Mövzu Sağlamlıq imkanları məhdud uşaqlar Plan: Sağlamlıq imkanları məhdud olan uşaqlar



Yüklə 461,41 Kb.
Pdf görüntüsü
səhifə19/38
tarix13.02.2022
ölçüsü461,41 Kb.
#83725
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
Xüsusi-müəssisələrə-uşaqların-seçilməsinin-psixo-patoloji-müayinə-üsulları-конвертирован-1

Plan: 

1.

 

Əqli gerilik anlayışı və onun növləri 

2.

 

İntellektual gerili olan uşaqların əsas xüsusiyyətləri 

3.

 

Xəstəliyin etiologiyası 

4.

 

XBT 10-na əsasən verilən təsnifat 

5.

 

Ləngimiş psixi inkişaf 

Ədəbiyyat siyashısı: 

1.

 

Psixiatriya- N.V.İsmayılov 

2.

 

Anomal inkişafın psixiologiyas- E. İ.Şəfiyeva 

XX  əsrdə  alman  psixiatrı  Emil  Krepelin  əqli  çatızmazlığın  səbəblərini 

aydınlaşdırdı  və  anadagəlmə  ağıl    geriliyini  oliqofreniya  adlandırdı.  Oliqofreniya 

yunanca  “oligo”-az,  “frenicus”-ağıl,  idrak  deməkdir.  Ümumdünya  Səhiyyyə 

Təşkilatının açıqlamasına görə, əqli gerilik bütün ölkələr üzrə  1-3%-dir. 1992-ci 

ildə oliqofreniya 3 dərəcəli bölgüsü qəbul olunmuşdur. Amma bu təsnifat sonralar 

dəyişdirildi. Oliqofreniyanın təsnifatı aşağıdakı kimidir:  

 

 



 

 

Yüngül  dərəcəli-Nitq  qabiliyyətləri  zəif  olsada,  yaxşı  təşkil  edilmiş 



proqramlar nəticəsində mürəkkəb olmayan əmək vərdişlərinə alışma mümkün olur. 

Adi məktəblərdə çətinliklə oxuyurlar, yardımçı məktəblərdə daha yaxşı təhsil ala 

bilərlər. Oxumaq, yazmaq, saymaq kimi vərdişlərə yiyələnirlər. Təfəkkürləri əyani-

obrazlı xarakter daşıyır.   

 

 

 



 

 

 



 

 

 



Orta  dərəcəli-Bu  adamlar  sadə,  konkret  təfəkkürə  malikdir.  Söz  ehtiyatları 

kasaddır.  Müəyyən  əmək  vərdişləri  öyrədilir.  Qavradıqları  hadisələr  haqqında 

müəyyən informasiyaya malik olurlar. Onlara öyrədilmiş oxu vərdişləri sahəsində 

elementar cümləli nitqə sahib olurlar.  

 

 

 



 

 

 



Ağır  dərəcəli  oliqofreniya-Bu  nisbətən  daha  az  yayılmış  növüdür.  Nitq  və 

təfəkkürün inkişafdan qalması ilə xarakterizə olunur. Emosional reaksiyalar ancaq 

instiktlər  ətrafında  olur.  Özlərinə  xidmət  edə  bilmədiklərindən  ötrü  pinti    və 

natəmiz görünürlər.  

 

 

 



 

 

 



 

 

 



Dərin  kəmağıllılıq-Bu  uşaqların  əqli  qabiliyyətləri  2-3  yaşındakı  uşaq 

kimidir.  Özünə  xidmət  vərdişləri  demək  olar  ki  yoxdur.  Həmişə  natəmiz 

görünürlər.  Onlarda  qeyri  ixtiyari  defekasiya  və    sidikburaxma  halları  olur. 

Onlarda təfəkkür prosesi inkişafdan qalır.    

 

 

 



 

 

Q.Y.Suxareva tərəfindən oliqofreniyanın aşağıdakı təsnifatını vermişdir: 



 

-  Ağırlaşmamış  forma-Bu  zaman  sensor,  motor  və  emosional,  intellektual, 

nevroloji sferalarda inkişafdan qalma müşahidə olunur. Bu uşaqlar çalışqan, dərsə 



çalışqan, dərsə çox güc sərf edən uşaqlardır.  

 

 



 

 

 



 

-Ağırlaşmış  forma-sinir  sisteminin  zədələnməsi  ilə  əlaqəlidir.  Burada  əsas 

səbəblər doğuş zamanı yarananan və postnatal inkişafla əlaqəlidir.   

 

 



- Apatik forma-burada yaranan pozuntular qismən ola bilər.  

 

 



İntellektual geriliyi olan uşaqların aşağıdakı xüsusiyyətləri vardır: 

 

 



-Motorika  bacarıqlarının  inkişafında  gerilik  (qarşıya  qoyulan  məqsədə  çata 

bilməmək, yaxud gec çatmaq)   

 

 

 



 

 

 



 

 

-Nitqlərini davam etməkdə çətinlik;   



 

 

 



 

 

 



-Öz tələbatlarını ödəməkdə çətinlik;   

 

 



 

 

 



 

-Plan qurmaq və problemi həll etməkdə çətinlik;   

 

 

 



 

-Davranış və sosial problemlər;  

 

 

 



 

 

 



 

-Sosial qaydalarını anlamaqda və onları davam etdirməkdə çətinlik;   

 

-Yeni situasiyaya uyğunlaşmaqda çətinlik.    



 

 

 



 

 

Bu insanlar intellektual sferada baş verən problem bütün sferalara öz təsirini 



göstərir.  Əqli gerilik oğlanlarda qızlara nisbətən 2 dəfə daha çox özünü göstərir. 

Amerika Psixiatriya Assosiasiyası Veksler şkalasına əsasən əqli geriliyin aşağıdakı 

növlərini müəyyən etmişdir:   

 

 



 

 

 



 

 

 



-Yüngül dərəcədə əqli gerilik: İQ göstəricisi 55-69 

 

 



 

 

-Orta dərəcədə əqli gerilik: İQ göstəricisi 40-45 



 

 

 



 

 

- Ağır dərəcədə əqli gerilik: İQ göstəricisi 25-39   



 

 

 



 

- Ən ağır dərəcədə əqli gerilik: İQ göstəricisi 24 və aşağı  

 

 

 




Yüklə 461,41 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə