Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan


Müqavilə azadlığı və dövlət standartları



Yüklə 0,56 Mb.
səhifə3/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

Müqavilə azadlığı və dövlət standartları

Azərbaycan Respublikası iqtisadi sahədə bazar iqtisadiyyatına keçidi strateji xətt və mühüm dövləti vəzifə kimi qarşıda qoymuşdur. Bazar iqtisadiyyatın ən mühüm şərti, səciyyəvi keyfiyyət xüsusiyyəti kimi iqtisadi dövriyyədə tərəflərin azadlığı və bu azadlığın hədləri məsələsi işgüzarlıq və iqtisadi fəaliyyətinin, təsərrüfatçılıq fəalığının artmasının, iqtisadi tərəqqiyə nail olmasının əsas amillərdən biridir.

Yuxarıda qeyd etdiyi kimi, mülki hüquqi müqavilə iqtisadi fəaliyyətinin əsası, hüquqi forması və b u fəaliyyətin həyata keçirilməsinin aləti kimi, satıcı ilə alıcı, xidmət göstərənlə xidmət göstərilən, sifarişçi ilə istehlakçı, daha dəqiq desək, iqtisadi dövrüyyənin istənilən iki və daha artıq subyekti arasında konkret mülki hüquqi münasibətlərin və öhdəliklərin əmələ gəlməsinə, dəyişməsinə, yaxud xitam edilməsinə səbəb olur.

Müqavilə azadlığı mülki qanunvericilikdə müxtəlif aspektlərdən, müxtəlif aspektlərdən müxtəlif nöqteyi nəzərdən təhlil edilir və hüquqi tənzimlənir.

Birincisi, müqavilə azadlığı dedikdə, fiziki və hüquqi şəxslərin azad sürətdə müqavilə bağlamaq və yaxud bağlamamaq məsələsini həll etmələri, bu işi öz mənafelərigerçəkləşdirmək üçün öz iradələrinə uyğun olaraq görmələri və həyata keçirilmələri başa düşülür. Bir qayda olaraq, müqavilə bağlamağa qarşı tərəfin məcbur edilməsinə Azərbaycan Respublikası MM-də və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, yol verilmir.

İkincisi, tərəflər müqavilənin məzmunu və şərtlərini müəyyənləşdirməklə azaddırlar və bu hüquqların qarşı tərəfin iradəsindən asılı olmayaraq sərbəst sürətdə həyata keçirirlər. Belə ki müqavilənin məzmununun müəyyən edilməsi fiziki və hüquqi şəxslərin özlərinə mənsub ülki hüquqlarıdır və onlar həmin hüquqlarını öz istədikləri kimi həyata keçirirlər.

Üçüncüsü, müqavilə azadlığı dedikdə fiziki və hüquqi şəxslərin müqavilə bağlayacağı şəxsləri seçməkdə sərbəst olmaları, yəni kiminlə istəyirlərsə qarşılıqlı razılaşma əsasında onunlada müqavilə bağlamaq hüququna malik olmaları başa düşülür. Bu ümumi qaydadan istisnalarda qanunda nəzərdə tutulmuşdur.

Dördüncüsü, müqavilə azadlığının səciyyəvi xüsusiyyətlərindən biri kimi tərəflərin Azərbaycan Respublikası MM-də nəzərdə tutulan, eyni zamanda,MM-də nəzərədə tutulmasada, ona zidd olmayan hər hansı müqavilələr bağlamaqla sərbəst olmalarını göstərmək olar. Burada nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikası Konistitusiyasından, MM-dən, digər qanunlardan və onların əsasında qəbul edilən, mükli hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.

Beşinci, tərəflər müqavilə növünü seçməklə, eləcə də müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlamaqda azaddırlar. Qanuna görə, tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilərə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

Müqavilə azadlığı, eyni zamanda tərəflərin müqavilənin formasını seçməklə sərbəstliyində də özünü göstərir. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlama bilər, bu şərtlə ki, MM-də həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

Müqavilə azadlığın səciyyəvi xüsusiyyətlərindən biri də tərəflərin razılığı ilə istənilən vaxt müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyüdür. Nəhayət müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biri kimi özünü müqavilənin icrasının təmin edilməsi üsullarının seçilməsində tərəflərin sərbəstliyində göstərir. Belə ki, müqavilənin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik qarantiya, beh ilə və MM-də və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Müqavilənin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik qarantiya, beh ilə və MM-də və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Müqavilənin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə və ya məhkəmənin qərarına əsasən onu başqa təminatla əvəz edə bilər.




  1. İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması, dəyişdirilməsi və xitam edilməsinin xüsusiyyətləri

İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması istənilən iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Odur ki, müqavilə bağlamaq haqqında təklif (oferta) konkret olmaqla, onu təklif edən tərəfin iradəsinin tam şəkildə ifadə etməlidir.

Digər tərəfdən müqaviləninəsasını tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərin müqabilində nail olmaq istədikləri məqsəd təşkil etdiyindən, həmin məqsəd oferatada öz əksini tapmalıdır.

Oferta elə aydın və konkret olmalıdır ki, onu qəbul edən tərəf əlavə danışıqlar və dəqiqləşdirmələr aparmadan müqavilə bağlanılmasına razılıq verə bilsin. Başqa sözlə oferta onu göndərən tərəfin iradəsini tam şəkildə ifadə etməlidir. Belə ki müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

4.İşlərin görülməsi ilə əlaqədar müqavilələr.

İqtisadi fəaliyyət sahəsində müqavilələrin müxtəlif əsaslarla təsnifatı aparılır. Bu təsnifatın aparılmasının böyük elmi-təcrübi və tədris əhəmiyyəti vardır. Məsələn, əmlak və təşkilati müqavilələr, konsensual və real müqavilələr, əvəzli və əvəzsiz müqavilələr, ikitərəfli və çoxtərəfli müqavilələr və s. fərqləndirilir. Bu əsasla iqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qruplaşdırılması məqsədə müvafiqdir. Birinci qrup iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələrdir. Bu təsnifat qrupunda ən geniş yayılmış mülki hüquqi müqavilə podrat müqaviləsidir. İkinci qrup əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələrdir. Bunlara alqı-satqı, faktorinq, göndərmə, renta müqaviləsi və s. aiddir. Nəhayət sonuncu qrup iqtisadi fəaaliyyətin müxtəlif sahələrini əhatə edən müqavilələr təşkil edir. Bu qrupa konsessiya müqaviləsini və dövlət satınalma müqaviləsini aid etmək olar. Məsələn, dövlət satınalma müqaviləsində müqavilənin predmetinə təkcə malların satın alması deyil, eyni zamanda işlərin görülməsi və xidmətlərin göstərilməsidə daxildir.


5. Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr. Alqı-satqı müqaviləsi

Alqı-satqı müqaviləsi istər bütövlükdə mülki dövriyyədə, istərsədə iqtisadi fəaliyyət sahəsində ən geniş yayılmış müqavilə növüdür. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət) ödəməyi öhdəsinə görürür.

Mülki Məcəllədə verilmiş anlayışdan göründüyü kimi, alqı-satqı müqaviləsi əvəzli müqavilədir. Bu müqavilələrin böyük əksəriyyəti , ümumi müqavilə hesab olunur. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir (ona bəzən qarşılıqlı müqavilə də deyirlər), yəni bu müqavilədə hər iki tərəf həm borcludur, həm də kreditordular, tərəflər eyni zamanda hüquqlar eldə edir və vəzifələr daşıyırlar.

Alqı-satqı müqaviləsinin forması mülki qanunvericiyin əqdlərin forması ilə əlaqədardar, eləcə də müqavilənin forması barədə ümumi normaları tənzimlənir. Lakin alqı-satqı müqaviləsinin ayrı-ayrı növləri ilə əlaqədar Mülki Məcəllədə xüsusi normalar müəyyənləşdirdikdə, həmin xüsusi normalar tətbiq edilir. Məsələn, əgər pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çəkinin və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.

Müqavilənin predmeti müxtəlif daşınar (əmtəə, mal və s.) və daşınmaz əşyalar (ev, tikili, mənzil və s.) ola bilər. Alqı-satqı müqaviləsinin predmetini təşkil edən bəzi əşya və qeyri-maddi əmlak nemətləri üçün qanunvericilikdə xüsusi qaydalar müəyyən olunmuşdur. Məsələn, alqı-satqı müqaviləsi haqqında ümumi normalar heyvanların, quşların və balıqların alqı-satqısını, daşınmaz əşyaların alqı-satqısını, tələblərin və digər hüquqların alqı-satqısını tənzimləyən xüsusi normalara zidd olmadıqda tətbiq edilir.
Faktorinq müqaviləsi
Faktorinq müqaviləsi iqtisadi fəaliyyət sahəsində geniş yayılmış mülki hüququ müqavilələrin bir növüdür. Bu alqı-satqı müqaviləsinin xüsusi halı, variantı başqa sözlə alqı-satqı müqaviləsini dəyişmiş səciyyəvi keyfiyyət əlamətləri ilə xüsusiləşmiş forması növüdür.

Azərbaycan Respublikası MM-nə əsasən faktorinq pul tələbiin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsi Azərbaycan Respublikası MM-in qanunvericiliyimizə gətirdiyi yeniliklərdən biridir. 2000-ci il sentyabrın 1- dən qüvvəyə minmiş yeni Mülki məcəlləsinə qədər qüvvədə olmuş mülki qanunvericilikdə inkişaf etmiş dünya ölkələrində geniş yayılmış bu anlayışdan istifadə olunmamışdır. Doğrudur “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” 1996-cı il 14 iyun tarixli qanun 27 –ci hissəsində “faktorinq müqaviləsi” ifadəsindən bilavasitə istifadə olunmasa da faktiki olaraq, bu müqaviləyə istinad olunmuş və kredit təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətin bir növü (üçüncü şəxslərdən pul formasında öhdəliklərin icrasını tələb etmək hüququnun alınması) kimi xarakterizə olunmuşdur.

Faktorinq sözü latınca “faktor” sözündən olub “başqa şəxslərin hesabına hərəkət edən şəxs” mənasında işlədilir. Faktorinq sözünün mənşəyi barədə hüquq ədəbiyatında iqtisadi ədəbiyyatda başqa fikirlərdə vardır.

Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərilməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə pul tələbini faktora güzəşt edir və ya etməyi öhdəsinə götürür.

Bazar iqtisadiyyatına keçid şəraitində respublikamızın mülki qanunvericiliyinin mülki dövriyyənin təmin edilməsində, iqtisadi fəaliyyətinin dəstəklənməsində, sərbəst bazar münasibətlərinin inkişafına şərait yaradılmasında ifadə olunan əsas məqsəd və vəzifələrinin həyata keçirilməsində faktorinq müqaviləsinin böyük əhəmiyyəti vardır.
Göndərmə müqaviləsi
İqtisadi fəaliyyət sahəsində ən çox yayılmış mülki-hüquqi müqavilələrdən biri də mal göndərmə müqaviləsidir. Göndərmə müqaviləsinə görə mal göndərən –İqtisadi fəaliyyəti həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malların iqtisadi fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

Anlayışdan göründüyü kimi, göndərmə müqaviləsi İqtisadi fəaliyyət sahəsində müqavilədir, alqı-satqı müqaviləsinin xüsusi növüdür. Ona görə MM-in alqı-satqı haqqında ümumi müddəaları həmin Məcəllənin göndərmə müqaviləsinə aid bölməsinin normalarına zidd olmadıqda malların göndərilməsi ilə əlaqədar münasibətlərin tənzimlənməsinə tətbiq olunur.

Hüquqi təbiətinə görə göndərmə müqaviləsi konsepsual, qarşılıqlı və əvəzli müqavilədir. Müqavilənin forması MM-də imperativ formada müəyyən edilmişdir. Belə ki, göndərmə müqaviləsi yazılı formada bağlanmalıdır. Yəni göndərmə müqaviləsi şifahi formada bağlanırsa bu onun etibarsızlığına səbəb olur. Göndərmə müqaviləsi bağlanarkən müqavilənin ayrı-ayrı şərtləri barəsindən tərəflər arasında ixtilaflar yarandıqda müqavilənin bağlanmasının təklif etmiş və digər tərəfdən həmin şərtlərin razılaşdırılmasına dair təklif almış tərəf, əgər tərəflər ayrı müddət barəsində razılığa gəlməyiblərsə, həmin təklifi aldığı gündən otuz gün ərzində müqavilənin müvafiq şərtlərinin razılaşdırılması üçün tədbirlər görməli və ya müqaviləni bağlamaqdan imtina etdiyi barədə digər tərəfə yazılı bildiriş göndərməlidir.

6.Əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr.

İcarə müqaviləsi
İqtisadi fəaliyyət sahəsində əmlak istifadəsi ilə əlaqədar müqavilələrə aid edilən icarə müqaviləsinin bir növüdür.

İcarə müqaviləsinə görə kirayə verən (icrayə verən) kirayəçiyə (icraçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.




Lizinq müqaviləsi
Lizinq müqaviləsi- əmlak kirayəsi müqaviləsinin xüsusi növüdür. Elə lizinq anlayışı da ingilicədən, kirayəyə, yaxud icarəyə götürmək mənası verir. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və figər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrlikdə muzd borcludur.

Respublikamızda lizinq münasibətlərinin tənzimlənməsinin hüquqi əsasını MM təşkil edir. MM-in müvafiq maddələrinin tələbələrinə zidd olmadıqda, lizinq müqavilələrinin hüquqi tənzimlənməsinə MM-in əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq edilir. Əvvəllər lizinq münasibətləri “Lizinq xidməti haqqında” Azərbaycan Respublikasının 1994-cü il 29 noyabr tarixli qanunu ilə tənzimlənirdi. Həmin qanun 2003-cü il 17 iyun tarixli qnununla qüvvədən düşmüş və həmin münasibətlərin, vahid Mülki Məcəllə ilə tənzimlənməsinə üstünlük verilərək, müvafiq əlavə və dəyişikliklər edilmişdir.

Bazar iqtisadiyyatına keçid şəraitində lizinq əməliyyatlarının geniş yayılmasının bir sıra səbəbləri vardır. Birincisi onun adı sudanda üstün olmasıdır. Yəni müəssisə bank kreditindən istifadə etmək üçün aldığı əmlakın 15-20%-ni öz vəsaiti hesabına ödəyirsə, lizinq əməliyyatında müqavilə əmlakın bütıvlükdə dəyəri əsasında bağlanılır. İkincisi, lizinq müəssisəyə istehsalın səmərəli fəaliyyət göstərməsi üçün yeni texnika və taxnologiyanı tətbiq etməyə imkan vermiş olur.Üçncüsü, lizinq üzrə ödəniş məhsulun istifadəsindən əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Dördüncüsü, lizinq rəqabət qabiliyyətli məhsul istehsalına can atan müəssisəyə yeni, bahalı avadanlıqları böyük investisiyasız əldə etməyə imkan verir. Bəzi hallarda kompaniyaları icarə vaxtı heç bir əlavə zəmanət tələb etmir. Altıncısı lizinq üzrə ödəniş ümumi xərclərə aid edilməklə bir başa vergilərin ödənilməsindən azad olunmaya imkan verir.n Bu güzəşt hesabına lizinq fəaliyyəti ilə məşğul olan təşkilat icarə haqqını aşağı salmaq (icarə haqqı kreditdən 1,5 dəfə ucuz ola bilər) imkanı əldə etmək olur.
7. Xidmətlər göstərilməsinə yönəlik müqavilələr

Tapşırıq müqaviləsi
Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verəni ona tapşırdığı əqidləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

Ekvivalent nöqteyi-nəzərdən tapşırıq müqaviləsi əvəzli və əvəzsiz ola bilər. Bu müqavilədə vəkalət verən vəkalət alana müqavilədə nəzərdə tutulduğu hallarda haqq ödəyir. Burada nəzərə almaq lazımdır ki, əgər tapşırığı alan özünü hüquqi hərəkətlətin yerinə yetirilməsi üzrə öhdəliklərlə bağlamaq niyyətində deyildirsə və yalnız ictimai, ənənəvi və ya dostluq mülahizələri ilə hərəkət edirsə, bu cür hərəkətlər tapşırıq müqaviləsinin doğurduğu hüquqi nəticələri doğurmur.

Tərəflərdən birinin hüquqlarnın o birinin vəzifələrinə uyğun gəlməsilə əlaqədar tapşırıq müqaviləsi ikitərəfli,qarşılıqlı müqavilədir.

Müqavilənin predmeti vəkaləy verənin hesabına vəkalət alanın həyata keçirdiyi hüquqi və (və ya) faktiki hərəkətlərin məcmusundan ibarətdir.

Tapşırığın məzmunu MM-yə uyğun tənzimlənməlidir. Belə ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə,bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir.Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalniz o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verəninin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun.Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa,tapşıriq yalnız vəkalət alanın bunun nəticəsində əmələ gələn zərəri öz öhdəsinə götürdüyü halda icra edilmiş sayılır.
Komissiya müqaviləsi
Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlanmağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağlandığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

Komissiya sözü latınca “commissio” ifadəsindən olub, Azərbaycan dilinə tapşırıq kimi tərcümə olunur. Hüquqi təbiətinə görə komissiya müqaviləsi konsensual, əvəzli, qarşılıqlı (ikitərəfli, sinallaqmatik) müqavilədir.

Komissiya müqaviləsi yazılı formada bağlanılır. Qanunun qeyd edilən imperativ norması komissiya müqaviləsinin tərəfləri üçün məcburi xarakter daşıyır.Yəni tərəflər komissiya müqaviləsini şifahi formada bağlaya bilməzlər, əgər bağlamışlarsa, müqavilə etibarsız hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, MM-də komissiya müqaviləsinin notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulmasa da, tərəflərdən hər hansı biri bunu tələb edirsə, müqavilə notariat qaydasında təsdiqləndikdən sonra bağlanmış sayılır.

Bu müqavilə müddətli və yaxud müddətsiz (qeyri-müəyyən müddətli) ola bilər. MM-yə əsasən, komissiya müqaviləsi müəyyən müddəətdə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərəd tutmaqla və ya nəzərdə tutulmadan, komnissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər.


Broker müqaviləsi
İqtisadi fəaliyyət sahəsində geniş yayılmış broker müqaviləsi 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası MM-in qanunvericiliyimizə gətirdiyi yeniliklərdən biridir. Əvvəlki MM-lərdə broker müqavilələri nəzərəd tutulmamışdır. Müqavilənin anlayışı MM-də verilmişdir. Belə ki, broker müqaviləsinə əsasən brokerə muzd müqavilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

Broker müqaviləsinin hüquqi tənzimlənməsində əsas rolu MM oynasa da, digər qanunvericilik aktlarıda bu sahədə mühüm əhəmiyyət kəsb edir. Belə ki, “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən tapşırıq və ya komisiyon müqaviləsi əsasında müvvəkil və ya komisyonçu kimi fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsin onun müştərisinin marağına uyğun və onun hesabına qiymətli kağızlarla mülki- hüquqi əqdləri bağlaması broker fəaliyyəti hesab olunur.


Ticarət agenti haqqında müqaviləsi
Ticarət agenti (nümayyəndəsi) haqqında müqavilə İqtisadi fəaliyyət sahəsində xidmətlər göstərilməsin\ yönələn müqavilələrdəndir. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alqı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin ( ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının , sənayeçinin və ya tacirin (tapşıranın) adından və ya hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzun müddət tapşırıq verilir.

Hüquqi təbiətinə görə istənilən sahibkarlıq müqaviləsi kimi, ticarət agenti (nümayəndəsi) haqqında müqavilə əvəzli xarkter daşıyır. O, eyni zamanda, konsensual və ikitərəfli müqavilədir.



Françayzinq müqaviləsi

Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına satışına və xidmətlərin göstərilməsinə kömək etdiyi qarşılıqlı sürətdə öhdələrinə götürürlər. Françazinq müqaviləsi fransız dilində ( franshise) sözündən olub, sərbəstlik, imtiyaz mənasında işlədilir.

Dünyanın inkişaf etmiş ölkələrində geniş yayılmış və iqtisadi fəaliyyət sahəsində böyük əhəmiyyət kəsb edən françayzinq müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanunvericiliyimizə gətirdiyi yeniliklərdən biridir. Françayzinq sahəsində hüquq münasibətləri MM-in eyni adlı fəslinin normaları ilə tənzimlənir. Lakin qanunvericilikdə nəzərdə tutulan hallarda françazinq sahəsində hüquq münasibətlərinə MM-in 35-ci fəsilinin normaları ilə yanaşı MM-in digər normaları da tətbiq edilir. Belə ki, əgər françazinq müqaviləsinin predmetini əqli mülkiyyətdən istifadə hüquqlarının verilməsi təşkil edirsə, ona müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında, habelə pantent hüququ haqqında qanunvericiliyin müddəaları tətbiq edilir. Əgər françayz alan françayz verənin françayz verənlə bağlı hər hansı müəssisənin mallarını yaymaqla daimi məşğul olursa, Mülki Məcəllənin ticarət nümayəndəliyi və konsessiya müqaviləsi haqqında müdəallar tətbiq edilir. Əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alqı- satqı, əmlak kirtayəsi, podrat və xidmət göstərilməsi) götürülərsə iştirakçıların hüquq münasibətlərinə Mülki Məcəllənin həmin müqavilə növləri haqqında müdəallar tətbiq edilir.

Yalnız iqtisadi fəaliyyət sahəsində tətbiq olunması françayzinq müqaviləsinin səciyyəvi keyfiyyət xüsusiyyətlərindən biridir. Françazinq müqaviləsinin sahibkarlıq münasibətlərinin sürətlə inkişafında mühüm rolu nəzərə alınaraq, hazırda bu münasibətlər dünyanın bütün qitələrini əhatə edən 80-dən artıq ölkədə müvəffəqiyyətlə tətbiq olunur. Eyni zamanda firma-françayzer özünün firmalarını açmadan, asılı müəssisələr və birgə müəssisələr yaratmadan öz bizneslərini genişləndirir və bununla bağlı xərc çəkmir.



Mövzu 4. Rəqabət hüququ
PLAN

  1. Rəqabət şəratinin vəziyyətini xarakterizə edən keyfiyyət göstəriciləri.

  2. İnhisarçılıq fəaliyyətinin təzahür formaları və antiinhisar qanunvericiliyi.

  3. Haqsız rəqabət və onun aradan qaldırılması vasitələri

  4. Antiinhisar Dövlət Xidməti və onun hüquqi statusu.



ƏDƏBİYYAT

  1. Ə.Bayramov “İnhisarizm”, Bakı, 2002

  2. “Azərbaycanda rəqabətin qorunması və təbii inhisarların tənzimlənməsi: qanunlar,normativ sənədlər, analtik materiallar” Bakı 2000

  3. R.Quliyev “Postsovet iqtisadiyyatında rəqabət siyasəti : qeyri-müəyyənliklərdə çabalamalar”, Bakı,2007

  4. Бокацева М.А « Монополизм и антимонополъное регулирование: опыт, проблемы и решения Москва 1991

  5. Каширин В.В. « Пимашков П.И. Демонополизация и развитине конкурентного ценообразования»



  1. Rəqabət şəraitinin vəziyyətini xarakterizə edən keyfiyyət göstəriciləri.

Müasir dövrdə dünya təsərrüfatı bütövlükdə bazar iqtisadiyyatı, o cümlədən, azad rəqabət prinsiplərinə, beynəlxalq əmək bölgüsü və istehsalın beynəlmilliləşməsinin obyektiv qanunauyğunluqlarına əsaslanan qlobal iqtisadi sistemə çevirilmişdir. Məhz bunun nəticəsidir ki, bu gün əksər ölkələrdə qapalı milli təsərrüfat konsepsiyasından imtina edilərək dünya təsərrüfat sisteminə inteqrasiyaya yönələn açıq milli iqtisadiyyat formalaşdırılması xüsusiyyəti gedir. Başqa sözlə, artıq qapalı iqtisadiyyat dövrü geridə qalmışdır. Bu prinsip müasir şəraitdə iqtisadi və sosial inkişaf üçün maneə yaradaraq bazar iqtisadiyyatına doğru irəliləyişi əngəlləyir və ehtiyatların səmərəsiz istifadəsini şərtləndirir.

Açıq iqtisadi sistemin ən mühüm üstünlüklərindən biri dünya bazarındakı rəqabətin daxili bazara və milli istehsala təsiri nəticəsində yerli istehsalçılar arasında rəqabətin artması və bunun milli iqtisadiyyatın inkişafında böyük rol oynamasından ibarətdir. Məhz buna görə də bazar münasibətlərinə əsaslanan açıq iqtisadi sistem formalaşdırılması və bu əsasda milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyanın təmin olunması son dövrlərdə dövlət müstəqilliyi əldə etmiş dövlətlərin, o, cümlədən Azərbaycan Respublikasının sosial iqtisadi siyasətinin strateji istiqamətlərindən hesab olunur.

Bazar münasibətləri şəraitində rəqabət iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edir. Rəqabət iqtisadi fəaliyyətin genişləndirilməsində ETT-nin sürətləndirilməsində əməyin təşkilinin mütərəqqi formalarının tətbiqinin geniş yayılmasında həlledici rol oynayır. Məhsul keyfiyyətinin yeksəldilməsi istehsal məsrəflərinin aşağı salınmasıda rəqabət nəticəsində təmin olunur. Bununla da rəqabət iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsində istehlakçıların tələbatlarının daha dolğun ödənilkməsinə səbəb olur.

Rəqabət mübarizəsini şərti olaraq təkmil və qeyri- təkmil rəqabətə ayrırlar. Təkmil rəqabətlərin əsas metodları aşağıdakılardır:



  • Məhsulun keyfiyyətinin yüksəldilməsi;

  • Qiymətin aşağı salınması;

  • Satışdan əvvəl və sonra xitmət;

  • ETT-nin nailiyyətlərindən istifadə edərək yeni mal və xidmətlərin yaradılması.

Qeyri təkmil rəqabətin əsas metodları aşağıdakı kimi qruplaşdırılır:

  • Iqtisadi (sənaye cəsusluğu;

  • Məhsulun saxtalaşdırılması;

  • Korrupsiya;

  • Istehlakçının aldadılması;

  • Valyuta frırıldaqları;

  • Qüsurların gizlədilməsi.



  1. Yüklə 0,56 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə