Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə281/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   355
INFORMATIKA KITAB BUTOV-1

ABBYY FineReader office 
əmrini yerinə yetirməklə yüklənir. Proqram 
yükləndikdən sonra Windows 
əlavələri üçün tipik proqram 
pəcərəsi açılır
.
Proqram 
pən-
cərəsi başlıq və menyu sətr-
lərindən, formatlaşdırma, tanı-
ma, standart 
alətlər, 
Scan&-
Read
panellərindən və işçi 
sahədən ibarətdir. 
Proqramın işçi sahəsi bir neçə
hissəyə 
ayrılmışdır. 
İşçi 
sahəsinin 
sol 
kənarında
sənədlərin qrafiki obrazlarının 
yarlıqlarının siyahısını əks etdirən şaquli 
Paket
paneli 
yerləşir. İşçi sahənin 
aşağı hissəsindəki panel böyüdülmüş şəkildə qrafiki obrazın fraqmentini əks 
etdirir. Onun 
köməyilə tanınmış sənədin keyfiyyətini müəyyənləşdirmək və 
ondan 
mətnin tanınması gedişində proqramın «öyrədilməsi» üçün istifadə 
etmək olar. İşçi sahəsinin qalan hissəsini sənəd pəncərəsi tutur. Qrafiki obrazın 
tanınması və tanınmadan sonra alınmış mətn sənədlərinə baxış və onların 
orfoqrfik 
yoxlanılması, redaktə prosessləri burada həyata keçirilir. 
Standart 
alətlər paneli üzərində sənədi açmaq, bufer mübadiləsi ilə 
əməliyyat aparmaq, sənəddə edilmiş dəyişiklikləri göstərmək üçün düymələr 
yerləşdirilmişdir. 
Scan&Read
paneli 
kağız sənədin elektron mətnə çevrilməsinin bütün 
mərhələlərinə cavab verən düymələrə malikdir. Birinci düymə «usta rejimi» 
vasitəsilə kağız sənədi elektron mətnə çevirməyə xidmət edir. «Tanıma»
paneli 
sənədin yazıldığı dili və şriftini müəyyənləşdirir. Şrift növü ancaq o 
halda 
istifadə oluna bilər ki, sənədin çapı keyfiyyətsiz olsun. Formatlaşdırma 
panelindən tanınmış hazır mətnin formatlaşdırılmasında istifadə olunur. 
Fine Reader
proqramı vasitəsilə kağız sənədin elektron sənədə 
çevrilməsi prosesi beş mərhələdə həyata keçirilir. Bu mərhələlər həm 
avtomatik, 
həm də istifadəçinin nəzarəti ilə yerinə yetirə bilir. 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə