Mövzu: Ünsiyyət qarşlıqlı təsir prosesi kimi



Yüklə 43,02 Kb.
səhifə6/15
tarix31.12.2021
ölçüsü43,02 Kb.
#82431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   15
Ünsiyyət qarşlıqlı təsir prosesi kimi

fizioqnomik maska adlanır.

Maska təbii yolların mə. zahiri görkəmin köməyi ilə yaradırılır. Buna görə də ona fizioqnomik maska deyilir.

Fizioqnomik maska başqa adamı nəzərdə tutur, başqa adam üçün yaradılır və ünsiyyət zamanı qarşılıqlı təsir vasitələrindən birinə çevrilir. Fizioqnomik maskaya müraciət etməklə insan əslində başqa adamda ən azı yaxşı təəssürat yaratmaq məqsədilə özünün təbiətin ona bəxş etdiyi fizioqnomik imkanlarının təsirini artırmağa çalışır. O, bu zaman yaş, cins, peşə xüsusiyyətlərini adətən nəzərə alır. Gözəllik, kişilik və qadınlıq haqqındakı etalon və stereotiplərə müvafiq olaraq saç düzümü formalarından, kosmetik vasitələrdən istifadə edir. Bir sıra hallarda bu məqsədlə plastik cərahiyyə əməliyyatlarına da müracitə edilir. Plastik cərrahiyyədən əsasən gənc qadınlar istifadə edirlər. Lakin təcrübə göstərir ki, bir çox hallarda yaşlı adamlar da kifir görünməkdənsə, plastik cərrahiyyənin əzablarına dözməyi üstün tuturlar. Təkcə bu cəhətin özü fizioqnomik maskanın insan üçün nə qədər əhəmiyyətli olduğunu əyani surətdə göstərir.

Fizioqnomik maska nisbətən statik xarakter daşıyır. Ünsiyyətin dinamik cəhəti mimikada, jestlərdə vəs təzahür edir. İnsanlar onların vasitəsilə psixoloji maska yaradırlar.

Psixoloji maska hisslərin, fikrin, rəyin gizlədilməsini nəzərdə tutur. Tamahkar, rüşvətxor, müftəxor, böhtançı adamlar psixoloji maskalardan məharətlə istifadə edirlər ki, bu da onlarla mübarizə işini güman edildiyindən qat-qat çox çətinləşdirir. Belə adamların başqa adamlarla qarşılıqlı münasibətləri adətən saxta xarakter daşıyır.

Başqa adamların qavranılması prosesində bu cəhətlər necə nəzərə alınır? Həmin suala cavab vernək üçün sosial persepsiyanın mexanizmlərini araşdırmaq lazımdır.

İnsan ünsiyyət prosesində bir-birlərinin davranışının psixoloji çalarlarını oxuyurlar: onlar qavradıqları adamların zahiri görkəminin mənasını özləri üçün aydınlaşdırmaqla kifayətlənmirlər, həm də onların sosial simasını ayırd edirlər. Bu o deməkdir ki, başqa adam təkcə özünün fiziki keyfiyyətlərinə ( filan boylu, cinsli, yaşlı, sifətli, gözlü ) görə qavranılmır. O, birinci növbədə cəmiyyətdə müəyyən yer tutan, qavrayanın və cəmiyyətin həyatında bu və ya digər rol oynayan şəxsiyyət kimi qavranılır və dərk olunur.


Yüklə 43,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə