Mövzu İqtisadi münasibətlər sistemində hüquq plan


İnhisarçılıq fəaliyyətinin təzahür formaları və antiinhisar qanunvericiliyi



Yüklə 0,56 Mb.
səhifə4/8
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7833
1   2   3   4   5   6   7   8

İnhisarçılıq fəaliyyətinin təzahür formaları və antiinhisar qanunvericiliyi.

İnhisarlar istehsalın, kapitalın təmərgüzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etbarı ilə 19- cu əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Tədricən inhisarın inkişafı edə bir səviyyəyə gəlib çatmışdır ki, o bütövlükdə iqtisadiyyatı əhatə etməyə başlamışdır. Beləliklə, 19-cu əsrin sonlarına doğru cə xüsusilə də 20-ci əsrin 30-50-ci illərindən başlayaraq iqtisadiyyatda inhisarçılıq hakim bir mpvqeyə malik olmuşdur.

İnhisarçılıq fəaliyyəti xüsusi mülkiyyətdə olan təsərrüfat subyektlərinin yelverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət əldə etmək məqsədi ilə azad rəqabətə yol verilməsinə, onun qismən məhdudlaşdırılmasına və tamamilə aradan qaldırılmasına yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar:


  1. İnhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat subyektləri üçün qiymət qoymanın razılaşdırılması, xammal və satış bazarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətlər.

  2. Bazardakı hakim növlərindən istifadə edərərk inhisar qiyməti aləti ( aşağı inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına yönəldilmiş fəaliyyətdir.

İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən məhsul buraxılışının həcmi rəqabət şəraitində mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. İqtisadiyyatda inhisarçılığı əhatəliyi baxılmından aşağıdakı kimi qruplaşdırmaq olar.



  1. Dövlət inhisarçılığı:

  2. İstehsal inhisarçılığı:

  3. Təbii inhisarçılıq:

  4. Sahə inhisarçılığı:

  5. Yerli inhisarçılıq:

  6. Maliyyə-kredit inhisarlığı:

  7. Pantet-lisenziya inhisarlığı:

  8. Təsərrüfat subyektlərinin inhisarçılığı:

  9. Texnoloji inhisarçılıq:

  10. Istehlakçı inhisarçılığı və ya monopsoniya:


Haqsız rəqabət və onun aradan qaldırılması vasitələri.

“ Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən fəaliyyəti nəzərdə tutulur.” Ümumilikdə ədalətli rəqabət aparılması zamanı aşağıdakı vasitələrdən istifadə olunmalıdır:



  • Qiymətin aşağı salınması;

  • Məhsulun keyfiyyətinin yüksəldilməsi;

  • Reklam

  • Satışdan sonrakı xidmətin inkişaf etdirilməsi;

  • Elmi –texniki tərəqqi naliyyətlərindən istifadə etməklə yeni əmtəə və xidmətlərin yaradılması və s.

Buna baxmayaraq təcrübədə rəqaqbətin digər formalarda aparılmasına rast gəlinir ki, dövlətbu məsələ ilə əlaqədar tənzimləyici mexanizm formalaşdırır. Ümumilikdə haqsız rəqabətin aradan qaldırılmasına yönəldilmiş qanunvericilik bazası inkişaf etmiş bazar sistemli hər bir ölkənin tarixi təcrübəsinə əsaslanmaqla keçid dövrünü yaşayan ölkələrin də iqtisadi reallığını özündə əks etdirməlidir. Haqsız rəqabət əsasən aşağıdakı formalarda müşahidə edilir:

  • Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi:

  • Rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması:

  • Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

  • Haqsız sahibkarlıq fəaliyyəti;

  • Haqsız işgüzarlıq davranışı;

  • Istehlakçılarının çaşdırılması.

Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən antiinhisar siyasətinə əsaslanır. Antiinhisar siyasəti özündə antiinhisar qanunvericiliyi rəqabətin dəstəklənməsi və mühafizəsinə yönəldilmiş təsərrüfat və kommersiya hüquq normaları sistemində kompleks mexanizmdir.

İnkişaf etmiş ölkələrdə antiinhisar qanunvericiliyinin əsas prinsipi- inhisarçı əlaməti bazar payı ilə müəyyənləşdirmək deyil (baxmayaraq ki, bu mütləq nəzərə alınır), bazar subyektinin inhisarçı məqsədlərinin olması və onu həyata keçirməyə imkan verən bazar gücünün mövcudluğudur.

Antiinhisar və rəqabət siyasətinin həyata keçirilməsi zamanı dövlətin müdaxiləsinin başlıca məqsədi rəqabət mühitinin mühafizəsi və qorunub saxlanılmasından ibarədir ki, bu da hər cür inhisarlaşmanın bir proses kimi dayandırılmasını özündə ehtiva edir. Başqa sözlə, söhbət ən azı üç istiqamətli fəaliyyətin üzvü birliyinə nail olmaqdan gedir:


  1. İnhisarçı fəaliyyətin proses kimi dayandırılması, vəziyyət kmi isə məhdudlaşdırılması;

  2. Istehlakçı hüquqlarının mühafizəsi;

  3. Kiçik və orta biznesin inkişafına yardım göstərilməsi.

Ölkədə antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsində mövcud reallığın nəzərə alınması qaçılmazdır, əks tədqirdə, effektiv nəticə əldə etmək imkanları xeyli məhdudlaşa bilər. Qeyd etmək lazımdır ki Azərbaycan Respublikasında rəqabət münasibətlərinin tənzimlənməsində əsas normativ akt Azərbaycan Respublikasının Konustitusiyası sayılır. Azərbaycan Respublikasının Konustitusiyasın 15-ci maddəsinin 2-ci bəndinə əsasən:

Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

“Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Azərbaycan Respublikasının əsas qanununa əsaslanaraq rəqabətin qorunması və antiinhisar qanunvericiliyi sahəsində müxtəlif normativ hüquqi aktlar qəbul olunmuşdur ki, bunlara da Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin formaları, Nazirlər Kabinetinin qərarları daxildir. Bu sahədə qəbul olunmuş əsas qanunlar sırasına “Antiinhisar fəaliyyəti haqqında”, Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”. “Reklam haqqında”, Təbii inhisarlar haqqında”. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunları daxildir..


Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir:

  • Rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;

  • Digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması;


Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzundan salınması

Rəqibin təsərrüfat fəaliyyətini nifuzdan salmağa gətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir.



  • Digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması;

  • Rəqibin elmi-texniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması.


Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
Rəqibin təsərrüfat fəaliyyətinə məqsədi güdən aşağıdakı hərəkətlərə yol verilmir:

  • Rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması,kəsilməsi və dayandırılması;

  • Rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.


Haqsız shibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

  • Bazar subyektinin elmi-texniki, istehsal və ya ticarət fəaliyyətinə dair məlumatların o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması;

  • Rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;

  • əmtəələrin məcburi əlavə çeşidlə satışı;

  • müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;

  • qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.


Haqsız işgüzarlıq davranışı
İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

  • müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əl çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;

  • rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər)edilməsi və belə əlaqələrin yaradılmasına meneçilik törədilməsi.



İstehlakçıların çaşdırılması
Bazar subyektlərinin istehlakçıları çaşdırmağa aşağıdakı hərəkətlərinə yol verilmir:

  • əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;

  • əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;

  • b xəmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması;

  • əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi:

  • əmtəənin öz təyinatına, ya onas qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.

4.Antiinhisar Dövlət Xidməti və onun hüquqi statusu.
Rəqabət siyasətində aktiv rol oynayan elementlərdən biri də rəqabət qrumudur. Bu zaman rəqabət qrumunun gücü rəqabət siyasətinin formalaşdırılmasında əsas amil kimi götürülür.

Azərbaycan rəqabət qrumu olan Antiinhisar Dövlət Xidmətinin qarşısında qoyulmuş vəzifə bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlıdır, yarandığı dövrdən onun əsas vəzifəsi rəqabətin inkişafını təmin etməkdən, istehlakçıların mənafeyinə və iqtisadiyyatın rəqabət qabiliyyətli strukturunun formalaşmasına təsir edən məneələri aradan qaldırmaqdan, rəqabət mübarizəsinin haqsız üsullarını məhdudlaşdırmaqdan ibarət olmuşdur.

Azərbaycan Respublikasında ilk antiinhisar siyasəti orqanı 1992-ci ildə dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi kimi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11iyul tarixli 495 nömrəli Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının İqtisadi inkişaf Nazirliyinin tərkibinə Antiinhisar Siyasəti Departamenti təşkil edilımişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında “28 dekabr 2006-ci il tarixli 504 saylı Fərmanına əsasən İqtisadi inkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılmışdır.

Antiinhisar Dövlət Xidməti rəqabət, inhisarçı bazar subyektlərinin fəaliyyətinin tənzimlənməsi kimi cəmiyyət və dövlət üçün xüsusi vacib əhəmiyyət kəsb edən bir işlə məşğuldur. Tarixi baxımdan bu məfhumlar cəmiyyətin, dövlətin və iqtisadiyyatın daimi problemləri olmuşdur. Bu problemlərin uğurla həll olunduğu cəmiyyətlər dünyada sivil cəmiyyət hesab olunur. Çünki, bu problemlərin həll nəticədə ədalət, halallıq və azad inkişaf kimi üst quruma aid problemləırin həllinə gətirib çıxarır.

Antiinhisar fəaliyyət və rəqabətin qorunmasına nəzarəti həyata keçirən bir mərkəzi icra hakimiyyəti orqanı kimi, ADX ölkədə əmtəə və xidmət bazarlarını və rəqabət mühitini öyrənir, onların monitorinqi keçirir və analizlər edir. Həmçinin təsərrüfat subyektlərindən və əhalidən nəzarət etdiyi sahələrin işi ilə bağlı daxil olmuş ərizə və şikayətləri araşdırır Antiinhisar Dövlət Xidməti həmçinin, nəzarət etdiyi sahələrdə baş verən qanun pozuntularının qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun təsərrüfat subyektləri ilə bağlı araşdırmalar aparır , iş qaldırır, xəbərdarlıq edir, maliyyə sanksiyası, cərimələr təyin edir və icrası məcburi olan göstərişlər verir.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət xidməti haqqında Əsasnaməyə görə Azərbaycan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar, o, cümlədən rəqabət təbii insanlar və reklam haqqında qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması , əmtəə və xidmət (o cümlədən, maliyyə xidmətləri) bazarlarında rəqabətin qorunması bu sahələrdə qanun pozuntularının aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təyin edən icra hakimiyyəti orqanıdır.



Mövzu 5. Maliyyə hüququnun əsasları

PLAN


  1. Maliyyə hüququnun anlayışı və maliyyə münasibətləri.

  2. Maliyyə hüququnun institutları.

  3. Maliyə nəzarəti və dövlətin maliyyə nəzarətinin hüquqi təminatı.


ƏDƏBİYYAT SİYAHISI


  1. Mirzəyeva A.Q.Maliyyə hüququ. Dərslik. Bakı, Deqista, 2008

  2. Павлов П.В.Финансовое право. Учебное пособие. Москва, Книжный Дом, 2007

  3. Коровяковский Д Г., Панамаренко В.Е. Финансовое право. Уцебно пособие, Москва, Книжный мир, 2009

  4. Горбунова О.Н.Финансовое право, Уцебник, Москва, 2006

  5. “ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu

  6. “Mərkəzi bank haqqında” Azərbaycan Respublikasının qanunu

  7. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu

  8. “ Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunu



  1. Maliyyə hüququnun anlayışı.

Maliyyə hüququ spesifik ictimai münasibətlər dairəsini maliyyə münasibətlərini əhatə edir. Maliyyə dövlətin öz vəzifə funksiyalarını həyata keçirilməsi üçün tətbiq etdiyi bir iqtisadi mexanizim olmaqla ümumi daxil məhsulun və milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi mexanizmi, habelə istehsal və ictimai təlabatların ödənilməsi üzərində nəzarət vasitəsidir. Maliyyə və onunla bağlı münasibətlər bir qayda olaraq mütləq pul münasibətləridir. Bununla belə cəmiyyətdə başqa xarakterdə olan pul münasibətləridə baş verir. Məsələn alqı-satqı, inzibati cərimələr, əmək haqqı, tədarük və s. ilə bağlı münasibətləridə pul münasibətləridir. Lakin adları çəkilən münasibətlər müvafiq sürətdə mülki hüquq, inzibati hüquq, əmək hüququnun təsir dirəsinə daxildir. Maliyyə isə elə pul münasibətlərini nəzərdə tutur ki, bu zaman dövlətin ərazi vahidlərinin, müəssisə idarə və təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və ya istifadə olunması həyata keçirilmiş olur. Beləliklə də maliyyə münasibətləri bir qayda olaraq mütləq pul münasibətləridir, lakin heç də bütün pul münasibətləri maliyyə münasibətləri hesab oluna bilməz.

Maliyyə sistemi bir kateqoriya kimi bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə inustutlarının (həlqələrinin) məcmusundan ibarətdir. Maliyyə inustutlarının (həlqələrinin) köməyi ilə dövlət pul vasitələri toplayır, bölüşdürür və xərcləyir. Maliyyə özlüyündə “fondlar sistemi və hüquq inustutları sistemidir”. Hüquq inustutları sistemi pul vəsaiti fondlarını təmin edir. Bu baxımda hazırda Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq inustutları aşağıdakılardır:



  1. Dövlət maliyyəsi;

  2. Müəssisələrin idarələrin və təşkilatların maliyyəsi;

  3. Kredit fondu;

  4. Dövlət sığorta fondu;

Maliyyə sistemi yuxarıda adları çəkilən həlqələri həm respublika səviyyəsində həm də yerli inzibati ərazi vahidləri çərçivəsində yaradılır. Maliyyə sisteminin hər bir həlqəsi müəyyən qrup maliyyə münasibətlərini əhatə edir. Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqəsi olan dövlət maliyyəsi özlüyündə bir neçə fondlardan ibarətdir. Bu fondlar içərisində xüsusi yeri büdcə tutur. Bunlara respublika və yerli büdcələr aiddir. Büdcə ümumdövlət və ya yerli sosial- iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Büdcə əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkilk olunur.

Maliyyə hüququ Azərbaycan Respublikasının hüquq sistemində özünəməxsus yer tutaraq, göründüyü kimi predmetin əsasını maliyyə münasibətlərini təşkil edən hüquq sahəsidir. Maliyyə münasibətləri başqa münasibətlərdən bir sıra əlamətlərinə görə fərqlənir.



  • Maliyyə münasibətləri bir qayda olaraq pul münasibətidir.

  • Maliyyə münasibətləri pul vasitələrinin bölgüsü münasibətləridir.

  • Maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir, burada pul vəsaitlərinin yalnız birtərəfli hərəkəti vardır;

  • Maliyyə münasibətləri pul vasitələri maliyyə ehtiyyatları formasında hərəkət edir.

Bu əlamətlər maliyyə hüququnun spesifik tənzimetmə dairəsinə malik olmasına sübut edir. Maliyyə hüququ ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində meydana çıxan ictimai münasibətləri nizama salan hüquq normalarının məcmusudur.

Bazar münasibətlərinin müasir inkişafı şəraitində bir daha sübut olur ki, maliyyə hüququ hazırda ən zəruri sahələrdən biridir. Belə ki, dövlət bazar münasibətləri şəraitində maliyyə mexanizmlərindən bazar iqtisadiyyatını idarə etmək üçün istifadə edir. Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə ümumi hüquqdur. Ümumi hüquq olmaqla, maliyyə hüquq münasibətlərində dövlət iradəsi, dövlətin mənafeyi əsas yer tutur. Beləliklə, maliyyə hüququ müstəqil hüquq sahəsi kimi həmin sahələrin normaları ilə nizama salınan ictimai münasibətlər dairəsinə, yəni özünün predmütinə malikdir. Maliyyə hüququnun predmentini dövlət və bələdiyyələrin həyata keçirdikləri maliyyə fəaliyyəti prosesində meydana çıxan proseslər təşkil edir.

Maliyyə hüququnun predmetini təşkil edən maliyyə münasibətləri maliyyə fəaliyyətin funksiyalarına görə aşağıdakı qaydada qruplaşdırılır.


  1. Pul vasitələri fondunun səfərbər olması ilə münasibətlər;

  2. Dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər;

  3. Maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər;

  4. Maliyyə ehtiyyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər;

  5. Pul nişanlarının emissiyası ilə əlaqədar münasibətlər.




  1. Maliyyə hüququnun insititutları.

Dövlətin maliyyə fəaliyyətini tənzim edən hüquq normaları maliyyə hüququnun özündə müəyyən hüquq insitutlarında cəmləşmişdir. Hüquq insitutu hüquq sahəsi daxilində müəyyən dar çərçivədə eynicinsli ictimai münasibətləri tənzim edən qarşılıqlı əlaqəli və qarşılıqlı surətdə şərtləşən hüquq normaları qrupuna deyilir.

Maliyyə hüququ daxilində onların yerləşməsi qaydası və tədqiq edilməsi dövlətin maliyyə fəaliyyəti sahəsində ictimai münasibətlərin özlərinin sistemi ilə obyektiv olaraq şərtləndirilir. Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ iki hissədə-ümumi və xüsusi hissələrdən ibarətdir.

Maliyyə hüququnun ümumi hissəsinə dövlətin maliyyə fəaliyyətinin ümumi prinsipləri, hüquqi forma və metodlarını nizama salan normalar aiddir. Burada maliyyə hüquq münasibətlərinin və maliyyə hüquq institutlarının əsaslar möhkəmləndirilir. Ümumi hissədə dövlətin maliyyə nəzarətinin əsasları tədqiq olunur.

Mliyyə hüququnun xüsusi bir hissəsi maliyyə hüququnun müəyyən elmi əsaslandırılmış qaydada və məntiqi ardıcıllıqla düzülmüş və bir-birilə obyektiv əlaqədə olan hüquq institutlarından ibarətdir. Məsələn, maliyyə hüququnun şübhəsiz ki, əsas insitutu büdcə hüququdur. Belə ki, məhz büdcə sistemində dövlət hakimiyyət orqanlarının fəaliyyətini təmin edən əsas maliyyə ehtiyatları cəmləşir. Həmin bölmədə yaranan ictimai münasibətləri tənzim edən hüquq insitutlarına nisbətən həlledici yer tutur.

Maliyyə hüququnun vahid mənbəyi yoxdur, yəni bu sahədə vahid məcəllə yoxdur. Lakin maliyyə hüququnun mühüm institutlarından biri olan vergi hüququnun mənbəyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul olunmuş və hazırda qüvvədədir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi 11 iyul 2000-ci il tarixdə qəbul olunmuş və 2001-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergiqoyulmanın əsasları, vergi sistemini, vergi qanunvericiliyini, vergi orqanlarının sistemini və onların fəaliyyətinin ümumi prinsipləri ayrı-ayrı vergilərin alınması qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının maliyyə sistemində dövlət büdcəsi mühüm yer tutur. Dövlət büdcəsi maliyyə sisteminin mühüm həlqəsi olan dövlət maliyyəsinin tərkib hissəsini təşkil edir. Büdcə -dövlətin zəruri atributudur. Dövlət və yerli büdcələrin pul vasitələri ilə dövlət və yerli əhəmiyyətli iqtisadi və sosial məsələlər öz həllini tapır, dövlət hakimiyyəti və yerli özünü idarə orqanlarının qarşısında duran vəzifələr həyata keçirilir.

Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə üç aspektdən yanaşmaq lazımdır. Büdcə- iqtisadi kateqoriya kimi; 2) büdcə-maddi mənada ; 3) büdcə -hüquqi kateqoriya kimi.



  1. Maliyyə nəzarəti və dövlətin maliyyə nəzarətinin hüquqi təminatı.

Iqtisadiyyatı idarəetmənin müstəqil funksiyası olmaqla dövlət nəzarəti ümumilikdə idarəetmə prosesinin mühüm mərhələsidir. Bu mərhələdə əldə olunmuş nəticələr qəbul olunmuş qərar və normativ göstərişlərin tələbləri ilə müqasiyə edilir. Həmin tələblərin pozulması hallarında onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Dövlət nəzarətinin mühüm növlərindən biridə maliyyə nəzarətidir. Maliyyə nəzarətinin zəruriliyi iqtisadi kateqoriya kimi maliyənin özünün nəzarət funksiyasından irəli gəlir. Maliyyə nəzarətinin obyekti hər şeydən əvvəl pul münasibətidir.. Bütün maliyyə sistemi həlqələrində pul vəsaitlərinin yaradılması, bölüşdürülməsi və istefadə olunması münasibətləri baş verir və onlar üzərində dövlət nəzarətinin bir növü kimi maliyyə nəzarəti həyata keçirilir. Maliyyə nəzarəti ona görə vacibdir ki, pul vasitələrinin tam olaraq toplanması, məqsədyönlü və qanunauyğun sürətdə bölüşdürülməsi və səmərəli istifadə olunmasından dövlətin qarşısına qoyduğu vəzifələrin vaxtında və dəqiq həyata keçirilməsi aslıdır.

Dövlətin nəzaərtinin bütün növləri içərisində maliyyə nəzaərtinin xüsusi yeri vardır. Başqa nəzarət sahələrindən fərqli olaraq maliyyə nəzarətinin obyekti mərkəzləşdirilmiş yani ümumidövlət və bələdiyyə fondlarının və mərkəzləşdirilməmiş, yəni xüsusi sektorun pul fondlarının qanunvericilikdə müəyyən edilmiş qaydalarda təşkili, bölgüsü və istifadəsini nəzərdə tutan fəaliyyəti təşkil edir.

Maliyyə nəzarətinin həyata keçirilməsinin zəruriliyi yuxarıda qeyd edildiyi kimi maliyyənin xüsusi nəzarət funksiyasından irəli gəlir. Lakin bu hələ kifayyət etmir, ona görə ki, nəzarətin realizə edilməsi üçün xüsusi nəzarət orqanlarının mövcudluğu, onların ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, onların hüquq və vəzifələrinin dairəsi, müvafiq təşkilatı və metodiki şərtlərin mövcudluğuda zəruridir.

Maliyyə nəzarəti həm xüsusi istehsal, həm bütöv ictimai təkrar istehsalı sahələrini, habelə istehsaldan kənar sahələri əhatə edir. Maliyyə nəzarəti istehsal sahəsindən əlavə qeyri istehsal sahələrində də qanunçuluğa əməl olunmasını tənzim edir. Maliyyə nəzarətinin pul fondlarının planauyğun hərəkətinin müntəzəm yoxlanılması əsasında onlardan səmərəli istifadəni təmin edir. Beləliklə,maliyyə nəzarəti məhsulun iş və xidmətlərin istehsalı bölgüsü, mübadiləsi və istehlakı prosesində cəmiyyətə məxsus maddi və pul vasitələrinin istifadəsi üzərində dövlət nəzaərtinin mühüm həlqəsi hesab edilir.



Maliyyə nəzaərtinin məzmununu müəyyən etmək üçün maliyyə hüquq normaları ilə tənzim edilən münasibətlərdə qarşıya qoyulan vəzifələrə diqqət yetirmək lazımdır:

  • Müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq;

  • Hüquq və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitələrinin, bank sudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsədə uyğun surətdə istifadəsini yoxlamaq;

  • Müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması və saxlanılması qaydalarına əməl olunmasını yoxlamaq;

  • Istehsal və kommersiya fəaliyyətinin yüksəldilməsində onların daxili ehtiyatlarını aşkar etmək;

  • Maliyyə təsərüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək;

  • Dövlət büdcəsinə daxil olmaların artırılmasını təmin etmək;

  • Maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək.

Maliyyə nəzarətinin formaları maliyyə nəzarətinin müxtəlif əsaslarına görə fərqləndirilən növlərinin hamısında öz tətbiqini tapır. Bu səbəbdən “maliyyə nəzaərtinin növləri” anlayışı ilə eyniləşdirmək məqsədə müvafiq deyildir. Maliyyə nəzarəti formalarının əsasında formalrının əsasında yoxlamaların həyata keçirilməsi dövrü dayanır. Bu nöqteyi nəzərdən maliyyə nəzarətinin üç forması vardır:

  1. Ilkin nəzarət

  2. Cari nəzarət

  3. Sonrakı nəzarət

Maliyyə nəzarətinin növlərinə gəldikdə isə deməliyik ki onları müxtəlif əasalara görə fərqləndirmək olar. Maliyyə nəzarətini həyata keçirilən maliyyə nəzarəti;

  1. Ümumidövlət nəzarəti, yəni ümumi səlahiyyətli dövlət hakimiyyəti və idarəçilik orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti;

  2. Idarə nəzarəti , yəni nazirliklər və idarələr, yerli özünü idarə orqanlarının nəzarəti şöbələri tərəfindən onlara tabe olan müəssisə və idarələrə münasibətdə həyata keçirilən maliyyə nəzarəti.

Ümumiyyətlə maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növləri vardır:

  1. Parlamentnəzarəti;

  2. Prezident nəzarəti

  3. Ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti;

  4. Maliyyə-kredit orqanlarının nəzarəti;

  5. Idarədaxili nəzarət;

  6. Təsərrüfatdaxili nəzarət;

  7. Auditor nəzarəti;

Xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən maliyyə fəaliyyətinin məzmunundan asılı olaraq maliyyə nəzarətinin növlərini bu şəkildə də qruplaşdırmaq olar:

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə