Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə31/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   25   26   27   28   29   30   31   32   33

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

­  64 ­



Yerli mətbuat səhifələrindən

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti

"Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında"    Azərbaycan

Respublikası  Qanununun  tələbinə  uyğun  olaraq    Vəkillər

Kollegiyasına  qəbul  olunmaq  arzusunda  olan  şəxslərin

sənədlərinin qəbuluna başlayır.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər

aşağıda  qeyd  edilən  sənədləri  təqdim  etməklə  Vəkillər

Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə.

2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti.

3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti.

4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti.

5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış.

6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.

7. Kadrların şəxsi məlumat vərəqəsi.

8. Tərcümeyi hal.

Sənədlər  Bakı  şəhəri,  Səməd  Vurğun  küçəsi,  48‐də  yerləşən  Azərbaycan  Respublikası  Vəkillər

Kollegiyası Rəyasət Heyətinin binasında 2016‐cı il aprel ayının 4‐dən avqust ayının 4‐dək hər gün

(şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 14:00‐dan 18:00‐dək qəbul olunur.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin əlaqə telefonlar: 596‐32‐71, 594‐14‐95. "Vəkillər və vəkillik

fəaliyyəti  haqqında"  qanunun  8‐ci  maddəsinə  əsasən,  imtahanların  keçirilməsi  tarixi  barədə  isə

əlavə məlumat veriləcəkdir.

Hakimliyə  namizədlərin  sənədlərinin  qəbulu  mayın

1‐dək uzadılmışdır

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilmişdir.

İclasda hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu

məsələləri müzakirə olunmuşdur.

Bildirilmişdir ki, ötən ilin dekabr ayının 15‐dən davam edən

sənəd  qəbulu  zamanı  500‐dən  çox  hüquqşünas

namizədliyini  irəli  sürmüş,  son  zamanlar  sənəd  təqdim

edənlərin  sayının  azalması  ilə  əlaqədar  prosesin  aprel

ayının 15‐də başa çatması nəzərdə tutulmuşdur.

Qanunvericilikdə  hakim  olmaq  üçün  ən  azı  30  yaş  müəyyən  edildiyindən,  yalnız  bu  şəxslərin

sənədlərinin  qəbulu  həyata  keçirilmişdir.  Lakin  hakimliyə  namizədlərlə  çoxsaylı  imtahanlardan

ibarət olan müsabiqə əvvəlki illərin təcrübəsinə görə 2 il müddətində davam edir və namizədlər

yalnız müsabiqənin sonunda hakim olmaq hüququ qazanırlar.

Bununla əlaqədar iclasda 28 yaşı tamam olmuş və hakim olmaq üçün qanunvericilikdə nəzərdə

tutulan  digər  tələblərə  cavab  verən  şəxslərin  də  müsabiqədə  iştirakına  imkan  verilməsi  qərara

alınmışdır.

Həmin şəxslərin sənədlərini təqdim etmələri üçün şərait yaradılması məqsədilə Hakimlərin Seçki

Komitəsi tərəfindən sənəd qəbulunun vaxtı may ayının 1‐dək uzadılmışdır.




­  65 ­

Yeni İnzibati Xətalar Məcəlləsi və onun gətirdiyi yeniliklər ilə tanış olun

40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil,

458 maddə) ibarət olan yeni Məcəllə bir

sıra 


sahələrdə 

cərimələrin

sərtləşdirilməsini  və  digər  yenilikləri

nəzərdə tutur.

Məlumat üçün qeyd olunmalıdır ki, 2000‐

ci  ildən  qəbul  edilmiş  köhnə  Məcəlləyə

280‐dən çox dəyişiklik edilmişdir.

Ümumiyyətlə  isə  mövcud  Məcəllə  ilə

müqayisədə  yeni  sənədə  5  fəsil  və  150

maddə artırılıb. Məcəlləyə yeni fəsil əlavə

edilib ki, bu da inzibati xətalar üzrə işlərə

baxmaq 


səlahiyyəti 

olan 


orqanlar

tərəfindən 

elektron 

informasiya

ehtiyatlarının  yaradılması  ilə  bağlıdır.

Digər dörd yeni fəsil isə mövcud Məcəllədə olan maddələrin qruplaşdırılması və sistemləşdirilməsi

nəticəsində yaradılıb. Məcəllənin əsas yeniliyi ondan ibarətdir ki, sənəd "Normativ‐hüquqi aktlar

haqqında" Konstitusiya qanununa tam uyğunlaşdırılıb. Bir‐birini təkrarlayan, qeyri‐müəyyən olan

maddələr Məcəllədən çıxarılıb.

Yeni İnzibati Xətalar Məcəlləsi bu ilin mart ayının 1‐dən etibarən qüvvəyə minəcəkdir.



“Hüquq və Mən” layihəsi Respublika məktəblərində keçirilməkdədir

Azərbaycan Respublikası  Təhsil  Nazirliyinin    dəstəyi  ilə  “Azərbayan  Hüquq  İslahatları  Mərkəzi”

ictimai birliyinin “Hüquq və mən” adlı layihəsi çərçivəsində Bakının 7, Sumqayıtın 1 və Gəncənin 2

  məktəbində  şagirdlərə  hüquq  dərsləri  keçirilir.  Qeyd  edək  ki,  Almaniya  Beynəlxalq  Əməkdaşlıq

Cəmiyyəti (GİZ) ilə birgə həyata keçirilən layihdə dərslər peşəkar hüquqşünaslar tərəfindən 5 həftə

ərzində keçiriləcəkdir. Artıq dərslər 3‐cü həftəyə keçməkdədir.

Qeyd olunamlıdır ki, bu layihə indiyə kimi buna oxşar keçirilən tədbirlərdən öz unikallığı ilə seçilir.

Belə  ki,  dərslərdə  istifadə  olunması  üçün  ilk  dəfə  Azərbaycan  dilində  ayrıca  dərs  vəsaitləri

hazırlanmışdır. Dərslikdən və işçi dəftərindən ibarət olan bu vəsaitlər həm məzmun etibarilə, həm

də dizayn baxımından şagirdlərin böyük marağına səbəb olub. Belə ki, vəsaitlərin dizayn tərtibatı

Almaniya Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqədə qalib olan tələbələrin rəsmləri əsasında

qurulmuşdur.

Dərslərin  5  həftə  ərzində  keçirilməsinə  və  müddətin  böyük  olmamasına  baxmayaraq,  nəticədə

şagirdlərin  hüquqi  bilikləri  əhəmiyyətli  dərəcədə  artmış  olacaqdır.  Bu  amilin  gələcəkdə  onların

hüquq  mədəniyyətlərinin  və  hüquqi  şüurunun  artırılması  üçün  müsbət  təsir  edəcəyinə  inam

böyükdür. Layihənin  əsas  məqsədi  10‐cu  və  11‐ci  sinif  şagirdlərinin  hüquqi  biliklərinin  inkişaf

etdirilməsi  və  onlara  gələcəkdə  üzləşə  biləcəkləri  hüquqi  vəziyyətlərdə  etməli  olduqları

davranışların  öyrədilməsidir.  Eyni  zamanda,  artıq  gələcək  həftələrdə  dərslərdə  xüsusi  fərqlənən

şagirdlərin şəhərimizdə yerləşən məhkəmələrdən birinə ekskursiyaya aparılması nəzərdə tutulub.

Şagirdlərin həvəsləndirilməsi üçün onlara fəxri fərmanlar və sertifikat veriləcəkdir. Ümumiyyətlə

isə  dərslər  Bakının  186  Pirallahı  rayonu,  110  Ələt  qəsəbəsi,  312  Nizami  rayonu,  156  Şüvələn

qəsəbəsi,  118  Hövsan  qəsəbəsi,  75  Zabrat  qəsəbəsi,  113  Kürdaxanı  qəsəbəsi,  Sumqayıt  şəhər

Təfəkkür liseyi, habelə Gəncə şəhər 4 və 16 saylı məktəblərində keçirilməkdədir.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə