Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan



Yüklə 0,56 Mb.
səhifə5/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

MÖVZU 6. VERGİ HÜQUQU
PLAN

  1. Vergi hüququnun ümumi xarakteristikası.

  2. Vergi hüququnun mənbələri.

  3. Vergi hüququnun münasibətləri.

  4. Vergi hüquq münasibətlərin subyektləri.


ƏDƏBİYYAT SİYAHISI

1.Mirzəyeva A.Q.Vergi hüququ. Dərslik, Bakı, Deqista, 2007

2. Mirzəyeva A.Q. Maliyyə hüququ. Dərslik, Bakı, Deqista, 2008

3. Повлов П.В.Финансовое право. Уцебное пособие. Москва, Книжный Дом, 2007

4. Грацева Е.Ю.Панамаренко В.Е. Финансовое право. Уцебное пособие, Москва, Книжный мир, 2009

5. Грацева Е.Ю. Ивлиева М.Ф., Соколова Э.Д. Финансовое право. Уцебное пособие, Москва, Проспект 2009

6.”Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu.

7. Azərbaycan Respublikasının Vergi məcəlləsi.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnamə.



  1. Vergi hüququnun ümumi xarakteristikası.

Vergi qoyulması və tutulması dövlət və bələdiyyələrin pul fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət olan maliyyə fəaliyyətinin mühüm tərkib hissəsidir. Ölkənin sosial iqtisadi inkişafının, təhlükəsizliyi və müdafiə qabiliyyətinin təmin olunması üçün tələb olunan maliyyə ehtiyyatlarının vəziyyəti birbaşa vergitutmadan asılıdır.

Dövlətin və bələdiyyələrin maliyyə fəaliyyəti prosesində meydana gələn münasibətlər maliyyə hüququ vasitəsilə tənzimlənir. Dövlət gəlirlərini tənzimləyən hüquq normalarının mühüm sahəsi isə vergi hüququ kimi müəyyən edilir. Bu və ya digər subyektlər arasında vergilərin qoyulması və tutulması zamanı meydana gələn münasibətlər və sosial əlaqələr vergi hüquq normaları ilə tənzimlənir. Müxtəlif sahədə qəbul edilmiş normativ hüquqi aktlarda təsbit olunan, bir-biri ilə qarşılıqlı əlaqədə olan daim inkişaf edən müvafiq normaların məcmusu vergi hüququnu təşkil edir.

Vergi hüququnun müstəqil hüquq sahəsi kimi formalaşması cəmiyyətin inkişafında, habelə dövlət və fərd arasında özünü göstərən vergi münasibətlərinin müstəsna rolu ilə əlaqədardır. Məlum olduğu kimi dövlət konistitusiya ilə ona verilən ümum milli funksiyaları yerinə yetirmək, o cümlədən sosial iqtisadi inkişafı tənzimləmək, özəl mülkiyyəti qorumaq məqsədilə müvafiq maliyyə mənbələri təmin etməlidir. Dövlətçilik anlayışı və konstitusiyanın tələblərinə görə hər bir fərd dövlətin saxlanılmasında, ictimai xidmətlərin müəyyənləşdirilməsində öz gəlirinə uyğun olaraq vergi ödəməklə iştirak etməyə borcludur.

Beləliklə vergi hüququnun predmeti hüquqi və fiziki şəxslərə qanunların tələblərinə uyğun verilən tətbiq edilməsi, onlardan tutulması və büdcə sisteminə, habelə zəruri hallarda büdcədənkənar fondlara yönəldilməsi prosesində dövlət orqanları, vergi ödəyiciləri və vergi arasında yaranan ictimai münasibətlərdir.

Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətləri aşağıdakı qruplara birləşdirmək olar.

1.Dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər.

2.Vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər.

3.Vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər.

4. Müvafiq dövlət orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməısində habelə vergi sahəsində qanun pozuntuları və cinayətləri özünü göstərdikdə yaranan münasibətlər.

Hüquq sistemində vergi hüququnun təbiəti müəyyən edilərkən əsas göstərilən digər mühüm meyar vergi hüququnun tənzimlənməsində istifadə etdiyi metoddur. Vergi hüququnun hüquqi tənzimlənmə metodu dedikdə, büdcə gəlirlərinin vergi ödəciyiləri hesabına formalaşdırılması zamanı meydana gələn ictimai münasibətlərə hüquqi təsiretmə üsullarının məcmusu nəzərdə tutulur.



2.Vergi hüququnun mənbələri.

Vergi hüququna aid mənbələr- xarakterinə, hüquq qüvvəsinə, fəaliyyət dairəsinə görə müxtəlif aktları özündə birləşdirən müəyyən bi sistemdir. Bu sistem adətən vergi qanunvericiliyi sistemi adlanır. Vergi sahəsində qanunvericilik fəaliyyətinin bir sıra dövlət orqanları tərəfindən həyata keçirildiyi nəzərə alaraq, hüququnun mənbələrini müxtəlif hüquqi qüvvəyə malik normativ aktları qəbul edən orqanları üzrə təsnifləşdirmək lazımdır.



Konstitusiya vergi hüququnun əsas mənbəyi kimi. Azərbaycan qanunvericiliyin o cümlədən vergi hüququnun mənbələri arasında AR-nın Konstitusiyası xüsusi yer tutur. Konstitusiya sahələrarası hüquqi baza kimi Azərbaycan qanunvericiliyinin, o, cümlədən vergi hüququnun inkişafına şərait yaradır. Onun normaları ali hüquqi qüvvəyə malikdir, hüquq sistemində heçbir norma, heç bir qayda Konstitusiyanın tələblərinə zidd ola bilməz. Konstitusiya vergi hüququna aid prinsipial xarakterli halları da bilavasitə təsbit edir. Konstotusiyanın 73-cü maddəsində qeyd edilmişdir. “ Qanunla təyin edilmiş vergiləri və digər dövlət rüsunlarını tam həcimdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç bir kəs qanunla təsbit olunmadığı halda vergiləri və dövlət risumlarını ödəməyə və qanunda göstəriləndən artıq həcimdə ödəməyə məcbur edilə bilməz”. Konstitusiyaya görə Respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsalarının müəyyən edilməsi səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə verilmişdir. Dövlətin maliyyə-kredit fəaliyyətiylə bağlı proqramları Respublikanın Prezidenti təsdiq edir, Nazirlər Kabineti isə Prezident tərəfindən təsdiq olunmuş maliyyə-kredit və pul siyasətinin icrasını təmin edir.

İerarxiya üzrə vergi hüququnun növbəti mənbəyi Azərbaycan Respublikası qanunvericilik aktlarıdır. Vergi hüququ sahəsindəki belə aktlar arasında 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsi xüsusi yer tutur. O Azərbaycanda vergi hüququnun əsas məcəllələşdirilmiş mənbəyi kimi hüququn bu sahəsinin predimentinə daxil olan bütün ictimai münasibətləri tənaimləyir. Məcəllə qəbul olunduğu vaxtdan ona bir neçə dəfə əlavə və dəyişiklər edilmişdir. Vergi qanunvericiliyinin strukturu, hüququn bu mənbəyi sahəsində olan vergi hüququ normativ materialların daxili quruluş sistemini ifadə edir.

Vergi Məcəlləsi 2 hissədən ibarətdir- ümumi və xüsusi. Ümumi hissəsi 7, xüsusi hissə isə 10 fəsildən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin fərmanları. Azərbaycan Respublikasının Prezidentinin fərmanları vergi hüququ mənbələri sırasında xüsusi əhəmiyyət kəsb edir. Onların qüvvəsi Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Fərmanlar Azərbaycan Respublikasının Konistitusiyasına və Vergi Məcəlləsinə zidd olmamalıdır.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vergi hüquqi münasibətlərinin tənzimlənməsi sahəsində siyasət daxil olmaqla, dövlətmizin daxili və xarici siyasətini müəyyən edir. Öz səlahiyyətylərini yerinə yetirərək Azərbaycan Respublikasının Prezidenti “ Azərbaycan Respublikası Vergi məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə məsələləri haqqında Azərbaycan Respublikası Vergi məcəlləsinin tətbiq edilməsi barədə” 30avqust 2000-ci il tarixli “Azərbaycan Respublikasının Vergi məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 30avqust 2000-ci il tarixli, “ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında”

Azərbaycan Respublikası Vergilər Nazirliyinin təlimatları və izah məktubları.

Nazirliyin bu aktları vergi hüquq mənbələrinin spesifik növünə aiddir. Onlar qanunların, Azərbaycan Respublikası Prezident Fərmanları və Nazirlər Kabinentinin qərarlarının tətbiqi ilə əaqədarmüvafiq aktları qəbul etmək səlahiyyəti olan dövlət idarəetmə orqanı tərəfindən qəbul edilir.

Vergilər Nazirliyinin təlimat və izah məktubları vergi ödəyicisi üçün metodik xarakterli sənədlərdir. Onlar vergilər sahəsində ictimai münasibətləri tənzimləyən yuxarı dövlət idarəetmə orqanlarının vergilər haqqında aktların düzgün və eyni şəkildə başa düşülməsini və tətbiqini təmin etmək məqsədilə qəbul edilir.

Bələdiyyə orqanlarının normativ hüquqi aktları. Bələdiyyə vergi hüquq münasibətlərini nizamlayan bələdiyyə orqanlarının normativ hüquqi aktları da vergi hüququ mənbələrinə aid edilir. Bələdiyyə orqanları tərəfindən tətbiq edilə bilən vergilər Vergi Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilir. Bələdiyyə orqanları dövlət idarəetmə səlahiyyətlərinə malik olmadığıma baxmayaraq, onların qəbul etdiyi aktların icrası müvafiq ərazidə məcburidir.




  1. Vergi hüquq münasibətləri.

Vergilərin müəyyən edilməsi və yığılması sahəsində dövlətin qoyduğu məqsədə nail olmaq üçün ictimai münasibətlərin hüquq normaları ilə tənzimlənməsi zəruridir. Bu zərurət eynilə Azərbaycan Respublikasının Konstitusiyasınan irəli gəlir. Onun 73-cü maddəsinə uyğun olaraq, hər kəsin vergiləri ödəmək borcu həmin vergilərin qanunla müəyyən edildiyi və qanunla nəzərəd tutulmuş əsasların olduğu halda yaranır. Vergilərə dair qanunda təsbit olunan normaları ilə tənzimlənmiş münasibətlər vergi hüquq münasibətləri şəklində təzahür edir.

Vergi hüquq münasibətlərini tənzimlənməsinin əsasını Azərbaycan Respublikasının Vergi məcəlləsi təşkil edir. Bu Məcəllə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını , vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərini digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərin hərəkələrindən şikayət edilməsi qaydalarını müəyyən edir.

Beləliklə, vergi hüquq münasibələrinin mahiyyəti vergi ödəyicisinin vergi orqanına tabe olması ilə yanaşı hər iki tərəfin qanuna tabe olmasından ibarətdir. Vergi məcəlləsi məhz bu mahittəydən irəli gələrək vergi ödəyicisinin və vergi orqanının hüquqları və vəzifələrini müəyyən etməklə vergi orqanının hakimiyyət səlahiyyətlərinin qanun çərçivəsi ilə məhdudlaşdırır. Vergi hüquq münasibətlərinin bu cür nizama salınması demokratik, hüquqi dövlətlərə xasdır.

Vergi hüquq münasibətlərində, məhdud şəkildə olsa da, müqavilə münasibətləri də mövcud ola bilər. Misal üçün bələdiyyə büdcələrinə yerli vergilərin yığılmasını təmin etmək üçün dövlət vergi orqanları ilə əlaqədar olaraq yaranır. Bu baxımdan onlar mülki hüquq münasibətləri kimi əmlak münasibətlərinin bir növüdür, çünki yaranmasına səbəb ölkənin maliyyə ehtiyyatlarının toplanılması, yenidən bölüşdürülməsi və istifadəsidir. Bəzi müəlliflər vergi hüquq münasibətində “öhdəlik” əlamətinin qeyd olunmasını qeyd edirlər: hər kəs qanunla müəyyən edilmiş vergiləri ödəməyə borcludur. Lakin maddi sərvətlərin bölüşdürülməsi ilə bağlı olan əmlak münasibətlərindən irəli gələn vergi öhdəliyi və mülki huquq öhdəliyi arasında oxşar cəhətlər mövcud olsada fərqlərdə vardır. Vergi öhdəliyi müəyyən hərəkət etmək (vergi ödəmək , bəyannaməni vermək , hesab-fakturanı tərtib etmək və s.) vəzifəsini nəzərdə tutur.

4.Vergi hüquq münasibətlərinin subyektləri.

Yuxarıda deyilənlər subyektiv hüquq və vəzifələrlə bağlı olduğundan vergi hüquq münasibətlərinin hüquqi məzmununa aiddir. Subyektiv hüquq və vəzifələrini daşıyan şəxs vergi hüququnun subyekti olaraq, həmin hüquqları və vəzifələrini həyata keçirərkən vergi hüquq münasibətlərinin subyekti iştirakçısı olur.



Vergi hüquq münasibətlərinin subyektlərini dörd qrupa ayırmaq olar:

  1. Vergi ödəyiciləri

  2. Dövlət orqanları

  3. Bələdiyyə orqanları

  4. Vergilərin ödənilməsi ilə əlaqəli şəxslər

Fiziki və hüquqi şəxslər, həmçinin filial və nümayəndəliklər ölkə mənsubiyyətindən asılı olaraq iki kateqoriyaya bölünürlər: rezidentlər və qeyri rezidentlər. Bir qayda olaraq Rezidentlər Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri olurlar, qeyri-rezidentlər əcnəbilər və xarici şirkətlərdir. Lakin bizim vətəndaşlar xaricdə işləyə bilər və əksin, əcnəbilər və xarici şirkətlər Azərbaycanda fəaliyyət göstərə bilərlər. Bunun üçün Vergi Məcəlləsi (maddə 13. 2.5.1.) ildə üst -üstə 182 gündən artıq azərbaycanda qalan və ya il ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan istənilən fiziki şəxsi yəni Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsi Azərbaycan rezidenti sayır. Əgər belə şəxs Azərbaycanda və eyni zamanda hər hansı xarici ölkədə 182 gündən az qalarsa, onun Azərbaycan rezidenti olması aşağıdakı ardıcıllıqla müəyyən edilir.

  • Daimi yaşayış yeri

  • Həyati mənafelərinin mərkəzi

  • Adətən yaşadığı yer

  • Azərbaycan Respublikasının vətəndaşlığı

Hüquqi şəxslərin rezidentliyinə dair iki əsas meyar almır: sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən hüquqi şəxsin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilməsi və ya istənilən hüquqi şəxsin Azərbaycanda idarə edilməsi.

MÖVZU 7. BANK HÜQUQU
PLAN



  1. Bank fəaliyyətinin ümumi xarakteristikaı.

  2. Bank hüququnun predmeti və onun formalaşması.

  3. Bank hüququnun mənbəyi hesab edilən qanunvericilik aktları.

  4. Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusu.


ƏDƏBİYYAT SİYAHISI


  1. Z.Məmmədov “Pul, Kredit və banklar” (Dərslik), Bakı, 2006

  2. M.Bağırov “Banklar və bank əməliyyatları” , Bakı, 2003

  3. Cəbiyev R.M. “Azərbaycanda bazar infrastrukturunun inkişafı” Bakı, 2000

  4. R.Əsgərova “Pul, Kredit və banklar” , Bakı, 2007

  5. Saleh Məmmədov- “Bank işi”, Bakı-1997

  6. R.A.Bəşirov- “Bank işi”, Bakı-2007

  7. Кушлин В.И., Н.А.Волгин. Государственное регулирование рыноцной экономики. Москва -2001

  8. «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”


1.Bank fəaliyyətinin ümumi xarakteristikası.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir ölkənin bank sistemi başqa iqtisadiyyat olmaqla digər fəaliyyət sferalarının əsas sistemlərindən birini təşkil edir. Belə ki, iqtisadiyyatın idarə olunmasında bankların xüsusi əhəmiyyəti vardır. Banklar müəssisələr və təşkilatlar arasında özünəməxsus bir vasitəçi rolunu oynayır. Onların həyata keçirdiyi əməliyyatlar müəssisələrin fəaliyyətinə nəzarət və təsir imkanı yaradır. Bazar mühitində görüldükdə isə banklar ölkə iqtisadiyyatını maliyyə dəstəyi ilə təmin edir. Bu aspektdən baxdıqda banklar bazar iqtisadiyyatının vacib ünsürlərindən biri olaraq qeyd olunmalıdır. Azərbaycan kimi keçid iqtisadiyyatı dövründə olan ölkələrdə banklar və bank sistemi dövlətin işləyib hazırladığı iqtisadi inkişaf strategiyasının yerinə yetirilməsinə xidmət etməli və bu məqsədlə maliyyə tədbirləri görməlidirlər. Yəni onlar düzgün planlaşdırılmış maliyyə siyasət və metodlarından istifadə edərək daha çox pul ehtiyyatlarının cəlb olunmasına səy göstərməlidirlər.

Bankların iqtisadi məzmununa aşağıdakı formalarda nəzər salaq:

Bank müəssisə kimi. Hər bir müəssisə kimi, bankda müstəqil təsərrüfatçı subyektdir, hüquqi şəxs hüququna malikdir, xidmət göstərir, təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyəti qurur. Müəssisə kimi bankın vəzifələri bir az fərqlidir – o özünün xidmət və məhsulu ilə ictimai təlabatın təminatını, gələn gəlirlərin əsasında öz kolektiv üzvlərinin həmdə bank mülkiyyətinin (əmlakının) mülkiyyətçilərinin sosial və iqtisadi maraqların həyata keçirilməsi məsələlərini həll edir. Bank təsərrüfat fəaliyyəti növlərini həyata keçirə bilər. Xüsusi razılıqla fəaliyyət göstərən hər bi müəssisə kimi bankda lisenziya almalıdır.

Bank ticarət müəssisəsi kimi. Banklar sənaye kənd təsərrüfatı, tikinti nəqliyyat və rabitədən fərqli olaraq istehsalatda yox, mübadilə sahəsində fəaliyyət göstərir. Bu bir sıra müəlliflərə bankı ticarət müəssisəsi hesab etməyə əsas verir. Bank fəaliyyətinin ticarətlə əlaqələndirilməsi təsadüf deyi. Banklar sanki vəsaitləri “alır”, “satır”, yenidən paylaşdırma sahəsində fəaliyyət göstərir, əmtəənin dəyişdirilməsinə yardımçı olurlar. Banklar özlərinin “ satıcılarına”, anbarlarına, xüsusi “ əmtəə (mal) ehtiyatlarına” malikdir və onların fəaliyyəti əsasən dövriyyə qabiliyyətindən asılıdır.

Bank birjanın agenti kimi. Hələ XX əsrin 20-ci illərində Bankın dövriyyə sahəsindəki bankın ona birja agenti təssəvürü yaradırdı. Məlum olduğu kimi bunun üçün səbəb bankların birjada mütləq iştirakçısı olmasıdır. Onlar müstəqil əməliyyatları təşkil edə və qiymətli kağızların alış0verişi ilə bağlı əməliyyatları yerinə yetirə bilərlər. Lakin bankları nə tarixi, nə də məntiqi cəhətdən birja təşkilatlarının bir hissəsinə çevirmir. Özəl banklar birjalardan daha öncə, qiymətli kağızların alış-satışı bank əməliyyatlarının ancaq bir hissəsini təşkil edir.
2.Bank hüququnun predmeti və onun formalaşması.
Azərbaycan hüquq elmində bank dedikdə, fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 maddəsinə əsasən hüquüqi şəxs qanunla müəyyənləşdirən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək vəzifələri daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Bank ən azı üç hüquqi və fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri –kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.

Bankların fəaliyyət göstərməsi üçün xüsusi razılıq (lisenziyanın) alınması tələb olunur. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş xüsusi razılıq Fərmanı ilə təsdiq edilmiş xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahsına bank fəaliyyətidə daxil edilmişdir. Bank lisenziyası “ Banklar haqqında” Azərbaycan Respublikası qanununda müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xususi razılıqdır. Mərkəzi bank Bank lisenziyalarının verilməsində və ləğv edilməsində, verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Mərkəzi bank tərəfindən verildiyi gündən qüvvəyə minir.Bank hüququnun digər əsas institutu Bank olmayan kredit təşkilatıdır. Bu təşkilat öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.




  1. Bank hüququnun mənbəyi hesab edilən qanunvericilik aktları.

Bank hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar hüququn “çevik” olması ilə əlaqədar olaraq daima yeniləşir. Azərbaycanda bank hüququnun mənbələrinə aşağıdakılar aiddir:



  • Azərbaycan Respublikasının Konstitusiyası;

  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu:

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

  • Azərbaycan Respublikasının Mərkəzi bankı haqqında və kredit ittifaqları haqqında Azərbaycan Respublikası qanunları;

  • Mərkəzi Bankın yuxarıda qeyd olunan NHA-ra müvafiq olaraq qəbul edilmiş normativ aktları;

  • Azərbaycan Respublikasının digər normativ hüquqi aktları;

  • Habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır.


  1. Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusu.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun Mərkəzi Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha deqiq müəyyən etmiş, Mərkəzi Bankın məsuliyyətinin və fəaliyyətinin şəfaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur. Qanun lahiyyəsi 12 fəsil və 66 maddədən ibarətdir. Öz növbəsində bu qanuna da müəyyən redaktələr, daha dəqiq ifadə etsək 2007-ci ildə 17 aprel, 9oktyabr və 6noyabr dəyişikliklər edilmişdir. Bu qanun Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilatı strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir. Bu qanunda ilk olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi statusu müəyyən edilmişdir. Bu statusa görə Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və bu qanunla müəyyən edilir ki, Mərkəzi Bank öz fəaliyyətində yuxarıda göstərilənləri və onlara əlavə olunaraq respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Bu qanunda Mərkəzi Bankın digər kommersiya banklarından fərqləndirən əsas cəhətlər sırasına biride əlavə edilmişdir. 4-cü maddədə deyilir ki, mənfəət əldə etmək Mərkəzi Bankın əsas vəzifəsi deyildir. Lakin Mərkəzi Bank bir bank olaraq mənfəət əldə edə bilər və bu mənfəət qanuna müvafiq olaraq, həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır. Əldə olunan 12 –ci maddəyə əsasən kapital ehtiyatlarının formalaşmasına yönəldilir, formalaşmadan sonra qalan sərbəst qalıq isə dövlət büdcəsinə köçürülür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, qanunda göstərilir ki, Mərkəzi bankın nizamnamə kapitalı 50 milyard manatdır. Qeyd olunur ki, Mərkəzi Bankın əsas məqsədləri olaraq qiymətlərin sabitliyinin təmin edilməsi və bank sistemlərinin inkişafının təmin etməkdir. Növbəti 5-ci maddədə isə öz məqsədlərinə nail olmaq üçün Mərkəzi bankın funksiyaları belə sadalanır.



  • Dövlətin pu və valyuta siyasətini müəyyən edir;

  • Manatın məzənməsinə mütəmadi olaraq nəzarət edir;

  • Valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl valyuta ehtiyyatlarının saxlayır;

  • Bank sisteminə nəzarəti həyata keçirir;

  • Pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını təmin edir.


MÖVZU 8.SAHİBKARLIĞIN HÜQUQİ ƏSASLARI
PLAN
1.Sahibkarlıq hüququnun predmeti və obyekti

2. Sahibkarlıq hüququnun prinsipləri

3. Sahibkarlıq hüququnun sistemi

4.Sahibkarlıq fəaliyyətinin konistitusiya əsasları

5. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsində digər normativ aktlar.

ƏDƏBİYYAT SİYAHISI
1.H.Rzayeva, T.Ə.Paşa “ Azərbaycanda sahibkarlığın inkişafının bazar mezanizmləri” Bakı, 2008

2.A.Aslanov “Sahibkarlıq hüququ” Bakı, 2008

3.”Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının” qanunu

4. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının qanunu

5. “ Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı

6. Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı




  1. Sahibkarlıq hüququnun predmeti və obyekti

Sahibkarlıq fəliyyətinin hüquqi anlayışı respublikamızda ilk defə “Sahibkarlıq fəaliyyəti haqqında” 1992-ci ildə 15 dekabr tarixli qanun 1-ci maddəsində verilmişdir. Qanun əsasən sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi fiziki şəxslərin adından qanunvericilikdə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsində sahibkarlıq fəaliyyətinə təxminən eyni məzmunda bir qədər fərqli formada anlayış verilərək göstərilmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil sürətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

Sahibkarlıq fəaliyyətinin əsas əlamətləri və konkret hüquqi xarakteristikası yuxarıda qeyd edilən qanunlarda öz əksini tapsa da, həmin anlayışın üzərində daha ətraflı dayanmaq onun səciyyəvi cəhətlərini və özünəməxsus keyfiyyət xüsusiyyətlərini təhlil etmək məqsədə müvafiqdir.

Birincisi sahibkarlıq fəaliyyətib iqtisadi fəaliyyətinin bir növüdür. Sahibkarlıq fəaliyyətinin bu ilkin və ən mühüm səciyyəvi keyfiyyət xüsusiyyətini əks etdirən həmin əlaməti Azərbaycan Respublikasının 59-cu maddəsində öz əksini tapsa da, istər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, istərsədə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun yuxarıda qeyd edilən normalarında demək olar ki, diqqətdən kənarda qalmışdır. Şübhısiz ki, hər iki normativ hüquqi akt konistitusiya normasına uyğunlaşdırılmalıdır.

İkincisi, sahibkarlıq fəaliyyəti hüquqi və fiziki şəxsin müstəqil sürətdə həyata keçirdiyi fəaliyyətdir. Təsadüfi deyildir ki, “ Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun preambulasında, həmin qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qəraralar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldiyi göstərilmişdir.

Üçüncüsü, sahibkarlıq fəaliyyəti sahibkarların öz riski ilə həyata keçirdiyi fəaliyyətdir. “Sahibkarın öz riski” və yaxud “kommersiya riski” və ya “ ticarət riski” ifadələrin işlənilmə formasından və müxtəlif təsirlərindən asılı olmayaraq, bu anlayış sahibkarlıq fəaliyyətinin mühüm keyfiyyət xüsusiyyətlərindəndir.

Azərbaycan Respublikasının sahibkarlıq hüququ – müstəqil dövlətmizin hüquq sisteminin tərkib hissəsini təşkil edir. Odur ki, sahibkarlıq fəaliyyəti sahəsində ictimai münasibətlərin, eyni zamanda sahibkarlıq fəaliyyəti sahəsində olmasa da onunla bilavasitə sıx əlaqədə olan digər qeyri- kommersiya münasibətlərin (sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi, müdafiəsi və dəstəklənməsi, antiinhisar fəaliyyəti, haqsız rəqabətə qarşı mübarizə istehlakçıların hüquqlarının müdafiəsi və s.) məcmusu təşkil edir.



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə