Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə11/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

Refleksiya ( lat. reflexio - geriyə müraciət etmə ) geniş anlayışdır. Birinci növbədə insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla münasibətlərini görmək bacarığını, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa refleksiya - başqa adamların sənə necə münasibət bəslədiyini, necə yanaşdığını, onların səni necə başa düşdüklərini görmək və dərk etmək deməkdir. Sosial persepsiyada refleksiyadan danışarkən biz onun sonuncu mənasını nəzərə alırıq. Başqa adamı başa düşmək həm də, onun sənə münasibətini dərk etmək deməkdir. Özünün bu xüsusiyyətinə görə sosial persepsiyanı eyni zamanda iki güzgüdə alınan təsvirə bənzətmək olar: insan başqa adamı əks etdirməklə yanaşı özü də onun qavrayış güzgüsündə əks olunur. Ünsiyyət prosesində identifikasiya və refleksiya vəhdətdə meydana çıxır.

İnsan başqa adamın münasibətini dərk etmək üçün həmin adamın rəftar və davranışının motivlərini aydınlaşdırılmalıdır. Yuxarıdakı misalları xatırlayaq: M. ikinci xalası qızının nə üçün onu soyuq qarşıladığını, qonaqlıqdakı adamların nə üçün ona istehza ilə güldüyünü aydınlaşdırmalıdır. Bu sosial persepsiyanın ümumi qanunauyğunluqlarından biridir. Müəyyən edilmişdir ki, adamlar bir-birini qavrayarkən zahiri əlamətlər haqqında məlumatlarla kifayətlənmirlər, zəruri surətdə bir-birlərinin davranışının səbəblərini aydınlaşdırır, ayrı-ayrı keyfiyyətlərə görə şəxsiyyətlərini xarakterizə edirlər.

Başqa adamların qavranılması prosesində insanın onların davranış və rəftarının səbəblərini və motivlərini şərh etməsinə


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə