125
daxil olmaqla, hər bir növü üçün ümumi olan xarakteristikalar
mövcuddur:
Məqsəd – insanın həyati situasiyalara arzu etdiyi şəkildə
reaksiya vermək qabiliyyətinin formalaşmasında ona yardım
etməkdir;
Pozitiv terapevtik münasibətlər psixoterapiya prosesində
vacib, lakin effektiv psixoterapiya
üçün yeganə olmayan
şərtdir;
Ehtimal olunur ki, əksər problemlər natamam və ya yalnış
sosial öyrənmə proseslərindən doğur;
Terapevt-kliyent
münasibətləri
―həkim-müalicə olunan
pasiyent‖ münasibətlərindən çox ―trener-treninqə
məruz
qalan‖ münasibətləridir.
Öyrənmənin
terapevtik
prosesdən
gündəlik
həyata
köçürülməsi prosesi (generalizasiya) avtomatik deyil,
tapşırıqların (o cümlədən ev tapşırıqlarının) qanunauyğun
ardıcıllıqla yerinə yetirilməsi vasitəsilə həyata keçirilən
məqsədyönlü prosesdir;
Terapevtlər müəyyən olunmuş
diaqnostik kateqoriyalar,
əlamətlər, qlobal təsvirlər dilindən imtina edərək, davranış və
əməli təsvirlərdən istifadə edirlər;
Pasiyentin şikayət və simptomları onun gizli problemlərinin
və daxili konfliktlərinin reprezentatorları deyil, reallıq və
psixoterapiyanın obyekti kimi qəbul olunur;
―psixoterapevtik
saziş‖in
prinsipinə
əməl
olunur:
psixoterapevt və pasiyent işin başlanğıc mərhələsində
psixoterapiyanın konkret
məqsədləri və məqsədin əldə
olunmasının obyektiv (davranış) meyarları barədə yekdil rəyə
gəlirlər.
Beləliklə, koqnitiv-bihevioral oriyentasiyalı sosial işin (cognitive-
behavioral social work) formalaşmasına təsir edən başlıca koqnitiv-
bihevioral ideya və dəyərlər aşağıdakılardır:
İnsan davranışının rasionallığı-irrasionallığı;
Davranışı idarə etmək imkanı;
126
Davranışın daxili və xarici faktorlarının qarşılıqlı
determinizmi prinsipi;
Davranışın
özünənəzarət,
özünütənzim,
özünümöhkəmləndirmə,
özünüqiymətləndirmə,
özünüdərketmə imkanı və bunların vacibliyi;
Davranışın özünün səmərəliliyi;
Gələcək davranışı proqnozlaşdırmaq imkanı;
―Psixi sağlamlıq‖, konstruktiv alternativizm, yeni təcrübənin
inkorporasiyasına hazırlıq,
özünə maraq, ictimai maraq,
frustrasiyaya davamlılıq, çeviklik, qeyri-müəyyənliyin
qəbulu, yaradıcı
planlara istiqamətlənmə, rasional realist,
―elmi‖ təfəkkür, özünü qəbuletmə,
öz emosional
təzahürlərinə görə məsuliyyət daşımaq.