Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi


sosial -psixoloji treninqdən



Yüklə 43,02 Kb.
səhifə14/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

sosial -psixoloji treninqdən (ing. tranin - öyrənmək, hazırlamaq, məşq etmək ) istifadə olunur.

Sosial-psixoloji treninq sosial psixologiyanın tətbiqi məsələlərindən biridir. Özünü dərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir. Sosial-psixoloji terininq prosesində başlıca vasitə kimi müxtəlif modifikasiyalarda tətbiq edilən qrup disskussiyalarından və rollu oyunlardan istifadə olunur.

Sosial-psixoloji treninqin köməyi ilə bir tərəfdən ünsiyyət sahəsində həyati çətinliklərlə rastlaşmış adamlarda kommunikativ hazırlığı təkmilləşdirilir; digər tərəfdən isə adamlarla bağlı olan peşə sahiblərində - rəhbər işçilərdə, pedaqoqlarda, tibb işçilərində, idman məşqçilərində vəb. da xüsusi kommunikativ vərdişlər yaradılır.

Sosial-psixoloji treninq ideyasını mahiyyət etibarilə K.Levin irəli sürmüşdür. Z.Freydin psixoanaliz, C.Morenonun sosiometriya nəzəriyyəsində vəs.-də də müəyyən dərəcədə öz əksini tapmışdır. Lakin bununla belə sosial-psixoloji treninqi ilk dəfə praktik surətdə amerika psixiatrı K.Rocers 1947-ci ildə tətbiq etməyə başlamışdır.

Rocers fərdin davranış aləminə xüsusi əhəmiyyət verirdi. Onun fikrincə fərdin davranışı guya onun qavrayışı ilə müəyyən olunur, o reallığı necə qavrayırsa, ona elə də reaksiya göstərir. İnsanın ətraf gerçəkliyi və özünü qavraması sahəsində dəyişikliklər baş verən kimi onun davranışında da dəyişiklik əmələ gəlir.

K.Rocers belə hesab edirdi ki, qrupda şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, adama özünün düzgün qiymətləndirildiyini hiss etmək imkanı verən xüsusi iqlim yaratmaq yolu ilə şəxsiyyətin özünütəkmilləşdirməsini təmin etmək olar. O, bu sahədə sosial-psixoloji treninqə böyük əhəmiyyət verirdi.

Sosial-psixoloji treninq məqsədilə xüsusi kiçik qruplar təşkil olunur. 1949-cu ildə bu qruplara T -qrup adı verildi ( T -


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə