Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

­  54 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

51. Hazırkı işdəki hadisələr baş verdikdən sonra 2010‐cu il 20 aprel tarixində “Torpaqların dövlət

ehtiyacları üçün alınması haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq 31‐ci maddənin

mətninə dəyişiklik edilmiş, ilkin redaksiya tamamilə ləğv edilmiş və ümumi şəkildə “Torpaqların

dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinad edilmişdir. Qanun xüsusi mülkiyyətdə

olan əmlakın dövlət tərəfindən satın alınması qaydasını daha geniş şəkildə tənzim edir.

D.  2000‐ci il tarixli Mülki Məcəllə və onun tətbiqi ilə bağlı Prezidentin müvafiq Fərmanı

52. Mülki Məcəllənin 157.9‐cu maddəsinin 2004‐cü il 30 iyuna qədərki redaksiyasında qeyd edilirdi:

“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunda

nəzərdə tutulmuş hallarda və bazar dəyərinə uyğun kompensasiya əvvəlcədən ödənilməklə alına

bilər”.

157.9‐cu maddənin mətni sonrada 2004‐cü il 1 iyunda qəbul edilmiş və 2004‐cü il 30 iyunda qüvvəyə



minmiş 677‐IIQD nömrəli Qanunla dəyişiklik edilmişdir. Burada qeyd edilir:

“Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız qanunla

nəzərdə  tutulmuş  hallarda  yolların  və  digər  kommunikasiya  xətlərinin  çəkilməsi,  sərhədboyu

zolaqda dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi

məqsədi ilə müvafiq dövlət hakimiyyət orqanının (Nazirlər Kabineti) qərarı ilə və bazar dəyərinə

uyğun kompensasiya əvvəlcədən ödənilməklə alına bilər”.

2007‐ci il 31 avqustda qüvvəyə minmiş 2007‐ci il 17 aprel tarixli, 315‐IIIQD nömrəli Qanunun 8‐ci

maddəsinə  uyğun  olaraq  Mülki  Məcəllənin  157.9‐cu  maddəsinin  mətnindən  “ictimai  ehtiyaclar”

sözləri çıxarılmışdır.

Hazırkı işdəki hadisələr baş verdikdən sonra 2012‐ci il 20 apreldə qəbul edilmiş və 2012‐ci il 6

iyunda qüvvəyə minmiş 332‐IVQD nömrəli Qanunla mətndə yeni dəyişiklik edilmiş və o, aşağıdakı

redaksiyada verilmişdir:

“Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “

Torpaqların dövlət ehtiyacları

üçün alınması haqqında

” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət

əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu

zolaqda  dövlət  sərhədinin  etibarlı  mühafizəsinin  təmin  edilməsi,  müdafiə  və  təhlükəsizlik

əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ‐mədən sənayesi obyektlərinin tikilməsi

məqsədi ilə alınır”.

53. 2000‐ci il tarixli Mülki Məcəllənin tətbiqinin müxtəlif aspektləri ilə bağlı Prezidentin 2000‐ci il

25 avqust tarixli 386 nömrəli Fərmanında Prezidentin 2004‐cü il 17 iyun tarixli 78 nömrəli Fərmanı

ilə  dəyişiklik  edilmişdir.  Mübahisənin  meydana  gəldiyi  zaman  qüvvədə  olan  həmin  redaksiyada

Nazirlər Kabineti Mülki Məcəllənin 157.9‐cu maddəsində istinad edilmiş “müvafiq dövlət orqanı”

kimi müəyyən edilmişdir.

54. Mülki Məcəllənin 203.3‐cü maddəsinə qeyd edilmişdir:

“203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa,

əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:

203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;

203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;

203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

203.3.5. rekvizisiya;

203.3.6. müsadirə.




­  55 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

203.5.  Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları

üçün  özgəninkiləşdirilməsi

Azərbaycan  Respublikası  Konstitusiyasının

  29‐cu  maddəsinin  IV

hissəsinə əsasən həyata keçirilir”.

55. Mülki Məcəllənin 207‐ci maddəsində aşağıdakıları qeyd edilmişdir:

“Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam

verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət

bu əmlakı satınalma yolu ilə ala bilər”.

56. Mülki Məcəllənin 243.1‐ci maddəsinə görə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz

əmlakın  mülkiyyətçisi  həmin  əmlakın  yerləşdiyi  torpaq  sahəsi  hissəsindən  istifadə  hüququna

malikdir.

E. Torpaqla bağlı müvafiq daxili qanunvericilik

57. Torpaq islahatı haqqında 1996‐cı il tarixli Qanunun 9‐cu maddəsinə görə xüsusi mülkiyyətdə

olan yaşayış evlərinin altında yerləşən torpaq sahəsi, həmçinin vətəndaşların qanuni istifadəsində

olan həyətyanı sahələr və müxtəlif növ bağçalar (bununla bağlı həmçinin yuxarıda 56‐cı bəndə bax)

qanunda nəzərdə tutulmuş qaydada əvəzi ödənilmədən dövlətin mülkiyyətindən istifadəçinin xüsusi

mülkiyyətinə verilir.

58.  Azərbaycan  Respublikası  Prezidentinin  1997‐ci  il  10  yanvar  tarixli,  534  nömrəli  Fərmanı  ilə

təsdiq  edilmiş  Vətəndaşların  qanuni  istifadəsindəki  (fərdi  yaşayış  evlərinin,  həyətyanı  sahələrin,

fərdi,  kollektiv  və  kooperativ  bağların,  dövlət  bağçılıq    təsərrüfatının  idarəçiliyindəki  bağların)

torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1‐ci bəndinə görə vətəndaşların

qanuni  istifadəsində  və  ya  icarəsində  olan  (fərdi  yaşayış  evlərinin,  həyətyanı  sahələrin,  fərdi,

kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar

əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 2‐6‐cı bəndlər belə torpaq sahələrinin özəlləşdirilməsi

və  maraqlı  şəxslərin  təşəbbüsü  ilə  mülkiyyət  hüquqlarının  qeydiyyatı  qaydasını  təsbit  edir.  7‐ci

bəndə  görə  torpaq  sahəsi  üzərində  mülkiyyət  hüququ  onun  qanunda  nəzərdə  tutulmuş  qaydada

dövlət mülkiyyət reyestrində qeydiyyata keçdiyi tarixdən yaranır.

F.  Ali Məhkəmə Plenumunun torpaqla bağlı qanunvericiliyin tətbiqi barədə 2003‐cü il 14 fevral

tarixli qərarı

59. Ali Məhkəmə Plenumunun qərarının 6‐cı bəndində qeyd edilir ki, Torpaq Məcəlləsi və Mülki

Məcəlləyə  görə  torpaq  sahələri  üzərində  hüquqların  dövlət  torpaq  kadastrında və  dövlət  torpaq

reyestrində  dövlət  qeydiyyatına  alınması məcburidir.  Torpaq  sahəsi  mülkiyyət  hüququnu  təsdiq

edən müvafiq sənəd olmadan tutulduqda belə tutma qanunsuz zəbt etmə hesab edilir.

60. Qərarın 15‐ci bəndində Plenum məhkəmələrə xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərindəki

icazəsiz tikililərə mülkiyyət hüququ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olduqları barədə

təlimat  vermişdir.  Digər  tərəfdən,  qanunsuz  zəbt  edilmiş  torpaq  sahələrindəki  icazəsiz  tikililərin

“taleyi” mübahisəli torpaq sahəsinin məxsus olduğu müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə

tərəfindən müəyyən edilir.

HÜQUQİ MƏSƏLƏLƏR

I.   KONVENSİYANIN 1 SAYLI PROTOKOLUNUN 1‐Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

61.  Ərizəçi  mülkiyyətinə  müdaxilənin  qanunsuz  və  əsassız  olmasından  şikayət  etmişdir.

Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsində qeyd edilmişdir:




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə