18
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
yin təkmilləşdirilməsi Millin utilitar- praqmatik perspektivini əks etdirir.
Məsələn, utilitarlar hesab edirlər ki, günahgar o zaman cəzalandırılmalıdır ki,
cəzanın hər hansı çəkindirici məqsədi olsun. Onlar cəzalandirmağın özünü
yox, cəzalandırmaq hədəsinin mühüm olduğunu hesab edirlər və məsələni
“optimal cəkindirməyə xidmət edən düzgün cəza müəyyən etmək” kimi qo-
yurlar.
16
Haşiyə 2.1. Emmanuel Kant və “Mənəvi Qanun daxilimizdə”: Müdafi ə
Sektoru Rəhbərləri üçün Dərslər
Mənəviyyatlı adam nümunəvi xarakter daşımalıdır,elə xarakter ki,o daşıdığı
öhdəliklərin rasional tələblərini qəbul etsin və hətta bu cür davranışa
məcbur edən, onu məhdudlaşdıran və ya formasını dəyişən heç bir xarici
stimul və ya məhdudiyyət olmasa belə.
Hərbi rəhbərlər və zabitlər mənəvi cəhətdən layiqlı formada hərəkət edirlər
və “mənəvi iradələri” var və hətta heç bir stimul və ya cavabdehlik formaları
olmadığı halda onlara arxalandığımız halda, onlar bildiyi şeyləri və etməli
olduğu işləri edəcəklər.
Siyasətçilər cəzalandırma qorxusunu aşağıdakı üç yolla artıra bilərlər:
1. Yaxalama ehtimalını artırmaqla;
2. Yaxalanarsa, məhkum ediləcəyi ehtimalını artırmaqla;
3. Cəzanın sərtliyini artırmaqla;
Hər bir yanaşma hüquq mühavizə sisteminin müxtəlif maddələrinə uyğun
gəlir.
1.Qanunların pozulmasının sistemli monitorinqi və pozanların tapılıb
həbs edilməsi (burada, şəffafl ıq aşkar etməni artırır);
2. Günahı müəyyən edən müstəqil məhkəmə (cavabdehlik, aşkar oluna-
nın məhkum edilməsini artırır); və
3. Cəzanı həyata keçirmək üçün islahedici müəsisələr (burada cavab-
dehlik, məhkumluğa görə cərimələrin və mənimsənilmiş aktivlərin müstəqil
dəyərləndirilməsini təmin edir)
Hüquq prosesi bahalı proses olduğundan, qanunun optimal səviyyədə
tətbiqi korrupsiyanı tam ləğv etməsə də onu azaldacaqdır. (Bax Şəkil 2.1
və 2.2). Şəffafl ığın artırılması- səmərəli və məhsuldar büdcə tərtibi və mü-
hasibat sistemi qurmaq vasitəsilə müdafi ə institutlarının qurulması, iqtisadi
və qərar vermə vasitələrinin, müstəqil maliyyə auditlərinin, monitorinq və
16
İbid.,149.
19
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji
Yanaşma
nəzarət mexanizmlərinin sistemli tətbiq edilməsi və s.korrupsiya əməllərinin
aşkar edilməsi ehtimallarını artırır.Cavabdehliyin təkmilləşdirilməsi- hüqu-
qi islahatlara yatırım qoyaraq müstəqil məhkəmələrin yaranması,qanunların
icrası,qayda və sərəncamlar və s.-fərd aşkar olunarsa məhkum ediləcəyi ehti-
malını artırır və cərimələrin qiymətləndirilməsinə təsir edir.
Haşiyə 2.2. Cinayətgar Davranışın Rasionallığı Haqda Utilitar
Nəzəriyyə
Utilitar nəzəriyyəyə görə, cəzanın ehtimalı və sərtliyi yüksək olduqda,
cinayətgar seçimin ehtimalı azalır. Erlikin (Ehrlich) empirik araşdırmaları
göstərir ki, tutulma ehtimalının və cəzanın sərtliyinin artması davamlı
olaraq cinayətkarlığın artmasına mənfi təsir etmişdir. Trumbulun(1989)
(Trumbull) gətirdiyi dəlillər isə göstərir ki, çoxlu sayda cinayət işlərində
həbs dönəminin sərt olması yox, həbs olunmanın özünün mühüm təsirləri
olmuşdur. Blok və Qeretinin (1995) ( Block &Gerety) tədqiqatlarına
görə,cəzanın sərtliyi yox, cəzalanmaq ehtimalının artması potensial
məhkumları cinayətgar seçimi etməkdən çəkindirir.
Bütün bu tədqiqatların nəticələri Beker-in (1968) müşahidələrini izah
etməyə imkan vermişdir, yəni hüquqi təcrübəsi olan mütəxəssislərin
ümumi fi kri budur ki, cəzanın sərtliyi yox, tutulma ehtimalının böyük və
ya kiçik olmasının cinayətgar seçimə təsiri daha çoxdur. Bu tədqiqatlar
geniş tədbiq olunarsa, onda müdafi ə sektorunda şəffafl ığı artıran strateji
yatırımlar güclü çəkindirici təsirləri ilə bu sektorda korrupsiyanı azaldar.
Mənbələr: Isaac Ehrlich, “Participation in Illegitimate Activities: A Theoretical and
Empirical Investigation,” Journal of Political Economy 81:3 (May–June 1973): 52–65;
William N. Trumbull, “Estimations of the Eco nomic Model of Crime Using Aggregate
and Individual Level of Data,” Southern Economic Journal 56 (1989): 423–39; Michael
K. Block and Vernon E. Gerety, “Some Experimental Evidence on Differences between
Student and Prisoner Reactions to Monetary Penalties and Risk,” Journal of Legal Studies
22(1995): 123–38.
Korrupsiyalı Davranışdan Gələn Potensial Qazancın
Dəyişdirilməsi
Korrupsiya əməlindən gələn potensial qazanc vəzifədə olan dövlət ada-
mının nəzarətində olan resursların miqdarından və onun bu resurslarla bağlı
qərar verməyə nə qədər səlahiyyətli olmağından və həmçinin bu işi görmək
üçün şəffafl ıq və cavabdehliyin ağırlıqlı olaraq səviyyəsindən asılıdır.
Geniş səlahiyyətlər (korrupsiyadan gözlənilən yüksək fayda) və aşağı
20
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
səviyyədə cavabdehliyin(aşağı səviyyədə gözlənilən itkilər) birləşməsi kor-
rupsiya yaradır. Şəffafl ıq olmadığı və məhdud alternativlər olduğu və vəzifəli
şəxsin maaşları bazar qiymətindən aşağı olduğu zaman korrupsiya riskləri
dramatik olaraq artır.
17
Haşiyə 2.3 Korrupsiyadan Gözlənilən İtkilər
Dövlət adamı, hərbi zabit və ya hərbi podratçı korrupsiyaya qoşularsa,
nəticədə onların verəcəyi hesab aşağıdakı kimi olacaqdır:
GÖZLƏNİLƏN İTKİLƏR= MƏNƏVİ YÜK+ GÖZLƏNİLƏN CƏZA
Burada GÖZLƏNİLƏN CƏZA = (Tutulma Ehtimalı) x(Məhkum Edilmə
Ehtimalı əgər Aşkarlanarsa) x Cərimə.
Alternativ olaraq, əgər qərar qəbul etmə şəffaf olarsa ordu rəsmilərinin
geniş səlahiyyətləri məhdudlaşar. Qərar qəbul etmə kriteriyalarının va-
hid və asan başa düşülən və qiymətləndirilə bilən olması və açıq və
ədalətli rəqabətin təmin edilməsi yolu ilə çoxlu sayda alternativ variantla-
rın ortaya çıxması şəffafl ığa gətirər (məsələn silah təhcizatı zamanı). Geniş
səlahiyyətlər nəticəsində meydana çıxan korrupsiyalanmış davranışı daha da
azaltmaq üçün, ordu rəsmilərinin öz rəhbərliyi, parlament komitələri və au-
ditorların qarşısında sistemli şəkildə cavabdeh olması təmin edilməlidir və
bu cavabdehlik təkçə prosedur və qaydaların qanuni şəkildə yerinə yetilməsi
ilə bağlı yox (maliyə auditi), həmçinin alternativ yolların obyektiv olaraq
qiymətləndirilməsi (idarə etmə auditi) ilə də bağlı olmalıdır. Korrupsiya-
nı azaltma səylərini, dövlət xərclərinin məhsuldar və səmərəli istifadəsinə
diqqəti artırmaqla xeyirli nəticələr əldə etmək olar.
Nəhayət, korrupsiya əməllərindən faydalanmaq üçün rəsmilər yatırım
qoyurlar- yəni aşkarlanmamaq üçün pul verirlər. Şəffafl ıq və məsuliyyətin
artırılması bu cür səyləri də çox baha başa gətirir və ona görə də, korrupsi-
ya azalır. Onu da boynumuza almalıyıq ki, fərdlərin risklərə olan münasibəti
də fərqlidir- bir çoxları riskə getməyi istəyir, digərləri isə riskdən çəkinir.
Riskdən qaçan fürsətçi vəzifəlilər korrupsiyaya bulaşarsa, minimal potensial
faydalarla və yüksək gözlənilən itkilərlə xarakterizə olunan hala düşür. Ona
görə də 2.2 Şəkilinə dönərək görərik ki, riskdən qaçan korrupsioner çox aşağı
səviyyədə korrupsiya işləri ilə məşğul olacaqdır (kəsişmə nöqtəsi onlar üçün
uyğundur).
17
Minxin Pei, “Government by Corruption”, Forbes(January26,2009).
Dostları ilə paylaş: |