Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi


Rol davranışının qanunauyğunluqları



Yüklə 43,02 Kb.
səhifə2/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

Rol davranışının qanunauyğunluqları—V.Şekspirin “ Bu sizin necədə xoşuna gələcəkdir”dramında “bütün dünya” teatra bənzədilir. Onun sözləri ilə desək “ bu teatrda kişilərin və qadınların hamısı aktyordur” onlardan hər biri müxt. rollar oynayırlar.

Doğrudan da belədir. Adamlar həyatda müxtəlif rollar ifa edirlər: Eyni bir adam məktəbdə müəllim, evdə ana, poliklinikada xəstə, avtobusda sərnişin rolunda çıxış edir.

T.Şabutani rol nəzəriyyəsinin əsas postulatlarını belə açıqlayır:

Hər bir adam hər hansı bir rol oynayır: fərd deyil, rol öyrənilməlidir...rollar öz-özlüyündə davranış terminləri ilə müəyyən oluna bilməz, o ancaq arşılıqlı hüquq və vəzifərə şablonu kimi araşdırılmalıdır.. Vəzifə ondan ibarətdir ki, insan oynadığı rola söykənərək onu oynamağ məcbur olduğunu hiss edir.Başqa adamlar da ondan bu vəzifəyə uyğun hərəkət etməyi gözləyir və tələb edir... Hər bir adam müəyyən rolda çıxış edərək həm də başqa iştirakçılara münasibətdə yönəlmiş ekspektasiyalar əm.gətirir və onu bu eksspektasiyaların xətrinə nə isəı etçəyə təhrik edir.. Rol oynamaq üçün rolun şərtləndiyi vəzifələri icra etməkdən və başqa adamlara münasibətdə öz hüquqlarını həyata keçirməkdən ibarətdir.

Rolların diapazonu və miqdarı insanın daxil olduğu münasibətlər sahələrinin—sosial qrupların və fəaliyyət nöpvlərinin diapazonu və miqdarı ilə müəyyən olunur. Əgər bir adam 5 qrupun, digəri 7 qrupun üzvüdürsə, onlardan birincisi müvafiq münasibətlər sistemində 5 rolda, ikincisi isə 7 rolda çıxış edir. Bəs bu rolların mahiyyəti nədən ibarətdir? İnsanın rol davranışının qanunauyğunluqlarını nə ilə izah etmək olar?

Rol nəzəriyyəçiləri ( C. Mid, C. Moreno) Şekspirin sözlərini dönə-dönə iqtibas gətirirlər. Onlar bu zaman teatr aktyorları ilə cəmiyyət üzvləri arasında müxt.oxşar cəhətlərə diqqəti cəlb edirlər; aktyorlar müəyyən rol ifadə edir, cəmiyyət üzvləri müəyyən mövqe tuturlar; aktyorlar pyesin mətninə əsaslanırlar, cəmiyyət üzvləri müəyyən normaları gözləməlidirlər: bir aktyor başqa aktyorun oynuna reaksiya göstərməlidir, cəmiyyət üzvləri isə bir-birlərinə reaksiyalarını qarşılıqlı surətdə nəzərə almalıdırlar.

C.Morenonun fikrincə, sosial təşkilat insanların davarnışını məhdudlaşdıran və ona istiqamət verən rollar şəbəkəsindən ibarətdir. Terminlərə diqqət yetirək: a) sosial təşkilat rollar şəbəkəsindən ibarətdir; b) insanların davranışı müvafiq rollarla müəyyən olunur. Rollar insanların davranışını bir tərəfdən məhdudlaşdırır, digər tərəfdən ona istiqamət verir. Bəs bu zaman insanların bir-birinə qarşılıqlı təsiri nə ilə şərtlənir? C.Mid suala belə cavab verir: qarşılıqlı təsirin təşkili ağıldan asılıdır. Əgər ağıl rolları qəbul etmək və təxəyyüldə fəaliyyətin alternativ variantlarını oynamaq qabiliyyətinə malik olmasaydı, fərdlər öz fəaliyyətini uzlaşdıra bilməzdilər.

Rol nəzəriyyəsinin əsas postulaları belədir; rol şəxsiyyətin hüquq və vəzifələrini bilavasitə əks etdirir.

Rolun hüquq və vəzifələri psixoloji baxımdan onun həm də başlıca cəhətini təşkil edir.İstər insanın özünün öz roluna, istərsə də başqa adamların onun toluna münasibəti məhz bunla bağlıdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda rol davranışında aşağıdakıları ayırd etmək olar: a) rol gözləmələri; b) rol konsepsiyası (mövqeyi)

Rol gözləmələri onların xüsusi halıdır. Özünün bu xüsusiyyətinə görə rol gözləmələri nisbətən konkret xarakter daşıyır və müəyyən bir rol davranışının normalarını ifadə edir.

Rol gözləmələri 2 tərəfli prosesdir. Hər hansı bir adam bir tərəfdən, başqa adamlardan onların öz rollarına uyğun davranış tərzi gözləyir: müvafiq situasiyada qadının özünün, tutaq ki, ana kimi, kişinin ata kimi aparacağını gözləyir. əgər ana və ata özlərini ətrafdakı adamların gözlədiyi kimi aparmırsa, onların arasında müxt. formada konfliktlər yaranır. Atalar bu mənadada uman yerdən küsərlər demişlər. Belə konfliktlərə rollararası konfliktlər deyirlər. Digər tərəfdən hər bir adam başqa adamların ondan ( daha doğrusu, onun rolundan) nə gözlədiyini bilir və özünü müvafiq rol gözləmələrinə uyğun aparır. Bu nöqteyi nəzərdən rol gözləmələri sosial qrupda qarşılıqlı təsir və münasibətlər sistemini özünəməxsus şəkildə tənzim edir.


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə