Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

­  35 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

məhrum olması hallarında cinayətkar kimi  mühakimə edilməsi  etika qaydalarından kənara çıxır.

Digər tərəfdən məhkəməyə verilən şəxsin özünün ittihama qarşı münasibəti bilinmədən haqqında

ittiham  hörmü  çıxarılması  hüququn  ümumi  normalarına  da    ziddir.  Haqlarında  ittiham  hökmü

çıxarıldıqdan  sonra  ölmüş  şəxslərin  reablitasiyası  üçün  yeni  açılmış  hallara  görə  və  digər

səbəblərərdən    məhkəmə  prosesləri  keçirilməsi  halları  burada  istisnalıq  təşkil  edir.  Çünki  belə

hallarda cinayət  işində məhkum edilmiş  şəxslərin ittihama münasibəti barədə məlumat olur.

Kimsə  deyə  bilər  ki,  belə  proseslər  ölmüş  təqsirləndirilən  şəxsin  bəraət  ala  bilməsi  ethimalı  ilə

həyata keçirilir. Bu arqument də ölmüş şəxs barəsində məhkəmə proseslərinin həyata keçirilməsini

zəruri edə bilməz. Çünki konkret iş üzrə məhkəmə baxışı ölmüş təqsirləndirilən şəxsin təqsirinin

sübuta  yetməsi  ilə  də  nəticələnə  bilər.  Belə  hallarda  hansı  məzmunda  hökm  çıxarılması  və  bu

hökmün icrası məsələləri problem yaradır.

Hüquq  nəzəriyyəsinə  görə  ümumi  hüquq  varisliyində  birinci  şəxsin  nəinki  hüquqları,  həmçinin

vəzifələri də  hüquqi varisə keçməlidir. Nəzərə alsaq ki, cinayət prosesində zərərçəkmiş şəxs ikili

statusa  (zərərçəkmiş  və  mülki  iddiaçı  qismində)  malikdir,  deməli  o,  CPM‐nin  89,  181‐183‐cü

maddələrinə uyğun olaraq ölmüş təqsirləndirilən  şəxsin hüquqi varisinə qarşı ona dəyən maddi

və mənəvi zərərin ödənilməsi barədə cinayət prosesində mülki iddia vermək hüquqi vardır. Belə

iddianın mümkünlüyü CPM‐yə əlavə edilən 106‐1.7‐ci maddənin məzmunu ilə də təsdiq olunur.

Həmin  maddədə  müəyyən  edilmişdir  ki,  ölmüş  təqsirləndirilən  şəxsin  hüquqi  varisi  mərhumun

CPM  ilə  müəyyən  edilən  vəzifələrini  yerinə  yetirir.  CPM‐nin  181‐ci  maddəsində  cinayət  əməli

nəticəsində zərərçəkmişə yetirilə bilən zərər növlərinin geniş siyahısı verilmişdir. İttiham hökmün

çıxarılacağı təqdirdə əmlak zərəri və mənəvi ziyan hadisəni törətmiş şəxsin hesabına ödənilməlidir.

Çətin ki, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi ölmüş şəxs haqqında ittiham hökmü çıxarılması

hallarında belə məhrumiyyətləri üzərinə götürmüş olsun. Bu məzmunda öhdəlik götürülmədikdə

isə ölmüş şəxsin hüquqi varisi institutu öz əhəmiyyətini itirir.

Cinayət  hadisəsi  törətmiş  şəxsin  özünün  ölməsi  əsasən  yol  hərəkəti  və  nəqliyyat  vasitələrinin

istismarı qaydalarını pozma hallarında baş verir. Ölkəmizdə bu növ cinayət hadisələri kifayət qədər

geniş  yayılmışdır.  Şübhəsiz  ki,  bu  yazıda  söhbət  açdığımız  problemlə  praktikada  daha  çox  yol‐

nəqliyyat cinayətləri ilə əlaqədar işlər üzrə astlaşacağıq.

Məsələn,  tutaq  ki,  hər  ikisində  sərnişin  olan  "Mersedes"  və  "Toyota"  markalı  avtomaşınların

toqquşması  nəticəsində  hər  iki  avtomaşının  sürücüsü  həlak  olmuş    sərnişinlər  yaralanmış,

avtomaşınlar əzilməklə istismara yararsız hala düşmüşlər. İbtidai araşdırma zamanı hadisənin məhz

"Mersedes" markalı avtomaşının   sürücüsünün təqsiri üzündən baş verməsi öz təsdiqini tapmışdır.

Buna  baxmayaraq  ölmüş  təqsirləndirilən  şəxsin  hüquqi  varisi  və  ya  müdafiəçisi  işin  icraatına

CPM­nin 39.1.5­ci maddəsi ilə müəyyən edilən əsaslarla xitam verilməsinə razılıq vermədiklərindən

iş ölmüş şəxs barəsindəki ittiham aktı ilə məhkəməyə göndərilir.

CPM‐nin 106‐cı maddəsinə əsasən zərərçəkmişlərin, onların yaxın qohumlarının, ölmüş zərərçəkmiş

şəxsin hüquqi varisinin təqsirli şəxsə qarşı onlara dəyən maddi zərəri və mənəvi ziyanı tələb etmək

hüququ olduğundan  onlar  müfaviq mülki iddialar  vermişlər.  Məhkəməyə  verilən  ölmüş

təqsirləndirilən  şəxs  hadisəni  törətməkdə  təqsirli  bilindiyi  hallarda  şübhəsiz  ki,  ona  cəza

verilməməklə ittiham hökmü çıxarılacaqdır. Belə hallarda bəs zərərçəkmişlərə dəymiş maddi və

mənəvi  ziyan,  o  cümələdən  sıradan  çıxmış  avtomaşının  dəyəri,  zərəçəmişlərin  müalicəsi,  dəfn

xərcləri və digər məsrəflər kimin hesabına ödənilməlidir? Şübhəsiz ki, hadisə nəticəsində ölmüş,

əmlak zərəri çəkmiş təqsirləndirilən şəxsin əmlakı hesabına zərərçəkmişlərə dəyən ziyanı tutmaq

mümkün  deyildir.  Belə  çıxır  ki,  zərərçəkmişlərə  dəymiş  maddi  və  mənəvi  ziyan ölmüş

təqsirləndirilən şəxsin hüquqi varisindən tutulmalıdır. Bu isə o halda mümkün olardı ki, hüquqi

varis təyin edilərkən ona ölmüş şəxs haqqında ittiham hökmü çıxaralacağı təqdirdə zərərçəkmişə

dəyən  zərəri  ödəməli  olacağı  barədə  xəbərdarlıq  edilmiş  olsun.  Qanunda  isə  (CPM‐nin  106‐1‐ci

maddəsi) hüquqi varisə belə xəbərdarlıq edilməli olması barədə göstəriş yoxdur.

CPM‐nin 106‐1.6‐cı maddəsində göstərilir ki, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi cinayət

işi üzrə icraatın hər hansı anında müfaviq səlahiyyətini üzərindən götürə bilər. Deməli o, məhkəmə



­  36 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

iclasının  sonunda,  yaxud  işin  apelyasiya  baxışı  mərhələsində  də  qanunla  üzərinə  qoyulan

vəzifələrdən, o cümlədən zərərçəkmişə dəyən zərəri ödəməkdən imtina edə bilər. Bu hərəkət ona

gətirib çıxarır ki, hüquqi varis qanunla təqsirləndirilən şəxs üçün müəyyən edilən vəzifələri icra

etməkdən imtina edir. Bu isə ölmüş təqsirləndirilən şəxsə hüquqi varis təyin edilməsi institutunu

gərəksiz edir. Bir sözlə  dairə qapanır.

Doğrudur, CPM‐nin 87.6.18‐ci maddəsinə görə zərərçəkmiş cinayət qanuni ilə nəzərdə tutulmuş

əməl  nəticəsində  ona  vurulmuş  ziyana  görə  qanunla  müəyyən  edilmiş  kompesasiyanı  dövlət

hesabına  almaq  hüququna  malikdir.  Lakin  "Azərbaycan    Respublikasının  Cinayət‐Prosessual

Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri

haqqında" Azərbaycan Respublikasının 2000‐ci il 14 iyul tarixli Qanunu ilə (2‐ci maddə) CPM‐nin

zərərçəkmiş  şəxsə  kompensasiya  verilməsinə  dair  müddəaları  məhkəmə  hüquq    islahatı  başa

çatdıqdan və müfaviq qanun qəbul edildikdən sonra qüvvəyə minir. Bu günə qədər müvafiq qanun

qəbul edilmədiyindən məhkəmə təcrübəsində cinayət əməli nəticəsində zərərçəkmişə dəyən zərər

yalnız məhkumdan qət edilir.

Mülahizələrimizdən belə nəticə  çıxarılmamalıdır ki, biz umumiyyətlə ölmüş təqsirləndirilən şəxs

haqqında istintaq‐məhkəmə araşdırması aparılmasının əleyhinəyik. Təqsirləndirilən şəxsin ibtidai

istintaq və məhkəmə icraatının hansı mərhələsində ölməsindən asılı olaraq araşdırmanın məhkəmə

qərarının  qəbul  edilməsinədək  davam  etdirilməsi  mümkün  və  zəruridir.  Bu  barədəki

mülahizələrimiz yuxarıda adını çəkdiyimiz "Dəyişikliklər qanunların təkmilləşdirilməsinə xidmət

etməlidir" adlı yazıda öz əksini tapdığından onları bir daha təkrarlamaq istəmirik.

CPM‐yə 11 dekabr 2012‐ci il tarixli Qanunla edilən əlavə və dəyişikliklər isə əvvəlki yazıda gəldiyimiz

qənaətlərin məntiqi olduğuna inamımızı bir daha möhkəmləndirdi.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə