Mübariz Xəlilov, Nazlı Həsənova


Alqoritm 2 (Dərsin gedişi)



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə38/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Alqoritm 2 (Dərsin gedişi). 
Zəng vurularkən, sinfə daxil olub, öz 
yerimizdə otururuq. Müəllim gələn zaman ayağa qalxıb, onunla salamlaşırıq və 
onun göstərişi ilə yerimizdə əyləşib, dərsdə iştirak edirik. Dərsin sonunda zəng 
vurulduğu zaman ayağa qalxıb müəllimlə sağollaşırıq. Müəllim sinifdən 
çıxdıqda, dərs ləvazimatlarımızı yığışdırıb, sinifdən çıxırıq. 
 
2.7

Alqoritmlərin xassələri və təsvir üsulları 
Alqoritmlərin aşağıdakı əsas xassələri vardır: 
-
diskretlik 
– 
məsələnin həlli prosesinin emal mərhələlərinə bölünməsi 
mümkünlüyü; 
-
nəticəvilik
– 
məsələnin həlli üçün aparılan sonlu sayda əməliyyatdan 
sonra nəticə əldə edilməli və ya nəticənin olmaması haqqında məlumat 
verilməlidir; 
-
müəyyənlik
– 
hər bir mərhələnin məzmununun və mərhələlərin yerinə 
yetirilmə ardıcıllığının müəyyən olunması; 
-
kütləvilik
– 
məsələnin həlli alqoritminin ilkin verilənlərdən asılı 
olmamasının mümkünlüyü və müəyyən sinif məsələlərə tətbiq edilməsi. 
Bunlardan başqa, alqoritmlərin 
sadə
və 
yığcam
olması, alqoritmə uyğun 
proqramın icrasında 
operativliyin 
gözlənilməsi də vacib şərtlərdəndir. 
Al
qoritm elə qurulmalıdır ki, sonradan o, digər istifadəçilər, uzun müddət 
keçdikdən sonra isə hətta alqoritmi quran şəxs üçün asan qavranılsın. 
Alqoritmlərdə əlavə, lazım olmayan əməliyyatların aparılmasına yol 
verilməməlidir. 
Doğrudur, müasir fərdi kompüterlərin sürəti elə böyükdür ki, belə 
«lazımsız» bir-iki əməliyyatın proqramın icra vaxtına təsiri həddindən artıq 
cüzidir. Lakin onların çoxsaylı təkrar olunan dövr içərisində olması, proqramın 
icrasını xeyli ləngidə bilər. 
Alqoritmləri müxtəlif üsullarla təsvir etmək olar. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə