Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

tapmamışdır. Həm də özümüzün belə bir subyektiv fikrimizi də qabartmışdıq ki, əvvəlki normanın

saxlanılması proses iştirakçılarından heç kəsin hüquqlarına xələl gətirmirdi.

"Azərbaycan  Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında"

Azərbaycan  Respublikasının  2012‐ci  il  11  dekabr  tarixli  Qanunu  ilə  CPM‐yə  söhbət  açdığımız

məsələləri  nizama  salmalı  olan  yeni  normalar əlavə  edildi.  Həmin  Qanunla  CPM‐nin  41.2,  43.3,

93.4.13,  119.4,  281.1,  383.1.5,  409.4  və  422.3‐cü  maddələrə  dəyişikliklər  edilməsi  ilə  yanaşı

Məcəlləyə  43.3‐1,  44.2.‐1,  92.3.14,  92.3.15,  106‐1,  282.1‐1  kimi  yeni  maddələr  də  əlavə  olundu.

Qanuna edilən bu dəyişikliklərlə CPM‐nin 41.2‐ci maddəsinin 10 iyun 2011‐ci il redaksiyasındakı

mətni də dəyişikliyə uğradı. Hazırda 41.2‐ci maddənin son mətni aşağıdakı kimidir:

Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadan təqsirləndirilən (şübhəli) şəxsin,

habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli

törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin,

hüquqi  varisi  müəyyən  edilmədiyi,  o  cümlədən  bu  Məcəllənin  106‐1.4‐cü  maddəsində  nəzərdə

tutulmuş hallarda  müdafiəçinin  razılığı  olmadan  cinayət  təqibinə  xitam  verilməsi  barədə  qərar

çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada



davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

Həmin  Qanunla  həmçinin  cinayət‐prosessual  qanunvericiliyə  "ölmüş təqsirləndirilən  (şübhəli)

şəxsin  hüquqi  varisi"  adlı  yeni  anlayış  gətirildi,  bu  şəxsin  hüquq  və  vəzifələrindən  bəhs  edən

normallar  daxil  edildi.  Dəyişikliyə  uğrayan  maddələr,  həmçinin  Məcəlləyə  əlavə  edilən  digər

maddələr əslində 41.2 və 106‐1‐ci maddələrin təcrübədə tətbiqi məsələlərinə xidmət edir.

CPM‐yə 11 dekabr 2012‐ci il tarixli Qanunla edilən dəyişikliklərin istintaq‐məhkəmə təcrübəsində

dolaşıqlığa və anlaşılmazlığa gətirib çıxaracağı ilə bağlı mülahizələrimizi aşağıda əsaslandırmağa

çalışacağıq.  İndi  isə  edilən  dəyişikliklərin  mətnindən  doğan  anlaşılmazlıqların  bir  neçəsini  qeyd

etmək istəyirik.

1.  41.2‐ci  maddənin  son  redaksiyasından  belə  çıxır  ki,  cinayət  hadisəsi  törətmiş  şəxs  yalnız

təqsirləndirilən  şəxs  qismində  tanınanadək  öldüyü  hallarda  ona  hüquqi  varis  təyin  oluna  bilər.

Halbuki,  cinayət  törətmiş  şəxsin  təqsirləndirilən  (şübhəli)  şəxs  qismində  cəlb  edildikdən  sonra

ölməsi halları da istisna olunmur. Belə hallarda, həmçinin cinayət işi məhkəmənin icraatında olarkan

təqsirləndirilən (şübhəli) şəxsin ölməsi hallarında yaxın qohumarından birinin hüquqi varisi ola

bilməsi məsələsi açıq qalmışdır.

2.  44‐cü  maddənin  əvvəlki  redaksiyasında  məhkəmə  baxışının  nəticəsi  olaraq  ittiham  hökmü

çıxarılması  zamanı  təqsirləndirilən  şəxsə  cəza  təyin  edilib‐edilməməsi  məsələlərindən  danışılır.

Həmin maddənin bəndlərində (44.1‐44.2.4‐cü maddələr) məhkəməyə verilən şəxs "təqsirləndirilən

şəxs" adlandırıldığı halda, CPM‐ə yeni əlavə edilən 44.2.1‐1‐ci maddədə bu prosessual şəxsin adı

iki  yerdə  "təqsirləndirilən  (şübhəli)  şəxs"  kimi  göstərilmişdir. Halbuki,  cinayət  işinin  məhkəmə

baxışı  mərhələsində  məhkəməyə  verilən  şəxs  "şübhəli  şəxs"  adlandırıla  bilməz.  O,  artıq  bütün

hallarda  təqsirləndirilən  şəxsdir.  Şübhəli  şəxsin  anlayışı,  hüquq  və  vəzifələrindən  bəhs  edən

CPM‐nin 90‐cı maddəsinin mətnindən də bunu görmək olar.

3. CPM‐nin 41.2‐ci maddəsinə dəyişiklik edilməsi, Məcəlləyə yeni 106‐1‐ci maddənin əlavə olunması

qanuna digər normalar əlavə edilməsi, bəzi maddələrin dəyişdirilməsi ilə nəticələnməli idi və bu

qanunda müəyyən dərəcədə öz əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi 11 dekabr 2012‐ci il

tarixli Qanunla CPM‐nin səkkiz maddəsi dəyişikliyə uğramış, ona beş yeni maddə əlavə olunmuşdur.

Əslində yeni normanın qəbul edilməsi ilə Məcəllənin daha çox maddəsi dəyişikliyə məruz qalmalı

idi. (məsələn, 7, 154, 181, 183, 197, 198, 284‐288, 291, 292, 299, 300, 358, 407 və sair). Həmin

maddələrdə,  habelə  digər  müvafiq  maddələrdə  dəyişiklik  edilməməsi  istintaq‐məhkəmə

təcrübəsində dolaşıqlıq və anlaşılmazlığa gətirib çıxarmalıdır.

İndi  də  11  dekabr  2012‐ci  il  tarixli  Qanunla  CPM‐yə  edilən  dəyişikliklərin  nəzəri  cəhətdən

əsaslandırılması və yeni normaların təcrübədə tətbiqində yaranacaq problemlər barədə:

Qeyd  etdiyimiz  kimi  11  dekabr  2012‐ci  il  tarixli  Qanunla  cinayət‐prosessual  qanunvericilikdə  o

vaxtadək mövcud olmayan yeni prosessual şəxs ‐ ölmüş təqsirləndirilən (şübhəli) şəxsin  hüquqi



­  34 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

varisi meydana çıxdı. Bizimlə razılaşarsınız ki, nə təhsil illərində, nə də hüquqşünaslıq ixtisası üzrə

işlədiyimiz  uzun  illər  ərzində  bu  terminlə  ilk  dəfədir  ki,  rastlaşırıq.  Həmişə  hesb  etmişik  ki,

cinayət‐prosessual  hüquqda  ölmüş  təqsirləndirilən  (şübhəli)  şəxsin  hüquqi  varisinin  olması

qeyri‐mümkündür. Çünki hər bir prosessual qanunda hüquqi varislik institutu nəinki hüquqlar əldə

etməklə, həm də vəzifələr daşımaqla bağlıdır.

Hüquqi ədəbiyyatda prosessual hüquq varisliyi qismində ölmüş təqsirləndirilən (şübhəli) şəxsin

hüquqi varisi anlayışı ilə rastlaşmamışıq. Hüquqi varislik termini hüquqi ədəbiyyatda əsasən mülki

prosesdə  əmlak‐hüquq  münasibətlərinin,  beynəlxalq  hüquqda  isə yeni  dövlətin  yaranması,  ləğv

edilməsi, onların hüquqi vəziyyətinin dəyişdirilməsi zamanı meydana çıxan münasibətlərin  nizama

salınması ilə əlaqədar işlədilirdi.

Hüquq ensiklopediyası lüğətlərində də qeyd edilir ki, hüquq varisliyi hüququn qanuna, yaxud sazişə

əsasən  bir  şəxsdən  başqasına  keçməsidir.  Hüquq  varisliyi  zamanı  hüquq  münasibətlərinin  yeni

subyekti  əvvəlkini  əvəz  edir,  lakin  ona  keçmiş  hüquq  və  vəzifələr  dəyişmir.  Mülki  hüquqda,  ailə

hüququnda, əmək hüququnda yalnız əmlak hüquq və vəzifələri vərəsəlik yolu ilə keçir. Prosessual

hüquq varisliyi mülki prosesdə iştirak edən maraqlı şəxsin onun maddi hüquq münasibətində hüquq

varisi ilə əvəz edilməsidir. Beynəlxalq hüquqda isə dövlətin hüquq varisliyi yeni dövlətin yaranması,

dövlətin başqa dövlətin tərkibinə daxil olması, dövlətlərin bölünməsi (ayrılması) zamanı hüquq və

vəzifələrin bir dövlətdən başqasına keçməsidir.

Nəzərdən  keçirdiyimiz  hüquq  ensiklopediyalarının  heç  birində  təqsirləndirilən  (şübhəli) şəxsin

prosessual hüquq varisliyinin başqa şəxsə keçməsinin mümkün olması barədə mülahizə ilə belə

rastlaşmadıq. Hər hansı xarici ölkənin cinayət‐prosessual qanunvericiliyində bizim CPM‐nin 106‐1‐ci

maddəsinin məzmununa oxşar maddəsi olub‐olmaması barədə məlumat əldə edə bilmədik. (RF‐nin

CPM‐də  bu  məzmunda  norma  yoxdur).  Əlaqə  saxladığımız  cinayət‐prosessual  hüquq  sahəsində

çalışan  alimlər  və  stajlı  praktiki  işçilər  də  yeni  normanın  mahiyyəti,  onun  istintaq‐  məhkəmə

təcrübəsində müsbət rol oynayacağı barədə fikir söyləyə bilmədilər.

CPM‐nin söhbət açdığımız yeni normasının istintaq‐məhkəmə təcrübəsində tətbiqi zamanı baş verə

biləcək  bəzi  məqamlara  diqqət  yetirək.  Yuxarıda  qeyd  olundu  ki,  CPM‐nin 41.2‐ci  maddəsinin

mahiyyətinə  görə  bəraətverici  əsaslar  olmadan  ölmüş  təqsirləndirilən  (şübhəli)  şəxs  haqqında

cinayət təqibinə onun hüquqi varisinin, hüquqi varis olmadıqda isə müdafiəçisinin razılığı olmadan

xitam verilə bilməz. Bu zaman cinayət təqibi CPM ilə müəyyən edilən qaydada davam etdirilir və

məhkəmə hökmünün, yaxud başqa növ qərarın çıxarılması ilə başa çatdırılır. Aydın məsələdir ki,

burada hüquqi varis olmağa razılıq vermiş şəxs haqqında deyil, ölmüş təqsirlənsirilən şəxsin özü

haqqında istintaq‐məhkəmə araşdırmaları aparılmasından söhbət gedir.

Belə  çıxır  ki,  ibtidai  araşdırmanın  gedişində  cinayət  hadisəsinin  məhz  şəxsin  təqsirli  əməlləri

nəticəsində törədilməsi təkzib olunmaz sübutlarla təsdiq edilsə belə, onun hüquqi varisinin, varis

olmadıqda isə müdafiəçisinin razılığı olmadan CPM‐nin 39.1.5‐ci maddəsinə əsasən işin icraatına

xitam verilə bilməz. Cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və ya qərarlarından

məhkəməyə şikayət verilməsi, bu işlərə məhkəmədə baxılması barədə CPM‐nin 442, 449‐451‐ci

maddələri ilə müəyyən edilən normaların bu məsələlərə aidiyyəti yoxdur.

Yeni  normalara  əsasən  məhkəmə  nəzarətinin  həyata  keçirilməsi  ilə  bağlı  CPM‐nin  52‐ci  fəsli  ilə

müəyyən  edilən  müddəaların  belə  şikayətlərə  baxılması  ilə  ümumiyyətlə  əlaqəsi  olması  istisna

olunur. Bu isə o deməkdir ki, icraata xitam verilməsinə razılıq alınmaması hallarında müstəntiq

müfaviq qərarla olmüş şəxsi təqsirləndirilən şəxs qismində tanımalı, ibtidai istintaq materialları ilə

tanış  etməli  onun  haqqında  ittiham  aktı  tərtib  etməklə  cinayət  işini  baxılması  üçün prokurorun

vasitəsilə məhkəməyə göndərməlidir. Daha sonra məhkəmənin hazırlıq iclasının qərarı ilə ölmüş

şəxs məhkəməyə verilməli və nəhayət CPM‐ilə müəyyən edilən qaydalarla mühakimə olunmalıdır.

Bizim bildiyimizə görə dünya istintaq‐məhkəmə təcrübəsində ölmüş şəxsin cinayət məsuliyyətinə

cəlb  edilməsi,  mühakimə  edilməsi hallarına  təsadüf  edilməmişdir.  Hətta  bəşəriyyətə  qarşı  ağır

cinayətlər törətmiş müharibə canilərinə qarşı da belə  prosedurlar həyata keçirilməmişdir.

Görünür bu bir tərəfdən onunla əlaqədardır ki, cinayəti törədən şəxsin taleyin hökmü ilə həyatdan



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə