Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə3/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

Rol konsepsiyası Rol gözləmələri ilə bilavasitə əlaqədardır: rol konsepsiyası rol gözləmələrinin mənimsənilməsi əsasında əm.gəlir. Lakin rol gözləməsi anlayışına nisbətən rol konsepsiyası anlayışı daha genişdir. Rol konsepsiyası rol gözləmələrindən başqa şəxsiyyətin öz roluna və özünün sosial qrupdakı yerinə münasibətini ifadə edir Bu cəhət öz əksini rolun ifasında tapır.

Rolun ifası müəyyən bilik, bacarıq və vərdişlər tələb edir. İnsanın nəinki intellektual səviyyəsindən , emosional mədəniyyətindən, iradi keyfiyyətlərindən , həm də anatomik xüsusiyyətlərindən asılı olaraq hər bir rolun ifasında fərdi çalarlar əmələ gəlir. Lakin bütün hallarda rol davranışı insanın öz rolunu necə başça düşməsi, öz roluna və sosial qrupdakı yerinə münasibəti ilə bağlıdır. Bu cəhəti nəzərə almadan rol davranışını psixoloji cəhətdən düzgün təhlil etmək olmaz.

Rol konsepsiyası rol gözləmələrindən başqa şəxsiyyətin öz roluna və özünün sosial qrupdakı yerinə münasibətləni əks etdirir və öz əksini rolun ifasında tapır. Rolun ifası şəxsiyyət özünəməxsus səviyyədə təsir göstərir. Buna rolun inversiyası—deyilir. Rolun internalizasiyası (mənimsənilməsi) -rolun ifası üçün zəruri olan bilik, bacarıq və vərdişlər, ən başlıcası isə konsepsiyanın özü bu prosesdə qaynaqlanır və kökləri sosializasiya prosesləri ilə bağlıdır.

Hər hansı 1rol özünün tipoloji xüs.ri ilə seçilir. Kellerman şəxsiyyət tiplərinə istinad edərək rollar ın 8 əsas tipini ayırd etmişdir. Bu tiplər əks qütblərlə aşağıdakılardan ibarətdir; xəyal pərvər(1), -- pedant (2), --günahsız (3), --qapazaltı (4),--mentor və ya tərbiyəçi (5), uşaq (6), -- sektant və ya dəstəbaz (7), -- barışdırıcı (8).

Rollar özlərinin statusu ilə bir-birklərindən fərqlənirlər. Sosial psixologiyada yüksək və aşağı statuslu rolları fərqləndirirlər. Onlar necə deyərlər həyat səhnəsində dixotomik ölçüləırlə özlərini göstərirlər: valideyin və uşaq ər və arvad, müəllim və tələbə, doktor və pasient, sahibkar və işçi, polis və vətəndaş rolların dixotomik ölçüləri belədir. Bu dixotomiyaların hər biri özünəməxsus münasibətlər şəbəkələr ilə fərqlənirlər.

Son zamanlar gender rolları problemi diqqəti daha çox cəlb edir. Sosial psixoloqlar bu problemin köklərinin ilk növbədə gender sosializasiya “ gövdəni” qızlara, “qanadı” oğlanlara” verir. Mayersin qeyd etdiyi kimi, son yarım əsrdə Koldekott mükafatına layiq görülmüş uşaq kitablarında qızlar oğlanlardan 4 dəfə çox ev işləri ( Şvabra, tikiş iynələri, qazan, tava) Oğlanlar isə qızlardan 5 dəfə çox müxt. instrumentlərdən ( çəngəl, maşın, silah) istifadə edən vəziyyətdə təsvir olunmuşdur.

Mayersin fikrincə uşaqlar ərsəyə çatanda və yaşlaşanda məhz bunun nəticəsində aşağıdakı mənzərəni görürük: BMT nin (1991) məlumatına görə hər yerdə qadınlar ev işlərinin çox hissəsini yerinə yetirirlər. Hər yerdə yeməyin hazırlanması və ya qabların yuylması kimi ev vəzifələri bir qayda olaraq onların missiyası sayılır. D.Mayersin fikrincə bu kimi davranış gözləmələrindən kişi və qadınlar üçün “gender rolları” formalaşır. O göstərir ki, gender rolları mədəniyyətdən və epxadan asılıdır

3)—Qarşılıqlı təsirin 3 tərkibli strukturu; Qarşlıqlı təsir problemi müxt. istiqamətlər də --neobiheviorizm ( D.Fibl, Q.Kelli, D.Xomans vəs) interaksionizm (R.Xorre, M. Arqayl, M.Kovan vəs ) sosial davranışın motivləri ( V.Şuts, C.Makklintok vəs ) kontekstində araşdırılır. Fillorimon Qordonun problemsiz ünsiyyət texnologiyası, T.Qerlzin spontanlıq texnologiyası, R.Bendlerin və Ç.Qrinderin ünsiyyətdə müvəffəqiyyəti modelləşdirmə texnologiyası, Ç.Toyç və C.Toyçun ideal ünsiyyət texnologiyası vəs problemin öyrənilməsində önəmli nailiyyət hesab olunur. Bu baxımdan Amerika psixoloqu və psixiatrı Erik Bernin—Transakt nəzəriyyəsi diqqəti cəlb edir. E.Bern transaktsiya dedikdə sosial əlaqələrin özünəməxsus aspektini nəzərdə tutur. Onun praqmatik prinsipləri belədir;

1) Hər 1yaşlı adam əvvəllər uşaq olub.

2) Beyni normal fəaliyyət göstərən hər1insan zəruri reallıq təcrübəsinə malikdir.

3) Hər 1yaşlılaşmış fərdin ya valideynləri olmuşdur, ya da onların valideynlərini kimsə əvəz etmişdir.

E.Bern bu praqmatik prinsiplər kökündə aşağıdakı fərziyyələr sürür.

1) Uşaqlığın izləri Məninin inteqral vəziyyəti şəklində yenidən doğulur (arxeopsixi izlər)

2) Reallıq təcrübəsi Mənin təcrid olunmuş qabiliyyəti deyil, fasiləli vəziyyətinin funksiyasıdır (neopsixi fəaliyyət)

3) İnteqral Mənin icraedici hakimiyyətini kənar şəxsiyyətlər yerinə yetirə bilərlər (ekstrapsixi fəaliyyət )

Transakt analiz nəzəriyyəsinə görə şəxsiyyətin strukturunun 3 orqanı eksteropsixika. neopsixika və arxeopsixika var. Fenomenoloji baxımdan onlar Mənin aşağıdakı vəziyyətləri şəklində təzahür edirlər. Valideyn, yaşlı, uşaq

V ekstropsixika valideyn V

stimul


Y neopsixika reaksiya Yaşlı Y

U arxeopsixika Uşaq U

a) orqanlar b) Mənin vəziyyəti

Beləliklə E.Bern insanın dünyada mövcudluğunun 3 müxtəlif vasitəsini kəşf etmişdir Bu vasitələrdən 1i fikir, hiss və davranışın özünəməxsus xəlitəsindən ibarətdir. Bern bu müddəalar əsasında kommunikasiyanın aşağıdakı qaydalarını müəyyən etmişdir. I- qayda nə qədər ki, transaktsiya paralel olaraq qalır, kommunikasiya uzun müddət davam edə bilər.

II—qayda –transaktsiyalar kəsişəndə qarşılıqlı təsir kəsilir. Bu zaman kommunikasiyanı bərpa etmək üçün priyomlardan 1-i və ya hər 2si zəruri surətdə özünün eqovəziyyətini dəyişdirməlidir.

III—qaydaya görə transaktsiya gizli xarakter kəsb edəndə onun davranış nəticələri sosial səviyyədə deyil, psixolji səviyyədə müəyyənləşir.

Mövzu İnsanların bir-birini qavraması və anlaması

Plan:


1. Sosial persepsiya anlayışı

2. İnsanların bir-birlərini qavramaları

3. İnsanların bir- birini anlaması məsələləri

4. İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət

5. Ünsiyyət çətinlikləri və aradan qaldırılması yolları

İnsanların qarşılıqlı münasibətləri onların bir-birini qavrama və anlamasından başlayır, formalaşıb, inkişaf edir. Qavrayışın bu növü psixologiyada sosial persepsiya ( lat. ictimai, perseptio - qavrayış ) adlanır.

Sosial persepsiya termini psixologiyada 40- cı illərin ortalarından etibarən işlənilməyə başlanılmışdır. Əvvəlcə bu terminlə qavrayış prosesinin sosial amillərlə şərtlənməsi faktlarını ifadə edirdilər. məs. C.Bruner... XX yüzilliyin 50 -ci illərində elmi- texniki tərəqqinin geniş vüsət etdiyi bir şəraitdə insan amilinin əhəmiyəti daha da artırdı. İnsanın insan tərfindən qavranılması məsələləri diqqəti daha çox cəlb edirdi. Fiziki cisimlərdən fərqli olaraq nsanın qavranılması nəinki elmi, həm də praktik əhəmiyyətə malik olan məsələ kimi meydana çıxırdı. Əvvəlcə insanın qavranılmasını sosial obyektin qavranılması adlandırırdılar, lakin sonralar qavrayışın bu növünü Brunerin meyarları ilə sosial persepsiya kimi ifadə etməyə başladılar. 70- ci illərdə terminin əhatə etdiyi məsələlər daha da genişləndi. Hal-hazırda sosial persepsiya termini ilə 3 nisbətən müstəqil prosesi - şəxsiyyətlərarası qavrayış, insanın özünü qavraması və qruplararası qavrayışı nəzərdə tuturlar.

Müasir psixologiyada sosial persepsiya prosesləri aşağıdakı istiqamətlərdə tədqiq olunur:

- qrup üzvlərinin bir-birini qavraması


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə