Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

­  56 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

“Hər  bir  fiziki  və  hüquqi  şəxs  öz  mülkiyyətindən  maneəsiz  istifadə  hüququna  malikdir.  Heç  kəs,

cəmiyyətin  maraqları  naminə  və  qanunla  və  beynəlxalq  hüququn  ümumi  prinsipləri  ilə  nəzərdə

tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti

həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin

etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.

A.  Ərizənin mümkünlüyü

62.  Məhkəmə qeyd edir ki, bu ərizə Konvensiyanın 35‐ci maddəsinin 3 (a) bəndinin mənasında

açıq‐aşkar əsassız deyil. O daha sonra qeyd edir ki, o, hər hansı digər əsasa görə də mümkünsüz

hesab edilə bilməz. Buna görə də ərizə mümkün elan olunmalıdır.

B.  Ərizənin mahiyyəti

1.  Tərəflərin izahatları

(a)  Hökumət

63. Hökumət ərizəçinin evinin “BŞİH‐nin 2004‐cü il 14 may tarixli sərəncamına uyğun olaraq dövlət

orqanları tərəfindən ictimai ehtiyaclar üçün alındığını” bildirmişdir. Bu sərəncam Bakı şəhərinin

Baş İnkişaf Planına əsaslanırdı. Ərizəçinin evi və sözü gedən ərazidəki digər binalar “gecəqondu”ya

oxşayırdı və şəhərin görünüşünə xələl gətirirdi (Hökumət ərizəçinin yarı dağılmış vəziyyətdə olan

evinin bəzi şəkillərini göndərmişdir). Ərizəçinin evi 2009‐cu ilin sentyabrında sökülmüşdür.

64.  Hökumət  bildirmişdir  ki,  müdaxilə  onun  baş  verdiyi  2004‐cü  il  15  may  tarixində  (BŞİH‐nin

sərəncamı bu tarixdə qəbul edilmişdi) qüvvədə olmuş maddi hüquq normalarına uyğun idi. Həmin

vaxt ərizəçi evinin altında yerləşən torpaq sahəsinə hər hansı hüquqa malik deyildi. Eyni zamanda,

bu vaxt evin özü də ərizəçinin xüsusi mülkiyyətində deyildi. Buna görə də həmin zaman qüvvədə

olmuş  1982‐ci  il  tarixli  Mənzil  Məcəlləsinin  dövlət  və  ictimai  mənzil  fonduna  daxil  olan  yaşayış

sahələrinə  dair  normaları  hazırkı  işə  tətbiq  edilmişdir. Hökumət  bildirmişdir  ki,  digər  tərəfdən

“ərizəçinin istinad etdiyi bütün hüquq normaları həmin tarixdən (2004‐cü il 15 may) sonra qüvvəyə

minmişdir və buna görə də hazırkı işdə tətbiq oluna bilməz”.

65. Hökumət bildirmişdir ki, ərizəçinin evi “özgəninkiləşdirilən” zaman yerli hakimiyyət orqanları

1982­ci il Mənzil Məcəlləsinin 40‐cı, 41‐ci, 90‐cı, 91‐ci, 94‐cü və 96‐cı maddəsinə uyğun hərəkət

etmişlər  və  həmin  müddəaların  bütün  tələblərinə  əməl  olunmuşdur.  Hökumət  daha  sonra  ölkə

məhkəmələrinin  qərarlarındakı əsaslandırmanı  ümumiləşdirmiş  və  ərizəçiyə  1982‐ci  il  Mənzil

Məcəlləsinin  müddəalarına  uyğun  olaraq  evinə  görə  ədalətli  kompensasiya  ödənildiyini  qeyd

etmişdir. Torpaq sahəsinə gəlincə, Hökumət bildirmişdir ki, ərizəçi istər ölkə məhkəmələri, istərsə

də  Avropa  Məhkəməsində  işə  baxılan  zaman  verdiyi  izahatlarında  həmin  sahəyə  hər  hansı

hüququnun olduğunu sübut edə bilməmişdir.

66. Nəhayət, Hökumət bildirmişdir ki, müdaxilə ərizəçinin üzərinə həddən artıq fərdi yük qoymamış

və istifadə edilmiş vasitələrlə nail olunmasına çalışılan məqsəd arasında ağlabatan tarazlıq təmin

edilmişdir. Evin sökülməsi şəhər planlaşdırılması ilə bağlı işlərlə əlaqəli olmuşdur və onun məqsədi

bir  vaxtlar  sakinlərin  özləri  tərəfindən  tikilmiş  “gecəqonduları  sökməklə”  şəhərin  görünüşünü

abadlaşdırmaq idi.

(b)  Ərizəçi

67. Ərizəçi evinin 2009‐cu ilin dekabrında söküldüyünü və bu tarixin müvafiq vaxtda tətbiq edilməli

olan  özgəninkiləşdirmə  qanunvericiliyinin  müəyyən  edilməsi  məqsədləri  üçün  onun  mülkiyyət

hüquqlarına müdaxilə vaxtı hesab edilməli olduğunu bildirmişdir. BŞİH‐nin 2004‐cü il 14 may tarixli

sərəncamı Hökumətin də iddia etdiyi kimi əsl müdaxilə deyildi, belə ki, BŞİH‐nin xüsusi mülkiyyəti

özgəninkiləşdirmək  səlahiyyəti  yoxdur  və 2009‐cu  ilin  dekabrında  ölkə  məhkəmələrində  iddia

qaldırana qədər ona bu sərəncam barədə məlumat belə verilməmişdi.



­  57 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

68.  Ərizəçi  qeyd  etmişdir  ki,  Bakı  şəhərinin  Baş  İnkişaf  Planı  Azərbaycan  SSR  Nazirlər  Şurasının

1987‐ci il 18 may tarixli, 182 nömrəli qərarı ilə təsdiq edilmişdir və 2005‐ci ilə qədər olan dövrü

əhatə  etməsi  nəzərdə  tutulurdu.  Lakin  bu  hadisəyə  qədər  həmin  plana  bir  neçə  il  idi  ki,  əməl

olunmurdu. Belə ki, dövlət orqanları şəhərin inkişafı ilə bağlı həmin planda nəzərdə tutulmuş bir

sıra layihələri həyata keçirmişdi. Hər bir halda Baş İnkişaf Planının mövcudluğu dövlət orqanlarının

Konstitusiyaya  və  mülkiyyətlə  bağlı  digər  qanunvericilik  aktlarına  zidd  hərəkətə  yol  verməsinə

bəraət qazandıra bilməzdi.

69.  Ərizəçi  evinin  “gecəqonduya”  bənzəməsinə  dair  Hökumətin  səsləndirdiyi  iddia  ilə

razılaşmamışdır. O, Hökumət tərəfindən təqdim edilmiş şəkillərin evinin sökülməsinə başlandıqdan

sonra çəkildiyini qeyd etmişdir. Bundan əlavə, NRİH evinin pis vəziyyətdə olduğu qənaətində idisə,

məhkəməyə müraciət edərək, mülkiyyətçinin ağlabatan müddətdə evini təmir etməsini tələb edə

bilərdi.

70. Ərizəçi bildirmişdir ki, evdən əlavə onun altında olan torpaq sahəsi də 1 saylı Protokolun 1‐ci

maddəsinin mənasında onun “əmlakı” idi. O, bununla bağlı Mülki Məcəllənin 243.1‐ci maddəsinə,

Torpaq  islahatı  haqqında  Qanunun  9‐cu  maddəsinə  və  Vətəndaşların  qanuni  istifadəsindəki

torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnaməyə (yuxarıda 56‐58‐ci bəndlərə bax)

istinad etmişdir. Bu sənədlər ona torpaqdan istifadə etmək və əvəzi ödənilmədən onun üzərində

mülkiyyət hüququ əldə etmək hüquqlarını verirdi.

71. Şikayətin  mahiyyətinə  gəlincə,  ərizəçi  ölkə  məhkəmələrində  irəli  sürdüyü  dəlillərini  təkrar

etmişdir (yuxarıda 29‐cu və 32‐ci bəndlərə bax). O xüsusilə qeyd etmişdir ki, ölkə məhkəmələrinin

və Hökumətin istinad etdiyi 1982‐ci il tarixli Mənzil Məcəlləsinin müddəaları bu işə tətbiq oluna

bilməzdi. O təkrar etmişdir ki, dəfələrlə şikayət etməsinə baxmayaraq, ölkə məhkəmələri və Hökumət

tətbiq  edilməli  olan  qanunvericilik,  o  cümlədən  Konstitusiyanın,  Mülki  Məcəllənin,  yeni  Mənzil

Məcəlləsinin, prezidentin müvafiq fərmanlarının və digər normativ‐hüquqi aktların müddəaları ilə

bağlı mövqeyini bildirməmişdir.

72.  Bundan  əlavə,  ərizəçi  bildirmişdir  ki,  ona  heç  zaman  daşınmaz əmlak  və  torpaq  sahəsinin

özgəninkiləşdirilməsi  ilə  bağlı  mövcud  qanunvericiliyə  uyğun  olaraq əvvəlcədən  pul  şəklində

kompensasiya  təklif  edilməmişdir.  Bunun əvəzinə,  ona  köçürülmüş  qəbiristanlığın  yerində  inşa

edilmiş “barak tipli” binalardakı mənzillərə köçmək təklif olunmuşdur. Bu isə bütün həyatı boyu

yaşadığı həyətyanı sahəsi olan özəl evi üçün nə qanuni, nə də ekvivalent kompensasiya hesab oluna

bilməzdi. Bununla əlaqədar olaraq o, həmçinin evinin və NRİH tərəfindən verilmiş yeni mənzillərin

bazar dəyərləri ilə bağlı verilmiş “ekspert rəyi” ilə də razılaşmamışdır. Onun sözlərinə görə bu sənəd

müvafiq  ixtisasa  malik  olmayan  şəxs  tərəfindən  tərtib  edilmiş  və  hər  hansı  şəkildə  əhəmiyyətli

dərəcədə yoxlanmamışdır.

2.  Məhkəmənin qiymətləndirməsi

(a)  Mübahisə predmeti olan evin və torpaq sahəsinin ərizəçinin “əmlakı” olub‐olmaması məsələsi

73.  Məhkəmə  təkrar  edir  ki,  1  saylı  Protokolun  1‐ci  maddəsinin  birinci  hissəsindəki  “əmlak”

konsepsiyası  müstəqil  mənaya  malikdir  və  maddi  nemətlər  üzərində  mülkiyyət  hüququ  ilə

məhdudlaşmır.  O,  ölkə  qanunvericiliyində  müəyyən  edilən  formal  təsnifata  münasibətdə  də

müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da

“mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər

(bax:  “İatridis  Yunanıstana  qarşı”  (Iatridis  v.  Greece  [GC],  no.  31107/96,  §  54,  ECHR  1999­II)).

“Əmlak”  konsepsiyası  yalnız  “mövcud əmlak”  ilə  məhdudlaşmır  və  həmçinin  ərizəçinin  azından

mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin

olduğunu  iddia  edə  biləcəyi  əmlakı,  o  cümlədən  tələbi  əhatə  edə  bilər.  “Gözlənti”  sözü  gedən

mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni”

hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1‐ci maddəsi ilə

qorunan həqiqi marağa malik olma hüququnu verib‐vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və

Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010,

with further references)).



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə