Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi


İnsanların bir - birlərini qavramaları



Yüklə 43,02 Kb.
səhifə5/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

İnsanların bir - birlərini qavramaları. Sosial psixoloji tədqiqatlar göstərir ki, insanlar bir-birlərini qavrayarkən bir tərəfdən özlərinin fiziki simasını, digər tərəfdən sosial simasını qavrayırlar.

1. Fiziki simanın qavranılması haqqında. İnsanlar bir-birlərini qavrayarkən adətən zahiri görkəmin : boy, buxun, göz, qaş, saç, bədən vəs. kimi atributlarına nəzər yetirirlər. Bu qanunauyğun cəhətdir. İnsanın fiziki simasının elelmentləri olduqca çoxdur. Lakin psixoloji tədqiqatlar göstərir ki, insanın insan tərəfindən qavranılması prosesində onların hamısı eyni dərəcədə rol oynamır. Bu baxımdan bəzi elementlərin xüsusilə saç, göz, burun, dodaqlar və s. nin əhəmiyyəti daha böyükdür.. Onlar insanın insan tərəfindən qavranılmasında həmin elementlərin hamısı iştirak etməsə də ən azı birinin iştirakı zəruridir.

İnsanların bir -birini qavramasında sifət mühüm yer tutur. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, insan sifəti affektiv əhəmiyyətə malikdir. Sifətin ən ifadəli əlamətləri ağızla göz arasında ( sahəsində ) yerləşir. Bu sahəyə mimika zonası deyilir. İnsanın insan tərəfindən qavranılmasında ekspressiv yükü bu zonalar daşıyır. Belə ki, gülüşün ifadəsində ağız, müxtəlif emosiyaların ifadəsində isə göz sahəsi daha mühüm rol oynayır. Bu baxımdan sifət nəinki qavranılmaq üçün münasibdir, həm də sifətin ekspressiyası insanın halətlərini ifadə edir və həmişə ünsiyyət prosesində nəzərə alınır. Hər hansı bir adam başqasının sifətini təsvir edərkən sifətin forması, gözlərin rəngi, burnun böyüklüyü və forması, dodaqlar, alın, qaş, ağız, çənə vəs. haqqında məlumat versə də, onları həmişə mənalandırır,qaşın, gözün və dodaqların təkrarolunmaz cizgiləri arxasında insan psixologiyasının cizgilərini axtarır. Kişilərə nisbətən qadınlar bu cəhətdən daha yaxşı nəticə göstərirlər.

Bir tədqiqat zamanı diktorun artikulyasiyasının ( onun kinoplyonkaya çəkilmiş çıxışı səssiz nümayiş etidirilir ) və səssiz filmlərin qavranılması şəraitində normal və zəif eşidən kişi və qadınları, eləcə də oğlan və qızların sözləri tanıması xüsusiyyətləri öyrənimişdir. Eksperimental surətdə müəyyən edilmişdir ki, hər iki halda qadınlar ( qızlar ) şifahi nitqi kişilərə nisbətən daha yaxşı qavrayırlar. Canlı artikulyasiyaya görə sözləri daha yaxşı qavrayan qadınların miqdarı kişilərə nisbətən 1,9 - 2.2 dəfə, səssiz filmlərə görə isə 2,6 - 3.7 dəfə çox olmuşdur.

Artikulyasiyada müxtəlif nitq üzvləri iştirak edir. Onların içərisində dodaqlar mühüm rol oynayır. "Fikrin dodaqlara görə oxunması" termini məhz bu faktı ifadə edir. Bu zaman görünən artikulyasiyadakı informasiyanın qavranılmasında bilavasitə mimika zonası, eləcə də vokal mimika ilə bağlı olan əlavə vasitələr, məs. ekstralinqvistik vasitələr ( pauza, gülüş, ağlama, nitqin tempi vəs ) fəal rol oynamağa başalyır. Bu aydın şəkildə göstərir ki, qadınların mimika zonasını daha aydın ayırd etməsi sosial persepsiyada meydana çıxan cinsi fərqlər içərisində mühüm yer tutur.

Müəyyən edilmişdir ki, insanın tam surəti tədricən əmələ gəlir, onun yaranması qavrayış obyektinin əks olunduğu məkan-zaman şəraiti ilə əlaqədardır. Məs. normal adamlar yaxşı görmə şəraitində onlardan 2 km. məsafədə olan adamı ətrafdakılardan ayırırlar. 1 km. məsafədə onlar insanın ümumi konturlarını görürlər. 700 m. məsafədən isə başqa adamın əl və qol hərəkətlərini qavrayırlar. 400 m. məsafədən baş geyimini, 300 m. başını və çiyinlərini, sifət dairəsini, geyiminin rənginin, 200m. məsafədən sifətini, əllərini, 60 m. gözlərini, burnunu və barmaqlarını, 20 m. isə bütün xüsusiyyətlərini əks etdirirlər.

Görmə şəraitindən asılı olaraq insanın insan tərəfindən qavranılmasının göstəriciləri də dəyişir.

Fiziki simanın qavranılmasında yaş planın müəyyən fərqlər müşahidə olunur. A.A.Bodalyev bu baxımdan müəyyən edilmiş qanunauyğunluğu təhlilə edərək göstərir ki, yaş artdıqca insanlar qavrayış prosesində başqa insanın fiziki simasına aid əlamətləri daha çox ayırd edirlər. 7-8 yaşa nisbətən 21-26 yaşlarında fiziki simanın qavrayış zamanı tətbiq edilən elementlərinin faizi demək olar ki, 22 dəfə artır.

İnsanın insan tərəfindən qavranılması prosesini təhlil edərkən qavrayış subyekti və obyektinin xüsusiyyətlərini nəzərəalmaq lazımdır. Tutaq ki, hər hansı bir tələbə təbiətin qoynunda seyrə dalıb güllərə -çiçəklərə heyran-heyran tamaşa edir. Bu zaman gül-çiçək üçün ona kimin baxmasının ( qavrayış subyektinin ) əhəmiyyəti varmı? yox. Əgər həmin tələbə başqa bir adama məsələn sevdiyi qıza baxarsa, bu zaman qavrayış obyekti ( qız) qavrayış subyektinə nəinki laqeyud qalmır, passiv mövqe tutmur, hətta müxtəlif yollarla ona təsir göstərir. Ümumiyyətlə hər bir adam özünü qavrayış obyekti ilə fərqləndirir: o bilir ki,küçədə də evdə də, işdə də, teatrda da, kafedə də ona baxan adam var. Adamalr öz davranış və rəftarlarında adətən bu cəhəti nəzərə alır, başqa adamlarda özləri haqqında yaxşı təsəvvür yaratmağa çalışırlar. İnsanların bu məqsədlə istifadə etdikləri təsirli yollardan biri


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə