Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

əmlak  ilə  şəxsi  mülkiyyətində  olan  və  Konstitusiyanın  29‐cu  maddəsi  ilə  təminat  verilən  əmlakı

fərqləndirir.

Burada  həmçinin  nəzərə  almaq  lazımdır  ki,  Konstitusiyanın  60‐cı  və  Vergi  Məcəlləsinin  62‐ci

maddələri  ilə  vergi  ödəyicisinin  vergi  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin  qərar  və

hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququna təminat verilir.

Vergi ödəyicisinin hüquqlarının müdafiəsi vasitəsi kimi sonrakı məhkəmə nəzarətinin mövcudluğu

da  vergi  ödənişlərinin  mübahisəsiz  tutulması  qaydasının  Konstitusiyanın  tələblərinə  zidd

olmamasına dəlalət edir.

Verginin  məcburi  tutulması  öz‐özlüyündə  mülkiyyət  hüququnu  pozmadığı  üçün  vergi  orqanı

tərəfindən onun tutulmasına yönələn Vergi Məcəlləsinin 65.2‐ci maddəsində göstərilmiş tədbirlər

də mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Vergi ödəyicisinin cari və ya digər hesablarında olan pul vəsaitinin onun vergi borcundan daha artıq

həcmdə ‐ 105 faizi həcmində məxaric əməliyyatları üzrə dondurulması ilə bağlı sorğunun dəlilinə

gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 94‐cü maddəsinin

I hissəsinin 15‐ci bəndinə müvafiq olaraq,  maliyyə fəaliyyətinin əsaslarına, vergilərə, rüsumlara və

ödənişlərə dair ümumi qaydaları qanunverici müəyyən edir.

Konstitusiyanın müddəalarına əsaslanan Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini,

vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi

ödəyicilərinin  və  dövlət  vergi  orqanlarının,  habelə  vergi  münasibətlərinin  digər  iştirakçılarının

vergitutma  məsələləri  ilə  bağlı  hüquq  və  vəzifələrini,  vergi  nəzarətinin  forma  və  metodlarını,  vergi

qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin

hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin

1.1‐ci maddəsi).

Vergi Məcəlləsinin 59.1‐ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən

edilmiş  müddətdə  ödənilmədikdə,  ödəmə  müddətindən  sonrakı  hər  bir  ötmüş  gün  üçün  vergi

ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1

faizi məbləğində faiz tutulur.

Vergi Məcəlləsinin 59.2‐ci maddəsinə görə isə bu Məcəllənin 59.1‐ci maddəsində müəyyən edilmiş

faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə

tətbiq edilir.

Qeyd  olunan  maddənin  mənasından  göründüyü  kimi,  faizlərin  hesablanması  nəticəsində

mübahisələndirilən vergi borcunun məbləği hər gün dəyişə bilər. Hətta bir il ərzində ödənilməmiş

hər hansı bir vergi məbləğinə görə hesablanmış faizlər 36,5‐36,6 faizə qədər arta bilər. Məhz bu

səbəbdən  dövlət  büdcəsinin  məruz  qala  biləcəyi  itkilərin  (ödənilməmiş  vergilərlə  yanaşı,

hesablanmış faizlərin də) bərpa olunması imkanını qorumaq məqsədilə vergi qanunvericiliyi cari

və ya digər hesablarda olan pul vəsaitinin vergi borcundan 5 faiz daha artıq həcmdə dondurulmasını

məqsədəmüvafiq hesab etmişdir.

Belə  faiz  məbləği  Vergi  Məcəlləsinin  digər  normasında  da  nəzərə  tutulmuşdur.  Belə  ki,  Vergi

Məcəlləsinin 60.1.2‐ci maddəsinin 2‐ci abzasına əsasən, vergi ödəyicisinin valyuta hesabından vəsait

mübahisəsiz  qaydada  tutulduğu  halda  bank  həmin  gün  Mərkəzi  Bankın  müəyyən  etdiyi  rəsmi

məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur.

Valyuta  vəsaiti  vergi  ödəyicisi  tərəfindən  manata  konvertasiya  edildikdən  sonra  sərəncam  icra

olunur. Göründüyü  kimi,  qanunverici  Vergi  Məcəlləsinin  ayrı‐ayrı  maddələrində  müxtəlif

səbəblərdən yarana biləcək itkiləri kompensasiya etmək üçün borc və ya sərəncamda göstərilən

məbləğdən 5 faiz artıq məbləğin dondurulmasını nəzərdə tutmuşdur. Bu isə Konstitusiyanın 73‐cü

maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etmir. Həmin maddənin tələblərinə görə, heç kəs qanunla

nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət

ödənişləri  ödəməyə  məcbur  edilə  bilməz. Konstitusiyanın  73‐cü  maddəsində  təsbit  olunmuş

vergilərin  və  başqa  dövlət  ödənişlərinin  yalnız  qanunla  müəyyən  edilməsi  prinsipi  onu  nəzərdə

tutur ki, vergilər və başqa ödənişlər qanunvericiliyə uyğun olaraq qəbul olunmuş və qüvvəyə minmiş



­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

qanunla müəyyən edilmiş olsun. Vergi ödənişlərinin milli və ya xarici valyutada cari və ya digər

hesablarından  borc  məbləğinin  105  faizi  həcmində  pul  vəsaitinin  məxaric  əməliyyatı  üzrə

dondurulması isə Vergi Məcəlləsinin 65.2‐ci maddəsində nəzərdə tutulmuşdur və bu Konstitusiyanın

73‐cü maddəsinin tələblərinə tam uyğundur.

Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, vergi orqanı

tərəfindən  vergi  ödəyicisinin  milli  və  ya  xarici  valyutada  cari  və  ya  digər  hesablarında  borc

məbləğinin  105  faizi  həcmində  pul  vəsaitinin  məxaric  əməliyyatları  üzrə  dondurulması

haqqında  kredit  təşkilatına  və  ya  bank  əməliyyatları  aparan  şəxsə  icra  sənədi  olan  sərəncam

verilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 65.2‐ci maddəsi Konstitusiyanın 13‐cü maddəsinin I

və II hissələrinə, 29‐cu maddəsinə və 73‐cü maddəsinin II hissəsinə uyğun hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya

Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65‐67 və 69‐cu maddələrini

rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



QƏRARA ALDI:

1. Vergi orqanı tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında

borc  məbləğinin  105  faizi  həcmində  pul  vəsaitinin  məxaric  əməliyyatları  üzrə  dondurulması

haqqında  kredit  təşkilatına  və  ya  bank  əməliyyatları  aparan  şəxsə  icra  sənədi  olan  sərəncam

verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2‐ci maddəsi Azərbaycan

Respublikası  Konstitusiyasının  13‐cü  maddəsinin  I  və  II  hissələrinə,  29‐cu  maddəsinə  və  73‐cü

maddəsinin II hissəsinə uyğun hesab edilsin.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə

bilməz.


Sədr                                                                                      

 

 

 

 

 

 

 

Fərhad Abdullayev


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə