Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

olaraq  hesablanmış  və  ya  yenidən  hesablanmış  vergilərin,  faizlərin  və  tətbiq  edilmiş  maliyyə

sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2‐ci maddəsinə görə isə vergi öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş

müddətdə yerinə yetirilmədikdə vergi orqanı vergilər üzrə borcların alınması üsulu kimi vergi

ödəyicisinin  milli  və  ya  xarici  valyutada  cari  və  ya  digər  hesablarına  münasibətdə  aşağıdakı

sərəncamlardan birini verir:

·  vergilər üzrə borcun vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından

dövlət büdcəsinə alınması haqqında;

·  vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin

105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında.

Göstərilən maddənin tələblərinə görə, vergi orqanının sərəncamları kredit təşkilatı və ya bank

əməliyyatı aparan şəxslər üçün məcburi olan icra sənədi sayılır. Həmin sərəncamlardan hər hansı

birinin  seçilməsi  vergilərin  bilavasitə  vergi  orqanı  tərəfindən  və  ya  vergi  ödəyicisinin  özü

tərəfindən hesablanmasından da asılıdır.

Belə  ki,  vergilər  üzrə  borcun  vergi  ödəyicisinin  milli  və  ya  xarici  valyutada  cari  və  ya  digər

hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncam aşağıdakı hallarda verilir:

·  vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1‐ci maddəsi

nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;

·    vergi  orqanının  hesabladığı  vergilər,  faizlər  və  tətbiq  etdiyi  maliyyə  sanksiyaları  üzrə  vergi

ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65.1‐ci maddəsində göstərilən bildirişin alındığı tarixdən

30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;

·  məhkəmənin müvafiq qərarı olduqda;

·    vergi  orqanının  hesabladığı  vergilər,  faizlər  və  tətbiq  etdiyi  maliyyə  sanksiyaları  üzrə  borca

münasibətdə vergi ödəyicisinin yazılı razılığı olduqda (Vergi Məcəlləsinin 65.2.1‐ci maddəsi).

Müəyyən  edilmiş  müddətdə  icra  edilməyən  vergilər  üzrə  borc  vergi  orqanının  hesabladığı

vergilərdən,  faizlərdən  və  tətbiq  etdiyi  maliyyə  sanksiyalarından  ibarət  olduqda  və  vergi

ödəyicisinin  həmin  borcun  alınması  haqqında  yazılı  razılığının  olmadığı  digər  hallarda  vergi

ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından borc məbləğinin 105 faizi

həcmində pul vəsaitinin məxaric əməliyyatı üzrə dondurulması haqqında sərəncam verilir.

Məhkəmə qərarı olmadan vergi orqanı tərəfindən birtərəfli qaydada vergi ödəyicisinin cari və ya

digər  hesablarına  sərəncamların  qoyulmasının  Konstitusiyada  təsbit  olunmuş  mülkiyyət

hüququnun pozulmasına dair  sorğunun dəlilləri ilə bağlı  Konstitusiya Məhkəməsinin Plenumu

Konstitusiyanın müddəalarına və özünün bu məsələyə dair formalaşdırdığı hüquqi mövqelərinə

bir daha nəzər yetirilməsini zəruri hesab edir.

Konstitusiyanın 29‐cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin

maddənin  III  hissəsində  isə  təsbit  edilmişdir  ki,  hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz

əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka

sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun  barəsində  sərəncam  vermək  hüquqlarından

ibarətdir.  Qeyd  olunan  maddənin  IV  hissəsinə  əsasən,  heç  kəs  məhkəmənin  qərarı  olmadan

mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları

üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti

ilə  yol  verilə  bilər.  Konstitusiyanın  73‐cü  maddəsinin  I  hissəsində  qeyd  edilmişdir  ki,  qanunla

müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir

kəsin borcudur. Həmin maddənin II hissəsinə əsasən isə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar

olmadan  və  qanunda  göstərilmiş  həcmdən  əlavə  vergilər  və  başqa  dövlət  ödənişləri  ödəməyə

məcbur edilə bilməz. Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də

müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna

etmir.  Lakin  hər  hansı  hüquqa,  o  cümlədən  mülkiyyət  hüququna  qanuni  müdaxilə  mütənasib

olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması

arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir.



­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Konstitusiya  Məhkəməsi  Plenumunun  “Vergi  Məcəlləsinin  49.3  və  49.6‐cı  maddələrinin  şərh

edilməsi  haqqında”  6  avqust  2002‐ci  il  tarixli  Qərarında  qeyd  olunmuşdur  ki,  dövlət  büdcəsinə

köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi

kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir.

Əks  halda,  digər  şəxslərin,  habelə  dövlətin  hüquqları  və  qanunla  qorunan  maraqları  pozulmuş

olardı.

Vergi  ödəmək  vəzifəsində  cəmiyyətin  ümumi  maraqları  əks  olunub.  Dövlət  təkcə  vergi



ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə

etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir

və belə tədbirləri həyata keçirməlidir.

Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi

deyil,  onun  konstitusiya  vəzifələrindən  irəli  gələn  əmlakının  müəyyən  hissəsinin  qanuni

götürülməsi kimi qiymətləndirilməlidir.

Qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi Mülki Məcəllənin

bank hesabı ilə bağlı münasibətləri tənzimləyən LII fəslinin normaları ilə üst‐üstə düşür.

Belə  ki,  pul  vəsaitinin  hesabdan  silinməsi  əsaslarını  müəyyən  edən  Mülki  Məcəllənin  964.2‐ci

maddəsinin  məzmununa  görə,  müştərinin  sərəncamı  olmadan  onun  hesabından  pul  vəsaitinin

silinməsi aşağıdakı əsaslardan biri olduqda həyata keçirilə bilər:

·  pul vəsaitinin silinməsi barədə məhkəmənin qərarı olduqda;

·  qanunla müəyyənləşdirilmiş hallarda;

·  bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda.

Həmin  maddənin  məzmunundan  göründüyü  kimi,  bank  hesabından  pul  vəsaitinin  silinməsi

əsaslarından biri qanunvericilikdə müəyyənləşdirilmiş halların mövcudluğudur.

Belə  hallar  həmçinin  “Sosial  sığorta  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  14‐cü

maddəsində,  “İcra  haqqında”  Azərbaycan  Respublikası Qanununun  5.1‐ci  maddəsində  də

göstərilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2‐ci maddəsinə əsasən, inzibati

aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda

tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya

yönəldilməsi  haqqında  qərar  icra  edilməsi  üçün  birbaşa  icra  məmuruna  göndərilir  və  sonuncu

tərəfindən məhkəmə qərarı olmadan icra hərəkətləri həyata keçirilir.

Qeyd  edildiyi  kimi,  qanunverici  vergilərin,  habelə  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada

hesablanmış  faizlərin,  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  və  digər  məcburi  ödənişlərin

ödənilməsini vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifənin icra olunmaması

nəticəsində  büdcəyə  dəymiş  ziyanın  yerinin  doldurulması  məqsədilə,  qanunverici  Vergi

Məcəlləsində məcburiyyət tədbirləri və vasitələri müəyyən etmişdir.

Belə ki, Vergi Məcəlləsinin 23.1.7 və 65.2‐ci maddələrinin tələblərinə əsasən, vergi orqanı vergilər,

faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin  milli və ya xarici valyutada cari və

ya  digər  hesablarından  dövlət  büdcəsinə  alınması  haqqında  kredit  təşkilatına  və  ya  bank

əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir.

Bu zaman vergi ödəyicisinin cari və ya digər hesablarındakı pul vəsaitinin vergi orqanı tərəfindən

hesablanmış  vergilərin,  faizlərin  və  tətbiq  edilmiş  maliyyə  sanksiyalarının  105  faizi  həcmində

məxaric əməliyyatları üzrə dondurulması baş verir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, belə dondurulma vergi ödəyicisinin mülkiyyət

hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

Əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanaraq Konstitusiya Məhkəməsinin

Plenumu bir daha vurğulayır ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz

şəxsi mülkiyyətində olsa da, o həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil.

Bu isə onu göstərir ki, Konstitusiya vergi ödəyicisinin müəyyən pul məbləğində dövlət büdcəsinə

ödənilməli olan və bu səbəbdən də onun öz mülahizəsinə uyğun olaraq sərəncam  verə  bilmədiyi



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə