Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə9/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

sosial stereotiplərin də öz rolu vardır. Stereotiplər müəyyən bir irqə, millətə, peşəyə vəs. mənsub olan adamlar qruplar haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi meydana çıxır. Bu təsəvvürlər sadə, sxematik, hətta bəzən təhrif olunmuş xarakter daşısa da, stereotipləri təkcə bilik kimi təhlil etmək olmaz. Stereotiplərdə sosial obyektlər haqqında müəyyən biliklər öz əksini tapır, lakin onların əsas funksiyası heç də bununla bağlı deyildir. Məs. mühasibat işçiləri haqqında stereotiplərdə onlar xəsis, quru adamlar kimi təqdim olunurlar. Biz yaxşı tanıdığımız hər hansı bir müsahibi bu baxımdan qiymətləndirəndə ona xəsis, quru adam kimi münasibət bəsləyirik.

Stereotiplər insanların şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşır. Kitablardan, kinofilmlərdən alınmış məlumatlar, tanış adamların danışdıqları əhvalatlar vəs. adətən bu stereotipərin möhkəmlənməsi üçün şərait yaradır. Onlar çox vaxt adamların bir-birini düzgün dərk etməsinə mane olur.

Bir mühüm cəhəti də qeyd edək ki, fiziki obyektlərdən fərqli olaraq sosial obyektlərin qavranılması emosional çalarlarla zəngindir. Söhbət insandan, onun təsviri heç də asan olmayan baxışlarından, çöhrəsinin rəngindən, əllərinin hərarətindən, ürəyinin döyüntüsündən gedir.

Gözümüz başqa adamın gözünə sataşanda ... həyəcanlanırıq, halına yanırıq, dərdinə şərik oluruq, özümüzü tutaq ki, tələbəlik illərimizi yadımıza salıb, ona haqq qazandırırıq, mən də onun yerinə olsaydım belə edərdim - deyirik. Bu o deməkdir ki, özümüzü onun yerinə qoyuruq, başqa sözlə özümüzü onunla eyniləşdiririk. Psixologiyada buna


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə