Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   25   26   27   28   29   30   31   32   33

­  62 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Nəhayət, ərizəçi yuxarıdakı şikayətləri və 1 saylı Protokolun 1‐ci maddəsi əsasındakı şikayətləri ilə

birlikdə Konvensiyanın 13‐cü maddəsinə istinad edərək hüquqlarının pozulmasına qarşı səmərəli

hüquq müdafiə vasitəsi ilə təmin olunmadığını bildirmişdir. 13‐cü maddədə qeyd edilir:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi

fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi

müdafiə vasitələrinə malikdir”.

102. Hökumət əsasən Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsi əsasında verilmiş şikayətlə

bağlı  qeydlərindəki  dəlillərə  istinad  edərək  ərizəçinin  arqumentlərinə  etiraz  etmiş  və  ərizəçinin

mənzil  hüququna  müdaxilənin  qanuni,  demokratik  cəmiyyətdə  zəruri  olduğunu  və  Hökumətin

fikrincə  ölkənin  iqtisadi  rifahı  üçün əhəmiyyətli  olan  “şəhərin  görünüşünün  abadlaşdırılması”

məqsədinə xidmət etdiyini bildirmişdir. Hökumət qeyd etmişdir ki, ölkə məhkəmələri tərəfindən

mülki işlərə ədalətli baxılmışdır və bu baxış səmərəli hüquq müdafiə vasitəsi idi.

103. Ərizəçi şikayətlərini təkrar edərək, əsas etibarı ilə Konvensiyanın 1 saylı Protokolunun 1‐ci

maddəsi əsasında verdiyi şikayətlərlə bağlı izahatlarında irəli sürdüyü dəlillərə istinad etmişdir.

104. Məhkəmə qeyd edir ki, bu şikayətlər yuxarıda araşdırılmış şikayətlə bağlıdır və buna görə də

onun  kimi  mümkün  elan  edilməlidir.  105.  Bununla  belə,  Məhkəmə  Konvensiyanın  1  saylı

Protokolunun  1­ci  maddəsi  ilə  bağlı  gəldiyi  nəticəni  (yuxarıda  99‐100‐cü  bəndlərə  bax)  nəzərə

alaraq  hesab  edir  ki,  hazırkı  işdə  Konvensiyanın  6‐cı,  8‐ci  və  13‐cü  maddələrinin  pozulması

məsələsinin araşdırılmasına zərurət yoxdur (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “İatridis”

işi, 69‐cu bənd və “Minasyan və Semerjyan Ermənistana qarşı” (Minasyan and Semerjyan v. Armenia,

no. 27651/05, § 82, 23 June 2009)).

III. KONVENSİYANIN DİGƏR İDDİA OLUNAN POZUNTULARI

106.  Ərizəçi  şikayətində  evinin  qanunsuz  olaraq  sökülməsinin  və  bunun  hökumət  rəsmilərinin

təzyiqləri və hədələri ilə müşayiət olunmasının Konvensiyanın 3‐cü maddəsinə əsasən pis rəftara

bərabər  olduğunu  bildirmişdir.  O,  daha  sonra  evindən  çıxarılması  və  iradəsinə  zidd  olaraq  ona

verilmiş yeni mənzilə köçməyə məcbur edilməsi nəticəsində 4 saylı Protokolun 2‐ci maddəsində

nəzərdə  tutulmuş  hərəkət  azadlığının  və  Konvensiyanın  18‐ci  maddəsinin  pozulduğunu  qeyd

etmişdir.

107. Məhkəmə işdə olan bütün materialları nəzərə alaraq və barəsində şikayət verilmiş məsələlərin

səlahiyyətinə aid olan hissəsində qət edir ki, bu şikayətlər Konvensiyanın və onun Protokollarının

hər  hansı  pozuntusunu  ortaya  çıxarmır.  Buna  görə  də  ərizə  bu  hissədə  açıq‐aşkar əsassızdır  və

Konvensiyanın  35‐ci  maddəsinin  3‐cü  bəndinin  a)  yarımbəndi  və  4‐cü  bəndi  əsasında  rədd

edilməlidir.

IV. KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ

108. Konvensiyanın 41‐ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər

Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün

hesab edirsə,  Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi

barədə qərar çıxarır”.

109. Ərizəçi vurulmuş maddi ziyana görə bütünlükdə 550 000 AZN məbləğində kompensasiyanın

ödənilməsini tələb etmişdir. Bu məbləğə aşağıdakılar daxil edilmişdir:

(a) ev və torpaq sahəsinə görə ümumilikdə 541 500 AZN – bunun: i) evə görə 170 000 AZN; ii) torpaq

sahəsinə görə 230 000 AZN‐dən 255 000 AZN‐ə qədər və iii) yuxarıda qeyd edilmiş məbləğlərə

2010‐cu ildən 2013‐cü ilə qədər baş vermiş inflyasiyaya görə əlavə (məbləğ göstərilməmişdir); və

(b) bir neçə il ərzində həyətyanı sahəsi olan evdə deyil bina evində yaşadığına görə ağırlaşdığını

iddia etdiyi  ürək xəstəliyinin müalicəsi ilə bağlı çəkdiyi tibbi xərclərə görə 8 500 AZN.



­  63 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

110.  O,  həmçinin  mənəvi  ziyana  görə  20  000  AZN  və  məhkəmə  xərclərinə  görə  7  150  AZN

ödənilməsini tələb etmişdir.

111. Hökumət evin və torpaq sahəsinin dəyəri ilə bağlı iddialara etiraz edərək onun şişirdildiyini və

etibarsız  ekspert  rəyinə  əsaslandığını  bildirmişdir.  Hökumət  evin  və  torpaq  sahəsinin  dəyərinin

daha aşağı, konkret olaraq evin 43 146 AZN və torpaq sahəsinin, xüsusi mülkiyyətdə və ya qanuni

istifadədə olmasından asılı olaraq, 55 000 AZN və ya 41 500 AZN olduğunu bildirmişdir. Hökumət

qeyd etmişdir ki, hər bir halda ərizəçi torpaq sahəsinə görə hər hansı ziyanın ödənilməsini tələb edə

bilməz. Belə ki, torpaq sahəsi dövlətin mülkiyyətində idi və ərizəçinin onunla bağlı hər hansı hüququ

yox  idi. Hökumət  daha  sonra  bildirmişdir  ki,  tibbi  müalicə  ilə  bağlı  dəymiş  ziyanın  iddia  edilən

pozuntularla hər hansı səbəbiyyət əlaqəsi yoxdur. Nəhayət, Hökumət mənəvi ziyan və məhkəmə

xərcləri ilə bağlı tələblərə də etiraz edərək onların həddindən artıq və əsassız olduğunu bildirmişdir.

112. Məhkəmə hesab edir ki, 41‐ci maddənin tətbiqi məsələsi hələ də qərar qəbul edilməsi üçün

hazır deyil. Buna görə də cavabdeh dövlətlə ərizəçi arasında razılıq əldə olunması imkanı nəzərə

alınaraq, məsələnin həlli təxirə salınmalıdır (Məhkəmənin Prosedur Qaydalarının 75‐ci maddəsinin

1‐ci və 4‐cü bəndləri).

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Konvensiyanın 6‐cı, 8‐ci, 13‐cü maddələri və Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsi

əsasında verilmiş şikayətləri mümkün, ərizəni digər hissədə mümkünsüz elan edir;

2. Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin pozulduğunu qət edir;

3. Konvensiyanın  6‐cı,  8‐ci  və  13‐cü  maddələri  əsasında  verilmiş  şikayətlərinin  araşdırılmasına

ehtiyacın olmadığını qət edir;

4.  41‐ci maddənin tətbiqi məsələsinin hələ də qərar qəbul edilməsi üçün hazır olmadığını qərara

alır və buna görə də,

(a)  bütünlükdə qeyd olunan məsələni təxirə salır;

(b)  Hökuməti və ərizəçini qərarın Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə əsasən qəti qüvvəyə

minməsi tarixindən sonra üç ay ərzində məsələ ilə bağlı yazılı qeydlərini təqdim etməyə və xüsusilə,

gələ biləcəkləri istənilən razılaşma barədə Məhkəməyə məlumat verməyə dəvət edir;

(c) sonrakı  proseduru  təxirə  salır  və  zəruri  olduğu  təqdirdə  eyni  addımı  atmaq  səlahiyyətini

Palatanın sədrinə verir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq 29

yanvar 2015­ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.



Soren Nilsen

İzabel Berro‐Lefevr

Bölmə katibi  

               

 

 

 

Sədr


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə