Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan


Sahibkarlıq hüququnun prinsipləri



Yüklə 0,56 Mb.
səhifə6/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

2.Sahibkarlıq hüququnun prinsipləri
Sahibkarlıq hüququnun prinsipləri bu hüquq sahəsinin predmeti və metodu, tənzim etdiyi ictimai münasibətlərin xarakteri ilə şərtlənən, sahibkarlıq hüquququnun məqsədini, mahiyyətini və digər səciyyəvi keyfiyyət xüsusiyyətlərini xarakterizə edən ilk əsaslar və başlanğıclardır.

Sahibkarlıq hüququnun prinsipləri, bəzi istisnalarla, demək olar ki, xüsusi hüququn prinsipləri ilə eyni olub, sahibkarlıq hüququ subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların məhkəmə müdafiəsindən ibarətdir.

Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasının fəaliyyət qabiliyyəti olan hər hansı vətəndaşı , mülkiyyət formasından asılı olmayaraqhüquqi şəxslər hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici hüquqi şəxslər məşğul ola bilərlər və Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə, onlar bərabər hüquqlara malikdirlər.

Sahibkarlıq hüquqi subyektlərinin iradə sərbəstliyi prinsipi onların mülki dövriyyədə fəaliyyətinin forma üsullarını müəyyənləşdirməkdə , fəaliyyət istiqamətlərinin dəyişdirməkdə və s hərəkət variantları seçməkdə mütəqilliyi ilə şərtlənir.

Sahibkarlıq əmlak müstə qilliyi prinsipi sahibkarlıq fəaliyyətinin anlayışı və mahiyyəti ilə bilavasitə şərtlənir və həmin fəaliyyətin səciyyəvi keyfiyyət xüsusiyyətlərini özündə əks etdirir.

Mülkiyyətin toxunulmazlığı prinsipi təkcə sahibkarlıq hüququnun deyil, bütövlükde xüsusi hüququn aparıcısı fundamental prinsiplərdən biridir. Sahibkarlıq hüququnun bu və ya digər formada və dərəcədə bu prinsipin həyata keçirilməsinə və təmininə xidmət edir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, qanuni yolda əldə edilmiş melkiyyət dövlət tərəfindən müdafiə olunur, tanınır və qorunur.

Müqavilə azadlığı prinsipi Azərbaycan Respublikası MM-in 6.1.5-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 390-cı maddəsində də əksini tapmışdır. Bu prinsip fiziki və ya hüquqi şəxslərin azad sürətdə müqavilə bağlamaq və ya müqavilə bağlamaqdan imtina etməkdə, müqavilənin məzmununu və şərtlərini müəyyənləşdirməkdə, bu hüquqların qarşı tərəfin iradəsindən asılı olmayaraq sərbəst sürətdə həyata keçirməkdə özünü göstərir. Müqavilə azadlığı prinsipi qeyd edilənlərdən əlavə, fiziki və hüquqi şəxslərin müqavilə növünü seçməkdə, müqavilənin formasını müəyyənləşdirməkdə tərəflərin razılığı ilə istənilən vaxt müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin mümkünlüyündə müqavilənin icrasının təmin olunması üsullarını seçməkdə sərbəstliyini şərtləndirir.
3.Sahibkarlıq hüququnun sistemi

Hüquqda sistem anlayışı hüququn daxili vəhdətdə olan ayrı-ayrı hissələrin vahid bir tam halında birləşməsini ifadə edir.

Sahibkarlıq hüququnun sistemi bütövlükdə hüququn sistemi kimi, həmin hüquq sahəsinin cəmiyyətin iqtisadi bazisi ilə şərtlənən quruluşu olub, hüququn daxili vəhdətdə və bir-birinə uyğun olan ayrı-ayrı hissələrə bölünməsi ilə xarakterizə olunur.

4.Sahibkarlıq fəaliyyətinin konstitusiya əsasları

Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konistitusiyası, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konititusiya qanunu, Azərbaycan Respublikasının Mülki məcəlləsi, “Mülkiyyət haqqında” Azərbaycan Respublikasının qanunu və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.

Respublikamızın 18 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş Dövlət Müstəqilliyi haqqında Kontitusiya aktının 23-cü maddəsində Azərbaycan Respublikasının hər cür iqtisadi fəaliyyətin bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslandığı göstərilmişdir.



5.Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində digər normativ aktlar

Sahibkarlıq fəaliyyətinin hüquqi bazasını təşkil edən normativ –hüquqi aktlar sırasında Azərbaycan Respublikası Konstitusiyası, beynəlxalq hüquq aktları, konstitusiya qanunları və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə yanaşı, sahibkarlıq fəaliyyətini tənzimləyən digər qanunlarda mühüm əhəmiyyət kəsb edir. Beləki, yuxarıda qeyd edildiyi kimi, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu respublikamızda sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və tədqir olunmasının forma və üsullarını, sahibkarın dövlət orqanları ilə qarşılıqlkı münasibətlərini müəyyənləşdirir



Azərbaycan Respublikası Prezidentinin Fərmanları

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində qeyd olunan qanunların rolu və əhəmiyyəti şübhəsiz ki, əvəzsizdir. Lakin hüquqşünas alimlərin haqlı olaraq qeyd etdikləri kimi, tənzimlənən bazar iqtisadiyyatının hüquqi bazası yalnız qanunlarla formalaşdırıla bilməz. Sahibkarlıq fəaliyyəti sahəsində konkret hüquq münasibətlərinin tənzimlənməsində həmin qanunlarla yanaşı, sahibkarlıq hüququnun mənbələrini təşkil edən digər normativ aktlar- Azərbaycan Respublikası Prezidentinin fərmanları, Respublika Nazirlər Kabinentinin fərmanları, Respublika Nzirlər Kabinentinin qərarları, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları xüsusi yer tutur.


Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarları
Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin öz səlahiyyətləri daxilində ümumi qaydalar müəyyən edən və ölkəmizin Konstitusiyası ilə müəyyənləşdirilmiş qanunvericilk sisteminə daxil olan qərarları normativ hüquqi akt kimi sahibkarlıq fəaliyyətin hüquqi tənzimlənməsində mühüm rol oynayır.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
Sahibkarlıq fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktların sistemində mərkəzi icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar xüsusi yer tutur.Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Sahibkarlıq fəaliyyətinin hüquqi əsasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları içərisində, bilavasitə iqtisadi sahədə fəaliyyət göstərən nazirliklər, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının Təlimatları, Qaydaları, Əsasnamələri və s. mühüm rol oynayır.

MÖVZU 9. AQRAR HÜQUQU
PLAN
1.Aqrar hüququn ümumi xarakteristikası

2.Aqrar hüququn prinsipləri və mənbələri

3.Aqrar islahatların hüquqi bazası

4.Aqrar sektorda icarə münasibətləri

5.Kəndli – fermer təsərrüfatının fəaliyyətinin və təşkilinin hüquqi əsasları

6. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin hüquqi mexanizmi

7. Aqrar sferada dövlət siyasətini həyata keçirən orqanların hüquqi vəziyəti

ƏDƏBİYYAT SİYAHISI


  1. L.T.Axundzadə, A.Ə.Əsədov, “Aqrar hüququ”, Bakı, “Qanun”, 2003

  2. İ.İbrahimov, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Təhsil”, Bakı, 2002

  3. A.Ersoy, “İqtisadi teoriler və düşüncələrin gelişmə tarihi”, II baskı ,İzmir,1990

  4. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu

  5. “Savxoz və kolxozların islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu

  6. “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu




  1. Aqrar hüququn ümumi xarakteristikası

Aqrar hüququ məzmununa, inkişaf qanunauyğunluqlarına görə aqrar münasibətlərin kompleksi hüquqi tənzimlənməsində maraqlı olan dövlətin əsas siyası qərarların bazasında formalaşır. Aqrar (kənd təsərrüfatı) hüququnun predmeti sayılan aqrar münasibətlər xüsusi dövlət və bələdiyyə mülkiyyətləri, o cümlədən aqrar iqtisadiyyatın ən az məhsul istehsal edən kooperativ, səhmdar, dövlət sektorlarında yaranır.

Aqrar hüququnun tənzimləndiyi ictimai münasibətlərin təbiətini təyin etmək üçün aqrar hüququ münasibətlərin obyekti kimi, kənd təsərrüfatı fəaliyyətinin müəyyənləşdirilməsi həlledici əhəmiyyətə malikdir. Aqrar hüququnun predmetinə tətbiq edilən kən təsərrüfatı fəaliyyəti anlayışı müxtəlif mənalara malikdir. Son vaxtlara qədər kənd təsərrüfatı fəaliyyəti anlayışı yalnız torpağın becərilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olan vətəndaşların və kənd təsərrüfatı fəaliyyəti ilə məhdudlaşdırırdı. Lakin, aqrar iqtisadiyyatda mal mübadiləsi münasibətlərinin inkişafı şəraitində kənd təsərrüfatı fəaliyyətinə təkcə torpağın becərilməsi, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı üzrə iş kimi deyil, həm də kənd təsərrüfatı müəssisələrinin, birliklərinin və vətəndaşların ərzaq istehsalı ilə bağlı bütün fəaliyyəti kənd təsərrüfatı fəaliyyəti hesab edilir.



2.Aqrar hüququn prinsipləri və mənbələri

Qeyd etmək lazımdır ki, sosial müdafiə edilən bazara keçid dövründə aqrar münasibətlərin mühüm hissəsi icazə metodu əsasında tənzimlənir. Metodun əsasında icazə kimi hüquqi element başlıca rol oynayır. Daha aydın şəkildə bu özünü onda göstərir ki, aqrar şirkət və cəmiyyətlərin, kooperativlərin, dövlət kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) və vətəndaşların şəxsi yardımçı təsərrüfatlarının hüquqi vəziyyəti “qanunla qadağan edilməyən hər şeyə icazə verilir.” Prinsip əsasında təyin edilir.

Beləliklə, aqrar hüququ mənbələri dedikdə, kənd təsərrüfatı fəaliyyəti sahəsində toplanan aqrar münasibətləri tənzimləmək və mühafizə etmək üçün nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanları, kənd təsərrüfatı kommersiya təşkilatları bələdiyyə orqanlarının unifikasiyalaşmış və differensiyalaşmış normativ-hüquqi aktlarında xalqın dövlət iradəsinin xarici ifadə formasını başa düşmək lazımdır.
3.Aqrar islahatların hüquqi bazası

Ölkənin aqrar sahəsində yaranmış çox mürəkkəb və çətin bir vəziyyətdən çıxmaq, bir sıra köklü tədbirlərin işlənib hazırlanmasını və kompleks formada həyata keçirilməsini təmin etmək obyektiv zərurətə çevirilmişdir. Həmin tədbirlər kompleksi sistemi isə ölkədə iqtisadi islahatların aparılması nəzərdə tuturdu.

Aqrar islahatların aparılması işi qısamüddətli tədbir deyil, tarixi bir prosesdir. Bu prosesdə əvvəlki təsərrüfatçılıq mexanizmi ilə əvəz olunmalı, kənd təsərrüfatının idarə edilməsi bazar münasibətlərinə keçid prinsiplərinin tələblərinə uyğunlaşdırılmalıdır.

Aqrar islahatın əsas istiqamətləri aşağıdakılardır:



  • Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması;

  • Torpaq, meliorasiya və su təsərrüfatının islahatı;

  • Müxtəlifnövlü təsərrüfatların yaradılması;

  • Aqrar bölmənin dövlət təminatı;

Aqrar islahatın əsas prinsipləri isə:

  • Dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması;

  • Islahatın aparılmasında sosial ədalətin və könüllülüyün təmin edilməsi;

  • Əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi;

  • Respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması;

  • Ətraf mühitin mühafizə tələblərinə əməl edilməsi;

  • Kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi.


4.Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin hüquqi mexanizmi

“Ərzaq təhlükəsizliyi” dedikdə, müvafiq ehtiyatlar, potensial və zamanətlərlə təmin olunmuş dövlətin qəbul edilmiş norma və standarlara uyğun olan həcmdə, keyfiyyətdə və çeşiddə əhalinin ərzaq məhsullarına olan ehtiyacını ödəyə bilmək qabiliyyəti başa düşülür. “Ərzaq təhlükəsizliyi” anlayışının bu cür izahı 2aspektə malikdir: Sosial-iqtisadi aspekt (bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar sənaye potensiyalını səfərbəyliyə almaq qabiliyyəti) və siyası- iqtisadi aspekt (bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyyatları və aqrar sənaye potensialını səfərbəyliyə almaq qabiliyyəti). Bunlar ərzaq zərərsizliyinin səviyyəsi, meyarları və göstəriciləri sistemində reallaşır.



5.Aqrar sferada dövlət siyasətini həyata keçirən orqanların hüquqi vəziyyəti

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra iqtisadi sistem olaraq bazar iqtisadiyyatını seçməsilə idarəetmə orqanlarının yeni iqtisadi sistemin tələblərinə uyğun qurulması məqsədilə struktur islahatlarına başlamağa məcbur olmuşdur. Aparılan islahatlar idarəetmənin bütün istiqamətləri ilə yanaşı ölkəmizdə iqtisadiyyatın mühün sahəsi olan aqrar sahəni də əhatə edir və bu zaman idarəetmə strukturları aşağıdakı istiqamətlərdə islahatlara məruz qalır:



  • Kənd təsərrüfatı orqanlarının aqrar islahatları aparan idarəetmə orqanları ayrılır;

  • Kənd təsərrüfatı istehsalı və emalı sahələrinin idarəçilik orqanlarının ayrılması və ya birləşməsi baş verir;

  • Kənd təsərrüfatı orqanlarının aqrar subyektlər üçün məcburi xarakter daşıyan normativ aktlar dərc etmək hüququ qalsa da maksimum şəkildə məhdudlaşdırılır və əsasən torpaqların mühafizəsi və səmərəli istifadəsi, karantin tədbirlərinin və sanitar – baytar nəzarətinin həyata keçirilməsi məsələlərini əhatə edir.

  • Dövlət idarəetmə orqanlarının göstərdiyi bir sıra xidmətlərin həyata keçirilməsində mümkün olduğu qədər özəl bölməyə imkan yaradılır.

Hal-hazırda Kənd təsərrüfatı istehsalı sahələrində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanları sistemində əsas yeri Azərbaycan Respublikası Kənd təsərrüfat Nazirliyi tutur. Onun səlahiyyətləri kənd təsərrüfatı, yeyinti məhsulları və emal sənayesi sahələrini əhatə edir.



MÖVZU 10. ENERJİ HÜQUQU
PLAN


  1. Yanacaq –enerji kompleksinin ölkə iqtisadiyyatında yeri və rolu.

  2. Azərbaycan Respublikasının enerji qanunvericiliyi.

  3. Neft fondları və enerji münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq təcrübə.


ƏDƏBİYYAT SİYAHISI


  1. N.Əliyev “Azərbaycan sənaye və yanacaq –enerji kompleksinin vəziyyəti və inkişaf istiqamətləri” Bakı, 2006

  2. D.Yusifov “Azərbaycan iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu və dünya təcrübəsi” Bakı, 2008

  3. K.Zeynalov “Azərbaycan iqtisadiyyatının inkişaf qanunları”, Bakı,2003

  4. Ş.Xuduoğlu “ Elektroenergetika haqqında sənədlər toplusu”, Bakı 2006

  5. “Neft haqqında 100sual-100cavab” Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi. Bakı, 2003

  6. “Neft və Azərbaycan” Azərbaycanın Neft Sənayesi üzrə İnformasiya və Resurs Mərkəzi” Bakı , 2003

  7. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının 30 Qanunu

  8. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu


  1. Yanacaq-enerji kompleksinin ölkə iqtisadiyyatında yeri və rolu

Yanacaq –energetika sənayesi müxtəlif növ enerji hasilatı və istifadəsi ilə əlaqədardır və dünya təsərrüfatının mühüm sahəsidir. Energetika istehsalın inkişafına və yerləşdirilməsinə olduqca böyük təsir göstərir. Hər bir ölkədə, eləcə də, dünya miqyasında energetika iqtisadi inkişafın əsasını təşkil edir. Məhz enerji istehsalı sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, kommunal təsərrüfatın və s. fasiləsiz işlənməsini təmin edir. Yanacaq enerji kompleksinin ayrı-ayrı sahələrinin işinin pozulması əsas istehsal fəaliyyətinin zəiflənməsinə, bəzən isə tam dayanmasına gətirib çıxarır. Eyni zamanda enerji resurslarının istehlak səviyyəsi ictimai istehsalın səmərərəliyinə təsir göstərir, onun texnikisilahlanmasını və əmək məhsuldarlığının artıreılmasını təmin edir. Digər tərəfdən isə energetika sahəsi istilik-enerji kompleksinin zəruri tərkib hissəsi olan yanacaq sənayesi ilə bağlıdır.


2.Azərbaycan Respublikasının enerji qanunvericiliyi.

Azərbaycanın yanacaq enerji ehtiyatlarının istifadəsi ilə əlaqədar fəaliyyəti tənzimləmək üçün müvafiq hüquqi baza yaradılmışdır. Bu hüquqi bazaya Azərbaycanın yanacaq enerji kompleksindəki fəaliyyətin hüquqi tənzimlənməsinin normativ aktları aiddir. Bu normativ aktlara Azərbaycan Respublikasının Konistitusiyası yanacaq energetika sahəsinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Q anunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, Nazirlər Kabinentinin qərarları aiddir.

Azərbaycan müstəqillik qazanandan sonra qəbuil edilmiş Konistitusiyasının 14-cü maddəsində təbii ehtiyatların Azərbaycan Respublikasına mənsubluğu təsbit olunmuşdur. Ancaq həmin kostitusion norma ümumi və rəhbər istiqamətləri müəyyən etdiyindən özünün daha konkret həllini digər qanunvericilik aktları ilə tapmışdır. Ümumilikdə, yanacaq energetika fəaliyyətinin müxtəlif istiqamətlərinin tənzimlənməsi müvafiq qanunlarda öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır:
Enerji resuruslarından istifadə haqqında”

Yerin təki haqqında”

Elektroenergetika haqqında”

Qaz təchizatı haqqında”

Energetika haqqında”

Ekoloji təhlükəsizlik haqqında”

Ətraf mühitin mühafizəsi haqqında”

Elektrik və istilik stansiyaları haqqında”

“Azərneft” Dövlət Konserini və “Azərkimya” istehsalat birliyinin bazasında respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyat keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə ARDNŞ-nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 13 sentyabr tarixli fərmanı.

“Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 1992-ci il tarixli 312 saylı fərmanı.


Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarları:

“Azərbaycan Respublikasında dövlət enerji nəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 29 iyul 2002-ci il tarixli Nazirlər Kabinentinin qərarı.

“Obyektlərdə elektrik, qaz və su sayğaclarının qurlaşdırılması haqqında” 27 iyul 200-cü il tarixli Nazirlər Kabinentinin qərarı.

“Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 2fevral 2005-ci il tarixli Nazirlər Kabinentinin qərarı və s.

Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844N-li fərmanına əsasən ARDNŞ-nın tərkibinə aşağıdakı müəssisəslər daxildir:


  1. “Azneft” İstehsalat Birliyi;

  2. “Geofizika və mühəndis geologiyası” İstehsalat Birliyi;

  3. “Neft kəmərləri” İdarəsi”

  4. “Marketinq və iqtisadi əməliyyatlar” İdarəsi”

  5. “Xarici sərmayələr” İdarəsi;

  6. “Azərneftyağ” neft emalı zavodu

  7. “Azərneftyanacaq” neft emalı zavodu

  8. Bakı dərin özüllər zavodu


MÖVZU 11. KOMMERSİYA HÜQUQU
PLAN


  1. Kommersiya hüququnun ümumi xarakteristikası və hüquq sistemində yeri

  2. Kommersiya hüququnun mənbələri və subyektləri

  3. Məhsul və xidmətlərin dövriyyəsinin hüquqi əsasları

  4. Kommersiya hüququnda müqavilə münasibətləri

  5. Məhsul və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi

  6. Kommersiya fəaliyyəti sahəsindəki dövlət orqanlarının hüquqi vəziyyəti



ƏDƏBİYYAT SİYAHISI


  1. Ə.Hacıbəyli və b. Kommersiya hüququ. Azərbaycan Hüquqçular Assosiyası. Bakı, 2003

  2. M.Q.Ağamalıyev, M.Məmmədrzayev. Kommersiya fəaliyyətinin təşkili. Bakı.2004

  3. Богатых Е.А.Гражданское и торговое право. Москва, 2008

  4. И.А.Зенин Гражданское и торговое право. Москва, 2006

  5. Ред. Е.А.Василъев Гражданское и торговое право капиталистицеских государств. Москва, 2009

  6. Azərbaycan Respublikasının Konstitusiyası.



  1. Kommersiya hüququnun ümumi xarakteristikası və hüquq sistemində yeri

Kommersiya –ticarət sahibkarlığının və ya biznesin bir npvüdür. Kommersiya latın mənşəli söz olub (commercium) hərfi mənada ticarət deməkdir. Lakin “ticarət” termini ikili məna daşıyır: bir tərəfdən iqtisadiyyatın müstəqil sahəsi kimi səciyyələnir, digər tərəfdən isə amtəələrin alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş mübadilə prosesini əks etdirir. Kommersiya fəaliyyəti mənfəət əldə etmək məqsədilə alqı-satqı aktlarının həyata keçirilməsinə yönəldilmiş ticarət proseslərini özündə əks etdirir. Geniş mənada isə kommersiya mənfəət əldə edilməsinə yönəldilmiş fəaliyyət kimi başa düşülür.

Mülki hüquqda olduğu kimi mülki hüququn bir hissəsi olaraq kommersiya hüququnun da hüquqi tənzimləmə metodu başqa hüquq sahələrindən fərqli olaraq hüquq subyektləri arasında hakimiyyət və tabeçilik münasibətlərinə deyil, bərabərlik prinsipinə əsaslanır.




  1. Kommersiya hüququnun mənbələri və subyektləri

Əlverişli kommersiya fəaliyyətinin təşkili özünəməxsus əsaslandırılmış hüquqi baza tələb edir. Və buna uyğun olaraq da hər bir ölkənin qanunverici orqanı kommersiya hüququnun müvafiq mənbələrini formalaşdırır. Respublikamızda kommersiya hüququnun mənbəyi kimi Azərbaycan Respublikasının Kontitusiyasına, bu sahədə qəbul olunmuş qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və.s. istinad edir.

Kommersiya hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyası tutur. Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın qanunvericilik sisteminin əsasıdır. Bütün başqa qanunlar və dövlət orqanlarının sair aktları Konistitusiya əsasında və ona uyğun olaraq qəbul edilir. Konistitusiyanın kommersiya fəaliyyətinin əsasını təşkil edən bir sıra maddələri vardır. Belə ki, Konstitusiyanın “İqtisad inkişaf və dövlət adlanan” 15 maddəsinə əsasən, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Konistitusiyanın “Mülkiyyət” adlanan 13 maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Mülkiyyət hüququ” adlanan 29-cu maddəyə görə isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüquq o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Kommersiya fəaliyyətinin tənzimlənməsində istifadə olunan qanunlara aşağıdakıları aid etmək olar: “ Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10 may 2005-ci tarixli Qanunu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin 19 sentyabr 1995-ci il tarixli Qanunu, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001—ci il tarixli Qanunu, “ Reklam haqqında” Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli qanunu, “ Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 4 mart 1993-cü il tarixli Qanunu, Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996-cı il tarixli qanunu “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının 12 iyun 1998-ci il tarixli Qanunu və s.


  1. Məhsul və xidmətlərin dövriyyəsinin hüquqi əsasları

Məhsul və xidmətlərin dövriyyəsinin hüquqi tənzimlənməsi zəruridir. Belə ki, əsas məqsədi mənfəət əldə etmək olan kommersiya subyektləri təsərrüfat fəaliyyətini həyata keçirərkən mövcud qanunvericiliyə zidd, ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışırlar ki, bununla da digər bazar subyektlərinə zərər vururlar. Məsələn, olar rəqibin təsərrüfat fəaliyyətini təqlid edərək digər bazar subyektlərinin əmtəə nişanlarından, coğrafi göstəricilərindən, firma adlarından, əmtəə markalarından həmçinin adlarından qanunsuz istifadə edilməsinə yol verirlər.

Əmtəə nişanı qanunla qorunur və digər şəxslərə, məsələn, lisenziya sazişləri əsasında öz qiyməti ilə başqasına verilə (satıla) bilər. Əmtəə nişanından beynəlxalq təcrübədə istifadə edilməsi bir sıra sazişlərə tənzimlənir: “ Sənaye mülkiyyətin qorunması üzrə” Paris konvesiyası ilə “Nişanların qeydiyyatı üçün məlumatların və xidmətlərin beynəlxalq təsnifatı haqqında” sazişlə və s.

Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi “ Əmtəə nişanı və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikasının 12 iyun 1998ici il tarixli Qanunu ilə müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici müvafiq qanuna uyğun olaraq mühafizə edilir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə