Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   25   26   27   28   29   30   31   32   33

­  60 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Xüsusilə, 1982‐ci il tarixli Mənzil Məcəlləsinin 10‐cu maddəsinin 4‐cü bəndi ümumi xarakterli norma

idi və mülkiyyət və ya mənzil hüquqlarına mümkün müdaxilənin konkret hallarını təsvir etmirdi.

Həmin Məcəllənin 40‐cı maddəsinin 1‐ci bəndi dövlət və ya ictimai mənzil fonduna daxil evlərdə

“yaşayış norması” məsələsini tənzim edirdi və özəl mülkiyyətdə olan evlərə tətbiq oluna bilməzdi.

41‐ci,  89‐cu  maddələr,  90‐cı  maddənin  1‐ci  bəndi,  91‐ci  maddə,  94‐cü  maddənin  1‐ci  və  96‐cı

maddənin  1‐ci  bəndləri  “dövlət  və  ya  ictimai  mənzil  fonduna”  daxil  olan  evlərin  sakinlərinin

evlərindən  çıxarılması  və  köçürülməsi  məsələlərini  tənzim  edirdi  və  buna  görə  də  xüsusi

mülkiyyətdə olan evlərə tətbiq oluna bilməzdi. Ölkə məhkəmələri tərəfindən 1982‐ci il tarixli Mənzil

Məcəlləsində istinad edilən müddəalardan yalnız 135‐ci maddə özəl mülkiyyətdə olan evlərə tətbiq

olunurdu. Bununla belə, o, sadəcə olaraq özgəninkiləşdirmə halında mülkiyyətçilərə kompensasiya

ödənilməsi  tələbini  ümumi  şəkildə  təsbit  edirdi  (eyni  zamanda  belə  görünür  ki,  sonradan

özgəninkiləşdirməyə görə kompensasiya ilə bağlı qəbul edilmiş lex specialis xarakterli qanun bu

müddəanı ləğv etmişdir). Nə 135‐ci maddə, nə də yuxarıda qeyd edilmiş müddəalardan hər hansı

biri  özəl  mülkiyyətin  özgəninkiləşdirilməsi  qaydasını  müəyyən  etməmiş  və  ya  hər  hansı  dövlət

orqanının bu qaydanı həyata keçirəcək səlahiyyətli qurum kimi müəyyən etməmişdir. Yuxarıdakı

normalardan heç biri BŞİH və ya NRİH kimi yerli icra hakimiyyəti orqanlarına xüsusi mülkiyyətdə

olan  əmlakı  özgəninkiləşdirmək  və  ya  məhkəmə  qərarı  olmadan  özəlləşdirilmiş  evlərin

mülkiyyətçilərini evlərindən çıxarmaq səlahiyyətini vermirdi.

90.  Bu  o  deməkdir  ki,  hətta  istinad  edilmiş  1982‐ci  il  tarixli  Mənzil  Məcəlləsinin  müddəalarının

ərizəçinin əmlakın mülkiyyətçisi olmadığı vaxtı BŞİH və NRİH‐nin hərəkətlərinin müəyyən dərəcədə

əsası kimi çıxış edə biləcəyi mübahisələndirilə bilsə də, 2005‐ci il 8 oktyabr tarixində onun əmlak

üzərində mübahisə doğurmayan mülkiyyət hüquqlarını əldə etməsindən sonra bu, artıq mümkün

deyildi.


91. Ölkə məhkəmələri tərəfindən istinad edilən Ali Məhkəmənin Plenumu tərəfindən 2003‐cü il 14

fevralda qəbul edilmiş qərarın 6‐cı və 15‐ci bəndlərinə gəlincə (yuxarıda 59‐60‐cı bəndlərə bax),

onların  da ərizəçinin  vəziyyətində  tətbiq  edilməsinin  mümkünsüz  olduğu  görünür.  Belə  ki,  bu

müddəalar  mülkiyyət  şəhadətnaməsi  ilə  təsdiq  edilmiş  və  daşınmaz əmlakın  dövlət  reyestrində

qeydiyyatdan keçmiş, bununla da xüsusi mülkiyyətdə olan evlərlə deyil, xüsusi mülkiyyətdə olan

və ya zəbt edilmiş torpaqlardakı icazəsiz tikililərlə bağlı idi.

92. Bundan əlavə, Məhkəmənin bununla bağlı konkret xahişinə baxmayaraq, nə Hökumət, nə də

ölkə  məhkəmələri  BŞİH‐ni  xüsusi  mülkiyyətdə  olan  əmlakın  özgəninkiləşdirilməsi  barədə  qərar

qəbul etmək səlahiyyətinə malik orqan və ya orqanlardan biri kimi açıq şəkildə təsbit edən hər hansı

milli hüquq normasını göstərə bilməmişdir. Məhkəmə özü də belə bir milli qanunvericilik aktının

olduğunu  müəyyənləşdirə  bilməmişdir.  Buradan  belə  çıxır  ki,  BŞİH‐nin  xüsusi  mülkiyyətdə  olan

əmlakı özgəninkiləşdirmək səlahiyyəti yoxdur.

93.  Beləliklə  də,  BŞİH‐nin  2004‐cü  il  14  may  tarixli  sərəncamı ərizəçinin  mülkiyyətinin

özgəninkiləşdirilməsi üçün hüquqi əsas hesab oluna bilməzdi.

94. Məhkəmə yuxarıdakıları nəzərə alaraq qət edir ki, 2009‐cu ilin dekabrında ərizəçinin evinin

sökülməsindən  əvvəl  səlahiyyətli  dövlət  orqanının  özgəninkiləşdirmə  ilə  bağlı  hər  hansı  qanuni

sərəncamının mövcud olması sübut edilməmişdir. Belə olan halda 2009‐cu ilin dekabrında ərizəçinin

əmlakına müdaxilə əmlakdan de facto məhrumetmə formasında həyata keçirilmişdir.

95. Məhkəmə müdaxilənin baş verdiyi zaman xüsusi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi

prosesinin Konstitusiya, Mülki Məcəllə və 2009‐cu il tarixli Mənzil Məcəlləsinin müvafiq normaları,

həmçinin bu hüquqi aktların tətbiqi ilə bağlı qəbul edilmiş Prezidentin müvafiq fərmanları ilə tənzim

edilməsinə  dair  (yuxarıda  49‐56‐cı  bəndlərə  bax)  ərizəçi  tərəfindən  verilmiş  izahatı qəbul  edir.

2009‐cu il 1 oktyabrda qüvvəyə minmiş Mənzil Məcəlləsi istisna olmaqla yuxarıda qeyd edilmiş

hüquqi aktlar müdaxilənin baş verməsindən əvvəl illərlə qüvvədə olmuşdur. Məhkəmə ərizəçi ilə

razılaşır ki, ərizəçinin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi həmin normativ‐hüquqi

aktlar əsasında həyata keçirilməli idi.

96. Məhkəmə xüsusilə qeyd edir ki, həmin hüquqi  aktlarda,   inter alia,   Nazirlər   Kabineti   xüsusi



­  61 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və dövlət tərəfindən satınalınması üzrə qərar qəbul

etmək  səlahiyyəti  olan  orqan  kimi  müəyyən  edilmiş,  özgəninkiləşdirmənin  əsasları  və  şərtləri

konkretləşdirilmiş,  özgəninkiləşdirmə  və  dövlət  satınalması  prosesinin  başlanması  qaydası  qeyd

edilmiş, özgəninkiləşdirilən  və  ya  satın  alınan əmlakın  bazar  dəyərində  pul  şəklində

kompensasiyanın  və  müvafiq  köçürülmə  prosesi  ilə  bağlı  xərclərin  əvvəlcədən  ödənilməsi  tələb

olunmuş,  mülkiyyətçinin  məlumatlandırılması  və  mülkiyyət  hüquqlarının  qeydiyyatı  və  keçməsi

qaydası və s. təsbit olunmuşdur.

97.  Lakin  hazırkı  işdə  ərizəçinin  əmlakın  məhrum  edilməsi  zamanı  qanunda  nəzərdə  tutulmuş

yuxarıdakı  şərtlərdən  heç  birinə  əməl  edilməmişdir.  Məhkəmə  həmçinin  qeyd  edir  ki,  ərizəçinin

dəfələrlə  xahiş  etməsinə  baxmayaraq  ölkə  məhkəmələri  həmin  hüquqi  aktların  tətbiqinin

mümkünlüyü məsələsini araşdırmamışdır. Ölkə məhkəmələrinin qərarlarında diqqət demək olar

ki, müstəsna dərəcədə 1982‐ci il tarixli köhnə Mənzil Məcəlləsinin dövlət mənzil fonduna daxil olan

mənzillərdə  yaşayan  şəxslərin  köçürülməsi  ilə  bağlı  tətbiq  edilməsi  mümkün  olmayan  hüquq

normalarına verilsə də, burada hazırkı işdə BŞİH və NRİH tərəfindən həyata keçirilmiş mülkiyyətdən

məhrumetmənin qanuniliyinə hər hansı hüquqi qiymət verilməmişdir. Bununla belə, məhz bu məsələ

ərizəçi tərəfindən qaldırılmış mülki iddianın əsas məğzini təşkil edirdi.

98. Nəhayət, Məhkəmə qeyd edir ki, özgəninkiləşdirmə barədə mövcud ölkə daxili qanunvericiliklə

təsbit edilmiş şərtlərə əməl edilməklə qəbul edilmiş formal qərar olmadan ərizəçiyə sökülmüş evinə

görə kompensasiya kimi yenicə inşa edilmiş binada iki mənzilin yaşayış orderi təklif olunmuşdur.

Bu  kompensasiya  ilkin  olaraq  NRİH  tərəfindən  özgəninkiləşdirmə  barədə  qanuni  qərar  olmadan

qeyri‐rəsmi şəkildə təklif edilmiş və sonradan ölkə məhkəmələri 1982‐ci il tarixli Mənzil Məcəlləsinin

yuxarıda qeyd edilmiş normalarına istinad etməklə bu təklifə rəsmi şəkil vermişlər. Məhkəmə qət

edir ki, dövlət mənzil fonduna daxil olan mənzilə yaşayış orderinin verilməsinin xüsusi mülkiyyətdə

olan evə və ona bitişik torpaq sahəsinin itirilməsinə görə adekvat və ya ekvivalent kompensasiya

olub‐olmadığı müzakirə üçün açıq məsələ ola bilsə də, 1982‐ci il tarixli Mənzil Məcəlləsinin yuxarıda

araşdırılmış müddəaları hazırkı işdə tətbiq edilə bilmədiyindən həmin hüquq normalarının əsasında

təklif edilən istənilən kompensasiya da qanuni hesab oluna bilməz.

99. Yuxarıdakı  səbəblərə  görə  Məhkəmə  belə  nəticəyə  gəlir  ki,  hazırkı  işdə  müdaxilə  “qanunda

nəzərdə tutulmuş şərtlərə” əməl edilməklə həyata keçirilməmişdir. Ərizəçi əmlakından qanunsuz

olaraq  məhrum  edilmiş  və  özbaşına  şəkildə  müəyyən  edilmiş  qanunsuz  kompensasiyanı  qəbul

etməyə məcbur edilmişdir. Bu nəticə cəmiyyətin ümumi marağı tələbi ilə şəxsin fərdi hüquqlarının

qorunması tələbi arasında ədalətli tarazlığın təmin olunub‐olnmadığını müəyyənləşdirməyi qeyri‐

zəruri edir (misal üçün bax: yuxarıda qeyd edilmiş “İatridis” işi, 62‐ci bənd).

100. Beləliklə, hazırkı işdə Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsi pozulmuşdur.

II. KONVENSİYANIN 6‐CI, 8‐Cİ VƏ 13‐CÜ MADDƏLƏRİNİN İDDİA OLUNAN POZUNTULARI

101. Ərizəçi Konvensiyanın 6‐cı maddəsinə əsasən şikayət edərək bildirmişdir ki, ölkə məhkəmələri

müdaxilənin mövcud ölkə qanunvericiliyinə uyğunluğunu yoxlamamaqla və bunun əvəzinə tətbiq

edilməsi mümkün olmayan və işə aidiyyəti olmayan hüquqi aktları tətbiq etməklə, o cümlədən əsas

etibarı ilə icra orqanlarının qanunsuz hərəkətlərini qanuniləşdirməyə cəhd etməklə əsassız qərarlar

qəbul etmişlər. 6‐cı maddənin 1‐ci bəndində qeyd edilir: “Hər kəs, onun mülki hüquq və vəzifələri

müəyyən edilərkən...məhkəmə vasitəsi ilə...işinin ədalətli...araşdırılması hüququna malikdir.” Ərizəçi

daha sonra şikayət etmişdir ki, evinin qanunsuz olaraq sökülməsi Konvensiyanın 8‐ci maddəsində

təsbit  edilmiş  mənzil  hüququnun  pozulması  ilə  nəticələnmişdir.  Konvensiyanın  8‐ci  maddəsində

qeyd edilir:  “1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin

qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və

azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan

hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən

müdaxiləyə yol verilmir”.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə