Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

­  39 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

düşünməmək  azad  əqli  və  yaradıcı fəaliyyətin  həyata  keçirilməsinə  çətinlik  yaratmaqla  yanaşı,

insanların digər insanların bu haqlarına münasibətdə hörmətsizlik göstərmələrinə də səbəb olur.

Bu  barədə  fərqli  təfəkkür,  dəyərlərin  sahibi  insanların  qarşılıqlı  anlaşma  mühitində  fəaliyyəti,

toplumda  qarşılıqlı  münasibətləri  üçün  əvvəlcə  sahibi  olduqları  təfəkkürü  özləri  üçün

aydınlaşdırmaları, özlərinə etiraf etmələri vacibdir.

Azad  insan  azad  zəkaya,  ruha  malik  olan,  sərbəst  əqli  və  yaradıcı fəaliyyəti  həyata  keçirən, öz

baxışlarından, seçimlərindən, bilik səviyyəsindən asılı olmayaraq, başqa insanlara, onların zəkasına,

ruhuna, əqli və yaradıcı fəaliyyətinə, baxışlarına, seçimlərinə hörmətlə yanaşmağı bacarandır. Hər

kəsin hüququ başqasının hüquqlarına qədərdir.




­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2‐ci maddəsinin Azərbaycan Respublikası

Konstitusiyasının 13‐cü maddəsinin I və II hissələrinə, 29‐cu maddəsinə və 73‐cü maddəsinin II

hissəsinə uyğunluğunun yoxlanılmasına dair

17 mart 2016‐cı il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova,  Südabə  Həsənova,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze  (məruzəçi‐hakim),  Mahir

Muradov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

sorğuverən  orqanın  nümayəndəsi  Azərbaycan  Respublikası  İnsan  hüquqları  üzrə  müvəkkili

(ombudsman) Aparatının Elmi‐analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən  orqanın  nümayəndəsi  Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  İqtisadi

qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati‐İqtisadi Kollegiyasının hakimi

Azər  Hüseynovun,  Bakı  Apellyasiya  Məhkəməsinin  İnzibati‐İqtisadi  Kollegiyasının  hakimi

Nurəddin  Mustafayevin,  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyi  Hüquq  Baş  idarəsinin

Məhkəmə işlərinin təşkili idarəsinin rəisi Ramiz Qasımzadənin iştirakı ilə,

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  VII  hissəsinə  müvafiq  olaraq

konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan

hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Vergi

Məcəlləsinin 65.2‐ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13‐cü maddəsinin I

və II hissələrinə, 29‐cu maddəsinə və 73‐cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına

dair konstitusiya işinə baxdı. İş üzrə hakim R.Qvaladzenin məruzəsini, sorğuverən və cavabverən

orqanların nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb

müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan  Respublkasının  İnsan  hüquqları  üzrə  müvəkkili  (ombudsman)  Azəbaycan

Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə

müraciət edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi)

65.2‐ci  maddəsinin  Azərbaycan  Respublikası  Konstitusiyasının  (bundan  sonra  –  Konstitusiya)

13‐cü  maddəsinin  I  və  II  hissələrinə,  29‐cu maddəsinə  və  73‐cü  maddəsinin  II  hissəsinə

uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda  göstərilir  ki, Vergi  Məcəlləsinin  52.1‐ci  maddəsinə  əsasən, vergi  qanunvericiliyinin

pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından

sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən

şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65‐ci maddəsi ilə

müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır.




­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Vergi Məcəlləsinin 65.1‐ci maddəsinə müvafiq olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə

müəyyən  edilmiş  müddətdə  yerinə  yetirmədikdə  vergi  orqanı  bu  Məcəlləyə  müvafiq

olaraq  hesablanmış  və  ya  yenidən  hesablanmış  vergilərin,  faizlərin  və  tətbiq  edilmiş  maliyyə

sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Həmin Məcəllənin 65.2‐ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının hesabladığı və ya

yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi

ödəyicisinin  milli  və  ya  xarici  valyutada  cari  və  ya  digər  hesablarında  borc  məbləğinin  105  faizi

həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya

bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Sorğuverənin  fikrincə,  Konstitusiyanın  13‐cü  maddəsinin  I  və  II  hissələrinin,  29‐cu  maddəsinin,

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152‐ci maddəsinin

tələblərinəzidd  olaraq  Vergi  Məcəlləsinin  65.2‐ci  maddəsinin  göstərişləri  vergi  ödəyicisinin

mülkiyyət  hüququnu  pozaraq,  məhkəmənin  qərarı  olmadan  onun  əmlakına  sərbəst  sərəncam

vermək hüququnuməhdudlaşdırır.

Sorğuverən  həmçinin  hesab  edir  ki,  göstərilən  maddəyə  əsasən  vergi  ödəyicisi  ona  hesablanmış

vergi və maliyyə sanksiyalarına görə 100 faizdən artıq, əlavə 5 faiz vergi və digər ödənişləri ödəməyə

məcbur edilir və bu Konstitusiyanın 73‐cü maddəsinin II hissəsi ilə ziddiyyət təşkil etməklə azad

sahibkarlığın inkişafına maneə yaratmış olur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd ediməsini zəruri hesab edir.

Konstitusiyanın 13‐cü maddəsinin I və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət

toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət

və bələdiyyə mülkiyyəti növündə ola bilər.  Mülki Məcəllənin 155.3‐cü maddəsinə əsasən isə dövlət

büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1‐ci maddəsində göstərilmişdir

ki,  dövlət  büdcəsinin  gəlirləri  dövlət  vergilərindən  ibarətdir.  Həmin  Qanunun  8‐ci  maddəsinə

müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər

strateji  proqramlarının  və  problemlərinin  həlli,  dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün

qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin

etməkdir. Həmçinin bu Qanunun 9.2‐ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi

Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Vergi  Məcəlləsinin  11‐ci  maddəsində  müəyyən  edilmişdir  ki,  vergi  –  dövlətin  və  bələdiyyələrin

fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin

özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz

ödənişdir.

Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun

fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir.

Qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış

faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin

vəzifəsi kimi müəyyən edilmişdir (Vergi Məcəlləsinin 16.1.1‐ci maddəsi).

Vergi  Məcəlləsinin  23.1.6‐cı  maddəsi  ilə  müəyyən  edilmiş  müddətlərdə  ödənilməmiş  vergilərin,

faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət

büdcəsinə  ödənilməsini  təmin  etmək  vergi  orqanlarının  hüquqlarına  aid  edilmişdir.  Həmin

Məcəllənin  24.0.1‐ci  maddəsinə  əsasən,  vergi  orqanları  vergilərin  tam  və  vaxtında  ödənilməsinə

nəzarət etməyə borcludurlar.

Vergi  Məcəlləsinin  63.2‐ci  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  vergi  ödəyicisi  ona  hesablanmış

verginin  məbləği  ilə  razı  olmadığı  halda,  verginin  ödənilməsini  dayandırmadan  bilavasitə  vergi

nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.

Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır.

Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 65.1‐ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu

Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə  yetirmədikdə  vergi  orqanı  bu  Məcəlləyə  müvafiq



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə