120
Bəzi kliyentlərin psixoloji vəziyyəti yaxşılaşmırdı və ya bu proses uzun
sürmürdü, yaxud da kliyentlər bu metodun müəllifləri ilə terapevtlərlə
yaxşılaşma baş verəndən sonra da işləməkdə davam edirdilər.
TKQ-nin əsas müddəaları.
Terapevtik koqnitiv qiymətləndirmə öz başlanğıcını sistemin
elementlərinin qarşılıqlı əlaqəsini
nəzərdə tutan ümumi sistem
nəzəriyyəsindən götürür. TKQ-nin komponentlərini psixi proseslər,
affekt, davranış və idrak təşkil edir. ―Affekt‖ termini, əsasən subyektiv
emosional hisslərə və duyğulara şamil olunur.
Tədqiqatlar göstərdi ki, əqidələrin
dəyişməsi yeni emosional
reaksiyalara gətirir. Bu, ―qorxmuş heyvanın‖ emosiyaları adlana bilər:
heyvan təqdim olunan stimulu təhlükəli kimi qiymətləndirərək ona
qorxu və qaçışla cavab verir. D.Vekslerin modelində bu emosional
epizod aşağıdakı addımlardan ibarətdir:
1.
Stimul;
2.
Stimulun bilinməsi;
3.
Müşahidə olunan stimulun gizli təsviri;
4.
Təqdim olunan stimul barədə nəticəyə gəlmə;
5.
Qiymət;
6.
Qiymətlə müəyyən olunan emosional reaksiya;
7.
Necə reaksiya vermək barədə qərar və davranış reaksiyası;
8.
Davranış reaksiyasına nəzərən əks əlaqə (möhkəmləndirmə).
Heyvanlardan fərqli olaraq insanlar
xarici stimullardan əlavə,
daxili stimullara, həmçinin öz hiss və fikirlərinə də reaksiya verirlər.
TKQ-də nəticə və qiymətlər şəxsi həyat qaydalarına əsaslanır. Bu,
təbii və sosial dünyada mövcud olan qarşılıqlı asılı və səbəb-nəticə
münasibətlərinin, eləcə də, əxlaqi prinsiplərin
və sosial dəyərlərin fərdi
versiyalarıdır.
İnsanlar adət olunmuş emosiyalara malikdirlər, yəni onlar bəzi
emosional hisslərə alışmışlar. Adəti emosiyaları qoruyub saxlamaq üçün
onlar danışdıqlarını və etdiklərini öz hissləri ilə uzlaşdırmalıdırlar. Adəti
emosiyalar onları saxlayan və bərpa edən davranış və idrakdan
121
asılıdırlar. İnsanlar bəzi hisslərə
adət etməklə kifayətlənmirlər, onlar
yenidən bu hissləri yaşamalıdırlar ki, psixoloji təhlükəsizlik duysunlar.
İnsanlar özlərini tanış mühitdə yaxın adamlarla daha rahat və
təhlükəsiz hiss edirlər. Adət olunmuş dost münasibətlərinin çoxluğu
darıxdırıcı, yeniliklərin çoxluğu isə təhlükəli ola bilər. TKQ-yə görə hər
bir insanın dərkolunmaz həyat qaydaları vardır və bu qaydalar insanın nə
hiss etməsini müəyyən edirlər.
Şəxsi-tipik affektlər mənfi olduqda (məsələn, narahatlıq, qəzəb)
insanları bu mənfi hisslər ―istehsal edən‖
təcrübəni axtarmağa təhrik
edirlər. Başqa sözlə, insan neqativ, lakin adəti affektlərsiz ―acından ölür‖
və onları hər yerdə arayır. Eyni zamanda o, ―özünü yaxşı hiss etmək
yaxşıdır‖ mədəni normanı şüurlu olaraq qəbul edir. İnsanın şüurlu istəyi
ilə dərk olunmayan istəyi arasındakı bu uyğunsuzluq onu çaşdırır və
yardım axtarışına sövq edir.
İnsan təbiəti haqqında əksər psixoloji müddəaların təməlində
gedonizm prinsipi durur. Bu prinsipə görə bütün canlı varlıqlar, o
cümlədən
insanlar həzz, ləzzət arzulayır, ağrıdan, əzabdan isə qaçırlar.
Mənfi şəxsi-tipik affektə olan tələbat isə, bu prinsipə münasibətdə istisna
haldır.
Şəxsi-tipik affektlərə xidmət edən davranış reaksiyaları
Dostları ilə paylaş: