Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   25   26   27   28   29   30   31   32   33

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Beynəlxalq mətbuat səhifələrindən

Hüquq yavaş‐yavaş planetar sərhədləri sıxıb çıxır

Avropanın kiçik dövlətlərindən olan Lüksemburq (hökuməti)

yeni,  gəlirli  biznes  sahəsinə  keçəcəyi  barədə  bəyanat

vermişdir. Belə ki, bu dövlət asteroidlərdə mədən fəaliyyəti

ilə məşğul olmaq niyyətindədir. Xüsusilə platinlə zəngin olan

asteriodlər  bu  ölkə  üçün  faydalı  qazanc  mənbəyi  ola  bilər.

Dünyada  yalnız  iki  dövlət  –  ABŞ  və  Lüksemburq  bu

istiqamətdə  fəaliyyətə  başlamış,  hətta  qeyd  olunan  sahədə

hüquqi bazanın formalaşdırılmasına start vermişlər. Belə ki,

mədən  fəaliyyəti  ilə  məşğul  olan  şirkətlərin  əmlak  hüquqlarının  müdafiəsi  sahəsindəki

qanunvericilikdə  yeniliklər  edilməyə  cəhd  göstərilməkdədir.  2015‐ci  ilin  noyabrında  ABŞ

Prezidenti Barak Obama tərəfindən “Kosmosda rəqabətin gücləndirilməsi və kommersiya fəaliyyəti

haqqında”  normativ  sənəd  imzalanmışdır.  Sənədə  əsasən,  ABŞ  şirkətlərinin  istənilən  kosmik

obyektdən əldə etdikləri qeyri‐canlı əşyalar, qazınıtılar üzərində əmlak hüquqları tanınır.

Bu  biznes  sahəsinin  səmərəliliyinə  gəldikdə  isə,  qeyd  olunmalıdır  ki,  hazırda  dünya  bazarında

platinin 1 kiloqramının qiyməti 29000 ABŞ dollarıdır. Kiçik çaplı asteroiddə (təxminən eni 750

metr) isə təxminən 130 tonadək platin ola bilir, hansının ki qiyməti 3,5 milyard ABŞ dolları deməkdir.

NASA‐nın hesablamalarına görə planetimizə yaxın məsafədə 879 asteroid uçmaqdadır. Buna görə

də,  qeyd  olunan  ölkələrdə  kosmosda  mədən  fəaliyyətinə  cəlb  olunacaq  texnologiyanın

hazırılanması üzərində işlər davam etdirilməkdədir.



Vəkilin intizam məsuliyyətinə münasibətdə Avropa Məhkəməsinin qərarı

Avstriyalı ərizəçi Helmut Blum 1959‐cu ildə anadan

olmuş  və  1986‐cı  ildən  vəkillik  ilə  məşğuldur.

Şikayət  Ərizəçiyə  qarşı  seçilmiş  intizam  tənbeh

tədbirinin  qanuniliyinin  mübahisələndirilməsi  ilə

bağlıdır.  2006‐cı  ildə  Ərizəçinin  müdafiəçi  kimi

tərəf  olduğu  cinayət  işi  ilə  bağlı  işə  baxan  hakim

Ərizəçinin prosesin hər iki tərəfi ilə təmasda olması

şübhəsi ilə Ərizəçinin üzvü olduğu regional Vəkillər

Kollegiyasına məlumat göndərmişdir. Göndərilmiş

məlumat əsasında Kollegiyanın İntizam Şurası ikili

təmsiletmə və sübutların saxtalaşdırılması şübhəsi

ilə  Ərizəçiyə  qarşı  intizam  icraatına  başlamışdır.

Eyni zamanda Ərizəçiyə qarşı cinayətkara yardım

etmək və sübütların saxtalaşdırılması ittihamı ilə açılmış cinayət işi ilə əlaqədar, İntizam Şurası

2007‐ci ilin sentyabrında başlanılmış intizam icraatını müvəqqəti dayandırmışdır. Bununla belə,

İntizam  Şurası  2007‐ci  ilin  dekabrında  Ərizəçinin  iştirakı  olmadan  onun  fəaliyyətinin

dayandırılması barədə müvəqqəti intizam tədbiri seçmişdir. Onun iştirakı olmadan qəbul edilmiş

initizam  qərarının  mübahisələndirilməsi  ilə  bağlı  Ərizəçi  yerli  məhkəmələrə,  habelə  Avstriya

Konstitusiya Məhkəməsinə 2009‐cu ildə verdiyi şikayət barəsində məhkəmələr Ərizəçinin ziyanına

qərar qəbul etmişlər. 2011‐ci ilin iyununda Ərizəçi barəsindəki cinayət işi (cinayətkara yardım

etmək və sübütların saxtalaşdırılması) yekunlaşdırılmış və barəsində bəraət hökmü çıxmışdır. Eyni

zamanda Vəkillər Kollegiyası da Ərizəçi barəsində seçilmiş intizam tənbeh tədbirini götürmüşdür.

­  66 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

2012‐ci  ildə  İntizam  Şurasında  dinləmələr  keçirilmiş  və  Ərizəçinin  ikili  təmsiletmədə

təqsirləndirilməsi barədə qərar qəbul olumuşdur. Belə ki, Ərizəçi müdafiəçi kimi çıxış etdiyi işdə

hər iki tərəfin maraqlarını təmsil edirmiş. İntizam Şurasının qərarına əsasən, Ərizəçiyə 1000 avro

həcmində  cərimə  cəzası  kəsilmişdir.  2014‐cüildə  Ərizəçinin  şikayətinə  əsasən  Avstriya  Ali

Məhkəməsi onun şikayətini təmin etməmiş, lakin cərimənin həcmini 500 avroya salmışdır.

Avropa Məhkəməsinə verdiyi şikayətdə Ərizəçi barəsində aparılmış initizam icraatının və seçilmiş

tənbeh tədbirinin müddətinin əsassız şəkildə uzadılması, habelə İntizam Şurasının iclaslarında

onun  iştirakı  olmadan  dinləmələrin  keçirilməsinin  qanunsuzluğunu  qeyd  etmişdir.  Beləliklə  o,

ərizəsində Konvensiyanın 6‐cı maddəsinin (işin ağlabatan müddətdə araşdırılması hüququnun)

pozuntusunun mövcudluğu qənaətinə varmışdır.

Avropa  Məhkəməsi  şikayət  üzrə  öz  qərarda  Ərizəçinin  iştirakı  olmadan  İntizam  Şurasında

dinləmələrin  keçirilməsinin  Konvensiyanın  6‐cı  maddəsinin  pozuntusu  kimi  qiymətləndirmiş,

lakin  initizam  icraatının  və  seçilmiş  tənbeh  tədbirinin  müddətinin  əsassız  şəkildə  uzadılması

iddiasını qəbul etməmişdir.

Avropa Məhkəməsi ifadə azadlığı ilə bağlı maraqlı qərar qəbul etmişdir

Martın  8‐də  Avropa  Məhkəməsi  “Rusu  Rumıniyaya  qarşı”  işi  üzrə  qərar  qəbul  etmişdir.  Qeyd

olunan qərar KİV nümayəndələrinin peşəkar fəaliyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir.

Avropa Məhkəməsinə ərizə ilə müraciət edən şəxs Rumıniya vətəndaşı Serjiu Rusudur. Qeyd olunan

şəxs yerli qəzetlərdən birində jurnalist olaraq çalışır. 2003‐cü ilin avqust ayında Serjiu Rusu işlədiyi

qəzetdə S.A. adlı bir şəxsin quldurluq əməli törətməsi barədə cinayət işinin aparıldığı və həmin

şəxsin axtarışda olması haqqında yazı dərc etmişdir. S.A.‐nın atası dərhal Rusunun işlədiyi qəzetin

redaksiyasına məktub yazaraq belə bir halın mümkünsüzlüyünü qeyd etmiş və həmin vaxt oğlunun

İtaliya  ərazisində  olması  barədə  məlumat  vermişdir.  Qəzet  S.A.‐nın  atasının  məktubunu  dərc

etmişdir. 2003‐cü ilin sentyabrında S.A. defamasiya ilə bağlı Rusuya qarşı polisə şikayət ərizəsi

yazmışdır. Polisə verilmiş ərizədə S.A. qeyd etmişdir ki, atasının məktubunun Rusunun işlədiyi

qəzetdə  dərc  olunmasına  və  onun  barəsində  dərc  olunmuş  məqalədəki  məlumatların  yalan

olmasına  baxmayaraq,  qəzet  yazını  geri  götürməmiş  və  ondan  rəsmi  üzr  istəməmişdir.

Rumıniyanın sonuncu instansiya məhkəməsinin 2004‐cü il yanvar tarixli qərarına əsasən isə, Rusu

defmasiya  haqqında  qanunvericliyi  pozmamışdır.  Məhkəmənin  qənaətinə  görə  Rusunun

məqaləsində qeyd olunan məlumatların mənbəyi yerli polis idarəsidir. Bütün bunlara baxmayaraq,

Rumıniya  məkəməsi  öz  qərarında  qeyd  etmişdir  ki,  Rusu  yanlış  məlumatı  geri  götürməli  və

şikayətçiyə 270 avro həcmində təzminat ödəməlidir.

Rusu özü barəsində Ruminiya məhkəməsinin çıxarılmış qərarına qarşı Avropa Konvensiyasının

10‐cu  maddəsinə  (ifadə  azadlığı)  istinad  edərək,  Avropa  Məhkəməsinə  müraciət  etmişdir. O,

şikayətdə qeyd etmişdir ki, yerli məhkəmənin təzminat ödənilməsi ilə bağlı qərarı onun Konvensiya

ilə müəyyən olunmuş ifadə azadlığı hüququnun pozuntusudur və S.A.‐nın atasının məktubunun

onun  işlədiyi  qəzetdə  dərc  olunması  Rusunun  buraxdığı  səhvin  aradan  qaldırılması  kimi

qiymətləndirilməlidir.

Lakin yekunda Avropa Məhkəməsi öz qərarında Konvensiyanın 10‐cu maddəsinin pozulmadığı

qənaətinə gəlmiş və şikayət təmin edilməmişdir.



Anna Alaburda ali məktəbdən $125000 təzminat tələb edir

Sabiq  tələbə  məzunu olduğu  ali  məktəbdən  125  min  ABŞ  dolları  həcmində  təzminat  almaq

iddiasındadır.  İddiaçı  oxuduğu  ali  məktəbin  məzunlarının  işə  düzəlmə  ilə  bağlı  ümidverici

hesabatlarına güvənərək həmin Məktəbə sənəd vermişdir. Halbuki reallıqda vəziyyət hesabatlarda

olduğu kimi deyildir.

Tomas Cefferson Ali Hüquq Məktəbinin məzunu olan Anna Alaburda məhz bu hesabatlara görə

bu Məktəbə sənədlərini vermişdir. Alaburdaya görə, qeyd olunan ümidverici hesabatlar olmasa

idi, o, həmin məktəbə sənədlərini verməz və hal‐hazırda işsiz olmaz idi. Ümumiyyətlə isə Məktəbin

­  67 ­



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə