Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XI nömrə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   25   26   27   28   29   30   31   32   33

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XI nömrə

2003‐cü  il  hesabatlarında  qeyd  olunurdu  ki,

məzunlarının  80,1%‐i  məzun  olduqdan  sonra  9  ay

ərzində öz ixtisasları üzrə işə qəbul olunmuşlar.

Hesabatın  hazırlanmasına  məsul  olan  Məktəb

rəsmisinin ifadələrinə görə, hesabat hazırlanarkən o,

təkcə  9  ay  ərzində  işləyən  məzunları  deyil,  həm  də

həmin dövrdə müəyyən müddətə rəsmi olaraq işləmiş

məzunların siyahısını tərtib etmişdir.

Alaburda tərəfindən məhkəməyə iddia ərizəsi 2011‐ci

ildə  verilmişdir.  Məktəbə  qarşı  15  müxtəlif  məzun

tərəfindən analoji iddia verilmişdir ki, bunlardan yalnız

Anna  Alaburdanınkı  Kaliforniya  Ali  Məhkəməsinin  qərarına  əsasən  icraata  qəbul  olunmuşdur.

İddia  ərizəsinə  əsasən,  öz  tərcümeyi‐halını  150  hüquq  şirkətinə  göndərməsinə  baxmayaraq,

Annaya məzun olduqdan sonrakı 8 il ərzində ona yalnız 1 iş təklifi gəlmişdir. Halbuki, o, Məktəbi

fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbin nümayəndələrinin dediklərinə görə, Anna təhsilini

bitirər‐bitirməz  ona  iş  təklifi  gəlməsinə  baxmayaraq,  onu  qəbul  etməmişdir.  Halbuki,  vaxtında

həmin işi qəbul etsəydə, onun illik gəliri 60 min ABŞ dolları olacaqdı. “Məhz buna görə, Məktəb

Annanın “gerçəkləşməmiş xəyalları” üçün məsuliyyət daşımır”, Məktəb nümayəndəsi demişdir.

Alaburda Məktəbdəki təhsilinə 150 min ABŞ dolları xərcləmişdir. Həmin məbləği o, bankdan kredit

olaraq götürmüş və işsiz qaldığı üçün ödəyə bilməmişdir. 8 %‐lik kredit dərəcəsinə əsasən, onun

bu günə olan borcu artıq 170 min ABŞ dollarına qalxmışdır.

­  68 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Asudə

Oxucularımıza vəkil Nazlı Əhmədovanın müəlliflik hüququ ilə bağlı

maraqlı yazısını təqdim edirik.

“Qazanc gətirməsəydi, musiqiylə məşğul olan olmazdı”.

Musiqi kimi ruhsal bir fenomen haqqında ilk duyduqda aşırı dərəcədə

praqmatik səslənən bu fikri tarixin ən məşhur məhkəmə hakimlərindən

biri – ABŞ‐ın Ali Məhkəməsinin keçmiş sədri, hüquqda etdiklərinə görə

yüksək dəyər verdiyim Oliver Vendel Holms (Oliver Wendell Holmes)

məşhur “Herbet Şenliyə qarşı” (Herbert v. Shanley Co.) məhkəmə işi üzrə

ABŞ Ali Məhkəməsinin qərarında yazmışdır. 1917‐ci ildə. Demək olar

ki,  bununla  da  o,  dünya  çapında  musiqi  sənayesinin  yaradılmasına  fətva  vermişdir.  Niyə?  Çünki

Holms,  Ali  Məhkəməni  o  qərarı  verməyə  təşviq  etməklə  qərardan  cəmi  2  il  əvvəl  yaradılmış  bir

təşkilatın mövcudluğuna dəstək olmuşdur. Həmin təşkilat sonralar dünya musiqi və şou biznesinin

əsas oyunçularından birinə çevrilərək, bir neçə nəslin musiqi zövqünün formalaşmasında birbaşa

rol oynamış və sərhəd tanımayan İnternetin hegemonluğu dövrünədək  hansı musiqi cərəyanının

və ya ifaçının trenddə olacağına və qalacağına dair dolayısıyla qərar verənlərdən biri olmuşdur.

Söhbət 1915‐ci ildə yaradılmış və ötən il 100 yaşı

tamam olmuş Amerika Bəstəkarlar, Müəlliflər və

Yayımçılar Cəmiyyətindən (ingiliscə: ASCAP – the

American  Society  of  Composers,  Authors  and

Publishers)  gedir.  O  cəmiyyətdən  ki,  bu  gün

dünyaca  məşhur  əksər  ifaçı,  bəstəkar  və  yayım

təşkilatları onun üzvüdür. Yeri gəlmişkən, ASCAP‐

ın  yaradıcılarından  biri  də,  fikrimcə,  tarixin  ən

böyük musiqi plagiatının obyekti olmuş və ayrıca

yazıda  işıqlandıracağım  “Putting  on  the  Ritz”

mahnısının  müəllifi,  tanınmış  bəstəkar  İrvinq

Berlin idi.

Sözügedən məhkəmə işində Baş Hakim Holmsu yuxarıdakı fikri səsləndirməyə vadar edəcək nə baş

vermişdi?

İddiaçı  –  Viktor  Herbert  (Victor  Herbert)  –  Amerikalı  bir  bəstəkar  və  o  vaxt  yenicə  yardılmış

ASCAP‐ın  sədri  idi.  Onun  əsərləri  mütəmadi  olaraq  müxtəlif  kafe  və  restoranlarda,  digər  ictimai

 yerlərdə fon musiqisi olaraq pianoçulr tərəfindən canlı və ya yazılmış şəkildə, çalınırdı. Herbert

əsərlərinin havayı çalınmasının yetərli olduğu qənaətinə gələrək, Nyu Yorkun o vaxt məşhur olan

“Shanley’s”  restoranını  məhkəməyə  verib  əsərlərindən  istifadəyə  görə  haqq  tələb  edir.  İş  Ali

Məhkəməyə qədər gedib çıxır və Ali Məhkəmə məhz hakim Holmsun sayəsində o dövr üçün inqilabi

addım ataraq, Herberti dəstəkləyir və restoranı ona haqq ödəməyə məcbur edən qərar qəbul edir.

Qərar Herbertdən daha çox onun yaratdığı ASCAP‐ın qələbəsi idi, çünki artıq musiqi əsərlərinin

pulsuz olaraq kütləvi ifası erasının başa çatmasından və ASCAP kimi təşkilatlar vasitəsilə müəlliflərin

hüquqlarının qorunmasının yeni mərhələyə qədəm qoymasından xəbər verirdi.

Haşiyəyə çıxaraq qeyd edim ki, “Herbet Şenliyə qarşı” işi üzrə məhkəmə qərarı Hakim Holmsun

qələmindən çıxan və müəlliflik hüququnda praqmatik yanaşmanın hegemonluğunu təsbit edən 3

məşhur  məhkəmə  qərarından  (trilogiyadan)  sonuncusu  olmaqla,  məsələyə  nöqtəni  qoyan  qərar

idi.  Ali Məhkəmənin əvvəlki iki qərarı isə Holmsun da hakim kimi (amma o zaman baş hakim deyildi)

­  69 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

iştirak etdiyi “Bleistein Donaldson Lithographing Co.‐ya qarşı” (1903‐cü il) və “White­Smith Music



Publishing  Company    Apollo  Company‐yə  qarşı”  (1908‐ci  il)  işləri  üzrə  idi.  Holmsun  nə  qədər

uzaqgörən  olmasını  White‐Smith  qərarından  görürük.  Belə  ki,  Ali  Məhkəmənin  iş  baxan  bütün

heyəti qərara aldı ki, avtomatik, özü‐çalan pianolar (bu alətlərə o zaman “pianola” deyirdilər) üçün

perforasiya edilmiş kağızda musiqi əsərlərini mexaniki vasitələrlə çap edənlər bəstəkara royalti

ödəməməlidir,  çünki  həmin  vərəqlər  bəstəkarın  əl  ilə  yazdığı  not  vərəqinin  bilavasitə  surəti

olmadığından,  qanuna  (US  Copyright  Act)  zidd  deyil;  iddiaçı  Ali  Məhkəməyə  deyil,  Konqresə

müraciət  etməlidir.  Holms  qərarın  əsaslandırmas  ilə  razılaşmayaraq,  xüsusi  rəy  yazmış  (ABŞ

hüququnda  hasil  olunan  nəticəni  məqbul  sayaraq,  onun  əsaslandırmasıyla  razılaşmayan

hakimlərin  rəyinə  “concurring  opinion”  deyilir)  və  mülkiyyətin  digər  formaları  kimi,  əqli

mülkiyyətin də hər bir maddi formasının qorunmasının vacibliyini vurğulayaraq, qeyd etmişdir:

“Musiqi  kompozisiyası  səslərin  maddi  şəkildə  ifadə  edilmiş  və  həmin  maddi  formadan  insanın

davamlı iştirakı ilə və ya həmin iştirak olmadan ifa edilə bilən rasional kombinasiyasıdır”.

Yeri gəlmişkən, Ali Məhkəmə White‐Smith işi üzrə 24 fevral 1908‐ci il tarixli qərarında həm də

ABŞ‐ın  üzv  olmadığı  Bern  Konvensiyasının  o  zamanki  mətnində  mexaniki  reproduksiyasnı

müəlliflik  hüququnun  əhatə  dairəsindən  çıxaran  maddəsinə  hüquqi  konsepsiya  kimi  istinad

etmişdir. Və iş elə gətirdi ki, Bern Konvensiyası ölkələri qərardan cəmi bir neçə ay sonra ola bilər

ki,  elə  Holmsun  rəyindən  ilham  alaraq,  Konvensiyaya  dəyişiklik  etdilər  (Berlin  sazişini

imzalayaraq) və icazəsiz mexaniki reproduksiyaya yol verən maddəni mətndən çıxardılar. Ardınca,

1909‐cu ildə, ABŞ Konqresi də qanunvericiliyə (Copyright Act‐a) müvafiq dəyişiklik etdi.

Odur ki, həmin trilogiyanın musiqidə müəlliflik hüququnda inqilabi rolu olmuşdur.



Shanley işi üzrə qərardan ilhamlanaraq, ASCAP bu gün də tətbiq edilən royalty ödənişi mexanizmini

təqdim  etdi.  Buna  ingiliscə  “blanket  license”  (ana  lisenziya)  deyilir:  lisenziya  sahibi  (radio

stansiyalar,  restoranlar  və  s.)  bir‐bir  bütün  bəstəkar  və  ifaçıların  qapısını  döyüb  icazə  almır;

ASCAP‐a  müəyyən  illik  haqq  ödəməklə,  ASCAP‐ın  təqdim  etdiyi  siyahıda  olan  bütün  əsərləri

gecə‐gündüz yaya, ifa edə bilər.

Bu gün ASCAP‐ın kataloqunda 8 milyondan çox əsər var! Və il ərzində bu təşkilat üzvlərinə 650

milyon ABŞ dollarından artıq royalti ödəyir.

Düzgün tətbiq edildikdə, hüquq həyatı asanlaşdırır.



Mənbə:

https://nazliahmad.wordpress.com/2016/01/27/ascap­v%C9%99­holms/

­  70 ­




­  71 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

*

Sual  1.  Mən  1984‐cü  ilə  kimi  atama  məxsus  evdə



yaşamışam. 1984‐cü ildə ailə qurmuşam və o tarixdə

də ata evində qeydiyyatdan çıxmışam. 1990‐cı ildən

sonra  ev  özəlləşdirilib  və  anamın  adına  keçirilib.

Anam bir neçə ildir ki, rəhmətə gedib, amma ev hələ

də onun  adındadır.  Hazırda  bu  ata  evimizdə

qardaşım  ailəsi  ilə  və  bacım  yaşayırlar.  Bilmək

istəyirəm  ki,  bu  evdə  qeydiyyatda  olmamağıma  və

orada yaşamamağıma baxmayaraq mənə bir vərəsə

kimi ata evindən pay düşür?

Cavab. Sizin miras əmlakdan (mənzil və digər əmlakdan) pay almaq hüququnuz evdə qeydiyyatda

olmanız və (və ya) yaşamanızdan asılı deyildir. Siz birinci növbədə vərəsə kimi mənzildən pay

almaq hüququna maliksiniz (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1159.1.1). Lakin

nəzərə  almaq  lazımdır  ki,  adı  çəkilən  Məcəllənin  1243.2‐ci  və  1246‐cı  maddələrinin  tələbləri

baxımından Siz bu hüququnuzu ananızın vəfatından sonra 3 ay ərzində (1) mirasın açıldığı yer

üzrə notariat kontoruna mirası qəbul etdiyiniz barədə ərizə verməklə və ya (2) əmlaka sahiblik

etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul etdiyinizi şəksiz

nümayiş etdirməklə həyata keçirməli idiniz. Əgər həmin müddət ərzində hər hansı üzrlü səbəb

olmadan  miras  əmlakı  qəbul  etməmisinizsə,  onda  miras  əmlakdan  pay  almaq  hüququnuzu

itirmisiniz və Sizə mənzildən hər hansı pay düşmür. Əgər miras əmlakı qəbul etmisinizsə, onda

miras  əmlakdan  Sizə  düşən  pay  üzərində  mülkiyyət  hüququnuz  ananızın  vəfatı  tarixindən

yaranmışdır.  Çünki  sözügedən  Məcəllənin  1255‐ci  maddəsinə  görə,  qəbul  edilmiş  miras  onun

açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Sual  2.  Qardaşımın  banka  olan  borcuna  görə  evdəki  əşyaların  icra  məmuru  tərəfindən

siyahıya alınacağı və satılaraq əldə edilmiş pul hesabına borcun ödəniləcəyi bildirilmişdir.

Lakin evdə qardaşımla yanaşı mənə də məxsus əşyalar vardır. Əgər mənə məxsus əşyalar da

siyahıya alınarsa, onda mən nə etməliyəm?

Cavab. "İcra haqqında" qanunun 43.1.1‐ci maddəsinə görə, məcburi icra tədbiri kimi borclunun

əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi mümkündür.

Adı çəkilən Qanunun 4‐cü fəsli tələbin borclunun əmlakına yönəldilməsi qaydasını tənzimləyir.

Əgər qardaşınıza məxsus əşyalarla birlikdə Sizin mülkiyyətinizdə olan əmlaklar da məcburi icra

tədbirinin  tətbiqi  çərçivəsində  siyahıya  alınarsa,  onda  Siz  "İcra  haqqında"  qanunun  89‐cu

maddəsində təsbit edilmiş hüququnuzdan istifadə edə bilərsiniz. Həmin maddəyə görə, tələbin

yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə

yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan

çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Sual  3.  Keçmiş  həyat  yoldaşımla  mənim  aramda  əmlak  bölünməsi  ilə  bağlı məhkəmə  işi

olmuşdur.  Məhkəmə  əmlakların əksər  hissəsini  bizim  aramızda  bərabər  bölsə  də,  keçmiş

həyat  yoldaşımın  adına  qeydə  alınmış  avtomobilin  bizim  faktiki  olaraq  ayrı  yaşadığımız

müddətdə  alındığını əsas  gətirərək  yalnız  ona  məxsus  olduğunu  bildirmişdir.  Halbuki  biz

həmin  avtomobil  alınan  anda  faktiki  ayrı  yaşasaq  da,  nikahımız  qüvvədə  olmuşdur.

Avtomobilin yalnız keçmiş həyat yoldaşıma qalması nə dərəcədə qanunidir?



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

­  72 ­



Cavab.  Ümumi  qayda  ondan  ibarətdir  ki,  nikah  müddətində  əldə  etdikləri  əmlakın ər‐arvadın

ümumi  birgə  mülkiyyəti  sayılması  üçün  təkcə  tərəflər  arasında  nikahın  mövcud  olması  kifayət

etmir; eyni zamanda əmlakın əvəzli əqdlər üzrə ər‐arvadın ümumi gəlirləri hesabına əldə edilməsi

də tələb olunur (Azərbaycan Respublikası Ailə Məcəlləsi, m. 32.1 və 32.2). Qanun nikah dövründə

üzürlü səbəblərə (ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər) görə

müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olmasını nəzərdə

tutur  (Həmin  Məcəllə,  m.  32.3).  Sizin  qeyd  etdiyiniz  hal  isə  Azərbaycan  Respublikası  Ailə

Məcəlləsinin  36.5‐ci  maddəsinin  təsiri  altına  düşür.  Çünki  həmin  maddəyə  görə,  məhkəmə,

ər‐arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı

onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan məhkəmənin mövqeyi Azərbaycan

Respublikası Ailə Məcəlləsinin 36.5‐ci maddəsinə uyğundur.

Sual 4. Atam özünə məxsus şəhərdəki mənzili bacıma vəsiyyət edib. Lakin kənddəki evlə bağlı

vəsiyyətnamədə hər hansı qeyd yoxdur. Bacım kənddəki evə də iddia edir. Bu halda, bacımın

kənddə yerləşən evə dair hər hansı hüququ varmı?

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1‐ci maddəsinə görə, ölmüş şəxsin (miras

qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla

keçir. Həmin Məcəllənin 1172‐ci maddəsinə görə, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin

payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun

üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür

vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Göründüyü

kimi,  əgər  vəsiyyətnamədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  kənddə  yerləşən  ev  qanun  üzrə

vərəsəlik qaydasında Siz və bacınızın mülkiyyətinə keçəcəkdir. Bu zaman həmin evə münasibətdə

sizin  paylarınızın  bərabər  sayılır.  Bundan  başqa,  qeyd  edək  ki,  Sizin  şəhərdə  yerləşən  mənzilə

münasibətdə məcburi payınız vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı Sizə çatası payın

yarısını təşkil etməlidir (Adı çəkilən Məcəllə, m. 1193).

Sual 5. Məişət avadanlıqları satan mağazadan aldığım qabyuyan maşın qüsurlu çıxmışdır.

Satıcı da bu halı qəbul etmiş və malı istəyimə uyğun eyni və ya fərqli modelli malla dəyişdirə

biləcəyini bildirmişdir. Lakin manatın dəyərinin azalması ilə bağlı mənim ödədiyim qiymətlə

malın indiki qiyməti arasında fərq vardır. Sualım ondan ibarətdir ki, qeyd edilən iki halda yeni

qabyuyan maşının qiymət fərqini ödəməliyəm?

Cavab. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7‐ci maddəsinin IV hissəsinə

görə, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət

dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan,

lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri

göstərilən  malın  alındığı  vaxt  qüvvədə  olmuş  qiymətlər  əsas  götürülməklə  yenidən  hesablanır.

Göründüyü kimi, istehlakçı hər iki halda (yəni qüsurlu malın eyni modelli və ya başqa modelli mala

dəyişdirilməsi  zamanı)  da  qüsurlu  malın  alınması  tarixindən  yeni  lazımı  keyfiyyətli  mala

dəyişdirilməsi tarixi arasında konkret malın qiymətində yaranmış fərqi ödəməli deyildir. Yuxarıda

adı  çəkilən  Qanunun  7‐ci  maddəsinin  IV  hissəsinin  2‐ci  cümləsindəki  "qiymətlərin  yenidən

hesablanması" ifadəsi qüsurlu malın və onun dəyişdirildiyi başqa modelli malın qüsurlu malın satın

alındığı  tarixə  mövcud  olmuş  qiymətləri  arasındakı  fərqin  yenidən  hesablanmasını  ehtiva  edir,

başqa sözlə, satış tarixi ilə dəyişdirmə tarixi arasındakı qiymət artımını nəzərdə tutmur.



Sual  6.  Atamızdan  qalan  mənzil  mənim  və  iki  qardaşımın  paylı  mülkiyyətindədir.

Qardaşlarımdan biri bizim xəbərimiz olmadan öz payını girov qoyaraq bankdan pul götürüb.

Bilmək istəyirəm ki, qardaşım paını girov qoyarkən bizim razılığımız alınmalı idimi? Qardaşım

krediti ödəmədiyi halda, mənzilin bizdən alınması təhlükəsi varmı?


­  73 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6‐cı maddəsinə görə, paylı mülkiyyətin

mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam

verə  bilər  ...  .  "İpoteka  haqqında"  qanunun  8.2‐ci  maddəsinə  görə,  ümumi  paylı  mülkiyyətin

iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər.

İpoteka  saxlayanın  tələbi  ilə  həmin  paya  tutma  yönəldildikdə  və  o,  satıldıqda  Azərbaycan

Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.

Beləliklə, qardaşınız bütövlükdə mənzilə deyil, yalnız öz payına dair sərəncam verdiyindən (payını

girov qoyduğundan) Sizin və digər qardaşınızın razılığı tələb edilmir. Qardaşınızın kredit borcunu

ödəyə bilməməsi halında mənzilə deyil, yalnız onun həmin mənzildəki payına tutma yönəldilə

bilər. Başqa sözlə, mənzilin sizdən alınması təhlükəsi mövcud deyildir.



Sual 7. Əmlak bölgüsü tələbi ilə bağlı işdə məhkəmənin çağırışına baxmayaraq iclasda iştirak

etməkdən boyun qaçırmağa görə şahidin məsuliyyəti varmı?

Cavab. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı

olan  hər  bir  şəxs  şahid  qismində  dindirilə  bilər.  Şahid  qismində  məhkəməyə  çağırılan  şəxs

məhkəməyə  gəlməyə  və  iş  üzrə  ona  məlum  olan  məlumatları  və  halları  bildirməyə  borcludur.

Şahid ... məhkəmə iclasına gəlmədikdə, məhkəmə onun iştirakı olmadan işə baxmağın mümkün

olması  haqqında  işdə  iştirak  edən  şəxslərin  mülahizəsini  dinləyir  və  məhkəmə  araşdırmasını

davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır. Çağırılmış şahid

... məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz

on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada



gətirdilə bilər (Azərbaycan Respublikası Mülki prosessual məcəlləsi, m. 62.1, 62.2, 186.1 və 186.2).

*  Rubrikada  təqdim  olunan  sualların  cavabları  Vəkillər  Kollegiyasının üzvü  Dünyamin

Novruzov tərəfindən tərtib  olunmuşdur.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə