Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Binanın damında isə mərhuma aid edilən mismar çıxardan alət və damın beton çıxıntısına bağlanmış

və 7‐ci mərtəbəyə qədər sallanan toxunma kəndir də müşahidə olunmuşdu.

İbtidai  istintaq  orqanı  araşdırma  zamanı  belə  nəticəyə  gəlmişdi  ki,  mərhum  İbrahimov  binada

yaşayan vətəndaşa məxsus əmlakı quldurluq yolu ilə ələ keçirmək fikrinə düşmüş, niyyətini həyata

keçirmək məqsədilə lazımi hazırlıq tədbirləri görərək alət və vasitələr əldə etmişdir. O, binanın

damından  kəndirlə  sallanıb  mənzillərdən  birinə  girməyə  cəhd  edərkən  yıxılıb  həlak  olmuşdur.

Lazımi araşdırmadan sonra AR CM‐nin 29.181.2 və 228.1‐ci maddəsi ilə başlanmış işin icraatına

cinayəti törədən İbrahimovun ölməsi səbəbi ilə CPM‐nin 39.1.5‐ci maddəsinin tələbinə əsasən xitam

verilmişdi.

İşin  icraatına xitam  verilməsinin  əsası  mərhumun yaxın  qohumlarını  qane  etmədiyindən

müdafiəçisinin  şikayəti  əsasında  həmin  qərar  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata

keçirən  prokuror  tərəfindən  ləğv  edilərək iş bir  sıra  məsələlərin  ətraflı  yoxlanılması  üçün

müstəntiqə  qaytarılmışdı.  Sonrakı  üç  il ərzində  müstəntiqlərin  eyni  məzmunlu  qərarları  4  dəfə

yuxarı prokurorlar və bir dəfə məhkəmə nəzarəti qaydasında rayon məhkəməsi tərəfindən ləğv

edilmiş, iş bəzi məsələlərin ətraflı yoxlanılması üçün göndərilmişdi. Məhkumun qohumları onun

quldurluğa cəhddə günahlandırılması ilə razılaşmamaqla yanaşı iddia etmişlər ki, guya İbrahimov

başqa yerdə öldürülməklə meyidi aşkar edilən yerə atılmışdır.

Axırıncı dəfə cinayət hadisəsinin ibtidai istintaqı Respublika Baş Prokurorluğunun Ağır cinayətlərə

dair işlər üzrə İstintaq idarəsinə həvalə edilmişdir. Bu qurum da hərtərəfli araşdırmalar aparmaqla

son  nəticədə  məzmunca  əvvəlki  araşdırıcıların  qərarları  ilə  üst‐üstə  düşən  qərar  qəbul  etmişdi.

Yəni yenidən işin icraatına CPM‐nin 39.1.5‐ci maddəsində göstərilən əsasla xitam verilmişdi. Bu

dəfə mərhumun müdafiəçisi ibtidai araşdırma orqanının qərarından Nəsimi rayon məhkəməsinə

şikayət  verərkən  həm  də  belə  bir  arqument  irəli  sürmüşdü  ki,  hadisə  törədən  və  sağ  qalan

təqsirləndirilən şəxslərdən fərqli olaraq ölmüş təqsirləndirilən şəxs haqqında bəraətverici əsaslar

olmadan işin icraatına xitam verilməsi CPM‐nin 41.2‐ci maddəsi ilə müəyyən edilən prinsiplərin

mahiyyətinə ziddir.

Nəsimi rayon məhkəməsi Konstitusiya Məhkəməsinə etdiyi sorğusunda qeyd etmişdi ki, CPM‐nin

41.2­ci maddəsinə görə təqsirləndirilən (şübhəli) şəxsin sağ olması hallarında bəraətverici əsaslar

olmadan işin icraatına xitam verilməsinə müdafiə tərəfinin mütləq razılığı tələb olunduğu halda,

təqsirləndirilən  (şübhəli)  şəxsin  ölməsi  hallarında  belə  razılıq  alınması  nəzərdə  tutulmaması

CPM‐nin  39.1.5  və  41.2‐ci  maddələrinin  praktikada  tətbiqi  zamanı  müyyən  anlaşılmazlıqlar

yaranmasına səbəb olur.

Verilmiş sorğu əsasında Konstitusiya Məhkəməsinin Plenumunda 17 aprel 2011‐ci ildə "Azərbaycan

Respublikası Cinayət‐Prosessual Məcəlləsinin 31.1.5 və 41.2‐ci maddələrinin şərh edilməsinə dair"

məsələyə  baxılarkan  bu  sətirlərin  müəllifi  də  mütəxəssis  qismində  iclasa  dəvət  edilmişdi.

Çıxışımızda  bildirdik  ki,  CPM‐nin  39.1.5‐ci  maddəsinə  münasibətdə  41.2‐ci  maddə  ilə  müəyyən

edilən  normaların  tətbiq  edilməsində  hər  hansı  problem  yoxdur.  Cinayət  hadisəsi  üzrə  tam  və

hərtərəfli araşdırma aparılarsa ibtidai araşdırma orqanının prosessual qanunvericilikdə nəzərdə

tutulan hər hansı növ qərar qəbul etməsi ölmüş təqsirləndirilən şəxsin qohumları və müdafiəçisinin

iradəsindən  (razılığından)  asılı  edilə  bilməz.  Yəni  təqsirli  olması  sübuta  yetirilən ölmüş

təqsirləndirilən (şübhəli) şəxs qohumları və müdafiəçisinin arzusu olduqda belə ittiham edilə və

mühakimə  oluna  bilməz. Ölmüş  şəxsin  məhkəmə  iclasında  CPM‐nin  qaydalarına  uyğun  surətdə

mühakimə  edilməsinə  dünya  məhkəmə  təcrübəsində  təsadüf  edilməmişdir.  Belə  bir  normanın

olacağı təqdirdə istintaq‐məhkəmə təcrübəsi həlli mümkün olmayan problemlərlə qarşılaşa bilər.

Həm  də  qeyd edildi  ki,  ölmüş  təqsirləndirilən  şəxsin  yaxın  qohumları  və  müdafiəçisi  ibtidai

araşdırma orqanının işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi barədəki qərarı

ilə razı olmadıqda CPM‐də müəyyən edilən normalara uyğun olaraq ibtidai araşdırmaya prosessual

rəhbərliyi həyata keçirən prokurora, daha sonra məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət

vermək  hüququna  malikdir. Belə  şikayətlərin  həlli üzrə  son   mərhələ  apelyasiya   instansiyası




­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

məhkəmələridir.  Beləliklə  ölmüş  təqsirləndirilən  (şübhəli) şəxs  haqqında  ibtidai  araşdırma

orqanının  işin  icraatına  xitam  verilməsi  barədəki  qərarının  qanuniliyi  və  əsaslılığı  üç dəfə

səlahiyyətli orqanlar tərəfindən yoxlanılır. Nəzərə almaq lazımdır ki, CPM‐nin 450.5‐ci maddəsinə

əsasən belə şikayətlərə baxılarkan hakim şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına

çağırmaq və onları dindirmək, şikayətin əsaslığının yoxlanılması üçün zəruri olan sənəd və maddi

sübutları tələb etmək hüuquqna malikdir. Belə vəziyyətdə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin

mənafeyinin məhkəmə müdafiəsindən kənarda qalmasından söhbət gedə bilməz. Çünki şikayətə

baxılan  hər  üç  mərhələdə  ibtidai  istintaqın  qüsurlu  olması  aşkar  edilən  hallarda  şikayət  təmin

edilməklə iş müvafiq göstərişlə müstəntiqə göndərilə bilər. Belə bir fikir də məhkəməyə çatdırıldı

ki,  qanunvericilik  müəyyən  səbəblər  üzündən ölmüş  zərərçəkmiş  şəxsdən  fərqli  olaraq  ölmüş

təqsirləndirilən (şübhəli) şəxs üçün haqlı olaraq hüquqi varis anlayışı müəyyən etməmişdir. Çünki

fikrimizcə CPM‐də belə bir anlayışın olması məntiqi düşüncəyə zidd olardı.

Plenumda  əks  mövqedən  çıxış  edənlər  də  oldu.  Onlar  fikirlərini  bununla  əsaslandırdılar  ki,  işin

icraatına bəraətverici əsaslar olmadan xitam verilməsi hallarında sağ olan təqsirləndirilən şəxsin

razılığı mütləq tələb olunursa, onun ölməsi hallarında yaxın qohumlarının və müdafiəçisinin razılığı

niyə də tələb olunmasın?

Konstitusiya Məhkəməsi nəticə etibarilə müzakirə olunan məsələ barədə aşağıdakı məzmunda qərar

qəbul etdi:

1.  Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  39.1.5‐ci  maddəsi  tətbiq  olunarkan

ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2‐ci maddəsinin tələblərinə

uyğun qaydada cinayət prosesində iştirak etmək hüququnun müəyyən edilməsi Milli Məclisə tövsiyə

edilsin.

2. Cinayət ‐ Prosessual qanunvericiliyə əlavə və dəyişikliklər edilənədək Azərbaycan Respublikası

Cinayət‐Prosessual  Məcəlləsinin  39.1.5‐ci  maddəsinə  əsasən  cinayət  təqibinə  xitam  verilməsi

haqqında  qərardan ölmüş  şəxsin  yaxın  qohumlarının və  müdafiəçisinin  şikayət  vermə  hüququ

məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər.

Beləliklə  Konstitusiya  Məhkəməsi  sorğu  verilməsinə  səbəb  olmuş  konkret  işin  qüvvədə  olan

prosessual  qanunvericiliyin  tələblərinə  uyğun  həll  edilməli  olması  ilə  razılaşsa  da  hesab  etdi  ki,

CPM­nin 39.1.5­ci maddəsinin tətbiqi zamanı ölmüş təqsirləndirilən şəxsin hüquqları tam şəkildə

qorunmur.  Bu  səbəbdən  prosessual  qanuna  müvafiq  dəyişikliklər  edilməsi  barədə  Milli  Məclisə

tövsiyə verildi.

Konstitusiya Məhkəməsinin fikrincə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam

verilmiş  (və  ya  başlanılması  rədd  edilmiş)  şəxsə  aid  qərarın  mövcudluğu  onun  (ölmüş  şəxsin)

nüfuzuna təsir edə bilər və bundan irəli gələn digər ictimai nəticələrin yaranmasına səbəb ola bilər.

Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan prosessual qərarda şəxsin cinayət

qanununda nəzərdə tutulmuş əməli törətmiş hesab olunması qaçılmaz olaraq onun şəxsiyyətinə

və nüfuzuna təsir edə bilər. Bu da öz növbəsində onun hüquqlarının, o cümlədən Konstitusiyanın

46‐cı maddəsində təsbit olunmuş öz şərəf və ləyaqətinin müdafiəsini tələb edə bilər.

Bu  qərarın  qəbul  edilməsi  ilə  əlaqədar  10  iyun  2011‐ci  il  tarixli  Qanunla  CPM‐nin  41.2‐ci

maddəsindəki  təqsirləndirilən  (şübhəli)  şəxsin  sözlərindən  sonra  (o  cümlədən  şəxsin  yaxın



qohumları və müdafiəçisinin) sözləri əlavə edildi. Beləliklə qanunvericilik yolu ilə təsbit olundu

ki,  ölmüş  təqsirləndirilən  şəxsin  yaxın  qohumlarının  və  müdafiəçisinin  razılığı  olmadan  onun

haqqındakı cinayət təqibinə xitam verilə bilməz.

10 iyun 2011‐ci il tarixli Qanunla CPM‐yə əlavə edilən normanın yarımçıqlığı, təcrübədə tətbiqinin

yeni, həlli mümkün olmayan problemlər yaradacağını güman etdiyimizə görə bu barədə mətbuatda

çıxış  etməli  olduq.  ("Dəyişikliklər  qanunların  təkmilləşdirilməsinə  xidmət  etməlidir".  Ali

Məhkəmənin  bülleteni  2013‐cü  il, №1.)  Həmin  yazıda  başqa  məsələlərlə  yanaşı  bunu  da  qeyd

etmişdik  ki,  cinayət‐prosessual  qanunla  (CPM‐nin  7.0.18‐ci  maddəsi)  müəyyən  edilən  cinayət

prosesinin  iştirakçıları  sırasına  indiyə  kimi  mövcud  olmayan  yeni  prosessual  şəxs  də  qoşulur.

Prosessual qanunda bu şəxsin adı konkret göstərilmədiyi kimi, hüquq və  vəzifələri  də   öz əksini




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə