Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

­  25 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

və Çar vəkilliyi ləğv edilmiş, yerində yeni sovet məhkəmələri və inqilabi tribunallar yaradılmışdır.

Azərbaycan XI Qızıl Ordunun köməkliyi ilə 28 aprel 1920‐ci ildə zorla sovetləşdirildikdən sonra

Azərbaycan SSR İnqilab Komitəsinin və Xalq Ədliyyə Komissarlığının 1920‐ci il 11 may tarixli əmri

və 1920‐ci il 13 may tarixli qərarı ilə burjua məhkəmə orqanları, yəni Azərbaycan məhkəmə palatası,

Bakı və Gəncə mahal məhkəmələri, onların yanında olan prokurorlar və məhkəmə müstəntiqləri,

barışıq məhkəmələri (şöbələri), habelə xüsusi vəkillik, məhkəmə pristavları ləğv edilmişdir [8, səh.

28­29].


Müttəhimi  müdafiə  məsələsi  vaxtı ilə  Azərbaycan  SSR  İnqilab  Komitəsinin  və  Ədliyyə  Xalq

Komissarlığının xalq məhkəməsi haqqında 1920‐ci il 12 may tarixli dekretində həll edilmişdi. Həmin

dekretin 40‐49‐cu maddələri müdafiəçilər və ittihamçılar kollegiyasına və mülki prosesdə tərəflərə

həsr edilmişdi [8, səh. 154].

Azərbaycan  SSR‐nin  xalq  məhkəmələri,  istintaq  komissiyaları,  ittihamçılar  və  müdafiəçilər

kollegiyaları yaradılmış və məhkəmə haqqında 1920‐ci il 12 may tarixli dekretə əsasən fəaliyyət

göstərməyə başlamışlar [13, səh.155].

Azərbaycan Sovet Sosialist Respublikasının I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən

19 may 1921‐ci ildə qəbul edilmiş I Sovet Konstitusiyası 104 maddədən ibarət olmaqla, həmin

Konstitusiyada vətəndaşların müdafiə hüququndan söhbət getmirdi [3, səh. 1‐17]. Azərbaycan

SSR Mərkəzi İcraiyyə Komitəsinin 21 iyul 1923‐cü il tarixli qərarı ilə (QK, №‐7, maddə 306) qəbul

olunmuş  Cinayət‐Prosessual Məcəlləsində (bundan sonra CPM‐də‐İ.A.) vəkilin‐ibtidai araşdırmada

iştirakı  nəzərdə  tutulmamış,  ümumiyyətlə,  vəkil  –müdafiəçiyə  ayrıca  maddə  həsr  edilməmiş,

Məcəllənin  bir  sıra  maddələrində,  o  cümlədən  CPM‐nin  251,  252,  265,  280‐ci  maddələrində

müdafiəçinin yalnız məhkəmə prosesində iştirakı nəzərdə tutulurdu [18, səh.71, 74, 78‐79].

Keçmiş  Azərbaycan  SSR‐nin  V  çağırış  Ümumazərbaycan  Sovetlər  Qurultayı  tərəfindən  26  mart

1927‐ci  il  təsdiq  edilmiş  Azərbaycan  SSR‐nin  sayca  ikinci  Konstitusiyasında  da  vətəndaşların

müdafiə hüququ, konstitusion prinsip kimi, nəzərdə tutulmamışdır [3, səh. 20‐34].

Keçmiş SSRİ‐nin Stalin Konstitusiyası adlandırılan 5 dekabr 1936‐cı ildə qəbul edilmiş SSRİ

Konstitusiyasının  (Əsas  Qanunun) əsasında  14  mart  1937‐ci  ildə  IX  Ümumazərbaycan

Sovetlər Qurultayı tərəfindən təsdiq edilmiş Azərbaycan SSR‐nin Konstitusiyasında (Əsas

Qanununda) vətəndaşların əsas hüquq və vəzifələri bölməsində (XI fəsildə) vətəndaşlarıın

müdafiə  hüququ,  ümumiyyətlə,  nəzərdə  tutulmamışdır.  Həmin  Konstitusiyanın  118‐ci

maddəsində  göstərilirdi  ki,  Azərbaycan  SSR‐in  bütün  məhkəmələrində,  qanunda  istisna  nəzərdə

tutulmamışsa, işlərə  açıq  baxılır  və  müttəhimin  özünü  müdafiə  etmək  hüququ  təmin  olunur  [4,

səh.20].


Yalnız 8 dekabr 1960‐ci il tarixli Qanunla təsdiq edilmiş CPM‐nin 18‐ci maddəsi şübhə edilən şəxsin,

müqəssirin və müttəhimin müdafiə hüququnun təmin edilməsini nəzərdə tuturdu [5, səh.13].

Həmin  Məcəllənin  57‐ci  maddəsi  cinayət  mühakimə  üsulunda  müdafiəçinin  iştirakı  adlanırdı.

CPM­nin 57­ci maddəsinin birinci hissəsində göstərilirdi ki, müdafiəçi işdə iştirak etməyə ittihamın

elan  olunduğu  vaxtdan,  cinayət  törətməkdə  şübhə  edilən    şəxs  tutulduqda,  yaxud  ittiham  elan

olunana qədər ona həbs növündə qətimkan tədbiri tətbiq olunduqda isə, tutma protokolunun, yaxud

bu qətimkan tədbirinin tətbiqi haqqında qərarın ona elan olunduğu vaxtdan, lakin tutulduğu andan

24  saatdan  gec  olmayaraq  buraxılır.

CPM‐nin  həmin  maddəsinin  ikinci  hissəndə

göstərilirdi:«Vəkillər,  həmkarlar  ittifaqlarının  və  sair  ictimai  təşkilatların  nümayəndələri  bu

təşkilatların üzvlərinin  işləri  üzrə  müdafiəçi  sifəti  ilə  buraxılırlar.Təhqiqat  aparan  şəxsin,

müstəntiqin,  prokurorun  qərarı,  yaxud  məhkəmənin  qərardadına əsasən  müdafiəçi  qismində  ər

(yaxud arvad), yaxın qohumlar və şübhə edilən şəxsin, yaxud müttəhimin qanuni nümayəndələri,

sair şəxslər buraxıla bilərlər» [5, səh. 36].

Qeyd edilən CPM‐nin 61‐ci maddəsində müdafiəçinin hüquq və vəzifələri nəzərdə tutulurdu.

Beləliklə,  keçmiş  Sovetlər  dövründə  vəkillik  haqqında  qəbul  edilmiş,  normativ‐hüquqi

aktlarla  müqayisədə,  sözügedən  CPM‐də  müdafiəçinin  (vəkilin)  hüquqları əhəmiyyətli

dərəcədə genişləndirilmişdir.



­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Keçmiş Azərbaycan SSR‐in 8 dekabr 1960‐cı il tarixli CPM‐nin qəbulu ilə əlaqədar Azərbaycan SSR

Ali Sovetinin elə həmin tarixli qərarı ilə «Azərbaycan SSR Vəkillər Kollegiyası haqqında Əsasnamə»

təsdiq  edilmişdir.  Lakin  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  9  avqust  1965‐ci  il  tarixli

Fərmanı  ilə  (sonradan  Azərbaycan  SSR  Ali  Sovetinin  qərarı  ilə  təsdiq  edilmişdir‐İ.A.) həmin

Əsasnamə qüvvədən düşmüş hesab edilərək, «Azərbaycan SSR Vəkillər Kollegiyası haqqında» yeni

Əsasnamə təsdiq edilmişdir [4, səh. 461‐471].

Həmin Əsasnamənin 1‐ci maddəsində göstərilirdi ki, ibtidai istintaq və mühakimə zamanı müdafiə

məqsədlərini həyata keçirmək üçün, habelə vətəndaşlara, müəssisələrə, idarələrə, kolxozlara və

digər təşkilatlara başqa hüquqi yardım etməkdən ötrü Azərbaycan SSR Vəkillər Kollegiyası fəaliyyət

göstərir.

İnkişaf etmiş sosializm (?!) cəmiyyətinin Konstitusiyası hesab edilən və 21 aprel 1978‐ci il

tarixdə  doqquzuncu    çağırış  Azərbaycan  SSR  Ali  Sovetinin  növbədənkənar  yeddinci

sessiyasında qəbul olunmuş Azərbaycan SSR‐nin Konstitusiyasının (Əsas Qanunun) 6‐cı fəsli

(37‐ci  maddədən  67‐ci  maddə  daxil  olmaqla)  Azərbaycan  SSR  vətəndaşlarının əsas

hüquqları,  azadlıqları  və  vəzifələrinə  həsr  edilmişdir.  Lakin  həmin  fəsildə  vətəndaşların

müdafiə  hüququ,  çox  qəribədir  ki,  nəzərdə  tutulmamışdır.  Yalnız  Konstitusiyanın  170‐ci

maddəsində göstərilirdi ki, müttəhimin müdafiə hüququ təmin edilir.

Konstitusiyanın 173‐cü maddəsində göstərilirdi ki, vətəndaşlara və təşkilatlara hüquqi yardım üçün

vəkillər kollegiyası fəaliyyət göstərir, qanunvericiliklə nəzərdə tutulan hallarda vətəndaşlara hüquqi

yardım pulsuz göstərilir [3, səh. 69‐94].

Keçmiş Azərbaycan SSR‐nin Ali Soveti tərəfindən 13 noyabr 1980‐ci il tarixdə «Azərbaycan SSR‐nin

vəkillik  haqqında  Əsasnamə»nin  təsdiq  edilməsi  haqqında  Azərbaycan  SSR‐nin  Qanunu  təsdiq

edilmiş  və  bununla  da  Sovetlər  dönəminin  əvvəlki  illərində  vəkillik  haqqında  qəbul  edilmiş

qanunvericilk aktları ilə müqayisədə daha təkmil və demokratik normativ akt qəbul edilmişdir [15,

səh. 155‐168].

Beləliklə,  keçmiş  Sovetlər  dönəminin  vəkillik  haqqında  ilk  normativ‐hüquqi  aktlarının

sonradan qəbul edilmiş müvafiq normativ‐hüquqi aktları ilə müqayisəli təhlili göstərir ki,

keçmiş  Sovetlər  dövlətinin  sonradan  qəbul  etdiyi  normativ‐hüquqi  aktlarda  vəkillik

institutunun  hüquqları, əvvəlki  normativ‐hüquqi  aktlara  nisbətən,  əhəmiyyətli  dərəcədə

genişləndirilmişdirLakin vəkilliyin hüquqlarının genişləndirilməsinə keçmiş kommunist

ideologiyası kontekstində qiymət verilməklə, bu vəziyyətə tənqidi yanaşılması zəruridir.

Nəzərə  almaq  lazımdır  ki,  Sovetlər  dönəmində  vəkillik,  faktiki  olaraq,  keçmiş  Sovet dövlətinin,

cəmiyyətdə hegemon statusa malik Sov.İKP‐nin (Kommunist Partiyasının‐İ.A.) əlində bir alət idi.

Təsadüfi deyildir ki, Vəkillər Kollegiyasının işinə  keçmiş SSRİ‐nin Ədliyyə Nazirliyi rəhbərlik edir

və Vəkillər Kollegiyasına rəhbərlik edən idarə və ya şöbə SSRİ və müttəfiq respublikaları ədliyyə

nazirliklərinin  strukturlarına  daxil  idi. Keçmiş  SSRİ  Ədliyyə  Nazirliyi  25  dekabr  1972‐ci  il



tarixdə «Vəkillər Kollegiyalarının fəaliyyətinə rəhbərliyi yaxşılaşdırma haqqında» 26 ¹­li

Əmrin qəbul edilməsi də dediklərimizə əyani sübutdur [16, səh. 448‐451].

Keçmiş  SSRİ  Ədliyyə  Nazirinin  müavini  tərəfindən  20  noyabr  1980‐ci  il  tarixdə  «Vəkillər

Kollegiyalarının  icra  və  nəzarət‐təftiş  orqanlarına  seçkilərin  keçirilməsi  qaydaları  haqqında

Təlimat» təsdiq etmişdir. Belə faktlar yeganə hal olmamış və belə əmr, sərəncamların siyahısını

artırmaq da olardı [17, səh. 221‐224].

Bütün  bunlar  isə  onu  göstərir  ki,  Sovetlər  dönəmində  vəkillik  institutu  heç  də  faktiki

müstəqil  olmamış,  bu  institut  həmin  dövrdə,  digər  inzibati  orqanlar  kimi,  əslində  dövlət

qurumlarının ayrılmaz tərkib hissəsi olmuşdur.

Azərbaycan  Respublikası  18  oktyabr  1991‐ci  ildə  öz  tarixi  dövlət  müstəqilliyini  bərpa  etdikdən

sonra hüquqi, demokratik dövlət quruculuğunu inkişaf yolu seçmişdir.

Dövlət  müstəqilliyi    illərində  ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizin

ictimai‐siyasi həyatının bütün sahələrində köklü dəyişikliklər baş vermiş, hüquqi islahatlar,

o cümlədən məhkəmə‐hüquq islahatları həyata keçirilmişdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə