmək;

  • Xarici iqtisadi və ticarət əlaqələrini həyata keçirmək və bununla əlaqədar lazım olan tədbirlər görmək;

  • Səlahiyyətlər daxilində investisiya fəaliyyətinin, investisiyaların cəlb edilməsi qoyulması və təşviqi ilə bağlı zəruri olan tədbirlər görmək;

  • Rəqabətin inkişafı və təşviqi, haqsız rəqabət hallarının aradan qaldırılması sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı zəruri olan tədbirlər görmək;

  • Istelakçıların hüquqlarının qorunmasını və ticarət qaydalarına nəzarətin həyata keçirilməsi ilə bağlı zəruri olan tədbirlər həyata keçirmək;

  • Beynəlxalq əməkdaşlığı həyata keçirmək, xarici ölkələrin dövlət orqanları və digər şəxslərlə əməkdaşlığı təşkil etmək və həayata keçirmək , birbaşa danışıqlar aparmaq və danışıqların aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) layihələrini hazırlamaq və hazırlamasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq;

  • Qanunvericiliyə uyğun olaraq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və xüsusi icazəə vermək, onları ləğv etmək, yaxud fəaliyyətini dayandırmaq, mənşə sertifaktı (şəhadətnaməsi) və keyfiyyət sertifikatları, hüquqmüəyyənedici sənədlər vermək;

  • Nazirin sturukturuna daxil olan bütün qurumlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ləğv etmək;

  • Fəaliyyət istiqamətlərinə, vəzifələrinə və səlahiyyətlərinə aid olan məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək;

  • Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Yerli icra hakimiyyəti orqanları

Azərbaycan Respublikasında yerlərdə icra hakimiyyətini prezident tərəfindən təyin olunan icra hakimiyyəti başçıları həyata keçirir. Yerli icra hakimiyyəti başçısı yerli səviyyədə, yəni müvafiq inzibati ərazi vahidi üzrə dövlət idarəetməsini həyata keçirən prezidentin qarşısında məsul olan ümumi səlayyətli orqandır. Yerli icra hakimiyyəti başçısı ona verilən səlahiyyətlərədən çıxış edərək müvafiq ərazi vahidində ictimai həyatın mühüm sahələri üzrə dövlət idarəçıliyini həyata keçirir, ərazinin kompleks iqtisadi inkişafında bütün müəssisələrin və təşkilatların iştirakını, qarşılıqlı əlaqəsini təmin edir. İnzibati ərazi vahidlərində yerli sahə icra hakimiyyəti orqanları isə prezident və yerli icra hakimiyyəti başçısı tərəfindən deyil, sahə mərkəzi orqanı tərəfindən təşkil olunur.

Beləliklə iqtisadi hüququn mənbəyi hüquq normalarının ifadə olunduğu rəsmi dövlət sənədləri hesab olunur. Onlar bilavasitə öz ifadəsini müxtəlif normativ hüquqi aktlarda, yəni qanunlarda, Azərbaycan Respublikasının Prezidentinin fərmanlarında,Azərbaycan Respublikası Nazirlər kabinetinin qərara və sərəmcanlarında, nazirliklərin, dövlət komitələrinin və baş idarələrinin əmrləri, təlimatları, qaydaları, əsasnamələri və digər aktlarda tapır.

2. İqtisadi hüququn konistitusiya əsasları.

İqtisadi hüququn mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan respublikasının 12 noyabr 1995 –ci il Konstitusiyası tutur. Azərbaycan Respublikasının Konustitutsiyası ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın qanunvericilik sisteminin əsasıdır. Bütün başqa qanunlar və dövlət orqanlarının sair aktları Azərbaycan Respublikasının Konustitusiyası əsasında və ona uyğun olaraq qəbul edilir.

Azərbaycan Respublikası Konstitusiyasının “Azad sahibkarlıq hüququ” adlanan 59 cu maddəsində hər kəsin qanunla nəzərədə tutulmuş qaydada öz imkanlarından qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti yaxud qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ göstərilir.

Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsində Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və onun dövlət tərəfindən müdafiə olunması öz əksini tapmışdır. Bu müddəaya mülki hüquqi baxımdan yanaşıldıqda, belə nəticəyə gəlmək olar ki, mülkiyyətin müdafiə tədbirləri nəinki əşya – hüquqi münasibətlərdə də özünü göstərir. Yəni birinci halda mülkiyyət hüququ mütləq hüquq olmaqla cəmiyyətdə olan hər bir kəsin üzərinə vəzifə qoyur ki, bu hüququ pozmaqdan çəkinsin, ikinci halda isə, nisbi hüquq olmaqla, həmin vəzifəni mülkiyyətçinin konkret münasibətdə olduğu şəxsin üzərinə qoyur.

Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsində göstərilir ki, mülkiyyətin hec bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanuinla qorunur.

İqtisadi münasibətlər çərçivəsində yaranan digər məsələlərlə bağlı müddəalar Azərbaycan RespublikasıKonustitusiyası aşağıdakı maddələrdə təsbit olunmuşdur.



Maddə 19. Pul vahidi

Maddə 29. Mülkiyyət hüququ

Maddə 30. Əqli mülkiyyət hüququ

Maddə 35. Əmək hüququ

Maddə 59. Azad sahibkarlıq hüququ

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Maddə 144. Bələdiyyələrin səlahiyyətləri
Qanunlar və qanun qüvvəli aktlar.

Ümumilikdə Azərbaycan Respublikasının normativ hüquqi aktı dedikdə səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd nəzərdə tutulur. Hüququn əlamətlərindən biri qismində də onun formal müəyyənliyi çıxış edir. Hüquq normaları obyektivləşdirməli, bu və ya digər formalarda ehtiva olunmalıdır. Hüquq forması dedikdə isə dövlətin müəyyən rəsmi olaraq tanınmışaktlarında təsbit olunması ilə əlaqədar idarəsinin zahiri ifadəsi başa düşülür. Nəzəri baxımdan hüququn formasının dörd növü fərqləndirilir.



  1. Normativ akt

  2. Məhkəmə presedenti

  3. Hüquqi adət

  4. Normativ məzmunlu müqavilə

Normativ hüquqi akt bir sıra əlamətlərə malikdir:



  1. Normativ aktlar dövlətin səlahiyyətli orqanlarının və vəzifəli şəxslərin həmçinin müvəkkiledilmiş ictimai biliklərin və təşkilatların hüquq yaratma fəaliyyətin nəticəsidir;

  2. Onlar özündə ümümməcburi davranış qaydalarını ehtiva edirlər;

  3. Onlarda ehtiva olunan göstərişlər dövlət idarəsinin ifadəsidir;

  4. Onlar ən tipik, kütləvi münasibətlərin tənzimlənbməsinə yönəlmişlər, eyni zamanda hüququ normalarının tətbiqi aktları kimi əsasən yalnız konkret heyyəti hallara situasiyalara aiddirlər;

  5. Normativ aktlar daimi , yaxud uzunmüddətli fəaliyyət üçün hesablanır;

  6. Normativ aktlar fərdiləşdirilməmişdir. Onlar ya hamıya, ya da qeyri-müəyyən çoxsaylı subyektlərə ünvanlanırlar.

Azərbaycan Respublikasının normativ hüquqi aktlarının ierarxik sistemini ən ümumi şəkildə aşağıdakı kimi təsəvvür etmək olar:

  1. Konistitusiya

  2. Konistitusiya qanunları

  3. Qanunlar

  4. Prezident fərmanları

  5. Hökümətin qərarları

  6. Nazirlik və idarələrin normativ aktları.

Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasında qanunlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konistitusiyaya uyğun olaraq qəbul olunur. Qanun habelə bilavasitə xalq tərəfindən- referendum yolu ilə də qəbul edilə bilər. Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətə görə aşağıdakı qanunlara bölünür:

  1. Azərbaycan Respublikasının Konistitusiya qanunları;

  2. Referendum yolu ilə qəbul olunmuş qanunlar;

  3. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar.

Hüququn mənbələri içərisində əhəmiyyətinə görə ikinci yeri qanunqüvvəli aktlar tutur. Qanunqüvvəli aktlara Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Hökümətinin qərarları, nazirliklərin, dövlət komitələrinin və digər icra hakimiyyəti orqanlarının qətnamə və qərarları, yerli dövlət hakimiyyəti orqanlarının qərar və sərəncamları, bələdiyyə orqanlarının aktları aiddir. Konstitusiyanın 148- ci maddəsində qeyd olunur ki, Azərbaycanın Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin tərkib hissəsi hesab edilir və hüququn mənbəyini təşkil edir. Bundan başqa lokal normativ aktlar da mövcuddur ki, bunlar konkret idarə, müəssisə və təşkilat səviyyəsində qəbul olunan və onların daxili həyatını tənzimləyən normativ göstərişlərdir. Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüququn mənbəyi ola bilməz, yalnız hüquq normalarını , ümumi davranış qaydalarını əks etdirən, normativ aktlar hüququn mənbəyi hesab olunur. Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həmçinin hüquqi adətlər, məhkəmə və hüquq presedentləri də daxil edilir.

Mövzu 3. İqtisadi hüquqda müqavilə münasibətləri
PLAN

  1. İqtisadi fəaliyyətin reallaşdırılmasında müqavilənin yeri və rolu.

  2. Müqavilə azadlığı və dövlət standartları.

  3. İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması, dəyişdirilməsi və xitam edilməsinin xüsusiyyətləri.

  4. İşlərin görülməsi ilə əlaqədar müqavilələr.

  5. Əmlakın və digər əmlak hüquqların verilməsinə yönəlmiş müqavilələr.

  6. Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilələr.

  7. Xidmətlər göstərilməsinə yönəlmiş müqavilələr.

  8. İqtisadi fəaliyyət sahəsində əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilələr.



ƏDƏBİYYAT SİYAHISI

  1. S.Allahverdiyev “Mülki hüquq”, Dərslik, Bakı, 2003

  2. S.X.Aslanov “Sahibkarlıq hüququ” Bakı, 2005

  3. Z.Əsgərov, E.Nəsirov, M.İsmayılov, X.Məmmədov. “ Azərbaycan Respublikasının Konustitusiyası və hüququnun əsasları”, Bakı, 2005

  4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  5. Гражданское право. Уцебник. 2-ой том. 2001 г. Под. Редакцией д.ю.н., проф. Ю.К.Толстого

  6. Кабалкин А. Понятие и условия догорова. Российская юсиция, 1996,№6

  7. Германское уложение. Цастъ Ы.И.1996

  8. О.С.Иоффе. Обязателъственное право. М., 1995



  1. İqtisadi fəaliyyətinin reallaşdırılmasında müqavilənin yeri və rolu.

Müqavilə bazar iqtisadiyyatının mövcudluğunun əsas amili, mühüm əhəmiyyət kəsb edən səciyyəvi keyfiyyət xüsusiyyəti, iqtisadi fəaliyyətin həyata keçirilməsinin hüquqi formasıdır. Müqavilə dövlətlə vətəndaş, eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslər, eyni zamanda onların öz arasında öz iradələri və mənafelərinə uyğun, bütün digər vasitələrdən daha etibarlı və daha səmərəli əlaqə formasıdır. O, ictimai, siyasət, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrini əhatə edir. Müqavilə bütün cəmiyyətdə münasibətlərin tənzimlənməsinin hüquqi formasına çevirilir. Bu keyfiyyət xüsusiyyətləri ilə müqavilə hüquqi kateqoriya olmaqla qalmayıb, ümumibəşəri sərvətə, maddi və mədəni həyatda əldə olunmuş ən mühüm naliyyətlərindən birinə çevirilir.

Müqavilə haqqında ümumi təlim, əsasən mülki hüquqa uyğun olaraq işlənmişdir. Lakin müqavilə hüquqi anlayış kimi hüququn müxtəlif sahələrində, beynəlxalq hüquqda əmək hüququnda və s. hüquq sahələrində geniş istifadə edilir.

İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir. Müqavilə əqdin bir növüdür. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş idarə ifadəsidir. Müqavilə isə mülki dövriyyədə iki və daha artıq şəxsin qarşılıqlı iradə ifadə sazişi və razılığıdır. Bütün müqavilələr əqddir, lakin bütün əqdlər müqavilə deyildir.

Azərbaycan Respublikası MM-dəki anlayışda müqavilənin tərəflərin azad sərbəst iradə ifadəsi olması öz əksini tapmasa da, bazar iqtisadiyyyatına keçid şəraitində bu səciyyəvi cəhətlər mühüm əhəmiyyət kəsb edir və onun zəruri keyfiyyət xüsusiyyətlərinə çevirilir. Odur ki, iqtisadi fəaliyyət sahəsində və ümumilikdə hüquqi müqavilənin anlayışı müəyyənləşdirilərkən həmin xüsusatlar nəzərə alınmalıdır. Bunlardan əlavə, mülki hüquqda “müqavilə” anlayışı başqa mənada da işlənilir. Belə ki tərəflərin saziş üzrə hüquq və vəzifələrini, onların edəcəkləri hərəkətləri (görəcəyi işləri, göstərəcəkləri xidmətləri və s.) özündə əks etdirən şərtlərin məcmusuda müqavilə adlanır. Başqa sözlə hüquqi müqavilədən əmələ gələn mülki hüquq münasibətlərinin və yaxud yazılı formada bağlanmış müqavilənin məzmunundan ibarət olan sənəd də “müqavilə” adlanır.

İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsası olan faktdır və eyni zamanda, bu sahədə münasibətlərin tənzimlənməsinə hüquqi təsvir vasitəsidir. Azərbaycan Respublikası MM-də göstərilir ki, qanunvericilikdə nəzərdə tutulmasada, ona zidd olmayanmüqavilələır mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir.

Beləliklə müqavilə mülki hüququn konkret bir sahəsini əhatə edən bir sahəsini əhatə edən bir anlayışı, ünsürü olmayıb, bütövlükdə mülki hüquq instutlarını əhatə edən hüquqi kateqoriyadır.

Müqavilə iqtisadi fəaliyyət sahəsində onu bağlayan tərəflərin hər birinin mənafeyinin müdafiəsində ən nadir hüquqi vasitədir.

Müqavilə sahibkarları müqavilə şərtlərinə əməl etməyə mülki hüquqi vasitələrlə “ məcbur edir”, onları müqavilə bağlayarkən üzərlərinə gördükləri vəzifələri vicadanlığın tələb etdiyi tərzdə, yəni şərtlərinə və qüvvədə olan mülki qanunvericiliyin tələbələrinə müvafiq sürətdə, belə şərtlər və tələbələr olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələbələrə müvafiq sürətdə icra etməyə vadar edir.

İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə istehsalçı ilə istehlakçı arasında ən çevik və oprativ əlaqə formasıdır ki, onun vasitəsi ilə istehsalçı tərəfindən tələbin öyrənilməsinə və dərhal ona uyğun hərəkət etməsinə şərait yaradır. Müqavilənin bağlanması istehsalçı və istehlakçı, daha dəqiq demək, iqtisadi dövriyyənin istənilən iki və daha artıq subyekti arasında konkret münasibətlərin əmələ gəlməsinə səbəb olur.

Müqavilənin əsasını tərəflərin öz üzərinə gördükləri öhdəlilərin müqabilində nail olmaq istədikləri məqsəd təşkil edir. Müqavilə iştiraçılarının həmin məqsədlərinə nail olmasına xidmət edən və onların mənafeyini təmin edən hərəkətlərin icra olunması müqavilə əlaqələrinin məzmununu təşkil edir.

Müqavilə əsasında müəyyən edilən münasibətlər şəxsin digər tərəfin xeyrinə müəyyən hərəkətləri etməsi, məsələn əmlakı verməsi, iş yerinə yetirməsi, pulu verməsi və sairə, yaxud müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə ondan öz vəzifələrinin icrasını tələb etməsi ilə realizə olunur. Bu ola bilsin ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti şərtləndirilmir. Lakin burada nəzərə almaq lazımdır ki, bağışmada müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bu zaman da mülki hüquqi müqavilə bir tərəfin iradə ifadəsi olmayıb, qarşılıqlı iradə ifadəsini əks etdirir.

Mülki hüquqi müqavilə iqtisadi fəaliyyət sahəsində nəinki tərəflər arasında qarşılıqlı əlaqə yaradır, həm də onlarınm zəruri hərəkətləri etməsinin qaydasına ardıcıllığına qoyulan tələbləri də müəyyən edir. Bu xassəsi ilə müqavilə iqtisadi fəaliyyət sahəsində tənzimləmə nizamasalınmna alətinə çevirilir. Müqavilə öz şərtləri çərçivəsində tərəflərin davranış həddinə həmin davranışın qaydalarını və hüquqi rejimini müəyyən edir.

Mülki hüquqi müqavilə tərtib edilərkən tərəflərin hüquq və vəzifələrini tam hərtərəfli və obyektiv müəyyənləşdirilməsi tərəflərin idarəsinin dəqiq və detallaşdırılmış səviyyəsi, qanunvericiliyin və həmin növ müqavilə üçün normativ sənədlərin tələbləri nəzərə alınmaqla tərtib edilməsi, müqavilə bağlayan tərəflərin öz hüquqlarını daha etibarlı müdafiə etməsinə şərait yaratmaqla yanaşı, bu mübahisələrə baxmalı olan məhkəmələrin və digər hüquq mühafizə orqanlarının işini xeyli asanlaşdırmış olur, mükli hüquqi müqavilənin icrası zamanı ortaya çıxan məsələlərlə əlaqədar tərəflərin bir –birinə müəyyən məlumatları vermək vəzifəsi ilə eyniləşdirmək olmaz.

Müqavilənin qüvvəyə minçəsi anı konsepsual və real müqavilələr üçün müxtəlifdir. Belə ki real müqavilə olan alqı-satqı da müqaviləsinin qüvvəyə minmə anı, adətən, əşyanın verilməsi ilə eyni vaxta düşür. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır.



  • Müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanı alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;

  • əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımı yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq sürətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır.

Alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alacıya çatdırılmaq daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reysterində qeydə alındığı andan əldə edənə keçir.

İqtisadi fəaliyyət sahəsində müqavilə ölkələrinin icra müddəti işin hallarından asılı olaraq müxtəlif qaydada tənzimlənir:



  • əgər müqavilə öhdəliklərinin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb ede bilməz, lakin borclu onu vaxtından əvvəl icra ede bilər.

  • əgər müqavilə öhdəliyinin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər. Borclu isə bunu ağlabatan müddətdə icra etməyə borcludur.

  • əgər müqavilə öhdəliyi onun icrası gününü və ya icra edilməsi olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir.

  1. Yüklə 0,56 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə