Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə12/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

Kauzal atribusiya deyilir. Bu mənada Azərbaycan dilində səbəbin şərhi kimi işlətmək olar.

Zahiri əlamətlərə görə səbəbin müəyyən edilməsi heç də asan deyildir. Bu yolla fiziki hadisələrin səbəbinin təhlili nə qədər çətindirsə, psixoloji hadisələrin səbəbini müəyyən etmək iki qat, üç qat çətindir. İnsanın insan tərəfindən qavranılması prosesində bu cəhət bütün aydınlığı ilə özünü göstərir.....

Bu nümunədə kauzal atribusiya üçün səciyyəvi olan 3 xüsusiyyət aydın nəzərə çarpır: a) başqa adamı qavrayarkən bizim onun haqqında aldığımız informasiya məhdud xarakter daşıyır və əsaslı nəticə çıxarmaq imkanı vermir; b) bu zaman biz qavradığımız adamın davranışının səbəblərini ehtimal yolu ilə izah etməyə çalışırıq, c) güman etdiyimiz səbəbi ona aid edirik.

Deməli başqa adamı qavrayarkən biz onun davranışının səbəblərini özümüz də başa düşmədən izah etsək də, bu zaman əslində davranışının səbəblərini müəyyən etmirik, ona ehtimal yolu ilə müəyyən səbəbləri şamil edirik.

İnsanlar bir-birlərinin davranışını bu yolla izah edərkən nəyə əsaslanırlar?

Hər hansı bir adam bir halda özü də başa düşmədən özünü başqa adamla eyniləşdirir ( identifikasiya ), oxşar şəraitdə də özünün keçirə biləcəyi hissləri ( fikir, niyyət, motiv ) qavradığı adama aid edir. Başqa bir halda qavradığı adamı müəyyən adamlar kateqoriyasına aid edir ( tutaq ki, müəlimə oxşadır ) və onun davranışını müvafiq stereotiplər əsasında izah edir. Bu zaman qavranılan adamın davranışının başa düşülməsi qavrayanın ünsiyyət təcrübəsindən bilavasitə asılıdır. Müntəzəm surətdə bədii ədəbiyyat mütaliə edən adamlar başqa adamları daha yaxşı başa düşürlər. Bu baxımdan psixoloji biliklərin yaradıcı surətdə yiyələnmiş adamlar kauzal atribusiya sahəsində daha yaxşı nəticə göstərirlər.


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə