Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

­  37 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Gülşən Cəbi

Hüquqşünas

ÖZÜNÜİFADƏ, YOXSA TƏBLİĞAT

Hüquqda insan hüquqları və vətəndaş hüquqları kimi iki anlayış fərqləndirilir. Anlayışların qısa

məğzi  belədir  ki,  insan  hüquqları  və  azadlıqları  hər  bir  insanın  yaşadığı,  olduğu  məkandan  asılı

olmayaraq,  malik  olduğu  haqlardır  və  bu  haqları əldə  etmək  üçün  insan  fərdinin  yaranması

kifayətdir,  vətəndaş  hüquqları  və  azadlıqları  isə  hər  bir insanın  dövlətlə  qarşılıqlı  hüquqi‐siyasi

münasibətindən, vətəndaşlıq faktorundan asılı olaraq yaranır, bir ərazidə bu haqlara malik olan

insan başqa dövlətin ərazisində malik olmur.

Hər bir insan hörmətlə yanaşılmağa layiq olan mənəvi‐zehni varlıq kimi dəyərlidir. Hər bir insan

öz haqlarından öz iradəsinə uyğun istifadə etmək haqqına malikdir. İstər insan haqlarının, istərsə

də vətəndaş haqlarının sərhədi başqalarının haqları ilə məhdudlaşır.

Mənəvi‐zehni varlıq kimi insanın fəaliyyətinin mühüm şəkli əqli fəaliyyətdir. Bir insanın ölüm anı

olaraq  ürəyin  deyil,  məhz  beyin  fəaliyyətinin  dayandığı  an  hesab  olunur. İnsanın  mənəvi‐  ruhi

halında baş verənlər, məsələn, ruhi xəstə olması, yaxud ürəyin dayanması hələ insanın ölmüş olması

demək deyil, beyin fəaliyyətinin dayanması isə ölümdür. Bunu həm həqiqi mənada, həm də məcazi

mənada  anlamaq  mümkündür.  Özünüifadə  hüququ,  yaradıcılıq  azadlığı, əqli  mülkiyyət  hüququ,

fikir  və  və  söz  azadlığı,  bir  sıra digər  haqlar  bilavasitə  insanın  mənəvi‐ruhi,  zehni  fəaliyyətinə

bağlıdır və azad insanın fərdiliyi, özünü inkişaf etdirmək, reallaşdırmaq kimi həyati davranışlarının

təbii  hüquqi əsaslarıdır. Sadalanan  haqlar  sırasında əqli  mülkiyyət  hüququnun  məzmunu  daha

genişdir, bura müəlliflik hüququ, ixtiraçılıq hüququ və başqa növlər daxildir.

Ölkəmizdə  yaradıcılıq  azadlığı  ilk  dəfə  1978‐ci  il  Konstitusiyasında ölkə  vətəndaşlarının  malik

olduğu haqlardan biri kimi nəzərdə tutulmuşdu. Konstitusiyada təsbit edilmişdi ki, “Kommunizm

quruculuğu  məqsədlərinə  uyğun  olaraq  Azərbaycan  SSR  vətəndaşlarının  elmi,  texniki  və  bədii

yaradıcılıq  azadlığı  təmin  edilir.  Bu  azadlıq  elmi  tədqiqatların,  ixtiraçılıq  və  səmərələşdiricilik

fəaliyyətinin daha da genişləndirilməsi, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsi ilə təmin olunur.

Dövlət bundan ötrü lazımi maddi şərait yaradır, könüllü cəmiyyətlərə və yaradıcılıq ittifaqlarına

yardım göstərir, ixtiraların və səmərələşdirmə təkliflərinin xalq təsərrüfatında və һəyatın başqa

saһələrində tətbiqini təşkil edir. Müəlliflərin, ixtiraçıların və səmərələşdiricilərin hüquqları dövlət

tərəfindən qorunur.”

1978‐ci  ildə  yaradıcılıq  azadlığı insan  hüquq  və  azadlıqlarından  biri  olaraq  deyil, dövlətin

vətəndaşlarının malik olduğu haqq kimi tanınmışdı. Eyni zamanda nəzərdə tutulmuşdu ki, elmi,

texniki və bədii yaradıcılıq azadlığına kommunizm quruculuğu məqsədlərinə uyğun olaraq təminat

verilir. Yaradıcılıq azadlığı vətəndaşlara məxsus haqq kimi tanınmışdı. Vahid siyasi ideologiyanın

varlığı yaradıcılıq fəaliyyətini azad insan zəkasına və ruhuna əsaslanan fəaliyyət kimi deyil, realizəsi

konkret siyasi ideologiyanın sərhədləri çərçivəsində mümkün bir kateqoriya kimi mümkün edirdi.

Vahid  ideologiya  ilə  şərtləndirilən  yaradıcılıq  ideologiyanın  təbliğinə  xidmət  edən,  kommunizm

quruculuğu məqsədlərinə uyğun  qəliblərə  salınmış,  nümunəvi  obrazlar  silsiləsi  kimi  müşahidə




­  38 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

olunurdu.  Məsələn,  bədii  yaradıcılıqda  ideyaların  müxtəlifliyi  yaranmır,  vahid  ideologiya

çərçivəsində qəliblənmiş, ideallaşdırılan obrazlar silsiləsi yaranırdı. İdeyalar yox, vahid ideologiya

çərçivəsində  obrazlar yaranırdı, təhlil  olunurdu. Yaradıcılar  təbliğatçılar, proses  təbliğat kimi

müşahidə olunurdu. Bu halda həm yaradıcılar, həm də qəlib obrazlar ideallaşdırılır, ictimai nümunə

kimi  təbliğinə  geniş yer  verilir.  Belə  fəaliyyət  insanların  özünüifadəsi  deyil,  insanların  qəliblərə

salınmaları üçün təbliğatdır.

Azad insan zəkasına və ruhuna deyil, hər hansı ideologiyaya əsaslanan fəaliyyət, ideologiyanı ifadə

edən  proses  zahirən yaradıcılıq  adlandırılsa  belə, insanların təbii  haqqı kimi özünüifadə  deyil,

subyekti  vətəndaşlar  olan  ictimai‐siyasi  təbliğat  vasitəsidir.  Bu  yanaşma  dövlətin  insanlar  üçün

deyil, insanların dövlət üçün nəzərdən keçirildiyi mühitlərdə müşahidə olunur. Vahid ideologiyanın

varlığı müxtəlif ideyaların, fikirlərin yoxluğu, insanların özünüifadəsinin və müxtəlifliyinin yoxluğu

deməkdir. Belə şərtlər daxilində yaradıcılıq azad insan zəkasına deyil, insan zəkasının müəyyən

ideologiya sərhədləri çərçivəsində fəaliyyətinə əsaslanır.

Bioloji olaraq insanın ölüm anı beyin fəaliyyətinin dayandığı an olduğu kimi, toplumun da ölümü

əqli fəaliyyətin yoxluğunda baş verir. Özünü ifadə edən insanlar yekunda özünü formalaşdırmış,

özünü ifadə edən toplum deməkdir. Qəliblərə əsaslanan toplum isə düşünmə qabiliyyətindən və

reallıq hissindən məhrum, ruhsuz oyuncaqlara çevrilir.

Azad  insan  zəkası  və  ruhu,  əqli  fəaliyyət, yaradıcılıq  azadlığı  ideyaların,  fikirlərin,  insanların

müxtəlifliyi, insanların  fərdiliyi,  toplumda  rəqabətin  mümkünlüyü  və  haqlı  rəqabət  mühitində

inkişaf deməkdir.

Ölkəmizin 12 noyabr 1995‐ci il tarixli Konstitusiyası isə hər kəsin yaradıcılıq azadlığını tanıyır və

dövlət ədəbi‐bədii, elmi‐texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat

verir. Bu gün yaradıcılıq azadlığı hər bir insanın malik olduğu haqq olmaqla, hər hansı ideologiya

və digər şərtlərlə məhdudlaşmayan, azad həyata keçirilməsinə bilavasitə dövlətin təminat verdiyi

fəaliyyətdir. Hər kəs yaradıcılıq azadlığını öz biliyinə, dünyagörüşünə, istedadına və s. uyğun olaraq,

peşəkar və ya həvəskar səviyyədə həyata keçirə bilər. Müasir dünyada yaradıcılıq azadlığı azad

insanın əqli  fəaliyyəti, özünüifadəsi  ilə  sıx əlaqəlidir.  Yaradıcının  qəlib  obrazlar  yaratmaq  kimi

vəzifəsi yoxdur. Özünü ifadə etmə, əqli fəaliyyət istər cəmiyyətin üzvü kimi, istərsə də bir varlıq

kimi  insan  təbiətinin,  insan  zəkasının,  mənəvi‐ruhi  dünyasının  öyrənilməsinə,  aşkar  edilməsinə

imkan yaradır. Bu isə öz növbəsində insanın və toplumun inkişafında faydalıdır. Yaradıcılıq azadlığı

və əqli mülkiyyət hüququnu birlikdə əqli fəaliyyət adlı vahid prosesin sistem elementləri kimi qeyd

etmək mümkündür.

Ölkəmizdə əqli mülkiyyət hüququ ilk dəfə 12 noyabr 1995‐ci il tarixli Konstitusiyada əsas insan və

vətəndaş hüquq və azadlıqlarından biri olaraq təsbit edilib, qanunla qorunmasına dair təminatlar

müəyyənləşdirilib. Konstitusiyaya görə, hər kəsin əqli mülkiyyət hüququ var, müəlliflik hüququ,

ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

Maraqlıdır ki, əqli (zehni) fəaliyyət, əqli mülkiyyət, əqli mülkiyyət hüququ ifadələri “Azərbaycan

dilinin izahlı Lüğəti”ndə nəzərdə tutulmayıb.

Müasir  dünyada  yaradıcılıq  azadlığı,  əqli  mülkiyyət  hüququ  insanların  malik  olduqları  mühüm

hüquqlardandır. Hər bir insan bu hüquqlarını öz iradəsinə uyğun şəkildə sərbəst həyata keçirə,

peşəkar  və  ya  həvəskar,  keyfiyyətli  və  ya  keyfiyyətsiz  şəkildə  məşğul ola  bilər.  Fəaliyyətin

peşəkarlığından,  keyfiyyətin  necəliyindən  asılı  olmayaraq,  hüquqların  həyata  keçirilməsinə  və

müdafiəsinə  dövlət  təminatı  verilir.  Eyni  zamanda  digər  insanların  da  bu  hüquq  və  azadlıqlara

hörmətlə yanaşmaq kimi vəzifəsi var.

Vahid ideologiya dünyasının çərçivələrindən fərqli olaraq, yaradıcılıq azadlığının insan haqqı kimi

tanındığı dünya insanları təbliğatçı kimi deyil, azad insan fərdi, şəxsiyyət olaraq qəbul edir. Əqli

fəaliyyət, yaradıcılıq azadlığı insanın özünüifadəsi üçün labüddür. Lakin məlumdur ki, təfəkkürün

dəyişməsi  normaların  dəyişməsi  qədər  qısa  müddətdə  baş  verə  bilmir. İnsanların  şüuraltında

möhkəmlənmiş ideoloji  təbliğatçı  təfəkkürü, ideallaşdırılan,  qüsursuz  qəlib  obrazlar  barəsində

gözləntilər azad insan zəkası, özünüifadəyə maneələr yaradır. “Özünüifadə, yoxsa təbliğat?” sualını



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə