Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

­  50 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

23. Məhkəmə, həmçinin BŞİH‐nin 2004‐cü il 14 may tarixli sərəncamını nəzərə almışdır. O daha

sonra  qeyd  etmişdir  ki,  2007‐ci  və  2009‐cu  illər  ərzində  BŞİH  və  NRİH ərizəçinin  yaşadığı

məhəllədəki “köhnə, yataqxana tipli və özütikili evlərin” sakinlərinin köçürülməsi “problemləri” ilə

bağlı bir‐birləri ilə təmasda olmuş və 2009‐cu il 24 apreldə NRİH əvvəllər qəbiristanlığın yerləşdiyi

ərazidəki  boş  sahədə  yeni  yaşayış  evlərinin  inşası  üçün  özəl  şirkətlə  (Azyevro  LAU)  müqavilə

bağlamaq barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizəçiyə bu binalardan birində

NRİH‐nin 2009‐cu il 24 aprel tarixli sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 2009‐cu il 29 sentyabr

tarixli yaşayış orderi əsasında beş otaqlı mənzil “verilmiş”dir.

24. Məhkəmə xüsusi mülkiyyətin dövlət ehtiyacları üçün alınması ilə bağlı Mülki Məcəllənin 157.9‐cu

maddəsinə  istinad  etmiş,  lakin  nə  həmin  normanın ərizəçinin  işinə  tətbiq  edilməsinin  mümkün

olub‐olmadığını  müəyyən  etməyə,  nə  də  ərizəçinin  həmin  normanın  tələblərinə  uyğun  olaraq

evindən məhrum edilib‐edilmədiyini aydınlaşdırmağa səy göstərmişdir.

25. Məhkəmə daha sonra 2009‐cu il 1 oktyabra qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müxtəlif

normalarına istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, 1982‐ci il Mənzil Məcəlləsi 2009‐cu il 29

sentyabrda ərizəçiyə yaşayış orderi verilən zaman hələ də qüvvədə idi. Məhkəmə xüsusilə 1982‐ci

il  tarixli  Mənzil  Məcəlləsinin  vətəndaşlara  “dövlət  mənzil  fondu”  və  ya  “ictimai  mənzil  fondu”na

məxsus yaşayış binalarından yaşayış sahələrinin ayrılması qaydasını təsbit edən 10 § 4, 40 § 1, 41,

89, 90 § 1, 91, 94 § 1, 96 § 1 və 135‐ci maddələrinə istinad etmişdir.

26. Məhkəmə qət etmişdir ki, BŞİH‐nin 2004‐cü il 14 may tarixli sərəncamı “qüvvədə” idi və yeni

inşa edilmiş binada beş otaqlı mənzilə ərizəçinin adına yaşayış orderinin verilməsi 1982‐ci il tarixli

Mənzil Məcəlləsinin 41‐ci və 135‐ci maddələrinin mənasında onun evinin əvəzinə “kompensasiya”

olmuşdur.  Bu  səbəblərə  görə  məhkəmə  ərizəçinin  cavabdehin  hərəkətlərinin  qanunsuz  olması

barədə iddiasının əsassız olduğunu qət etmişdir.

27. Bundan əlavə, qiymətləndirmə üçün ekspertizanın aparılması barədə 2010‐cu il 2 mart tarixli

qərar  ləğv  olunsa  da,  NRİH  bununla  belə  ərizəçiyə  təklif  edilmiş  yeni  mənzilin  bazar  dəyərini

qiymətləndirən “ekspert rəyi” əldə edərək məhkəməyə təqdim etmişdir. Bu rəyə görə yeni mənzilin

qiyməti köhnə evin qiymətindən yüksək olmuşdur. Məhkəmə hesab etmişdir ki, ərizəçiyə verilmiş

kompensasiya ədalətli  olmuşdur.  Belə  ki,  ümumi  sahəsi  123  kv.m.  olan  yeni  mənzil  ərizəçinin

evindən daha geniş, dəyəri ərizəçinin evindən daha yuxarı olmuşdur. Buna görə də məhkəmə hesab

etmişdir ki, ərizəçinin maddi ziyanla bağlı tələbi (o, evin bazar dəyərinin nağd şəkildə ödənilməsini

tələb edirdi) əsassız olmuşdur.

28. Bundan sonra məhkəmə ərizəçinin mənəvi ziyanla bağlı tələbini rədd edərək onun hər hansı

mənəvi ziyana məruz qaldığını sübut edə bilmədiyini qət etmişdir.

3. Apellyasiya şikayətləri

29. Ərizəçi 2010‐cu il 4 noyabr tarixli qətnamədən apellyasiya şikayəti verərək, inter alia, aşağıdakı

dəlilləri irəli sürmüşdür:  Birinci instansiya məhkəməsi ərizəçinin evinin ictimai maraqlar naminə

özgəninkiləşdirildiyini bildirsə də, “özgəninkiləşdirmənin” Konstitusiyanın müvafiq tələblərinə və

Mülki Məcəllənin müvafiq normalarına (xüsusilə Mülki Məcəllənin 157.9‐cu və 207‐ci maddələri)

uyğun şəkildə həyata keçirilmədiyinə münasibət bildirməmişdir;

Mülkiyyətindən  de  facto  məhrumetmə  qanunsuz  olmuşdur.  Belə  ki,  qanunda  nəzərdə  tutulmuş

qaydaya  uyğun  olaraq  özgəninkiləşdirmə  barədə  hər  hansı  qərar  qəbul  edilməmişdir.  Xüsusilə,

cavabdehin  məhkəmə  prosesində  göstərdiyi  özgəninkiləşdirmənin  əsasları  qanunda  nəzərdə

tutulmuş özgəninkiləşdirmə üçün hüquqi əsaslardan hər hansı birinə uyğun deyildir və qanunun

tələb  etdiyi  kimi  özgəninkiləşdirmə  ilə  bağlı  Nazirlər  Kabineti  tərəfindən  hər  hansı  qərar  qəbul

edilməmişdir;

Birinci instansiya məhkəməsi qərarını səhvən 1982‐ci il tarixli Mənzil Məcəlləsinin müdaxilənin

baş verdiyi zaman (ərizəçinin mövqeyinə görə bu, 2009‐cu ilin dekabrında, evinin söküldüyü vaxt

baş vermişdir) artıq qüvvədə olmamış müxtəlif müddəaları ilə əsaslandırmışdır;



­  51 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Qətnamənin  onun  torpaq  sahəsinə  olan  tələbini  rədd  edən  hissəsi  qanunsuz  olmuşdur.  Belə  ki,

Prezident  tərəfindən  1997‐ci  il  10  yanvarda  imzalanmış  Fərmanla  təsdiq  edilmiş  Qaydalara  görə

(aşağıda 58‐ci bəndə bax) xüsusi mülkiyyətdə olan evlərin altındakı torpaq sahələri həmin evlərin

sahiblərinə verilir. Buna görə də o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmi qeydiyyatdan

keçirməsə də, evin mülkiyyətçisi olduğu üçün, həmin torpaq sahəsinin də qanuni mülkiyyətçisi idi.

30. NRİH Bakı Apellyasiya Məhkəməsinə verdiyi izahatda digər məsələlərlə yanaşı qeyd etmişdir ki,

ərizəçi ona kompensasiya kimi verilmiş beş otaqlı mənzildən imtina etdiyi üçün NRİH ona eyni yeni

tikilmiş  binada  iki  mənzilin  (biri  1  otaqlı,  digəri  4  otaqlı)  yaşayış  orderini  vermişdir.  Lakin  izahı

verilməyən səbəblərdən bu iki orderin tarixi kimi ilk dəfə təklif olunmuş beş otaqlı mənzilin orderi

kimi 2009‐cu il 29 sentyabr göstərilmişdir (yuxarıda 13‐cü və 23‐cü bəndlərə bax).

31. Bakı Apellyasiya Məhkəməsi 2011‐ci il 18 mart tarixli qətnaməsində əsas etibarı ilə Nərimanov

Rayon Məhkəməsinin qətnaməsinin dəlillərini təkrarlamış və həmin məhkəmənin 2010‐cu il 4 noyabr

tarixli qətnaməsini, ərizəçinin maddi ziyanla bağlı tələbinin rədd edilməsi hissəsi istisna olmaqla,

qüvvədə saxlamışdır. Bakı Apellyasiya Məhkəməsi həmin hissədə qətnaməni ləğv etmiş və “maddi

ziyana görə kompensasiya kimi” ərizəçiyə A.M.Cümə küçəsində yerləşən iki yeni mənzil (əvvəllər

təklif edilmiş 5 otaqlı mənzil əvəzinə biri 1 otaqlı və digəri 4 otaqlı iki mənzil) verilməsini qət etmiş

və mənzillərin ərizəçiyə verilməsi ilə bağlı formallıqları həyata keçirməyi NRİH‐yə tapşırmışdır.

32.  Ərizəçi  hüquqi  məsələlərlə  bağlı  kassasiya  şikayəti  verərək  əvvəlki  şikayətinin  dəlillərini

təkrarlamış və onları daha da dəqiqləşdirmişdir. O, xüsusilə aşağıdakıları qeyd etmişdir:

a) Onun tələbi mövcud qanunvericiliyin mənasında evinin sökülməsinin qanunsuz olduğunu müəyyən

etməklə, həmçinin həmin qanunsuz əmələ görə pul şəklində kompensasiyanın ödənilməsinin təmin

edilməsi ilə bağlı olsa da, məhkəmələr onun tələbinə məhəl qoymamış və mülkiyyət hüquqlarına

müdaxilənin qanunsuzluğuna qiymət verməmişlər. Bunun əvəzinə, onlar cavabdehlər tərəfindən ona

verilən mənzilləri (birinci 5 otaqlı mənzil, sonra 1 və 4 otaqlı mənzillər) “kompensasiya” kimi qəbul

etməyə məcbur etmişlər. O, isə dəfələrlə və qanuni olaraq bu mənzilləri kompensasiya kimi qəbul

etməkdən imtina etmişdir.

b) Onun mülkiyyətinə müdaxilə 2009‐cu ilin dekabrında baş vermişdir və buna görə də 1982‐ci il

Mənzil  Məcəlləsi  bu  vəziyyətə  tətbiq  oluna  bilməzdi.  Hər  bir  halda  hətta  Məcəllənin  məhkəmələr

tərəfindən istinad edilmiş normaları belə düzgün tətbiq olunmamışdır. Belə ki, bu normalar xüsusi

mülkiyyətdə olan evlərə və mənzillərə deyil, “dövlət və ya ictimai mənzil fonduna” aid olan mənzillərə

tətbiq olunurdu.

c) Məhkəmələr, həmçinin Ali Məhkəmə Plenumunun 2003‐cü il 14 fevral tarixli qərarını da düzgün

tətbiq etməmişlər. Belə ki, həmin qərar icazəsiz olaraq zəbt edilmiş torpaq sahələrində inşa edilmiş

binalarla bağlı yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin səlahiyyəti ilə əlaqədar idi. Lakin

ərizəçinin  işində  evə  bitişik  həyətdən  ibarət  torpaq  sahəsi  evin  mülkiyyətçisi  olduğu  üçün  onun

qanuni  istifadəsində  idi.  Bundan  əlavə,  mövcud  qanunvericiliyə  görə  o,  torpaq  sahəsi  üzərində

mülkiyyət hüququnu pulsuz əldə edə bilərdi.

d) Məhkəmələrin qərarlarını əsaslandırmaq üçün NRİH tərəfindən təqdim edilmiş “ekspert rəyi”nə

istinad etməsi qəbuledilməzdir. Belə ki, həmin sənəd ixtisaslı ekspert tərəfindən deyil, heç bir lazımı

səlahiyyətə  və  müvafiq  ixtisasa  malik  olmayan  şəxs  tərəfindən  verilmiş,  mülkiyyətin

qiymətləndirilməsi  üçün  müvafiq  standartlara  əsaslanmamış,  özbaşına  götürülmüş  rəqəmlər

üzərində qurulmuş və burada bir sıra səhvlərə yol verilmişdir.

e) müvafiq qanunvericiliyə görə xüsusi mülkiyyətdə olan əmlak aşağıdakı hallarda qanuni şəkildə

dövlət  maraqları  üçün  özgəninkiləşdirilə  bilər:  (i)  Konstitusiyanın  29‐cu  maddəsinin  4‐cü  bəndi

(aşağıda  36‐cı  bəndə  bax)  və  Mülki  Məcəllənin  157.9‐cu  maddəsinin  (aşağıda  52‐ci  bəndə  bax)

tələblərinə uyğun olaraq əvəzini əvvəlcədən ödəməklə dövlət ehtiyacları üçün özgəninkiləşdirmə;

(ii) Mülki Məcəllənin 203.3.3‐cü və 207‐ci maddələrinə (aşağıda 54‐55‐ci bəndlərə bax) və 2009‐cu

il  tarixli  Mənzil  Məcəlləsinin  31‐ci  maddəsinə  (aşağıda  49‐50‐ci  bəndlərə  bax)  uyğun  olaraq

mülkiyyətçinin  razılığı  ilə  dövlət  tərəfindən  əmlakın  satın  alınması;  və  ya,  (iii)  Mülki  Məcəllənin

203.3‐cü maddəsində müəyyən edilmiş digər xüsusi hallar (aşağıda 54‐cü bəndə bax).



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə